Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə57/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   53   54   55   56   57   58   59   60   ...   228

 

 

205 



 

 

483.  Peyğəmbərlə    birlikdə  Zatur-Riqa  döyüşündə  qorxu  namazını  qılmış 



Səhl  İbn  Əbu  Həsmə    rəvayət  etmişdir  ki,  (əshabələrdən)  bir  dəstə 

Peyğəmbərin    arxasında  cərgələrə  düzüldü,  digəri  isə  düşmənə  qarşı  üz 

tutdu. Peyğəmbər  arxasında namaza durmuş dəstəyə bir rükət qıldırdıqdan 

sonra  ayağa  qalxıb  yerində  durdu,  arxasındakılar  isə  (ayrı-ayrılıqda)  ikinci 

rükəti tamamladılar. Onlar namazlarını bitirdikdən sonra gedib düşmənə tərəf 

səf-səf  düzüldülər.  Sonra  o  biri  dəstə  (gəlib  Peyğəmbərə    qoşuldu  və 

Peyğəmbər  )  onlara  özünün  qalan  bir  rükətini  qıldırdı  və  oturub  gözlədi. 

Onlar  ayağa  qalxıb  ikinci  rükəti  tamamladıqdan  sonra  Peyğəmbər    salam 

verib onlarla birlikdə (namazını bitirdi)”. (Buxari 4129, Muslim 1985, 842/310).  

 

 



 

484. Cabir  rəvayət edir ki, Peyğəmbər  ilə bərabər Zətir Riqa səfərində idik. 

Kölgəli  bir  ağaca  çatdığımız  zaman  bizlər  o  kölgəli  ağacı  Peyğəmbər    üçün 

buraxdıq.  (Onun  altına  uzandı)  qılıncını  da  ağacdan  asdı.  (yuxuya  getdikdən 

sonra)  müşriklərdən  biri  gəlib  Peyğəmbərin    qılıncı  qınından  çıxararaq 

Peyğəmbərə:  “İndi  məndən  qorxursanmı?”  dedi.  Peyğəmbər:  “Xeyr 

qorxmuram”  dedi.  O:  “İndi  səni  mənim  əlimdən  kim  qurtara  bilər?”  dedi. 

Peyğəmbər:  “Allah  qoruyar”  deyə  buyurdu.  (Həmən  müşrikin  əlindən  qılınc 

qorxudan düşür). Səhabələr o, müşriki təhdid edərək qorxudurlar. (Peyğəmbər 

  onu  cəzalandırmadan  buraxır).  Bu  vaxt  namaz  üçün  iqamə  verilir. 

Peyğəmbər    səhabələri  (iki  dəstəyə  bölür).  Bir  dəstəyə  iki  rükət  namaz 

qıldırır.  (iki  rükətdən)  sonra  bu  dəstə  düşmən  tərəfə  keçir,  düşmən  tərəfdə 

olan dəstə isə Peyğəmbərin  arxasına namaza gəlirlər. O, dəstəyə də iki rükət 

qıldırır. Beləcə Peyğəmbər dörd rükət namaz qılmış olur, cəmaat isə iki rükət 

fərz qılmış olurlar”. (Buxari 4136, Muslim 1986, 843/311)  

 

 



 

 

 




 

 

206 



 



 

 

 

 



 

Cümə Kitabı 

 

 



 

 

 



 

 

207 



 

 

Cümə Kitabı 

 

 

 



485.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  biriniz 

cüməyə gəldiyi zaman qüsl alsın”. (Buxari 877, Muslim 1988, 1989, 844/1, 2)  

 

 

 



486.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Ömər  İbn  Xattab    cümə  günü 

minbər  üzərində  xütbə  verdiyi  zaman  Peyğəmbərin    səhabələrindən  və  ilk 

mühacirlərdən  bir  nəfər  –  Osman  İbn  Əffan    –  məscidə  daxil  oldu.  Ömər 

(gecikdiyinə  görə):  “Bu  nə  saatdır  (gəlmisən)”  dedi.  O:  “Məşğul  idim,  evimə 

gəldikdə azanı eşitdim, ylnız dəstəmaz alıb gəldim” dedi. Ömər: “Peyğəmbər 

 qüsl almağı əmr etdiyi halda yalnız dəstəmaz alıb gəlmisən!!”.  (Buxari 878, 

Muslim 1992, 845/3) 

 

 

 

Cümə Günü Qüsul Etmək Hər Bir Həddi-Buluğa Çatmiş 

Kimsəyə Vacib Olması Və Onlara Əmr Olunanın Bəyani 

 

 



 

487.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cümə 

qüslünü  etmək  həddi-buluğa çatmış  hər  kəsə  vacibdir.”  (Buxari,  858,  Muslim 

1994, 846/5) 

 

 

 




 

 

208 



488.  Aişə 

  demişdir:  “Cümə  günü  camaat  (namaza)  öz  evlərindən  və 



Əvalidən (yaşayış yeri) növbə ilə gələrdi. Onlar toz-torpağa bulaşmış və qan-

tərə  batmış  halda  (məscidə)  gələrdilər,  bədənlərindən  də  (həmişə)  tər  axardı. 

Peyğəmbər    mənim  yanımda  ikən  onlardan  biri  onun  yanına  gəldi  və 

Peyğəmbər    buyurdu:  “Nə  olaydı  ki,  siz  bu  gününüz  üçün  yuyunardınız.” 

(Buxari 902, Muslim 1995, 847/6)  

 

 



 

489.  Aişə 

  demişdir:  “(O  zaman)  insanlar  öz  işlərində  çalışar  və  cümə 



namazına gələndə işçi görkəmində gələrdilər. Belə olduqda, onlara: “Nə olaydı 

ki, siz yuyunaydınız” deyildi. (Buxari 903, Muslim 1996, 847)  

 

 

 

Cümə Günü Ətir Və Misvaq İstifadə Etmək 

 

 

 



490.  Əbu  Səid  əl-Xudri    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cümə 

qüslünü  etmək  həddi-buluğa  çatmış  hər  kəsə  vacibdir.”  (Buxari  858,  Muslim 

1994, 846/5) 

 

 



 

491.  Tavus,  İbn  Abbasdan    rəvayət  edir  ki,  İbn  Abbas    Cümə  günü 

Peyğəmbərin    yuyunmaq  barədə  sözünü  zikr  etdi.  Tavus    deyir  ki,  İbn 

Abbasdan    soruşdum:  “(Kişi)  ailəsini  gözəl  qoxulu  ətrini  və  y  yağ  vura 

bilərmi?”. İbn Abbas: “Bunu bilmirəm” dedi. (Buxari 885, Muslim 1998, 848/8) 

 

 



 

492.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir 

müsəlman həftədə bir dəfə qüsl etməli – başını və bədənini yumalıdır.” (Buxari 

897, Muslim 2000, 849/9)  




 

 

209 



 

 

 



493.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Cənabət  qüslü 

kimi  qüsl  edib  cümə  gününün  ilk  saatında  məscidə  gedən  adam  bir  dəvə, 

ikinci  saatında  gedən  adam  bir  inək,  üçüncü  saatında  gedən  adam  buynuzlu 

bir  qoç,  dördüncü  saatında  gedən  adam  bir  toyuq  və  beşinci  saatında  gedən 

adam  bir  yumurta  qurban  vermiş  kimidir.  İmam  (minbərə)  qalxdıqda  isə 

mələklər gəlib zikr olunanları dinləyər (gələnləri qeydə almazlar)” (Buxari 881, 

Muslim 2001, 850/10).  

 

 

 

Cümə Günü Xütbəyə Qulaq Asmaq 

 

 



 

494. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Cümə günü imam 

xütbə  verərkən  sən  yanındakı  adama:  “Sus”  desən,  mənasız  söz  danışmış 

olarsan (savabdan gedər)”. (Buxari 934, Muslim 2002, 851/11)  

 

 

 

Cümə Günü (Duaların Qəbul) Olan Saat Haqqında 

 

 

 



495.  Əbu  Hureyra    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    cümə  gününü 

yada salıb dedi: “Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin 

vaxt)  namaz  qılıb  Uca  Allahdan  bir  şey  istəsə,  Allah  ona  istədiyini  mütləq 

verər.” Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi. 

(Buxari 935, Muslim 2006, 852/13)  

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə