Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə46/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   42   43   44   45   46   47   48   49   ...   228

 

 

165 



gecə  yarısınadək  gecikdirdi.  Sonra  (evindən)  çıxıb  camaata  namaz  qıldırdı. 

Namazını  bitirdikdən  sonra  orada  olanlara  dedi:  “Tələsməyin!  Sevinin! 

Həqiqətən  də,  Allahın  sizə  olan  lütfündəndir  ki,  sizdən  başqa  yer  üzündə 

yaşayanlardan heç kəs (bu saatda) işa namazını qılmır (və ya sizdən başqa heç 

kəs  bu  vaxt  namaz  qılmır)”.  (Rəvayətçi)  onun  bu  sözlərdən  hansı  birini 

söylədiyini  bilmirdi.  Əbu  Musa:  “Biz  Peyğəmbərdən    eşitdiyimizə  sevindik 

və (yerimizə) qayıtdıq”. (Buxari 567, Muslim 641/224, 1483) 

 

 



 

376. İbn Abbas  rəvayət edir ki, Peyğəmbər  bayıra çıxdı – o, sanki indi də 

gözlərim  önündədir,  başından  su  damcılayırdı,  əlini  də  başına  qoymuşdu.  O 

buyurdu:  “Əgər  ümmətimə  çətin  olmasaydı,  bu  namazı  məhz  bu  vaxtda 

qılmağı  onlara  əmr  edərdim.”  (İbn  Cureyc,  Atadan,  o  da  İbn  Abbasdan)

 

İbn 



Abbas  Peyğəmbərin   əlini öz başına necə qoyduğunu izah edib demişdir: 

“O, barmaqlarını bir qədər aralayıb sonra barmaq uclarını başının yan tərəfinə 

qoydu,  daha  sonra  barmaqlarını  birləşdirib  baş  barmağı  gicgahla  saqqalın 

birləşdiyi  tərəfdən  qulaq  mərcəyinə  dəyənədək  başına  çəkdi.  O,  (bu  əməli 

təkrar  təkrar)  edərkən  nə  tələsər,  nə  də  əskildərdi.  Sonra:  “Əgər  ümmətimə 

çətin  olmasaydı,  bu  namazı  məhz  bu  vaxtda  qılmağı  onlara  əmr  edərdim.” 

(Buxari 571, Muslim 642/225, 1484) 

 

 

 

Sübh Namazını Əvvəl Vaxtında (Bu Vaxt İsə Gecənin Axır 

Qaranlıq Olan Vaxtıdır) Tezləşdirməyin Müstəhəb Olması 

Və Bu Namazda Qiraətin Miqdarı 

 

 




 

 

166 



377. Aişə 



rəvayət edir ki, mömin qadınlar Rəsulullah  ilə birlikdə sübh 



namazını  örtüklərinə  örtünərək  namaza  hazır  durardılar.  Sonra  namazlarını 

qılıb  evlərinə  qayıdardılar.  Qaranlıq  olduğuna  görə  onları  kimsə  tanımazdı”. 

(Buxari 578, Muslim 645/231, 1490)  

 

 





 

378.  Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  Peyğəmbər    zöhr  namazını 

günorta  vaxtı,  əsr  namazını  günəş  hələ  parlaq  ikən,  məğrib  namazını  günəş 

batdıqda,  işa  namazını  isə  hərdən  (ilk  vaxtında),  hərdən  də  (axır  vaxtında) 

qılardı. Görsəydi ki camaat (məscidə) toplaşıb, (namazı) erkən qılardı, görəndə 

ki  onlar  yubanırlar,  (onu)  gec  qılardı.  Sübh  namazını  isə  onlar  (yaxud 

Peyğəmbər ) ala-qaranlıqda qılardı. (Buxari 560, Muslim 646/233, 1492) 

 

 



379.  Əbu  Bərzə  əs-Sələmidən  namazların  vaxtları  barəsində  soruşduq. 

Peyğəmbər Zöhr namazını günəş zeniti keçdikdən sonra qılardı, əsr namazını 

(elə bir saatda qılardı ki) bir nəfər Mədinənin ən uzaq yerinə gedib qayidardı 

günəş  hələ  də  qızmar  olaraq  (yandırardı).  Ravi  deyir  ki,  Əbu  Bərzə  deyir  ki, 

axşam  namazının  vaxtı  barəsində  söylədiklərini  unutdum.  Peyğəmbər    İşa 

namazını  gecənin  üçtə  birinə  kimi  gecikdirməsinə  bir  şey  deməzdi  və  işa 

namazından  qabaq  yatmağı  və  ondan  sonra  danışmağı  sevməzdi.  Sübh 

namazını  qıldırdıqdan  sonra  namazdan  ayrıldıqca  insan  yanında  oturanı 

tanıyardı.  Sübh  namazın  iki  rükətində  və  birində  altımış  ilə  yüz  ayə  arası 

oxuyardı”. (Buxari 771, Muslim 647/235, 1494)  

 

 

 

Camaat Namazının Fəziləti Və Ondan Qaçanlar 



(Davamiyyətli Gəlməyənlər) Haqqında Olan Şiddətin 

Bəyanı  

 



 

 

167 





 

380.  Əbu  Hureyra    demişdir:  “Mən  Peyğəmbərin    belə  dediyini  eşitdim: 



“Camaat  namazı  birinizin  fərdi  şəkildə  qıldığı  namazdan  iyirmi  beş  dəfə 

üstündür  və  gecə  mələkləri  ilə  gündüz  mələkləri  sübh  namazında  bir  yerə 

toplaşırlar”.  Əbu  Hureyra:  “İstəyirsinizsə,  (bu  ayəni)  oxuyun:  “...sübh  çağı 

oxunan  Quranın  şahidləri  olur”.  (əl-İsra  78).  (Buxari  648,  Muslim  649/246, 

1505) 


 



 

381. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Camaat namazı fərdi 

namazdan  iyirmi  yeddi  dərəcə  üstündür.”  (Buxari  645,  646,  Muslim  650/249, 

1509) 


 



 

382.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Canım  Əlində 

olan Allaha and olsun ki, mən istərdim əmr edəm, odun yığsınlar, sonra əmr 

edəm,  (camaatı)  namaza  çağırmaq  üçün  azan  versinlər,  sonra  da  bir  adama 

camaata namaz qıldırmağı tapşıram və namaza gəlməyən kişilərin evinə gedib 

onların  evlərini  yandırıb  kül  edəm.  Canım  Əlində  olan  Allaha  and  olsun  ki, 

əgər onlardan birisi (burada) ona üstündə yağlı ət parçası olan sümük və ya bir 

cüt qoyun dırnağı veriləcəyini bilsəydi, mütləq işa namazına gələrdi.”  (Buxari 

644, 7224, Muslim 651/251, 1513) 

 



 

383. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Münafiqlər üçün 



sübh  və  işa  namazlarından  daha  ağır  namaz  yoxdur.  Əgər  onlar  bu  iki 

namazın  nə  qədər  (xeyirli  və  bərəkətli)  olduğunu  bilsəydilər,  bu  namazları 

qılmaq üçün dizləri üstündə sürünə-sürünə də olsa (məscidə) gələrdilər. Mən 

istərdim  əmr  edəm,  (camaatı namaza)  çağırmaq üçün Muəzzin  iqamə  versin, 

sonra  da  bir  adama  camaata  namaz  qıldırmağı  tapşıram  və  sonra  Cəhənnəm 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə