Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə63/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   59   60   61   62   63   64   65   66   ...   228

 

 

232 



(deyə)  dilinə  işarə  etdi.  Həqiqətən,  ölən  adama  ailəsinin  onun  üçün  (fəryad 

edib) ağlamasından dolayı əzab verilir.” (Buxari 1304, Muslim 2176, 924/12).  

 

 

 

Müsibətin İlk Anında Səbr Etmək 

 

 

 



533.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    bir  qəbrin 

başında  durub  ağlayan  qadının  yanından  keçərkən  (ona)  buyurdu  ki: 

“Allahdan qorx və səbir et!” Qadın onun kim olduğunu bilməyib dedi: “Əl çək 

məndən! Mənim  başıma gələn  müsibət sənin  başına gəlməyib.”  Qadına:  “Bu, 

Peyğəmbər   idi”  dedilər.  Bundan  sonra  o,  Peyğəmbərin   qapısının  yanına 

gəldi, lakin orada gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): “Mən səni 

tanımamışam”  dedi.  Peyğəmbər:  “İlk  sarsıntı  anında  səbir  etmək  lazım  idi!” 

(Buxari 1283, Muslim 2179, 926/15)  

 

 

 

Meyyid Əhlinin Onun Üçün Etdiyi Vay-Şivənə Görə Əzab 



Verilir 

 

 



 

534. Ömər İbn Xəttab  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ölü qəbrində 

əzaba uğrayar onun üçün edilən vay-şivənə görə”. (Buxari 1292, Muslim 2182, 

2183, 927/17) 

 

 

 



535.  Əbu  Musa    rəvayət  edir  ki,  Ömər  İbn  Xəttab    vurulduğu  zaman 

Suheyb:  “Vay  qardşım”  deyərək  ağlamağa  başladı.  Ömər:  “Ey  Suheyb! 




 

 

233 



Peyğəmbərin:  “Ölü,  dirinin  ağlaması  ilə  qəbrində  əzab  olunur”  deyə 

buyurduğunu eşitməmisənmi?”. (Buxari 1290, Muslim 2184, 2185, 927/18) 

 

 

 



 

536. Abdullah İbn Ubeydullah İbn Əbi Muleykə  rəvayət edir ki, Osmanın  

qızı  Məkkədə  vəfat  edir.  (Namazda  və  cənazədə)  iştirak  etmək  üçün  bizlər 

cənazəyə gəlmişdik. İbn Ömər  ilə İbn Abbas  da gəlmişdilər. Mən onların 

ortalarında  oturmuşdum.  Və  y  Mən  bu  ikisindən  birinin  yanında 

oturmuşdum.  Sonra  digəri  gəlib  yanımda  oturdu.  (Evdən  qadınların  fəryad 

səsi  gəldikdə)  Abdullah  İbn  Ömər    yanında  olan  Osmanın  oğlu  Amra:  “Bu 

qadınları  fəryad  etməkdən  çəkindirin?  Çünki  Rəsulullah  buyurdu:  “Ölü, 

ailəsinin onun üçün fəryad etmələrinə görə qəbrində əzab görür”.  İbn Abbas: 

“Yəni, bəzi ağlamaq tərzinə görə İbn Ömər” dedi. Mən Məkkədən Ömər   ilə 

qayıdırdım. (Məkkə ilə Mədinə) arasında olan Bəyda adlanan yerdə böyük bir 

Səmura  ağacının  altında  dəvə  karvanına  rast  gəldik.  Ömər:  “Get  bax,  bu 

karvan  kimlərdir?”  dedi.  Mən  də  baxdım  və  dərhal  Suheybi  tanıdım.  Bunu 

Ömərə    xəbər  verdim.  Ömər:  “Yanıma  çağır  onu”  dedi.  Mən  də  Suheybin 

yanına  gələrək:  “Möminlərin  Əmirinin  yanına  gəl  və  onunla  görüş”  dedim. 

(Birlikdə  Mədinəyə  gəldik)  Ömər    vurulduğu  zaman  Suheyb  ağlayaraq 

Ömərin    yanına  girdi  və:  “Vay  qardşım”  deyərək  ağlamağa  başladı.  Ömər: 

“Ey  Suheyb!  Peyğəmbərin:  “Ölü,  dirinin  ağlaması  ilə  qəbrində  əzab  olunur” 

deyə  buyurduğunu  eşitməmisənmi?”.  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər   

demişdir:  “Ölən  adam,  bəzən  ailəsinin  ona  ağlamağından  dolayı  əzab  çəkir”. 

İbn  Abbas    demişdir:  “Ömər    vəfat  etdikdən  sonra  mən  onun  dediklərini 

Aişəyə 




söylədim. Aişə: “Allah Ömərə rəhmət eləsin!  Vallahi, Rəsulullah 

 deməmişdir ki, Allah möminə, ailəsinin ona ağlamağından dolayı əzab verir. 

Əksinə,  Rəsulullah    demişdir  ki:  “Allah  kafirə,  ailəsinin  ona  ağlamağından 

dolayı  əzabını  artırır.”  Sonra  (Aişə)  belə  buyurdu:  Quranın  “Heç  bir  günahkar 



 

 

234 



başqasının  günah  yükünü  daşımaz”.  (əl-Ənam  164).  (Fatir  18).  ayəsi  sizə 

kifayət  edər.  İbn  Abbas    deyir  ki:  “Güldürən  də,  ağladan  da  Odur!”.  (ən-



Nəcm 43). İbn Əbi Muleykə: “Vallahi! İbn Ömər bunsan sonra bir şey demədi” 

dedi. (Buxari 1286, 1288, Muslim 2191, 928/23)  

 

 

 



537. Aişənin  yanında İbn Ömərin  Peyğəmbərdən  rəvayət etdiyi hədis 

zikr olundu:  “Ölü,  ailəsinin onun  üçün  fəryad  etmələrinə  görə  qəbrində  əzab 

verilir”.  Aişə:  “İbn  Ömər    xəta  etmişdir,  sadəcə  Peyğəmbər    belə 

buyurmuşdu:  “Həqiqətən  ailəsi  onun  üçün  ağlayır,  Ona  günah  etməsinə 

xətasına  görə  əzab  verilir.  Sonra:  “Peyğəmbərin    bu  sözü  Bədr  günü  içi 

müşriklərlə  dolu  dərənin  üzərində  dayanb onlara  belə  deməsinə  bənzəyir.  O, 

cəsədlər mənim dediklərimi eşidirlər – sözələrinə bənzəyir. Peyğəmbər: “Onlar 

indi mənim onlara söylədiyim sözlərin haqq olduğunu bildilər” deyə buyurdu. 

Aişə:  “Sözsüz ki,  sən nə ölülərə  haqqı  eşitdirə  bilərsən...”.  (ən-Nəml  80),  “Sən 

isə  qəbirlərdə  olanlara  eşitdirə  bilməzsən”.  (Fatir  22).  Ayələrini  oxudu  və: 

“Onlar  Cəhənnəmdən  oturacaqlarını  aldıqları  zaman”.  (Buxari  3979,  Muslim 

2197, 932/16) 

 

 



 

538.  Peyğəmbərin    zövcəsi  Aişə 

  demişdir:  “(Bir  dəfə)  Peyğəmbər   bir 



yəhudi  qadının  (qəbrinin)  yanından  keçərkən  ailəsinin  onun  üçün  ağladığını 

(görüb)  dedi:  “Onlar  onun  üçün  (vay-şivən  qoparıb)  ağlayırlar,  halbuki 

qəbirdə ona əzab verilər.” (Buxari 1289, Muslim 2199, 932/27) 

 

 



 

539.  Muğira    rəvayət  edir  ki,  mən  Peyğəmbərin   belə  dediyini  eşitmişəm: 

“Kimin  üçün  vay-şivən  salıb  ağlasalar,  buna  görə  ona  əzab  verilər.”  (Buxari 

1291, 1229, Muslim 2200, 933/28) 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə