Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə40/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   36   37   38   39   40   41   42   43   ...   228

 

 

142 



Qəbrlərin Üzərində Məscid Tikilməsinin Qadağan 

Olunması 

 



 

305.  Aişə 



  rəvayət  edir  ki,  Ummu  Həbibə 



və  Ummu  Sələmə 





Həbəşistanda gördükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər 

vermişlər. Onlar (bu haqda) Peyğəmbərə  xəbər vermiş və o da belə demişdir: 

“Onlar içərilərindən əməlisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd 

tikir  və  (divarlarında)  həmin  rəsmləri  çəkirlər.  Qiyamət  günü  onlar  Allah 

yanında yaradılmışların ən pisi olacaqlar.” (Buxari 427, Muslim 528/16, 1209) 

 





 

306.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəməbərin    vəfat  etməsinə  səbəb  olan 



xəstəliyə tutulduğu zaman o demişdir: “Allah yəhudilərə və xristianlara lənət 

eləsin!  Onlar  peyğəmbərlərinin  qəbirlərini  ibadətgaha  çevirmişlər.”  Aişə 

 

demişdir:  “Peyğəməbər    bu  sözü  deməsəydi,  müsəlmanlar  onun  qəbrini 



aşkarda  saxlayardılar.  Ancaq  mən  onun  qəbrinin  ibadətgaha  çevrilməsindən 

qorxuram.” (Buxari 1330, 1390, Muslim 529/19, 1212) 

 

 



 

 

307. Əbu Hureyra  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Allah yəhudiləri 



məhv  etsin!  Onlar  peyğəmbərlərinin  qəbirlərini  ibadətgahlara  çevirmişlər”. 

(Buxari 437, Muslim 530/20, 1213) 

 





 

308.  Aişə 



və  Abdullah  İbn  Abbas    rəvayət  edirlər  ki,  Peyğəmbər   



ölümündən  qabaq  örtüyünü  üzünə  atmağa  başlamışdı.  (Ürəyi)  sıxıldıqda  isə 

onu  üzündən  götürürdü.  Belə  olduğu  halda  (Peyğəmbər)  dedi:  “Allah 

yəhudilərə  və  xristianlara  lənət  eləsin!  Onlar  peyğəmbərlərinin  qəbirlərini 

ibadətgaha  çevirmişlər.”  (Peyğəmbər    bu  sözləri  ilə  ümmətini)  onların 




 

 

143 



etdikləindən  çəkindirmişdir).  (Buxari  435,  436,  3453,  3454,  Muslim  531/22, 

1215) 


 

 

 

Məscid Tikməyin Fəziləti Və Buna Həvəsləndirmək 

 





 

309.  Belə  rəvayət  edilir  ki,  Osman  İbn  Əffan    Peyğəmbərin    məscidini 



yenidən  tikdiyi  zaman  insanların  onun  haqqında  söylədiklərinə  (etiraz  edib) 

demişdir:  “Siz  (mənim  işimə)  çox  müdaxilə  edirsiniz.  Halbuki  mən 

Peyğəmbərin    belə  dediyini  eşitmişəm:  “Kim  Allahın  Üzünü  diləyərək  bir 

məscid  tiksə, Allah onun üçün Cənnətdə  buna  bənzər  (bir  ev)  tikər.”  (Buxari 

450, Muslim 533/43, 1217) 

 

 

 

Rükuda Əlləri Dizlərin Üzərinə Qoymağın Sunnə Olması 

Və Ovucların Bir Biri Üzərinə Bağlamağın Nəsxi 

 



 

310.  Musab  İbn  Səd  İbn  Əbu  Vəqqas    demişdir:  “(Bir  dəfə)  mən  atamın 

yanında  namaz  qıldım  və  (rükuda)  əllərimi  birləşdirib  ayaqlarımın  arasında 

tutdum. Atam bunu mənə qadağan etdi və dedi: “Biz də belə edirdik, lakin bu 

bizə  qadağan  olundu  və  bizə  əllərimizi  dizlərimizin  üstünə  qoymaq  əmr 

edildi.” (Buxari 790, Muslim 535/29, 1222) 

 

 

 

Namazda Danışmağın Haram Olması Və Daha Öncə İcazəli 



Olan Danışmağın Nəsx Olunması 

 



 

 

144 



 



311. Abdullah İbn Məsud   demişdir: “Peyğəmbər   namaz qılarkən biz ona 

salam verərdik, o da bizim salamımızı alardı. Nəcaşinin yanından (Həbəşistan-

dan) qayıtdıqdan sonra biz ona salam verdik, lakin o, bizim salamımızı almadı. 

(Namazı  bitirdikdən sonra isə)  buyurdu:  “Həqiqətən,  namaz əsnasında  (daha 

vacib) əməl vardır.” (Buxari 1199, 1216, Muslim 538/34, 1229) 

 

 



312.  Zeyd  İbn  Ərqam    demişdir:  “(Peyğəmbərin    zamanında)  biz  namaz 

əsnasında  danışardıq,  birimiz  dostuna  öz  işlərindən  danışardı.  Nəhayət: 



“Namazları  və  günortadan  sonrakı  orta  namazı  qoruyun  və  Allah  qarşısında 

mütiliklə durun”. (əl-Bəqərə 238). ayəsi nazil oldu və bizə susmaq əmr olundu.” 

(Buxari 1200, 4534, Muslim 539/35, 1231)  

 





 



313.  Cabir  İbn  Abdullah    demişdir:  “(Bir  dəfə)  Peyğəmbər    məni  bir  iş 

dalınca göndərdi və mən dərhal gedib o işi gördüm, sonra yenə onun yanına 

qayıtdım.  Mən  Peyğəmbərə    yaxınlaşıb  salam  verdim,  lakin  o,  mənim  sala-

mımı  almadı.  Bir  Allah  bilir  ki,  mənim  qəlbimdən  nələr  keçdi.  Öz-özümə 

dedim:  “Ola  bilsin  ki,  ləngidiyimə  görə  Allahın  Elçisinin  mənə  qəzəbi 

tutmuşdur?”  Mən  (bir  də)  ona  salam  verdim,  lakin  o,  yenə  mənim  salamımı 

almadı.  Bu  məni  əvvəlkindən  də  çox  kədərləndirdi.  Mən  (yenə)  ona  salam 

verdim. Bu dəfə o, mənim salamımı aldı və dedi: “Mənə sənin salamını almağa 

maneə olan yalnız namaz qılmağım idi.” Həmin vaxt Peyğəmbər   dəvəsinin 

üstündə  idi  və  qiblədən  başqa  bir  tərəfə  yönəlmişdi.  (Buxari  1217,  Muslim 

540/37, 1234) 

 

 

 

Namaz Əsnasında Şeytana Lənət Oxumağın Caiz Olması 



 

 

145 



 





 

314. Əbu Hureyra  rəvayət edir ki, (bir dəfə) Peyğəmbər  buyurdu: “Dünən 

cinlərdən  çox  qüvvətli  birisi  namazımı  yarımçıq  kəsmək  üçün  yanıma  gəldi. 

(Ravi  deyir  ki:  “Yaxud  Peyğəmbər    buna  bənzər  bir  söz  söylədi”).  Lakin 

Allah  mənə  onu  tutmağa  yardım  etdi.  Əvvəlcə  mən  istədim  onu  məscidin 

dirəklərindən  birinə  bağlayım  ki,  səhər  açıldıqda  hamınız  ona  baxa  biləsiniz, 

ancaq  qardaşım  Suleymanın  dediyini  xatırladım.  (O  demişdir):  “Ey  Rəbbim! 



Məni  bağışla  və  mənə  elə  bir  səltənət  ver  ki,  məndən  sonra  heç  kimə  nəsib 

olmasın”. (əs-Sad 35). (Buxari 461, 1210, 3423, 4808, Muslim 541/39, 1237) 

 

 

 

Namazda Körpə Uşağı Götürməyin İcazəli Olması 

 





 

315.  Əbu  Qətadə  əl-Ənsari    rəvayət  edir  ki,  Peyğəmbər    qızı  Zeynəbin, 

Əbul-As  İbnur-Rəbi  İbn  Abduş-Şəmsdən  olan  qızı  Umaməni  qucağında 

tutaraq namaz qılardı.  Peyğəmbər    səcdəyə  gedəndə onu yerə qoyar,  ayağa 

qalxanda isə (yenə) onu qucağına alardı. (Buxari 516, Muslim 543/41-43, 1240, 

1242) 

 

 



 

Namazda Bir İki Addım Atılmasının İcazəli Olması 

 





 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə