Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə55/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   51   52   53   54   55   56   57   58   ...   228

 

 

198 



İbn Məsud: “Mən (bu surəni) Allahın Elçisinə  oxudum və (mənə): “Əhsən!” 

dedi.”  Bu  vaxt  İbn  Məsud  həmin  adamdan  şərab  iyisi  gəldiyini  hiss  etdi  və 

dedi: “Allahın Kitabına iftira yaxdığın bəs deyil, hələ üstəlik şərab da içirsən?!” 

Bundan sonra o adamı şallaqladılar.” (Buxari 5001, Muslim 1906, 801/249) 

 

 

 

Fathihə Və Bəqərə Surəsinin Son Ayələrinin Fəziləti Və 



Bəqərənin Son İki Ayəsini Oxumağa Rəğbətləndirmək 

 

 



 

465. Əbu Məsud əl-Bədri  rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Hər kim 

gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu ona (şeytandan) kifayət 

edər”. (Buxari 4008, 5009, Muslim 1914, 1916, 807/255, 808/256)  

 

 

 

Quran Öyrənib, Öyrədənin Fiqh Və Başqa Elmlərin 



Hikmətlərini Öyrənən Və Onlarla Əməl Edərək Başqalarını 

Da Öyrədən Kimsənin Fəziləti 

 

 



 

466. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: «İki fəzilət sahibindən 

başqa  heç  kəsə həsəd  (qiptə) caiz  deyildir.  Onlardan  biri Allah  tərəfindən  bir 

kimsəyə  Quran  biliyi  verilə  və  o,  da  onu  gecə  və  gündüz  oxuyar.  Digəri  isə 

Allah  tərəfindən  bir  kimsəyə  mal-dövlət  verilmişdir.  O,  da  onu  gecə  və 

gündüz (Allah yolunda) xərcləyər». (Buxari 7529, Muslim 1930, 815/266) 

 

 

 



467. Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “İki fəzilət 

sahibindən  başqa  heç  kəsə  həsəd  (qiptə)  caiz  deyildir.  Allah  tərəfindən  mal-




 

 

199 



dövlət bəxş edilən və onu haqq yolda tələf (xərcləyər) edən və Allah tərəfindən 

hikmət  bəxş  edilən  kimsə  hansı  ki,  hikmətlə  hökm  edər  və  onu  başqalarına 

öyrədər”. (Buxari 7316, Muslim 1933, 266)  

 

 

 

Quranın Yeddi Hərf Üzərinə Olması Və Bunun Mənasının 

İzahı 

 

 



 

468. Ömər İbn Xəttab  rəvayət edir ki, Peyğəmbərin  sağlığında mən Hişam 

İbn  Həkim  İbn  Hizamın  “əl-Furqan” surəsini oxuduğunu  eşitdim  və  diqqətlə 

onun  oxuduğuna  qulaq  asmağa  başladım.  Baxdım  ki,  o,  (bu  surəni)  başqa-

başqa  hərflərlə,  Peyğəmbərin    bizə  oxumadığı  bir  üslubla  (qiraətlə)  oxuyur. 

Mən  onu  elə  namazda  ikən  yaxalamaq  istədim,  lakin  səbir  etdim.  Nəhayət,  o, 

salam  verib  (namazını  bitirdikdə)  mən  onun  yaxasından  yapışıb  soruşdum: 

“Eşitdiyim  bu  surəni  sənə  bu  cür  oxumağı  kim  öyrədib?”  Dedi:  “Bu  surəni 

mənə  Peyğəmbər    öyrədib.”  Dedim:  (“Yalan  danışırsan,  Peyğəmbər    bu 

surəni mənə sənin oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib”). Sonra mən 

onu  Peyğəmbərin    yanına  apardım  və  dedim:  “Mən  bunun  “əl-Furqan” 

surəsini  başqa  hərflərlə  və  sənin  bizə  öyrətmədiyin  bir  üslubla  oxuduğunu 

eşitdim”. Peyğəmbər: “Burax onu! (Sən də) oxu, ey Hişam!” Hişam (bu surəni) 

ona mənim eşitdiyim qiraətlə oxudu. Peyğəmbər: “Bu surə (mənə) bu cür nazil 

olmuşdur.” Sonra o: “(İndi isə) sən oxu, ey Ömər!” deyə buyurdu, mən də (bu 

surəni) onun mənə öyrətdiyi qiraətlə oxudum. Peyğəmbər: “Bu surə (mənə) bu 

cür  nazil  olmuşdur.  Həqiqətən,  bu  Quran  yeddi  qiraət  üzərində  nazil 

olmuşdur.  Odur  ki,  Qurandan  sizə  asan  olanı  oxuyun!”.  (Buxari  2419,  4706, 

4996, 5041, 6936, 7111, 7550, Muslim 1936, 818/270)  

 

 



 

469.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cəbrail  mənə 

(Allahın Kitabını) bir qiraətlə oxumağı öyrətdi, lakin mən ondan daha çox (şey) 



 

 

200 



öyrənmək istədim. Nəhayət, o mənə (Quranı) yeddi qiraətlə oxumağı öyrətdi.” 

(Buxari 3219, 4991, Muslim 1939, 819/272) 

 

 

 

Quranı Tərtillə Oxumaq, Surətlə Oxumaqdan Çəkinmək Və 



Bir Rükətdə Iki Və Daha Çox Surənin Oxunmasının Mübah 

Olması 

 

 



 

470.  Bir  nəfər  İbn  Məsudun    yanına  gəlib  dedi:  “Bu  gecə  mən  bir  rükətdə 

müfəssəl  surələrin  hamısını  oxudum”.  İbn  Məsud:  “(Yəqin  sən  surələri)  şeir 

oxunulan  kimi  tələm-tələsik  (oxumusan).  Mən  Peyğəmbərin   (hər  rükətdə) 

birləşdirərək oxuduğu, (mənaca) bir-birinə oxşar olan (surələri) bilirəm.” Sonra 

da hər rükətdə iki surəni qeyd edərək müfəssəl surələrdən iyirmisini sadaladı. 

(Buxari 775, Muslim 1950, 822)  

 

 

 

Qiraətlə Bağlı Olan Məsələlər 

 

 



 

471.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbər  :  “Biz  onu  (həmin 



hadisəni)  nəsillərə  ibrət  üçün  saxladıq.  Amma  heç  bir  yada  salan  varmı?” 

oxuyardı. (Buxari 4870, Muslim 1952, 823/281)  

 

 

 



472.  Abdullah  İbn  Məsudun    tələbələri  Əbu  Dərdənin    oturduğu  yerə 

(Şama)  gəldilər.  Əbu  Dərdə    onları  axtarıb  tapdı  və  onlara:  “Hansınız 

Abdullahın  oxuduğu  kimi  oxuyursunuz?”  deyə  soruşdu.  Onlar:  “Hamımız 

oxuyuruq”  dedilər.  Əbu  Dərdə:  “Hansınız  əzbər  bilir?”  dedi.  Onlar  Əlqamə 




 

 

201 



İbn  Qeys  işarə  etdilər.  Əbu  Dərdə:  “Sən  Vəl  Leyli  İzə  Yəğşə  -  surəsini  necə 

oxuduğunu  eşitdinmi?”  deyə  soruşdu.  Əlqamə:  “Vəz  Zəkəri  Vəl  Unsə  - 

şəkilində  oxuduğunu  eşitdim.  Əbu  Dərdə:  “Mən  şahidlik  edirəm  ki, 

Peyğəmbərin    bu  ayəni  belə  oxuduğunu  eşitmişəm.  Lakin  bu  (Şmlılar) 

mənim:  “Və  Mə  Xaləqaz  Zəkərə  Vəl  Unsə  -  şəkilində  oxumağımı  istəyirlər. 

Vallahi onlara tabe olmuram” dedi. (Buxari 4944, Muslim 1953, 824/282)  

 

 

 

Namazın Qılınmasının Qadağan Olunduğu Vaxtlar 

 

 

 



473. İbn Abbas  demişdir: “(Dininə) sadiq möminlər və mənim üçün onların 

ən  sadiqi  sayılan  Ömər    mənim  yanımda  şahidlik  etdilər  ki,  Peyğəmbər   

sübh namazından sonra günəş (üfüqdə bir nizə hündürlüyünə) qalxana qədər 

və  əsr  namazından  sonra  günəş  batanadək  (nafilə)  namazı  qılmağı  qadağan 

etmişdi”. (Buxari 581, Muslim 826/286)  

 

 



 

474.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    belə  buyurduğunu 

eşitdim:  “Sübh  namazından  sonra  günəş  yüksəlincəyə  qədər  heç  bir  namaz 

yoxdur,  əsr  namazından  sonra  günəş  batana  qədər  heç  bir  namaz  yoxdur”. 

(Buxari 586, Muslim 1960, 827/288) 

 

 



 

475. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Namazınızı günəşin 

çıxdığı və batdığı vaxta saxlamayın.” (Buxari 582, Muslim 1961, 1962, 828/289)  

 

 



 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə