Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə47/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   43   44   45   46   47   48   49   50   ...   228

 

 

168 



atəşindən bir parça götürərək namaza gəlməyən yandırıb yandırıb kül edəm.” 

(Buxari 657, Muslim 651/252, 1514) 

 

 

 

Üzrlü Halda Camaat Namazına Gəlməməyə Rüxsət 



Verilməsi 

 

 



384. Mahmud İbn Rabi əl-Ənsari  rəvayət edir ki, Peyğəmbərin  əshabəsi və 

Bədr döyüşünün ənsardan olan iştirakçısı İtban  İbn Malik   Peyğəmbərin   

yanına  gəlib  dedi:  “Ya  Rəsulallah!  Mənim  gözlərim  zəifləyib.  Özüm  də 

qövmümə namaz qıldırıram. Yağış yağdığı zaman mənimlə onların arasında 

olan vadini su basır deyə, məscidlərinə gedib onlara namaz qıldıra bilmirəm. 

Ya Rəsulullah! Mən istəyirəm ki, sən bizim evə gəlib orada namaz qılasan, mən 

də  həmin  yeri  namazgah  edim.”  Peyğəmbər:  “Allah  qoysa,  mən  (bunu) 

edərəm!”  dedi.  İtban:  “Ertəsi  gün  səhər  tezdən  Peyğəmbər    Əbu  Bəkrlə   

birlikdə  bizə  gəldilər.  Peyğəmbər    evə  girməyə  izn  istədi,  mən  də  ona  izn 

verdim.  Evə  girdikdə  oturmadan  dərhal  soruşdu:  “Evin  harasında  namaz 

qılım?”. İtban: “Mən ona evimdə bir yer göstərdim. Peyğəmbər  orada durub 

“Allahu  Əkbər”  dedi  (və  namaz  qılmağa  başladı).  Biz  də  onun  arxasında 

cərgəyə  durduq.  O,  iki  rükət  namaz  qıldı  və  salam  verib  (namazı  bitirdi)”. 

İtban:  “Biz  Peyğəmbəri    bir  qədər  yubatdıq  ki,  onun  üçün  hazırladığımız 

xəzirəni (ət yeməyi yeyə bilsin). Bu yerin əhalisindən bir çoxları (Peyğəmbərin 

 gəlişindən  xəbər  tutan  kimi)  gəlib  evə  doluşdular.  Onlardan  biri  soruşdu: 

“Malik  İbn  Duxeyşin  (və  ya  İbn  Duxşun)    haradadır?”  Oradakılardan  biri 

dedi:  “O,  münafiqdir,  Allahı  və  Onun  Elçisini  sevmir.”  Peyğəmbər:  “Belə 



 

 

169 



demə! Məgər sən bilmirsən ki, o, Allahın Üzünü diləyərək “Lə ilahə illəllah” 

demişdir?” (O adam) dedi: “Allah və Onun Elçisi daha yaxşı bilər!”. İtban: “Biz 

onun  münafiqlərə  qarşı  (mehriban)  mövqedə  olduğunu  və  onlara  məsləhət 

verdiyini görürük”. Peyğəmbər: “Allah, həqiqətən də, Onun Üzünü diləyərək 

Lə  ilahə  illəllah”  deyən  kimsəyə,  Cəhənnəm  odunun  toxunmasını  haram 

etmişdir.” (Buxari 425, 1186, 5401, Muslim 33/263, 1528)

 

 

 



 

385.  Mahmud  İbn  Rabi  xəbər  verdi  ki,  Rəsulullahı    xatırladığını,  evlərində 

olan vedrədən ağzına su alıb püskürdüyünü xatırladı və sonra yuxarıda keçən 

İtbanın  hədisini zikr etdi”. (Buxari 839, Muslim 33/265, 1530)  

 

 

 

Nafilə Namazında Camaat Olmasının, Həsirin, Səccadənin, 



Örtüyün, Paltarın Və Digər Təmiz Şeyərin Üzərində Namaz 

Qılmağın Icazəli Olması 

 

 



 

386.  Meymunə  rəvayət  edir  ki,  Peyğəmbər  ,  mən  qarşısında  və  heyizli 

olduğum halda namaz qılırdı. Bəzən səcdə etdiyi zaman geyindiyi libası – mən 

heyizli olduğum halda – mənə toxunardı. Peyğəmbər  xurma yarpaqlarından 

düzəldilmiş  səccadə  üzərində  namaz  qılardı”.  (Buxari  379,  Muslim  513/270, 

1174, 1536)  

 

 

 

Camaat Namazının Fəziləti Və Namazı Gözləməyin Fəziləti 

 






 

 

170 



 

387.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “(İnsanın) 

camaatla  qıldığı  namazı  öz  evində  və  ya  bazarda  (fərdi  şəkildə)  qıldığı 

namazdan  iyirmi  beş  dəfə  artıqdır  (savabı).  Çünki  sizlərdən  biri  lazımı 

qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədilə məscidə gəlsə, məscidə 

daxil olanadək atdığı hər addıma görə Allah onu bir dərəcə yüksəldər və onun 

bir  günahını  silər.  Məscidə  daxil  olduqdan  sonra  orada  qaldığı  vaxt  ərzində 

namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlədiyi vaxt ərzində, 

dəstəmazı  pozulanadək  mələklər:  “Allahım,  onu  bağışla!  Allahım,  ona  rəhm 

et!” deyə onun üçün dua edirlər. (Buxari 477, Muslim 649/272, 1538) 

 

 

 

Çox Addımlarla Məscidə Getməyin Fəziləti 

 





 

388. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “(Camaatla birlikdə) 

namaz  qıldıqlarına  görə  ən  böyük  mükafatı  o  kəslər  qazanırlar  ki,  onlar 

(məscidə  gələndə)  ən  uzaq  məsafəni  qət  edirlər.  İmamla  birgə  namaz  qılmaq 

üçün namazı gözləyənin mükafatı isə namazı qılan kimi yıxılıb-yatan kimsənin 

mükafatından daha böyükdür.” (Buxari 651, Muslim 662/277, 1545) 

 

 

 

Namaza Piyada Gedərkən Xətalar (Günahlar) Silinir Və 



Dərəcələr Qalxır 

 



 

389. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir deyin görüm, 



əgər  sizdən  birinizin  qapısının  önündən  çay  axsaydı,  o  da  hər  gün  bu  çayda 

beş  dəfə  yuyunsaydı,  onun  (bədənində  olan)  çirkabdan  bir  şey  qalardımı?” 

Əshabələr: “Onun (bədənindəki) çirkabdan heç nə qalmazdı” deyə cavab ver-

dikdə  Peyğəmbər    buyurdu:  “Beş  vaxt  qılınan  namazların  məsəli  də  buna 




 

 

171 



bənzəyir. Belə ki, Allah bununla günahları silir!” (Buxari 528, Muslim 667/283, 

1554) 


 



 

390.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    demişdir:  “Kim  səhər  və 

axşamüstü məscidə gedərsə, hər gedişində Allah onun üçün Cənnətdə bir yer 

hazırlayar.” (Buxari 662; Muslim 669/285, 1556) 

 

 

 

İmamlığa Haqqlı Kimlərdi? 

 





 

391. Malik İbn Huveyris  demişdir: “Mən qəbiləmizdən olan bir neçə adamla 

birlikdə Peyğəmbərin  yanına gəldim və biz iyirmi gün onun yanında qaldıq. 

O (bizimlə) çox mehriban və mülayim rəftar edirdi. Nəhayət, bizim ailələrimiz 

üçün  darıxdığımızı  görüb  dedi:  “Qayıdın,  onların  yanında  olun,  (bu  dini) 

onlara  öyrədin,  (onlara)  namaz  qıldırın,  namaz  vaxtı  yetişdiyi  zaman,  qoy 

biriniz  azan  verib  sizi  namaza  çağırsın  və  sizin  ən  yaşlı  olanınız  sizə  namaz 

qıldırsın.” (Buxari 628, 7246, Muslim 674/292, 1567) 

 

 

 

Müsəlmanlara Bəla Gəldiyi Zaman, Bütün Namazlarda 



Qunut Tutulmasının Müstəhəb Olması 

 



 

392. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  rükudan başını qaldıranda: 



“Səmi Allahu Limən Həmidəh, Rabbənə Və Ləkəl Həmd” deyər, (hərdənbir də) 

bəzi  adamlar  üçün  (Allaha)  dua  edər  və  onların  adlarını  çəkib  deyərdi: 

“Allahım,  Vəlid  İbn  Vəlidi,  Sələmə  İbn  Hişamı,  Ayyaş  İbn  Əbu  Rəbiəni  və 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə