Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə56/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   52   53   54   55   56   57   58   59   ...   228

 

 

202 



476. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Günəşin hicabı (işığı, 

qızartılıq) göründüyü zaman günəş çıxana qədər namazı  təxirə salın, günəşin 

hicabı  batdığı  zaman  da  itənə  qədər  namazı  təxirə  salın.  Qılcağınız  namaz 

üçün günəşin nə doğma, nə də batma zamanını tərcih edin. Çünki o şeytanın 

iki buynuzu arasından çıxar”. (Buxari 3272, Muslim 1963, 829/291)  

 

 

 

Peyğəmbərin  Əsr Namazından Sonra İki Rükət Qıldığı 

Namazın Bilinməsi 

 

 



477.  Kureyb    rəvayət  edir  ki,  İbn  Abbas  Misvər  İbn  Məxrəmə  və 

AbdurRəhman  İbn  Əzhər    onu  Aişənin  yanına  göndərib  tapşırdılar  ki: 

“Hamımızın adından ona salam söylə və ondan əsrdən sonra qılınan iki rükət 

namaz haqqında soruş. Ona de: “Bizə xəbər gəlib çatmışdır ki, sən o iki rükəti 

qılırsan.  Lakin  bizə  o  da  məlumdur  ki,  Peyğəmbər    bu  namazı  qılmağı 

qadağan etmişdir.” İbn Abbas: “Mən Ömər İbn Xəttabla  birlikdə bu namazı 

qılan  adamları  cəzalandırardıq”.  Kureyb:  “Mən  Aişənin  yanına  gəlib  onların 

dediklərini  çatdırdım”.  Aişə:  “Sən  Ummu  Sələmədən 



soruş!”  Mən 



qayıdıb  Aişənin 



dediyini  onlara  xəbər  verdim.  Onlar  da  məni  Ummu 



Sələmənin 



yanına 



göndərdilər 

və 


tapşırdılar 

ki, 


Aişədən 



soruşduğumu ondan soruşum.Ummu Sələmə dedi: “Mən Peyğəmbərin 



  (əsrdən sonra) iki  rükət  namaz  qılmağı  qadağan  etdiyini  eşitdim, sonra  da 

onun əsr namazından sonra bu iki rükəti qıldığını gördüm. O mənim yanıma 

gəldiyi vaxt ənsardan olan Bəni Haram qəbiləsinin qadınları mənim yanımda 

idilər. Mən kənizlərdən birini onun yanına göndərib tapşırdım ki, gedib onun 

yanında  dursun  və  ona  desin:  “Ummu  Sələmə 



sənə  deyir:  “Ey  Allahın 



elçisi, mən sənin bu iki rükəti qadağan etdiyini eşitmişdim, indi isə sənin bu iki 


 

 

203 



rükəti  qıldığını  görürəm.”  (Sonra Ummu  Sələmə  kənizə  dedi:)  “Əgər o əli  ilə 

sənə  işarə  etsə,  kənara  çəkil  və  gözlə.”  Kəniz  gedib  (Ummu  Sələmənin 



dediyini  Peyğəmbərə  )  deyəndə  o,  əli  ilə  işarə  etdi  və  kəniz  kənara 



çəkilib  gözlədi.  Peyğəmbər    namazı  bitirdikdən  sonra  dedi:  “Ey  Əbu 

Ümeyyənin qızı, məndən əsrdən sonra qıldığım iki rükət barəsində soruşdun. 

Bu ona görədir ki, AbdulQeys qəbiləsindən bir dəstə adam yanıma gəlib məni 

zöhrdən  sonra  qılacağım  iki  rükət  namazdan  yayındırdı.  Bu  həmin  (sünnət) 

namazıdır.” (Buxari, 1233 Muslim 1970, 834/297) 

 

 



 

478. Aişə 

 demişdir: “İki rükət (namaz) vardır ki, Peyğəmbər  nə gizlində, 



nə  də  aşkarda  –  heç  vaxt  onları  buraxmamışdır:  iki  rükət  sübh  namazından 

əvvəl,  iki  rükət  də  əsr  namazından  sonra.”  (Buxari,  592,  Muslim  1972,  1973, 

1974, 833/296) 

 

 

 

Məğrib Namazından Qabaq İki Rükət Qılmağın Müstəhəb 

Olması 

 

 



 

479.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Müəzzin  azan  verdiyi  zaman 

Peyğəmbərin    səhabələrindən  bir  qrup  insanlar  tələsərək  dirəklərə  doğru 

durub  namaz  qılardılar.  Peyğəmbər    çıxdığı  zaman  isə  onları  Məğrib 

namazından əvvəl iki  rükət namaz qıldıqlarını  görərdi.  Beləki  azan  ilə iqamə 

arasında elə də (böyük bir vaxt) yox idi”. (Buxari 625, Mmuslim 1975, 1976)  

 

 

 

Azan Və İqamə Arası Namazın Qılınması 

 

 

 




 

 

204 



480. Abdullah İbn Müğəffəl əl-Müzəni  rəvayət edir ki, Peyğəmbər  üç dəfə 

dedi:  “Hər  iki  azan  arasında  namaz  vardır”,  (sonra  da  əlavə  etdi):  “(Bunu) 

istəyənlər  üçün.”Digər  rəvayətdə  deyilir  ki,  (Peyğəmbər):  “Hər  iki  azan 

arasında namaz vardır, hər iki azan arasında namaz vardır” demiş və üçüncü 

dəfə:  “(Bunu)  istəyənlər  üçün”  deyə  əlavə  etmişdir.  (Buxari  624,  627,  1977, 

Muslim 1977, 1978, 838/304)  

 

 

 

Qorxu Namazı 

 

 

 



481. İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “İki dəstədən birinə 

qorxu  namazını  qıdırdı.  Bu  vaxt  digər  dəstə  üzü  düşmənə  tərəf  çevrilmiş 

haldaydı.  Sonra  Rəsulullahın    namaz  qıldırdığı  kimsələr  çəkilib  dostlarının 

yerində durdular. Bu dəfə düşmənə tərəf yönələn onlar oldular.  Rəsulullah   

onlara  bir  rükət  namaz  qıldırdı.  Sonra  salam  verdi.  Birinci  dəstə qalxıb əskik 

rükətlərini qıldılar, sonra da digər dəstə qalxıb rükətlərini əda etdilər”. (Buxari 

4133, Muslim 1979, 839/305) 

 

 



 

482.  Səhl  İbn  Əbi  Həsmə    rəvayət  edir  ki,  İmam  qorxu  namazında  qibləyə 

yönələrək  namaza  durur.  (səhabələrdən)  bir  dəstə  də  (Peyğəmbərlə)  bərabər 

namaza  dururlar,  digər  dəstə  isə  üzü  düşmənə  tərəf  dururlar.  (

Peyğəmbər) 

arxasında

 onlarla birlikdə bir rükət qılar, sonra onlar ayağa qalxaraq özləri bir 

rükət  qılar  və  olduqları  yerdə  iki  dəfə  səcdə  edərlər.  Sonra  namazı  qılmış 

olanlar  düşmənlə  üzbəüz  olanların  yerinə  keçərlər,  düşmənlə  üzbəüz  olanlar 

isə  Peyğəmbərin    yanına  gələrək  onunla  birlikdə  bir  rükət  qılarlar.  Sonra 

onlar da özləri bir rükət qılar və iki dəfə səcdə edərlər”.  (Buxari 4131, Muslim 

1984, 841/309) 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə