Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə54/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   50   51   52   53   54   55   56   57   ...   228

 

 

194 



454.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quranı  daim 

oxuyun!  Canım  Əlində  olan  Allaha  and  olsun  ki,  o,  kəndirdən  açılıb  qaçan 

dəvədən daha tez (sahibini) tərk edir.” (Buxari 5033, Muslim 1880, 791/231) 

 

 

 

Quran Oxuduqda Səsin Gözəlləşdirilməsinin Müstəhəb 

Olması 

 

 



 

455.  Əbu  Hureyrə    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Allah, 

Peyğəmbərə  Quranı  Təğənni  (avaz) ilə oxuması qarşılığında heç  bir şey üçün 

mükafat verməmişdir”. (Buxari 5023, Muslim 1883, 1885, 792/233,234). 

 

 

 



456.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    ona  belə  demişdir:  “Ey  Əbu 

Musa, sənə Davudun 

 məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir!” 



(Buxari 5048 Muslim 1888, 793/236) 

 

 

 

Məkkənin Fəthi Günü Peyğəmbərin Fəth Surəsini 

Oxumağının Zikri 

 

 



 

457.  Abdullah  İbn  Müğəffəl    demişdir:  “Məkkənin  fəthi  günü  mən 

Peyğəmbərin   dəvəsinin  üstündə oturub  zəngulə

40

 vuraraq “əl-Fəth” surəsini 



                                                

40

 Zəngulə - iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Digər hədisdə Müaviyə İbn Qurra  bu 



hədisi  rəvayət  etdikdə  Şöbə  ondan  soruşmuşdur  ki:  “Abdullah  İbn  Müğəffəl    zənguləni  necə  vurardı?”. 

Müaviyə də bunu səsləndirib demişdir: “ə-ə-ə” üç kərə.” Səhih Buxari 7540, Alimlər Peyğəmbərin  Quran 

oxuyarkən əsla zəngulə vurmadığını, bu hədisdə isə, dəvənin üstündə olduğundan avazla oxuduğu ayələrin 

bu cür səsləndiyini demişlər.  




 

 

195 



oxuduğunu gördüm.  Əgər camaat  başıma  yığılmasaydı  mən  də  Quranı onun 

kimi  zəngulə  vuraraq  oxuyardım”.  (Buxari  4281,  Muslim  1889,  1890, 

794/237,238) 

 

 

 

Quran Oxuyana Sükunətin Nazil Olması 

 

 



 

458.  Bəra  İbn  Azib    rəvayət  edir  ki,  (bir  dəfə  əshabələrdən)  biri  “əl-Kəhf” 

surəsini  oxudu.  Bu  vaxt  həyətdə  olan  at  (təşviş  içində)  vurnuxmağa  başladı. 

Adam salamları verib (namazı bitirdikdə) baxdı ki, başının üstünü duman və 

ya  bulud  alıb.  O  bu  hadisəni  Peyğəmbərə    danışdı  və  Peyğəmbər    dedi: 

“Oxumağına  davam  et,  ey  filankəs!  Çünki  o,  Qurana  görə  nazil  olmuş 

sükunətdir (mələklər)” (Buxari 3614, Muslim 1893, 795/241) 

 

 



 

459. (Bir dəfə) gecə Useyd İbn Hudeyr  “əl-Bəqərə” surəsini oxuyurdu, atı da 

onun  yanında  yerə  bağlanılmışdı.  Birdən  at  təşvişə  düşüb  şahə qalxdı.  (Bunu 

görəndə) Useyd susdu, at da sakitləşdi. Sonra o, oxumağına davam elədi və at 

yenə  təşvişə  düşüb  şahə  qalxdı.  O  susdu,  at  da  sakitləşdi.  Sonra  o,  yenidən 

oxumağa başladı və at yenə də həyəcanlanıb şahə qalxdı. Bundan sonra o, daha 

oxumadı. Həmin vaxt (Useydin) oğlu Yəhya atın yaxınlığında idi və o, qorxdu 

ki,  at  onu  tapdalayar.  Useyd  uşağı  yanına  çəkdikdən  sonra  başını  göyə 

qaldırdı,  lakin  aydın  bir  şey  görə  bilmədi.  Səhəri  gün  o,  bu  hadisəni 

Peyğəmbərə  danışdı. Peyğəmbər  (ona): “Oxu, ey İbn Hudeyr! Oxu, ey İbn 

Hudeyr!” deyə buyurdu. Useyd: “Ey Allahın elçisi! Yəhya atın yanında idi və 

mən qorxdum ki, at onu tapdalayar. Odur ki, başımı qaldırıb ona tərəf getdim. 

Sonra başımı göyə qaldırıb buluda oxşar  bir şey, içərisində də qəndillərə (çıraq) 

bənzər şeylər gördüm. Sonra onlar yox olub getdilər.” Peyğəmbər: “Bilirsənmi o 




 

 

196 



nə idi?” Useyd: “Xeyr!” deyə cavab verdi. Peyğəmbər: “Bu, mələklər idi, sənin 

səsinə  yaxınlaşmışdılar.  Əgər  sən  oxumağına  davam  etsəydin,  səhər  tezdən 

hamı  onları  görərdi  və  onlar  insanlardan  gizlənməzdilər.”  (Buxari  5018, 

Muslim 1895, 796/242) 

 

 

 

Quran Hafizinin Fəziləti 

 

 

 



460.  Əbu  Musa  əl-Əşari    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  «Quran 

oxuyan mömin iyi və dadı şirin olan limon Utruccu kimidir. Quran oxumayan 

mömin isə  dadı olub, iyi olmayan  xurma  kimidir.  Quran oxuyan  münafiq iyi 

xoş,  lakin  dadı  acı  olan  reyhan  kimidir.  Quran  oxumayan  münafiq  isə  iyi 

olmayan,  lakin  dadı  acı  olan  Hənzələ  (qarpıza  bənzər  tərəvəz)  kimidir». 

(Buxari 5427, 5059, Muslim 1896, 797/243)  

 

 

 

Quran Oxumaqda Mahir Olanla Onu Oxumaqda Çətinlik 



Çəkənin Fəziləti  

 

 



 

461. Aişə 

 rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Quran oxuyan və onu 



əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik 

çəkə-çəkə  daim  Quran  oxuyan  adam  isə  iki  savab  qazanır”.  (Buxari  4937, 

Muslim 1898, 798/244) 

 

 

 



 

 

197 



Oxuyan, Dinləyəndən Əfzəl Olsada Belə Fəzilət Və Məharət 

Sahiblərindən Quran Oxumanın Müstəhəb Olması  

 

 



 

462. Ənəs   rəvayət edir ki, (bir dəfə) Peyğəmbər   Ubey (İbn Kəbə)   dedi: 

“Allah mənə: “Kitab əhlindən və müşriklərdən inkar edənlər...”. (əl-Bəyyinə 1). 

surəsini sənə oxumağı  buyurdu.”  (Ubey) soruşdu:  “O,  mənim  adımı çəkdi?”. 

Peyğəmbər:  “Bəli!”  dedi  və  (Ubey)  ağlamağa  başladı”  (Buxari  3809,  4959, 

Muslim 1901, 6497,799/246) 

 

 

 

Quran Dinləməyin, Quranı Dinləmək Üçün Bir Hafizdən 



Oxumasını İtəməyin Və Quran Oxunarkən Ağlayıb 

Tədəbbür Etməyin Fəziləti  

 

 



 

463. Abdullah İbn Məsud  demişdir: “(Bir dəfə) Peyğəmbər  mənə buyurdu 

ki:  “Mənə  Quran  oxu!”  Dedim:  “(Ya  Rəsulullah!  Quran)  sənə  nazil  olduğu 

halda, onu sənə mənmi oxuyacağam?”. Peyğəmbər: “Bəli, mən onu başqasından 

dinləməyi  xoşlayıram.”  Mən  ona  “ən-Nisa”  surəsini  oxumağa  başladım. 

Nəhayət,  (surənin):  “Biz  hər  ümmətdən  bir  şahid  gətirəcəyimiz  və  səni  də 



onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda, 

Peyğəmbər:  “Dayan!”  dedi.  Mən  (başımı  qaldırdıqda)  Peyğəmbərin   

gözlərinin  yaşla  dolduğunu  gördüm”  (Buxari  4582,  Muslim  1903,  1905, 

800/247,248)  

 

 

 



464. Əlqəmə  demişdir: “(Bir dəfə)  biz  Himsdə ikən  İbn Məsud    bizə “Yusuf” 

surəsini oxudu. Bu vaxt bir nəfər dedi: “Axı bu surə bu cür nazil olmamışdır”. 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə