219
İstisqa (Yağış) Namazı Kitabı
515. Abdullah İbn Zeyd rəvayət edir ki, Peyğəmbər yağış duası etdiyi
zaman Ridasını (üst geyimini) tərsinə çevirib geyindi”. (Buxari 1011, Muslim
2107, 894/1)
Yağış Yağmasını İstyərkən Əlləri Qaldırmaq
516. Ənəs İbn Malik demişdir: “Peyğəmbər , yağış diləmək üçün dua
etməsi istisna olmaqla, heç bir duasında əllərini (göyə) qaldırmazdı. O,
(əllərini) qoltuqlarının altının ağlığı görünənədək yuxarı qaldırardı. (Buxari
984, 1031, 3565, Muslim 2113, 895/11)
Yağış Diləyərkən Dua
517. Ənəs İbn Malik demişdir: “Peyğəmbərin yaşadığı dövrdə insanlara
quraqlıq üz vermişdi. Peyğəmbər cümə günü xütbə verərkən bir bədəvi
ayağa qalxıb dedi: “Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim
220
üçün Allaha dua et!” Peyğəmbər əllərini göyə qaldırdı. O an biz göydə bir
dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o,
hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı
və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış dam-
çılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün
– növbəti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi
(və ya başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar
su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər əllərini göyə
qaldırıb dedi: “Allahummə Həvaleynə Və Lə Aleynə - Allahım! (Yağışı)
üstümüzə deyil, ətrafımıza yağdır” Sonra əli ilə hara işarə etdisə, oradakı bulud
topası dağıldı və Mədinə (səması) çalaya bənzədi (səma açıldı). Qənat vadisində
bir ay sel axdı, kənardan (Mədinəyə) gələn hər kəs bol yağışlar yağdığından
danışırdı. (Buxari 933, 1033, Muslim 2116, 897/9)
Külək, Bulud Gördükdə Allaha Sığınmaq, Yağış Gördükdə
Fərəhlənmək
518. Aişə
demişdir: “Peyğəmbər göy üzündə yağmurla yüklənmiş
buludları gördükdə (təşviş içində) irəli-geri gedib gələr, (evə) girib çıxar və
siması dəyişərdi. Buludlardan yağış yağmağa başladıqda isə sakitləşərdi.”Aişə
Peyğəmbərin nə hala düşdüyüynü ona bildirdikdə o buyurmuşdur:
“Bilmirəm, ola bilsin ki, (Ad) qövmünün başına gəlmiş (müsibət bu ümmətin
də) başına gəlsin: “Nəhayət, o əzabı vadilərinə doğru gələn bir bulud şəklində
gördükdə: “Bu bizə yağış yağdıracaq buluddur!”– dedilər. Hud dedi: “Xeyr! Bu
sizin tez gəlməsini istədiyiniz – özü ilə ağrılı-acılı əzab gətirən bir küləkdir!”.
(əl-Əhqaf 24). (Buxari 3206, Muslim 2122, 899/5)
Səba Və Dəbur Küləyi Barəsində
221
519. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Mən Səba qasırğası
(şərq küləyi) sayəsində qələbə qazandım, Ad tayfası isə Dəbur (qərb küləyi)
qasırğası ilə məhv edildi.” (Buxari 1035, 3205, 3343, 4105, Muslim 2124, 900/17)
223
Kusuf (Günəş) Tutulması Namazı
520. Aişə
demişdir: “Peyğəmbər zamanında günəş tutuldu və buna görə
də Peyğəmbər camaata namaz qıldırdı. (Namazda) qiyamı uzatdı, sonra
rükuya getdi və rükunu uzatdı, sonra rükudan qalxdı və (yenə) qiyamı uzatdı,
lakin bu qiyam əvvəlkindən qısa idi, sonra (bir də) rükuya getdi və rükunu
uzatdı, lakin bu rüku əvvəlkindən qısa idi, sonra səcdəyə getdi və səcdəni
uzatdı, ikinci rükətdə də birinci rükətdə elədiklərini təkrar etdi. Namazı
bitirdikdə artıq günəşin üzü açılmışdı. Bundan sonra (qalxıb) xütbə verdi və
Allaha həmd-səna edib təriflər deyəndən sonra buyurdu: “Həqiqətən də,
günəş və ay Allahın dəlillərindəndir. Onlar kimsənin nə ölümünə görə, nə də
dünyaya gəldiyinə görə tutulur. Odur ki, onların tutulduğunu gördüyünüz
zaman Allaha dua edin, “Allahu Əkbər”– deyin, namaz qılın və sədəqə verin.”
Sonra Peyğəmbər davam edib dedi: “Ey Muhəmməd ümməti! Vallahi, kişi
və ya qadın köləsinin zina etməsi xüsusunda heç kəs Allahdan daha qısqanc
ola bilməz. Ey Muhəmməd ümməti! Vallahi, mən bildiyimi siz bilsəydiniz, az
gülüb çox ağlayardınız.” (Buxari 1044, Muslim 2127, 901/1)
521. Peyğəmbərin zövcəsi Aişə
rəvayət edir ki, Peyğəmbər zamanında
günəş tutuldu. Peyğəmbər həmən məscidə gəldi. İnsanlar onun arxasında
səffə durdular. Təkbir gətirdi. (Namazda) qiraəti uzatdı, sonra təkbir gətirdi,