Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə62/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   58   59   60   61   62   63   64   65   ...   228

 

 

227 



bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu uzatdı, 

lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki 

dəfə)  səcdə  qıldı.  Sonra  ayağa  qalxıb  qiyamı  uzatdı,  lakin  bu  qiyam 

əvvəlkindən  qısa  idi,  sonra  rükuya  getdi  və  rükunu  uzatdı,  lakin  bu  rüku 

əvvəlkindən qısa idi, sonra  rükudan qalxdı  və  (yenə)  qiyamı  uzatdı,  lakin  bu 

qiyam  əvvəlkindən  qısa  idi,  sonra  (bir  də)  rükuya  getdi  və  rükunu  uzatdı, 

lakin bu rüku əvvəlkindən qısa idi, sonra (rükudan qalxıb səcdəyə getdi və iki 

dəfə)  səcdə  qıldı,  sonra  (salamları  verib)  namazı  bitirdi.  Artıq  günəşin  üzü 

açılmışdı.  Bundan  sonra  Peyğəmbər    buyurdu:  “Həqiqətən  də,  günəş  və  ay 

Allahın  dəlillərindəndir.  Onlar  kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya 

gəldiyinə  görə  tutulur.  Odur  ki,  onların  tutulduğunu  gördüyünüz  zaman 

Allahı zikr edin!” (Əshabələr) dedilər: “Ey Allahın elçisi, biz sənin dayandığın 

yerdə  əlini  uzadıb  nə  isə  götürdüyünü,  sonra  da  arxaya  çəkildiyini  gördük”. 

Peyğəmbər:  “Mən  Cənnəti  gördüm  və  (oradakı  meyvələrdən)  bir  salxım 

dərmək  istədim.  Mən  onu  dərə  bilsəydim,  dünya  durduqca  siz  ondan  yeyə 

bilərdiniz.  Həmçinin,  Cəhənnəm  də  mənə  göstərildi.  Mən  heç  vaxt  bu  gün 

(gördüyüm)  mənzərədən  daha  dəhşətlisini  görməmişdim.  Mən  Cəhənnəm 

əhlinin əksəriyyətinin qadınlar olduğunu gördüm.” (Camaat) soruşdu: “Nəyə 

görə,  ya  Rəsulullah?”  O  dedi:  “Nankorluqlarına  görə!”  (Yenə)  soruşdular: 

“Allaha  qarşımı  nankordurlar?”  O  dedi:  “Onlar  ərlərinə  qarşı  nankordurlar, 

yaxşılığı yerə vururlar. Birisinə il boyu yaxşılıq etsən, sonra da səndən (xoşuna 

gəlməyən)  bir  şey  görsə,  deyər:  “Mən  səndən  heç  vaxt  xeyir  görmədim.” 

(Buxari 1004, 1052, Muslim 2147, 907/17) 

 

 

 

Kusuf Namazına Çağırarkən: Əs-Salətu Cəmia – Deyə Nida 

Etmək 

 

 



 

526.  AbdurRahman  İbn  Amr  İbn  As    rəvayət  edir  ki,  Peyğəmbərin   

zamanında  günəş  tutuldu.  “İnnəs  Salətə  Cəmia”  –  deyə  nida  olundu. 

Peyğəmbər   namazda ikən bir rükətdə iki dəfə ruku etdi. Sonra qalxıb yenə 

bir rükətdə iki dəfə ruku etdi. Sonra oturdu və günəş açıldı. Aişə: “Daha əvvəl 



 

 

228 



ömrümdə  bu  qədər  uzun  sürən  bir  səcdədə  (namazda)  olmamışdım”  dedi. 

(

Buxari 1045, 1051, Muslim 2152, 910/20) 



 

 

 



527. Əbu Məsud   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Həqiqətən günəş 

və ay bir kimsənin ölümünə görə tutulmur. Lakin onlar Allahın dəlillərindən 

iki dəlildir. Günəş və ayın tutulduğunu görsəniz namaza durun”. (Buxari 1041, 

Muslim 2154, 911/22) 

 

 

 



528.  Əbu  Musa    demişdir:  “Günəş  tutulduğu  vaxt  Peyğəmbər    Qiyamət 

qopacağından qorxub təşviş içində ayağa qalxdı və məscidə gəlib namaz qıldı, 

mən heç vaxt onun (namazda) qiyamı, rükunu və səcdəni bu qədər uzatdığını 

görməmişdim.  (Namazı  bitirdikdən  sonra)  buyurdu:  “Allahın  göndərdiyi  bu 

dəlillər heç kəsin nə ölümünə görə, nə də dünyaya gəldiyinə görə olur. Fəqət, 

Allah  bununla  Öz  qullarını  qorxudur.  Odur  ki,  belə  bir  şey  gördükdə  Allahı 

zikr etməyə, Ona dua etməyə və Ondan bağışlanma diləməyə tələsin!” (Buxari 

1059, Muslim 2156, 912/24).  

 

 

 



529. İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  bizə xəbər verdi ki: “Həqiqətən 

günəş  və  ay  kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə  görə 

tutulmazlar.  Günəş  və  ay  Allahın  dəlillərindən  iki  dəlildir.  Günəş  və  ayın 

tutulmasını  gördüyünüz  zaman  nmaza  durun  (dua  edin)”.  (Buxari  1042, 

Muslim 2160, 914/28).  

 

 



 


 

 

229 



530. Muğira İbn Şobə  rəvayət edir ki, Peyğəmbər  zamanında oğlu İbrahim 

vəfat  etdiyi  gün  günəş  tutuldu  və  insanlar:  “Günəş  İbrahimin  ölümünə  görə 

tutulmuşdur”  dedilər.  Belə  olduqda,  Peyğəmbər    dedi:  “Günəş  və  ay 

kimsənin  nə  ölümünə  görə,  nə  də  dünyaya  gəldiyinə  görə  tutulur.  (Onların 

tutulduğunu)  gördüyünüz  zaman  namaz  qılın  və  Allaha  dua  edin!”  (Buxari 

1043, Muslim 2161, 915/29).  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 

230 



 



 

 

 

 



  

Cənazə Kitabı 

 

 



 

 

 

 



 

 

231 



 

 

Meyyid Üçün Ağlamaq  

 

 

 



531.  Usamə  İbn  Zeyd    demişdir:  “Peyğəmbərin    qızı  (Zeynəb):  “Oğlum 

ölür,  bizə  gəl!”  deyə  atasına  xəbər  göndərdi.  Peyğəmbər    (xəbər  gətirən 

adama  buyurdu  ki,  Zeynəbin  yanına  qayıdıb)  onu  salamlasın  və  desin: 

“Şübhəsiz  ki,  Allahın  aldığı  da,  verdiyi  də  Özünə  aiddir.  Onun  yanında  hər 

şeyin  öz  müəyyən  əcəli  var...  Səbir  et  və  (bunun  əvəzinə  Allah  yanında 

mükafat  qazanacağına)  ümid  bağla!”  (Bir  müddətdən  sonra)  Zeynəb,  (atası) 

mütləq  gəlsin  deyə,  and  verib  (xəbərçini  yenə)  onun  yanına  göndərdi. 

Peyğəmbər  qalxıb Səd İbn Ubadə, Muaz İbn Cəbəl, Ubey İbn Kəb, Zeyd İbn 

Sabit  və  başqa  bir  neçə  əshabə  ilə  onun  yanına  gəldi.  (Evə  daxil  olduqda) 

körpəni Peyğəmbərə  verdilər. Uşaq xırıldayaraq nəfəs alırdı. (Bunu görəndə) 

Peyğəmbərin    gözləri yaşla  doldu.  Səd  dedi:  “Bu nədir, ya  Rəsulullah?  (Sən 

də  ağlayırsan?)”.  Peyğəmbər:  “Bu,  Allahın  Öz  qullarının  qəlbinə  saldığı 

mərhəmətdir. Allah Öz qullarından yalnız rəhmli olanlara rəhm edir.” (Buxari 

1284, 6655, 7377, Muslim 2174, 923/11)  

 

 

 



532.  Abdullah  İbn  Ömər    demişdir:  “Səd  İbn  Ubadə  xəstələndiyi  zaman 

Peyğəmbər   AbdurRəhman  İbn  Auf,  Səd  İbn  Əbu  Vəqqas  və  Abdullah  İbn 

Məsud    ilə  birlikdə  ona  baş  çəkdi.  Xəstənin  yanına  daxil  olduqda  ailəsinin 

onun  başına  yığışdığını  görüb  soruşdu:  “Öldümü?”  Onlar:  “Xeyr,  ya 

Rəsulullah!”  deyə  cavab  verdilər.  Peyğəmbər    (Sədi  görəndə)  ağladı. 

Oradakılar Peyğəmbərin  ağladığını gördükdə ağlamağa başladılar. Peyğəm-

bər:  “Eşitmirsinizmi?  Allah  gözlərdən  axan  yaşa  və  qəlbin  kədərlənməsinə 

görə (heç) kəsə əzab vermir. O ancaq buna görə ya əzab verir, ya da rəhm edir 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə