Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə58/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   54   55   56   57   58   59   60   61   ...   228

 

 

210 



 

Bu Ümmətin Cümə Gününə Hidayət Olunması 

 

 



 

496. Əbu Hureyra  rəvayət edir ki, o, Peyğəmbərin  belə dediyini eşitmişdir: 

“Hərçənd  onlara  (Kitab  əhli)  bizdən  əvvəl  Kitab  verilmişdir,  lakin  biz 

sonuncular  (ümmət  olaraq)  Qiyamət  günü  birinci  (Cənnətə  daxil)  olacağıq. 

Onlar  özlərinə  fərz  buyrulmuş  bu  günləri  barəsində  ixtilafa  düşdülər.  Lakin 

Allah bizi (bu günü ehtiramla keçirməyə) müvəffəq etdi və bu xüsusda insanlar 

bizim  ardımızca  gəldilər,  yəhudilər  sabahkı  günü  (altıncı  günü),  xristianlar  isə 

ondan  sonrakı  günü  (bazar  gününü  təntənə  ilə  qeyd  edirlər).”  (Buxari  876,  896, 

3486, Muslim 2018, 855/21) 

 

 

 

Vümə Namazının Zəvaldan (Günörtadan) Sonra Qılınması 

 

 



 

497.  Səhl    rəvayət  edir  ki,  Peyğəmbər    ilə  bərabər  cümə  namazını  qıldıq. 

Qaylulə (gündüz istirhəti) ondan sora olurdu” dedi. (Buxari 939, Muslim 2028, 

859/30) 


 

 

 



 

498.  Sələmə  İbn  Əkva    (Ağac  altında  beyət  edən  səhabələrdən  idi)  rəvayət 

edir ki, Peyğəmbər  ilə bərabər cümə namazını  qıldıq. (Namazı bitirdikdən) 

sonra  dönüb  baxardıq  ki,  divarların  kölgələnə  biləcəyimiz  qədər  kölgəsi 

olmazdı”. (Buxari 4168, Muslim 2030, 860/32) 

 

 

 

Namazdan Öncə İki Xütbə Və Onlar Arasında Oturuş 

 

 



 


 

 

211 



 

499.  Abdullah  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    xütbəni  ayaq  üstə 

oxuyar, sonra (bir qədər) oturar, sonra yenə ayağa qalxardı; (o eynilə) siz indi 

etdiyiniz kimi (edərdi). (Buxari 920, Muslim 2033, 862/35) 

 

 

 

Allahın: “Onlar Ticarət Və Ya Əyləncə Gördükləri Zaman 



Dağılışıb Ona Tərəf Qaçdılar Və Səni (Minbərdə) Ayaq Üstə 

Olduğun Halda Tərk Etdilər”  

 

 



 

 



500.  Cabir  İbn  Abdullah    rəvayət  edir  ki,  (bir  dəfə)  biz  Peyğəmbərlə   

birlikdə namaz qılarkən ərzaq yüklü dəvə karvanı gəldi.  Hamı tələsik  karvana 

tərəf getdi. Peyğəmbərin  yanında isə cəmi on iki nəfər qaldı və həmin vaxt bu 

ayə nazil oldu: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf 



qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər”. (əl-Cumuə 11). 

(Buxari 936, 2064, Muslim 2034, 2036, 853/36, 37) 

 

 

 

Cümə Namazını Və Xütbəsini Qısa Etmək 

 

 

 



501.  Yə'lə    demişdir:  “Mən  Peyğəmbərin    minbərdə  ikən  belə  dediyini 

eşitmişəm: “Onlar deyəcəklər: “Ey Malik!”. (əz-Zuxruf 77). (Buxari 3230, 3266, 

Muslim 2048, 871/49)  

 

 

 

İmam Xütbə Verərkən Təhiyyət Namazını Qılmaq  

 

 




 

 

212 



 

502. Cabir  rəvayət edir ki, Peyğəmbər  cümə günü xütbə verdiyi zaman bir 

nəfər (məscidə) daxil oldu. Peyğəmbər: “Namaz qıldınmı?” deyə buyurdu. O: 

“Xeyr” dedi. Peyğəmbər: “O, zaman iki rükət qıl” deyə buyurdu.  (Buxari 931, 

Muslim 1691, 715/73). 

 

 



 

503. Cabir  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Sizlərdən biriniz gəldiyi 

zaman  imam  xütbə  verərsə  və  ya  (minbərə)  çıxdığı  zaman  iki  rükət  namaz 

qılsın”. (Buxari 1113, 1170, Muslim 2061, 875/59) 

 

 

 

Cümə Günü Nə Oxunur 

 

 

 



504.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    cümə  günləri  sübh 

namazında “Əlif. Ləm. Mim. Şübhə yoxdur ki, bu Kitabı aləmlərin Rəbbi olan 



Allah  nazil  etmişdir”.  (əs-Səcdə)  və  “Doğrudanmı,  insanın  heç  kimə  məlum 

olmadığı bir dövr hələ də ötüb keçməmişdir?”. (əl-İnsan). surələrini oxuyardı. 

(Buxari 891, 1068, Muslim 2068, 2071)  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


 

 

213 



 



 

 

 

 



 

İki Bayram Namazı 

Kitabı 

 

 



 

 

 



 

 

214 



 

 

İki Bayram Namazı Kitabı 

 

 

 



 

505. İbn Abbas  rəvayət edir ki, Mən Peyğəmbər , Əbu Bəkr , Ömər  və 

Osmanla    birlikdə  bayram  namazlarında  iştirak  etmişəm.  Onların  hamısı 

namazı  xütbədən  qabaq  qılardı.  Namaz  qılınandan  sonra  xütbə  verildi. 

Peyğəmbər  (xütbədən  sonra)  çıxdı.  (Cəmaat  dağılmadan, qadınlar  getmədən) 

mübarək  əli ilə oturun  deyə işarə  etməsi  hələ  də  gözümün önündədir.  Sonra 

kişilərin  sələrini  yararaq  qadınların  səflərinə  qədər  gəldi.  Bilalda  onunla  idi. 

Oraya çatdıqda bu ayəni oxudu:  “Ey Peyğəmbər! Mömin qadınlar Allaha heç 



bir  şərik  qoşmayacaqlarına,  oğurluq  və  zina  etməyəcəklərinə,  uşaqlarını 

öldürməyəcəklərinə,  əlləri  ilə  ayaqları  arasından  olanı  yalanla  ört-basdır 

etməyəcəklərinə (ərlərindən olmayan uşaqlarını onlara isnad etməyəcəklərinə) 

və heç bir yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair sənə beyət etmək üçün 

yanına  gəldikləri  zaman  onların  beyətini  qəbul  et  və  Allahdan  onlar  üçün 

bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir”. (Mumtəhinə 12). 

Sizlər  bu  beyət  üzrə  sabitsinizmi?”  deyə  buyurdu.  İçərilərindən  yalnız  bir 

qadın: “Bəli” dedi. Ondan başqası cavab vermədi. Peyğəmbər: “Sədəqə verin” 

dedi.  Bilal  libasını  yaydı  və:  “Anam  atam  sizə  fəda  olsun!  Gətirin  sədəqənizi 

verin”  dedi.  Qadınlar  da  halqalarını, üzüklərini Bilalın libasının içinə  atmağa 

başladılar”. (Buxari 979, Muslim 2081, 884/1)  

 

 

 



506.  Cabir    rəvayət  edir  ki,  Peyğəmbər    bayram  günü  ayağa  qalxdı  və 

namaza  başladı.  Namazdan  sonra  insanlara  xütbə  verdi.  Allah  Rəsulu   

yüksək  yerdən  xütbəsini  bitirdikdən  sonra  aşağı  endi  və  qadınların  yanına 

gəldi.  Onlara  nəsihət  etdi.  Bilal  libasını  açdı  və  qadınlar  libasın  içinə  sədəqə 

atmağa başladılar”. (Buxari 961, 978, Muslim 2084, 885/3) 

 

 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə