Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə49/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   45   46   47   48   49   50   51   52   ...   228

 

 

176 



 

 

Müsafirlərin Namazı Və Onun Qısaldılması 

 



 



398. Aişə 

 rəvayət edir ki, Allah səfərdə və evdə qılınan namazları iki rükət 



iki  rükət  qılmağı  əmr  etmişdi,  sonralar  isə  səfərdə  qılınan  namazlar  olduğu 

kimi  qaldı,  daimi  yaşayış  yerində  qılınan  namazlara  isə  (bir  və  ya  iki  rükət) 

artırıldı.” (Buxari 350, Muslim 685/1, 1602) 

 





 

399. İbn Ömər  demişdir: “Mən (vaxtaşırı) Peyğəmbərlə  yol yoldaşı olmuşam 

və  onun  səfərdə  (nafilə)  namazı  qıldığını  görməmişəm.  Tərifəlayiq  Allah 

buyurur: “Allahın elçisi sizlərə gözəl nümunədir”. (əl-Əhzab 21). (Buxari 1101, 

Muslim 689/9, 1612) 

 

 



400. Ənəs  rəvayət edir ki, Peyğəmbər  ilə bərabər Zöhr namazını Mədinədə 

dödr  rükət  qıldıq.  Zul  Huleyfədə  isə  iki  rükət  qıldıq”.  (Buxari  1089,  Muslim 

690/11, 1614)  

 



 

401. Ənəs  demişdir: “Biz Peyğəmbərlə  birlikdə Mədinədən Məkkəyə yola 



düşdük.  Peyğəmbər    Mədinəyə  qayıdanadək  namazları  iki  rükət  iki  rükət 

qıldı”. (Yəhya ibn İshaq demişdir): “Mən (Ənəsdən) soruşdum: “Siz Məkkədə 

çoxmu  qaldınız?”  O  dedi:  “Biz  orada  on  gün  qaldıq.”  (Buxari  1081,  Muslim 

1618) 


 

 

 

Minada Namazın Qısaldılması 




 

 

177 



 





 

402.  Abdullah  İbn  Ömər    demişdir:  “Mən  Minada  Peyğəmbərlə  ,  Əbu 

Bəkrlə,  Ömərlə,  habelə  Osmanla    birlikdə  –  onun  xilafətinin  ilk  illərində  – 

namazı  iki  rükət  qıldım.  Sonralar  Osman    namazları  tam  qıldırdı.  (Buxari 

1082, Muslim 694/16, 1622, 1628) 

 

 



403.  Həris İbn  Vəhb  əl-Xuzaiy    rəvayət edir  ki,  Peyğəmbər    bizlərə ən çox 

və ən əmin olduğumuz vaxt Minada namazı iki rükət qıldırardı”. (Buxari 1656, 

Muslim 1631, 696/21)  

 

 

 

Yağışlı Vaxtlarda Namazın Evlərdə Qılınması 

 

 



404.  İbn  Ömər    küləkli  və  soyuq  bir  gecədə  namaza  azan  verildi  və  belə 

deyildi:  “Evlərinizdə namaz  qılın”.  Sonra  dedi:  “Peyğəmbər   şiddətli  soyuq 

və yağışlı gecələrdə müəzzinə belə çağırmasını əmr etdi:  “Namazı evlərinizdə 

qılın”. (Buxari 632, 666, Muslim 1632, 1634, 697/22)  

 

 

405.  İbn  Abbas    yağmurlu  bir  Cümə  günündə  Müəzzinə:  Əşhədu  Ənnə 



Muhəmmədən Rəsulullah dedikdən sonra Hayyə aləs Salət demə, onun yerinə 

Sallu Fi Buyutikum – Namazı evlərinizdə qılın – sözünü söylə. İnsanlar bundn 

xoşlanmadılar.  İbn  Abbas:  “Bunu  məndə  xeyirli  bir  kimsə  etmişdir.  Çünki 

Cümə  əzəməti  (vacib)  bir  ibadətdir.  Mən  isə  sizləri  su  və  palçığın  içərisinə 

salmaqla əziyyət vermək istəmədim” dedi. (Buxari 901, Muslim 699/26, 1637)  

 

 

 



 

 

178 



Səfərdə Olarkən Heyvanın Yönəldiyi Tərəfə Doğru Onun 

Üzərində Nafilə Namazının Qılınmasının İcazəli Olması 

 

 



 

406. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  səfər əsnasında minik üzərində 

dəvə  hansı  tərəfə  çevrilirsə  çevrilsin  fərzlərdən  başqa  olan  gecə  namazlarını 

qılardı. Vitr namazını da minik üzərində qılardı”. (Buxari 1000, Muslim 1644)  

 





 

407. Amir İbn Rabiə  Peyğəmbərin  səfərdə ikən dəvəsinin üstündə getdiyi 

istiqamətə  tərəf  üz  tutub  gecə  (nafilə)  namazı  qıldığını  görmüşdür.  (Buxari 

1104, Muslim 1645) 

 





 

408.  Ənəs    eşşəyin  üstündə  ikən,  qiblənin  sol  tərəfinə  üz  tutub  namaz  qıldı. 

Ona  deyildi:  “Sən  qiblədən  başqa  tərəfə  namaz  qılırsan?!”  O  dedi:  “Mən 

Peyğəmbərin    belə  etdiyini  görməsəydim,  belə  etməzdim.”  (Buxari  1100, 

Muslim 1654) 

 

 

 

Səfərdə İki Namazı Cəm Etməyin İcazəli Olması 

 

 



409.  Abdullah  İbn  Ömər    demişdir:  “Peyğəmbər    səfərdə  tələsik  bir  işi 

olduqda  məğrib  namazını  gecikdirərək  İşa  namazı  ilə  birlikdə  qıldığını 

gördüm” (Buxari 1091, Muslim 703/45, 1658)  

 



 

 

179 



 

410. Ənəs İbn Məlik  rəvayət edir ki, Peyğəmbər  günəş zeniti keçməmişdən 

əvvəl  səfərə  çıxardısa  Zöhr  namazını  Əsr  namazının  vaxtına  kimi  uzadar, 

sonra  miniyindən  düşərək  hər  ikisini  cəm  edərək  qılardı,  əgər  günəş  zeniti 

keçdikdən  sonra  səfərə  çıxmamışdan  qabaq  Zöhrü  qılıb  sonra  miniyinə 

minərdi”. (Buxari 1112, Muslim 704/46, 1659)  

 

 

 

Hazırda (Səfərdə Deyil Yerli Sakin Olarkən) İki Namazı 



Birdən Cəm Etmək 

 

 



411.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    ilə  birlikdə  səkkiz  (Zöhr  və 

Əsri)  və  ya  yeddi  (Məğrib  və  İşanı)  cəm  edərək  qılmışdıq”.  (Buxari  1174, 

Muslim 705/55, 1668)  

 

 

 

Namazdan (Sonra) Sağ Və Sol Tərəfə Yönələrək Çıxmağın 

İcazəli Olması 

 



 

412.  Abdullah  İbn  Məsud    demişdir:  “Qoy  sizlərdən  biri  “(namaz  qıldığı 



yerdən)  qalxıb  ancaq  sağ  tərəfə  getmək  lazımdır”  deyə  etiqad  edib 

namazından  şeytana  bir  pay  ayırmasın.  Mən  çox  vaxt  Peyğəmbərin    qalxıb 

sol tərəfə qalxıb getdiyini görmüşəm.” (Buxari 852, Muslim 707/59, 1672) 

 

 

 

Müəzzin (İqaməyə) Başladıqdan Sonra Nafilə Namazına 

Başlamağın Məkruh Olması 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə