190
Gecə Namazında Qiraətin Uzadılmasının Müstəhəb Olması
441. Abdullah İbn Məsud demişdir: “Bir gecə mən Peyğəmbərlə birlikdə
namaz qıldım. O, qiyamı o qədər uzatdı ki, hətta, mən pis bir iş görmək
istədim.” Biz: “O nə iş idi?” deyə soruşduq. O dedi: “İstədim yerə oturum və
Peyğəmbəri ayaq üstə buraxım.” (Buxari 1135, Muslim 773/204, 1851).
Bütün Gecəni Sabaha Qədər Yatıb Qalan Kimsə Barəsində
Hədislər
442. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbərin yanında səhərə
qədər (sübh namazını) yataraq oyanmayan bir kimsə barəsində söz açıldı.
Peyğəmbər: “Bu o kişidir ki, iki qulağına (qulağına) şeytan bövl etmişdir”.
(Buxari 3270, Müslim 774/105, 1853)
443. Əli İbn Əbu Talib demişdir: “Bir dəfə gecə Peyğəmbər mənim və
Peyğəmbərin qızı Fatimənin yanına gəlib dedi: “Siz namaz qılmırsınızmı?”
Mən dedim: “Ya Rəsulullah, bizim canımız Allahın Əlindədir. Əgər O, bizi
oyatmaq istəsə, oyadar.” Belə deyəndə o, mənə heç bir söz deməyib çıxıb getdi.
Sonra mən onun dönüb gedərkən ombasına vura-vura: “İnsan necə də çox
mübahisə edərmiş!”. (əl-Kəhf 54). dediyini eşitdim.” (Buxari 1127, 7347, 7465,
Müslim 775/206, 1854)
191
444. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizlərdən biri
yatdığı zaman şeytan onun boynunun ardına üç düyün vurur və hər düyün
vurduqca: “Gecə uzundur, yat!”– (deyir). Əgər o kimsə oyanıb Allahı zikr etsə,
düyünlərdən biri açılar, dəstəmaz alsa, ikincisi açılar, namaz qılsa, üçüncüsü
açılar və beləliklə də o adam səhər gümrah və əhvali-ruhiyyəsi yaxşı olduğu
halda yuxudan oyanar. Əks halda isə o, əhvali-ruhiyyəsi çox pis, özü də əzgin
halda yuxudan oyanar. (Buxari 1142, 3269, Müslim 776/207, 1855,
Nafilə Namazlarının Evdə Qılınmasının Müstəhəb Olması
Və Məsciddə Qılınmasının İcazəli Olması
445. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namazlarınızın bir
qismini öz evlərinizdə qılın, onları qəbirlərə çevirməyin.” (Buxari 432, 1187,
Muslim 777/208, 1856, 1857)
446. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Rəbbini yad edənlə
yad etməyən kimsənin misalı diri ilə ölünün misalına bənzəyir.” (Buxari 6407,
Muslim 779/211, 1859)
447. Zeyd İbn Sabit rəvayət edir ki, Peyğəmbər ramazan ayında özü üçün
hücrə düzəltdi (həsrdən çadır) və bir neçə gecə orada namaz qıldı.
Əshabələrindən bir qismi ona qoşulub bu namazı qılmağa başladı. O, bunu
192
biləndə (evində) oturub (namaza çıxmadı). Sonra onların yanına gəlib dedi:
“Mən sizin nə etdiyinizi başa düşürəm. Ancaq ey insanlar, öz evlərinizdə
namaz qılın. Çünki fərz namazlarından başqa ən fəzilətli namaz insanın öz
evində qıldığı namazdır.” (Buxari 731, Muslim 781/213, 1861)
Namazda Yuxulayan, Quran Oxumaqdan, Dua Etməkdən
Aciz Qalana, Bu Hal Ondan Gedənə Qədər Yatmasının Və
Ya Oturmasının Əmr Edilməsi
448. Ənəs İbn Malik demişdir: “(Bir dəfə) Peyğəmbər (məscidə) daxil olub,
iki dirək arasında çəkilmiş bir ip gördü və: “Bu nə ipdir” deyə soruşdu.
(Oradakılar): “Bu, Zeynəbin ipidir, (namaz qılıb) yorulduqda, ondan tutur”
dedilər. Peyğəmbər: “Yox, açın onu! Biriniz özünü gümrah hiss etdikcə
namazını qılsın, yorulduqda isə otursun.” (Buxari 1150, Muslim 784/219, 1867)
449. Aişə
rəvayət edir ki, yanında bir qadın olarkən Peyğəmbər içəri
daxil olub: “Bu kimdir?” deyə soruşdu. (Aişə): “Filankəsdir” deyib, onun
namaz qılmağından danışdı. Peyğəmbər: “Bəsdir, siz bacardığınızı yerinə ye-
tirməlisiniz. Vallahi, siz usanmadıqca, Allah usanmaz.” Aişə: “Allah üçün
ibadətlərin ən sevimlisi o əməldir ki, insan onu davamlı yerinə yetirir.” (Buxari
43, Muslim 785/221, 1870)
450. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Sizdən biriniz namaz
qılarkən mürgüləyərsə, qoy yuxusu dağılıb gedincəyədək yatsın. Çünki o,
yuxuladığı halda namaz qıldığı zaman ola bilər ki, heç özü də bilmədən
193
bağışlanma diləmək əvəzinə özünü söysün.” (Buxari 212, Muslim 786/222,
1871)
Quranı Yadda Saxlamağın Əmri, Filan Ayəni Unutdum
Deməyin Məkruh Olması Və Ayə Mənə Unutduruldu
Deməyin İcazəli Olması
451. Aişə
rəvayət edir ki, Peyğəmbər gecə ikən məsciddə Quran
oxuyan bir kimsənin səsini eşitdi və: “Allah o kimsəyə rəhm etsin! O, mənə
(unutdurulması səbəbilə) düşürdüyüm filan filan surədəki ayətləri xatırlatdı”.
(Buxari 5037, 5038, 5042, Muslim 1873, 1874)
452. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı əzbərdən
bilən adam dəvələrini buxovda saxlayan kimsəyə bənzəyir. Əgər bu adam
onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-
başına buraxarsa, onlar qaçıb gedərlər.” (Buxari 5031, 789/226, 1875)
453. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “Birinizin:
“Filan və filan ayəni unutmuşam” deməsi necə də pisdir! Əksinə, bu ona
unutdurulmuşdur. Elə isə Quranı (təkrar-təkrar) öyrənməyə davam edin! Çün-
ki Quran, kəndirdən qırılıb qaçan heyvandan da tez, insanların qəlbini tərk
edir.” (Buxari 5032, Muslim 1877, 790/298
Dostları ilə paylaş: |