Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə39/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   35   36   37   38   39   40   41   42   ...   228

 

 

137 



 



 

294. Əbu Hureyra  rəvayət edir ki, bir nəfər Peyğəmbərdən  tək bir libasda 



namaz qılmaq barədə soruşdu. Peyğəmbər: “Məgər sizin hər birinizin iki libası 

var?!” (Buxari 358, Muslim 1176) 

 





 

295.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  heç 

biriniz  bir  paltarda  çiyinləri  açıq  namaz  qılmasın”.  (Buxari  359,  Muslim 

516/277, 1179) 

 

 

296.  Ömər  İbn  Əbi  Sələmə    rəvayət  edir  ki,  mən  Peyğəmbəri    Ummu 



Sələmənin  evində  bir  libasda ətəklərini  bir-birinin  üzərinə aşıraraq  çiyinlərini 

örtdüyü halda namaz qılarkən gördüm”. (Buxari 356, Muslim 517/278, 1180)  

 

 

297. Muhəmməd İbn Munkədir rəvayət edir ki, mən Cabir İbn Abdullahı  bir 



paltarda namaz qıldığını gördüm. O: “Mən Peyğəmbəri   bir paltarda namaz 

qılarkən gördüm” dedi. (Buxari 353, Muslim 517/279, 1183, 1184)

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

138 



 



 

 

 

 



 

Məscidlər Və Namaz 

Qılınan Yerlər Kitabı 

 

 



 

 



 



 

 

139 



 

 

Məscidlər Və Namaz Qılınan Yerlər Kitabı 

 



 



298.  Əbu  Zərr    demişdir:  “(Bir  dəfə  Peyğəmbərdən  )  soruşdum:  “Ya 

Rəsulullah,  yer  üzündə  ilk  tikilmiş  məscid  hansıdır?”  (Peyğəmbər): 

“Məscidülhəramdır”  dedi.  Mən  soruşdum:  “Sonra  hansıdır?”  (Peyğəmbər): 

“Məscidüləqsadır”  dedi.  Mən  soruşdum:  “Birincisi  (tikildikdən  sonra)  ikincisi 

(tikilənədək) neçə il keçmişdi?” Peyğəmbər: “Qırx il” deyə cavab verdi, (sonra 

əlavə  edib  dedi):  “Harada  namaz  vaxtına  yetişsən,  (oradaca)  namazını  qıl! 

Həqiqətən, bunda xeyir-bərəkət vardır.” (Buxari 3366, Muslim 520/1, 1189) 

 

 



299.  Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Məndən 

öncə  heç  bir  Peyğəmbərə  verilməyən  beş  şey  mənə  verilmişdir.  (Düşmənləin 

qəlblərinə)  bir  ay  öncədən  qorxu  slmaq,  yer  üzünün  mənim  üçün  məscid  və 

təmiz  qərar  verilməsi,  ona  görə  də  ümmətimdən  namaz  vaxtına  yetişən  bir 

kimsə namazını qıla bilir. Qənimətlər mənə halal edildi, hər bir Peyğəmbər öz 

qövmünə  gönrilmişkən,  mən  isə  bütün  insanlğa  göndərildim”.  (Buxari  438, 

Muslim 521/3, 1191)  

 



 



300.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Mən  yığcam 

kəlmələrlə  (Cəvəmiul  Kərim  Peyğəmbər)  göndərildim,  (bir  ay  əvvəlcədən 

düşmənlərimin qəlbinə) qorxu salınmaqla mənə yardım edildi və mən yuxuda 

ikən dünya xəzinələrinin açarları gətirilib əlimin içinə qoyuldu.” Əbu Hureyra: 

“Peyğəmbər    artıq  aranızdan  getmişdir  (Peyğəmbər    əlinin  içində  olan 

xəzinələrdən  istifadə  etmədən  dünyadan  köçüb  getmişdir)  siz  isə  həmin 

xəzinələri çıxardıb istifadə edirsiniz.” (Buxari 2977, Muslim 523/6, 1196) 



 

 

140 





 

 

Peyğəmbərin  Məscidinin Bina Olunması 

 







 

 



301.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    Mədinəyə  gəldikdə  şəhərin  üst 

tərəfində, Amr ibn Auf oğulları yaşadığı məhəllədə qonaq qaldı. Peyğəmbər  

on  dörd  gün  onların  arasında  qaldıqdan  sonra  Nəccar  oğullarının  yanına 

(adam)  göndərdi.  Onlar  qılınclarını  bellərinə  bağlayıb  onun  yanına  gəldilər. 

Peyğəmbər    dəvəsinin  üstündə,  Əbu  Bəkr    onun  tərkində  və  Nəccar 

oğullarından da bir dəstə onun ətrafında (olduğu halda yola çıxması) hələ də 

gözümün  qabağındadır.  Nəhayət,  Peyğəmbər    Əbu  Əyyubun    evinin 

həyətində  (dəvəsini)  yerə  çökdürdü.  Peyğəmbər    namaz  vaxtı  yetişdikdə 

harada olurdusa orada, hətta, qoyun ağılında belə, namaz qılmağı xoşlayırdı. 

(Sonra)  o,  məscid  tikməyi  əmr  etdi,  Nəccar  oğullarından  olan  dəstənin 

arxasınca  (adam)  göndərdi  və  dedi:  “Ey  Nəccar  oğulları,  bu  divarınızın 

(yanında olan torpaq sahəsinin) qiymətini mənə deyin!” Onlar dedilər: “Yox! 

Allaha and olsun ki, biz onun əvəzini ancaq Allahdan istəyirik.” Ənəs: “Sizə 

söylədiyim o yerdə  müşriklərin qəbirləri,  xarabalıqlar və  xurma ağacları  var 

idi. Peyğəmbərin  əmri ilə qəbirlər açıldı və xarabalıqlar hamarlandı. Xurma 

ağaclarını  isə  kəsib  (tikiləcək)  məscidin  qiblə  tərəfində  yanbayan  (dik) 

qoydular. Sonra məscidin (qapısının) yan divarlarını daşdan hördülər və şeir 

deyə-deyə  daş  daşımağa  başladılar.  Peyğəmbər    də  onlarla  bərabər  (daş 

daşıyırdı)  və  deyirdi:  Allahım,  əsl  əcr,  axirətin  əcridi,  Ənsar  və  mühacirə, 

göstər mərhəmətini!”. (Buxari 428, 3932, 524/9, Muslim 1201) 

 

 

 

Qiblənin Qüdsdən Kəbəyə Yönəlməsi 

 



 

 

141 





 



302.  Bəra İbn  Azib    rəvayət  edir  ki,  Peyğəmbər   on  altı  və  ya on yeddi  ay 

Beytülməqdisə  tərəf  namaz  qıldı.  Lakin  Peyğəmbər    çox  istəyirdi  ki,  qiblə 

Kəbəyə  tərəf  olsun  və  Allah  (bu  xüsusda)  ayə  nazil  etdi:  “Biz  sənin  üzünün 

göyə tərəf çevrildiyini gördük...”. (əl-Bəqərə 144). Bundan sonra Peyğəmbər   

Kəbəyə  tərəf  üz  tutdu.  Səfeh  adamlar  –  yəhudilər  dedilər:  “Onları  üz 

tutduqları qiblədən döndərən nə oldu?” De: “Məşriq də, məğrib də Allahındır. 

O, istədiyi kəsi doğru yola yönəldir!”. (əl-Bəqərə 142). Peyğəmbərlə  birlikdə 

bir nəfər namaz qıldı və namazdan sonra (məsciddən) çıxdı və Beytülməqdisə 

tərəf  üz  tutub  əsr  namazını  qılan  ənsardan  olan  bir  qövmün  yanından 

keçərkən dedi: “Şahidlik edirəm ki, mən Allahın eçisi ilə birlikdə namaz qıldım 

və  o,  üzünü  Kəbəyə  tərəf  tutmuşdu.  Onlar  (bunu  eşidən  kimi)  Kəbəyə  tərəf 

çevrildilər. (Buxari 399, 4486, 7252, Muslim 525/11, 1204) 

 

 

303.  Bəra  İbn  Azib    rəvayət  edir  ki,  bizz  Peyğəmbərlə    bərabər  on  altı  on 



yeddi  ay  Beytul  Məqdisə  tərəf  namaz  qıldıq.  Sonra  Allah  onu  Kəbəyə  tərəf 

döndərdi”. (Buxari 4492, Muslim 525/12, 1205)  

 

 

304.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  insanlar  Quba  məscidində  sübh 



namazında olduqları  zaman  bir  nəfər gəlib:  “Həqiqətən  Rəsulullaha    Quran 

nazil  olmuşdur  və  Ona  Kəbəyə  tərəf  yönəlmək  əmr  olunmuşdur,  sizlər  də 

Kəbəyə tərəf yönəlin” dedi. Cəmaatın üzü Şama tərəf olduğu halda bu əmrdən 

sonra Kəbəyə tərəf döndülər”. (Buxari 403, 4491, 7251, Muslim 526/13, 1206)  

 

 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə