Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə37/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   33   34   35   36   37   38   39   40   ...   228

 

 

129 



 

266.  Cabir  İbn  Abdullah    demişdir:  “Muaz  İbn  Cəbəl    Peyğəmbərlə   

birlikdə namaz qılar, sonra da qayıdıb öz qövmünə namaz qıldırardı. (Bir dəfə 

o,  işa  namazını  qıldırarkən)  əl-Bəqərə  surəsini  oxudu.  (Buna  tab  gətirə 

bilməyən) bir nəfər namazdan çıxdı və xəfif bir namaz qıldı. Bu hadisə Muaza 

  çatdıqda:  “O,  münafiqdir”  dedi.  Bu  xəbər  həmən  insana  çatdıqda  o  da 

Peyğəmbərin yanına getdi və: “Yə Rəsulullah! Biz əllərimizin zəhmətilə çalışan 

və  su  çəkən  dəvələrimizlə  suvarma  işləri  edən  bir  qövmük.  Dünən  muaz 

bizlərə namaz qıldırdı və namzda əl-Bəqərə surəsini oxudu. Mən də namazımı 

ayrı  qıldım.  Bundan  ötrü  Muaz  məni  münafiq  adlandırdı.  Bu  hal-qəziyyə 

Peyğəmbərə  xəbər verildikdə, o üç dəfə: “Ey Muaz! Sən fitnəkarsa?” dedi və 

ona müfəssəl surələr arasından iki surə oxumağı əmr etdi. “...Rəbbinin adına tə-



riflər de!” (əl-Əalə), “And olsun günəşə və onun saçdığı şəfəqə!”. (əş-Şəms) və s. 

surələrini oxuyaydın.” (Buxari 705, 6106, Muslim 465, 709, 1068)  

 

 

 

İmamlara Namazın Tamamını Xəfif Qıldırmalarınin Əmr 



Olunması 

 

 



267. Əbu Məsud əl-Ənsari  rəvayət edir ki, bir nəfər Peyğəmbərin  yanına 

gələrək dedi: “Ey Allahın Elçisi! Vallahi, mənim sübh namazına gəlməməyim 

ona görədir ki, filankəs bizə (onu) uzun-uzadı qıldırır.” (Əbu Məsud deyir ki,) 

“Mən  Peyğəmbərin    öyüd-nəsihət  verərkən  o  günkü  qədər  bərk 

qəzəbləndiyini görməmişdim. Sonra o dedi: “Ey İnsanlar! Həqiqətən, aranızda 

(dinə  qarşı)  nifrət  oyadanlar  vardır.  Qoy  aranızdan  camaata  namaz  qıldıran 

kəs (bunu) xəfif etsin. Çünki onların arasında xəstələr, zəiflər və (təcili) işi çıx-

mış kimsələr ola bilər.” (Buxari 702, 7159, Muslim 466, 713, 1072)  

 

 



 

 

130 



268. Əbu Hureyrə  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Biriniz insanlara 

namaz  qıldırdığı  zaman onu  xəfif  etsin,  çünki onunla  bərabər  zəiflər,  xəstələr 

və qocalar ola bilər. Lakin kimsə özü üçün qılarsa istədiyi qədər uzada bilər”. 

(Buxari 703, Muslim 467, 714, 1074)  

 





 

269.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    (camaata  qıldırdığı)  namazı 

uzatmazdı, lakin onu tam yerinə yetirərdi. (Buxari 706, Muslim 469, 719, 1080) 

 

 



270.  Ənəs    rəvayət  edir  ki,  mən  Peyğəmbər    kimi  tam  və  xəfif  namaz 

qıldıran bir imamın arxasında əsla namaz qılmadım. Belə ki, uşaq ağlamasını 

eşitdiyi  zaman  uşağın  anası  üzülməsin  deyə  namazını  həmən  xəfif  edərdi”. 

(Buxari 708, Muslim 469, 721, 1082) 

 

 

271. Ənəs İbn Məlik   rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Namaza  dxil 



olduqda  namazı  uzatmaq  istədikdə  bir  uşağın  ağlamasını  eşitdikdə.  Uşağın 

ağlamasından anasının üzüldüyünü hiss etdiyim üçün həmən namazımı xəfif 

edirəm”. (Buxari 709, Muslim 470, 723, 1084)  

 

 

 

Namazın Rükunlarını Yerli Yerində Etmək Və Namazı Tam 

Qılmaq Şərti İlə Xəfif Etmək 

 



 

272.  Bəra    demişdir:  “Peyğəmbərin    qiyamı  və  (təşəhhüd  üçün)  oturuşu 



istisna  olmaqla  rükuda,  səcdədə,  iki  səcdə  arasında  (olan  oturuşda)  və 

rükudan  qalxıb  dikəldikdə  (sərf  etdiyi  vaxt)  təxminən  bərabər  idi.”  (Buxari 

792, 801, Muslim 471, 725, 1086) 

 



 

 

131 



 



 

273.  Ənəs    demişdir:  “Mən  çalışıram  ki,  namazı  sizə  Peyğəmbərin    bizə 

namaz qıldırdığını gördüyüm kimi qıldırım.” Sabit: “Ənəs  elə şeylər edirdi 

ki,  indi  mən  sizin  o  şeyləri  etdiyinizi  görmürəm.  O,  rükudan  başını 

qaldırdıqda ayaq üstə o qədər çox durardı ki, bəziləri deyərdilər: “O, (səcdə 

etməyi)  unudub”,  habelə  iki  səcdə  arasında  o  qədər  çox  durardı  ki,  bəziləri 

deyərdilər: “O, (ikinci səcdəni) unudub. (Buxari 821, Muslim 472, 726, 1088) 

 

 

 

İmama Uymaq Və Ondan Sonra Gələn Əməllər 

 

 



274.  Bəra İbn Azib    rəvayət  edir  ki,  bizlər  Peyğəmbərin    arxasında  namaz 

qıldıq.  O:  “Səmiallahu  Limən  Həmidəh  –  deyib  alnını  yerə  vurmadıqca 

bizlərdən  heç  kəs  (səcdə  etmək)  üçün  belini  bükməzdi”.  (Buxari  811,  Muslim 

474/197, 1090)  

 

 

 

Rüku Və Səcdədə Nə Deyilir? 

 

 

275.  Aişə 





rəvayət  edir  ki,  Peyğəmbər    ruku  və  səcdəsində  bu  duanı 

çoxaldardı:  Subhənəkə  Allahummə  Rabbənə  Və  Bihəmdilə  Allahumməğfirli  – 

Quranın  əmrini  yerinə  yetirmiş  olardı

36

”.  (Buxari  817,  4968,  Muslim  484/217, 



1113)  

 

 

                                                

36

 Quranın əmri: “ən-Nəsr” surəsində olan: “Rəbbini həmd ilə rəsbih et...” ayəsidir.  




 

 

132 



 

Səcdə Üzvləri Və Namazda Saçı, Paltarı Yığmağın Və Başa 

(Saça) Hörük Vurmağın Qadağan Olması 

 

 



276. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  yeddi əza üzərinə səcdə etmək 

və saç və libasını toplamamaqla əmr olundu. (Yeddi əza) alın, iki əl, iki diz, iki 

ayaqdır”. (Buxari 809, Muslim 490/231, 1127)  

 

 

 

Namazın Sifətini (Hər Bir Hərəkətinin) Cəmi Və Namazın 

Nə İlə Açılıb Nə İlə Bitəcəyi 

 



 

277. Abdullah İbn Malik İbn Buheynə   rəvayət edir ki, Peyğəmbər   namaz 



qıldığı zaman əllərini o qədər bir-birindən aralı qoyardı ki, qoltuğunun  ağlığı 

görünərdi. (Buxari 390, 807, Muslim 495/235, 1133) 

 

 

 

Namaz Qılanın Sütrəsi 

 





 

278. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  bayram günü (namaza) çıxdığı 

zaman  (xidmətçisinə)  qısa  bir  nizə  gətirib  onun  qarşısında  (yerə)  basdırmağı 

əmr  edərdi.  Sonra  üzünü  bu  nizəyə  tərəf  tutub namaz  qılar,  camaat  da onun 

arxasında  namaza  durardı.  Peyğəmbər    bunu  səfərdə  də  edərdi.  Elə  buna 

görə  də  əmirlər  (bayram  namazlarına  çıxarkən  özləri  ilə)  nizə  daşıyardılar. 

(Buxari 494, Muslim 245/501, 1143) 

 






Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə