Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə43/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   39   40   41   42   43   44   45   46   ...   228

 

 

153 



 



339. Abdullah İbn Məsud  demişdir: “Peyğəmbər  Məkkədə ikən ən-Nəcm 

surəsini  oxuyub  səcdə  etdi  və  onun  yanındakılar  da  səcdə  etdilər.  Yalnız  bir 

qoca  kişidən  başqa.  O,  (yerdən)  bir ovuc  xırda  daş  və ya  torpaq  götürüb onu 

alnına sürtdü və: “Bu mənə kifayət edər” dedi. Bundan sonra mən onun kafir 

olaraq öldürüldüyünü gördüm. (Buxari 1067, 4863, Muslim 1325) 

 



 



 

340.  Zeyd  İbn  Sabit    demişdir:  “Mən Peyğəmbərə  :  “Ulduza  and olsun!..”. 



(ən-Nəcm  42).  surəsini  oxudum,  lakin  o,  səcdə  etmədi.”  (Buxari  1072,  1073, 

Muslim 1326) 

 





 

341. Əbu Hureyra  demişdir: “Mən Əbul Qasımın  arxasında namaz qıldım, 

“Göy yarılacağı”(əl-İnşiqaq 21). surəsini oxuyub səcdəyə getdi. Mən də ona 

qovuşanadək  (hər  dəfə)  bu  surəni  oxuduqda  səcdə  edəcəyəm.”  (Buxari  768, 

1078, Muslim 578/110, 1332) 

 

 

 

Namazdan Sonra Olunan Zikrlər 

 

 



342. Abdullah İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  zamanında camaatın 

fərz namazını  (zikr  etmələrilə)  namazın  başa  çatdığını  bilirdim”.  (Buxari  842, 

Muslim 583/120, 1344)  

 

 

 

Qəbr Əzabından Allaha Sığınmağın Müstəhəb Olması 

 



 

 

154 



 

343.  Aişə 



rəvayət  edir  ki,  mənim  yanıma  Mədinə  Yəhudilərindən  iki 



yaşlı qadın daxil oldular və: “Qəbir əhli qəbirlərində əzab olunurlar” dedilər. 

Mən  o,  qadınların  bu  sözlərini  qəbul  etmədim  və  təsdiq  də  etmədim.  Sonra 

onlar çıxıb getdilər. Bu vaxt Peyğəmbər  yanıma gəldi. Mən: “Ya Rəsulullah! 

Iki qoca qadın yanıma gəlib: Qəbirdəkilər qəbirlərində əzab olunurlr” dedilər. 

Peyğəmbər: “Onlar doğru söylədilər, qəbir əhli elə bir əzabla əzab olunurlar ki, 

onların səslərini heyvanlar eşidirlər” deyə buyurdu. Bundan sonra Rəsulullah 

qıldığı  hər  namazında  qəbr  əzabından  Allaha  sığıdığını  gördüm”.  (Buxari 

6366, Muslim 586/125, 1349)  

 

 

 

Namazda Sığınılan Şeylər 

 

 

344.  Aişə 



  demişdir:  “Allahın  Elçisi    namaz  qılarkən  Məsih  Dəccəlin 

fitnəsindən  Allaha  sığındığını  eşitdim”.  (Buxari  833,  7129,  Muslim  587/127, 

1351)  


 



 

345.  Peyğəmbərin    zövcəsi  Aişə 



  demişdir:  “Allahın  Elçisi    namaz 

qılarkən dua edib deyərdi: “Allahummə Inni Əuzu Bikə Min Əzabil-Qabri, Və 

Əuzu Bikə Min Fitnətil-Məsihid-Dəccal, Və Əuzu Bikə Min Fitnətil-Məhyə Və 

Fitnətil-Məmati.  Allahummə  Inni  Əuzu  Bikə  Minəl-Mə'səmi  Vəl-Məğrami  - 

Allahım,  qəbir  əzabından  Sənə  sığınıram.  Məsihi  Dəccalın  fitnəsindən  Sənə 

sığınıram. Həyatın və ölümün fitnəsindən Sənə sığınıram. Allahım, günahdan 

və  borcdan  Sənə  sığınıram”.  Bir  nəfər  ondan  soruşdu:  “Sən  nə  üçün  tez-tez 

borcdan  ötrü  Allaha  sığınırsan?”.  Peyğəmbər:  “Borca  girən  adam  danışanda 

yalan  danışır,  söz  verəndə  sözünün  üstündə  durmur.”  (Buxari  832,  2397, 

Muslim 589/129, 1353) 



 

 

155 



 



 

346. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  dua edib (namaz əsnasında 

salamdan  əvvəl)  deyərdi:  “Allahım!  qəbir  əzabından,  Cəhənnəm  əzabından, 

həyatın və ölümün fitnəsindən, Məsihid Dəccalın fitnəsindən Sənə sığınıram!” 

(Buxari 1377, Muslim 1356, 1357) 

 

 

 

Namazdan Sonra Zikr Etməyin Müstəhəb Olması Və Onun 

Vəsfinin Bəyanı 

 



 

347. Muğira İbn Şobə  rəvayət edir ki, Peyğəmbər  hər bir vacib namazdan 



sonra deyərdi: “Lə Ilahə Illəllahu Vəhdəhu Lə Şərikə Ləh, Ləhul-Mulku Və Ləhul-

Həmdu Və Huvə Alə Kulli Şeyin Qadir, Allahummə, Lə Maniə Limə Ə'taytə Və Lə 

Mu'tiyə  Limə  Mənə'tə  Və  Lə  Yənfəu  Zəl-Cəddi  Minkəl-Cədd  -  Allahdan  başqa 

məbud  yoxdur.  O,  təkdir,  Onun  şəriki  yoxdur.  Mülk  Onundur  və  həmd 

Onadır! O, hər şeyə Qadirdir! Allahım, Sənin (nemət) verdiyinə mane olacaq, 

mane  olduğuna  da  verəcək  (bir  kəs)  yoxdur.  Heç  bir  hörmət  sahibinə  Sənin 

yanında hörməti fayda verməz” (Buxari 844, Muslim 463, 1366) 

 



 

 



348. Əbu Hureyra  demişdir: “Kasıblar Peyğəmbərin  yanına gəlib dedilər: 

“Varlılar ən yüksək məqamlara və tükənməz nemətlərə nail olacaqlar.  Onlar 

bizim kimi namaz qılır və bizim kimi oruc tuturlar, üstəlik onların çoxlu var-

dövləti  vardır  ki,  bunun  sayəsində  həcc  və  ümrə  ziyarətinə  gedirlər,  (Allah 

yolunda)  cihad  edir  və  sədəqə  verirlər.”  Peyğəmbər:  “Sizə  elə  bir  şey 



 

 

156 



öyrədimmi ki, onu yerinə yetirməklə sizi ötüb keçənlərə çatasınız, sizdən sonra 

yaşayanlardan  heç  kəs  sizə  çata  bilməsin  və  sizin  etdiyinizi  edənlər  istisna 

olmaqla,  aranızda  olan  kimsələrin  ən  xeyirlisi  siz  olasınız?  Hər  (vacib) 

namazdan  sonra  otuz  üç  dəfə  “Subhanəllah”,_“Əlhəmdulilləh”_və_“Allahu'>“Subhanəllah”,  “Əlhəmdulilləh”  və  “Allahu 



Əkbər” deyin!” Hədisin ravisi demişdir: “(Bu səbəbdən) bizim aramızda fikir 

ayrılığı düşdü. Bəzilərimiz dedilər: “Biz otuz üç dəfə  “Subhanəllah”, otuz üç 

dəfə “Əlhəmdulilləh” və otuz dörd dəfə “Allahu Əkbər” deməliyik.” Mən (bu 

haqda Əbu Salehə) sual verdim. O dedi: “Otuz üç dəfə “Subhanəllah”, otuz üç 

dəfə  “Əlhəmdulilləh”  və  otuz  üç  dəfə  “Allahu  Əkbər”  de!”  (Buxari  843, 

Muslim 1375) 

 

 

 

Qiraətlə İhram Təkbiri Arasında Nə Deyilir? 

 





 

 

349. Əbu Hureyra  demişdir: “Peyğəmbər : “Allahu Əkbər” deyib (namaza 



başladıqdan  sonra  “əl-Fatihə”  surəsini)  oxuyanadək  bir  qədər  susardı.  Mən 

dedim:  “Ata-anam  sənə  fəda  olsun,  ya  Rəsulullah!  Sən  təkbir  gətirdikdən 

sonra (surəni) oxuyanadək susduğun zaman nə deyirsən?“ O dedi: “Mən (sakit 

duranda  bu  duanı)  oxuyuram:  “Allahummə  baid  bəyni  və  bəynə  xatayayə 



kəmə  bəadtə  bəynəl-məşriqi  vəl-məğrib,  Allahummə  nəqqini  minəl-xataya 

kəmə yunəqqəs-sovbul-əbyədu minəd-dənəs, Allahumməğsil xətayayə bil-mai, 

vəs-səlci, vəl-bərədi - Allahım, məğriblə məşriqin arasını uzaqlaşdırdığın kimi 

məni  də  günahlarımdan  uzaqlaşdır!  Allahım,  ağ  paltar  kirdən  təmizləndiyi 

kimi  məni  də  günahlardan  təmizlə!  Allahım,  mənim  günahlarımı  su,  qar  və 

dolu ilə yu!”. (Buxari 744, Muslim 488, 1382) 

 

 

 

Namaza Vuqarla Və Rahatlıqla Gəlməyin Müstəhəb 

Olması, Tələsərək (Qaçaraq) Gəlməyin İsə Qadağan Olması 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə