Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə33/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   29   30   31   32   33   34   35   36   ...   228

 

 

116 



“Sənin buna daha çox haqqın var” deyə (etiraz etdi). Beləliklə, həmin günlərdə 

camaata  namazı  Əbu  Bəkr  qıldırdı.  (Bir  neçə  gündən)  sonra  Peyğəmbərin   

halı  yaxşılaşdı  və  iki  nəfər  onun  (sağından  və  solundan)  qoluna  girib  zöhr 

namazını qılmaq üçün onu (məscidə) apardı. (Onun qoluna girən) iki nəfərdən 

biri  Abbas    idi.  (Peyğəmbər    məscidə  gəldikdə)  Əbu  Bəkr    (camaata) 

namaz  qıldırırdı.  Əbu  Bəkr    onu  görən  kimi  geriyə  çəkilmək  istədi,  lakin 

Peyğəmbər  əli ilə ona işarə etdi ki, geriyə çəkilmə. Peyğəmbər  (o iki nəfərə): 

“Məni  onun  yanında  otuzdurun!”  dedi  və  onu  Əbu  Bəkrin    yanında 

otuzdurdular. Bundan sonra Əbu Bəkr  Peyğəmbərə , camaat da Əbu Bəkrə 

tabe  olaraq  namaz  qıldı.  Peyğəmbər    (namazı)  oturmuş  vəziyyətdə  qıldı. 

(Buxari 687, Muslim 629, 963) 

 

 



236.  Aişə 

  demişdir:  “Peyğəmbərin    vəziyyəti  ağırlaşdığı  və  ağrıları 



şiddətləndiyi  zaman  o,  öz  zövcələrindən  xahiş  etdi  ki,  ona  mənim  evimdə 

baxsınlar və onlar da buna razılıq verdilər. Sonra Peyğəmbər bir tərəfində İbn 

Abbas,  digər  tərəfində  bir  kişi  olmaqla  iki  nəfərin  çiyinləri  arasında  ayaqları 

yerlə  sürünərək  (cəmaata)  çıxdı.  (Hədisin  Ravisi)  Ubeydullah  Aişənin 



söylədiklərini  İbn  Abbasa    danışdı.  İbn  Abbas:  “Aişənin  ismini 



söyləmədiyi  kişinin  kim olduğunu  bilirsənmi?” dedi.  Mən:  “Xeyr”  dedim.  O: 

“O, Əli İbn Abu Talib idi” dedi. (Buxari 665, 2588, Muslim 418, 630, 964, 965) 

 

 

237.  Aişə 





deyir  ki,  And  olsun  ki,  Əbu  Bəkrin    insnlara  imam  olub 

namaz  qıldırsın  əmri  xüsusunda  Rəsulullaha  çox  müraciət  etdim.  Məni 

Rəsulullaha    çox  müraciət  etməyə  sövq  edən  səbəb  bu  idi:  “Rəsulullahın 

yerinə keçən kimsəni insanların sevə biləcəyini qəbul heç düşünmürdü. Və elə 

düşünürdüm  ki,  Rəsulullahın  yerinə  keçən  kimsəni  insanlar  qəbul 

etməyəcəklər.  Buna görə  də  mən Rəsulullahın, Əbu  Bəkrin imamlıq  etməsinə 

dir əmrini israrla istəmişdim”. (Buxari 4445, Muslim 418, 632, 966) 

 




 

 

117 





 

238.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəmbər    ölümü  ilə  nəticələnən  xəstəliyə 



tutulduğu zaman namaz vaxtı yetişdikdən və azan verildikdən sonra buyurdu: 

“Əbu Bəkrə  deyin, camaata namaz qıldırsın!” Ona  dedilər ki: “Əbu Bəkr  

ürəyiyumşaq  adamdır,  əgər  sənin  yerinə  imamlıq  etsə,  (çox  ağladığı  üçün) 

camaata  namaz  qıldıra  bilməyəcək.”  Peyğəmbər    sözünü  təkrar  etdi, 

yanındakılar da ona eyni cavabı verdilər, üçüncü dəfə o buyurdu: “Siz Yusufa 

gözü düşən qadınlar kimisiniz. Əbu Bəkrə  deyin, camaata namaz qıldırsın!” 

Beləlilkə, Əbu Bəkr  (məscidə) gedib camaata namaz qıldırmağa başladı. Bu 

əsnada Peyğəmbərin  halı yaxşılaşdı və iki nəfər onun (sağından və solundan) 

qoluna  girib  onu  (məscidə)  apardı.  Mən  onun  xəstəliyi  üzündən  ayaqlarını 

yerlə  sürüdüyünü,  sanki,  indi  də  görürəm.  Əbu  Bəkr  (onun  gəldiyini  hiss 

etdikdə)  geriyə  çəkilmək  istədi,  lakin  Peyğəmbər    əli  ilə  ona  işarə  etdi  ki, 

yerində qal. Sonra onu (imamın durduğu yerə) apardılar və o, Əbu Bəkrin   

yanında  (yerə)  oturdu.  Peyğəmbər    namaz  qılmağa  başladı,  Əbu  Bəkr   

namazına  davam  etdi  və  camaat  da  Əbu  Bəkrə    tabe  olaraq  namaz  qıldı. 

(Buxari 664, 683, Muslim 418, 635, 970) 

 

 



239.  Aişə 



rəvayət  edir  ki,  Rəsulullahın  xəstəliyi  ağırlaşdığı  zaman  Bilal 



gəlib  namaz  vaxtını  bildirdi.  Peyğəmbər:  “Əbu  Bəkrə    insanlara  namaz 

qıldırmasını əmr edin” deyə buyurdu. Aişə: “Ya Rəsulullah! Əbu Bəkr  qəmli 

və hissiyatlı bir insandır. Heç şübhəsiz ki, o sənin məqamında durduğu zaman 

(ağladığı  üün)  insanlara  oxuya  bilməyəcəkdir.  Bu  işi  Ömərə    əmr  etsən” 

dedim.  Peyğəmbər:  “Əbu  Bəkrə    əmr  edin  insanlara  namaz  qıldırsın”  deyə 

buyurdu.  Mən  Həfsəyə 



də:  “Heç  şübhəsiz  ki,  Əbu  Bəkr  qəmli  bir 



kimsədir.  O,  sənin  məqamına  durduğu  zaman  qiraəti  insanlara  eşitdirə 

bilməyəcəkdir.  Ömərə    əmr  etsən”  dedi.  Peyğəmbər:  “Yusuf  Peyğəmbərin 




 

 

118 



sahibləri  siz  qadınlarsınız.  Əbu  Bəkrə    insanlara  namaz  qıldırmasını  əmr 

edin” deyə buyurdu. Əbu Bəkr  namaza durduğu zaman Peyğəmbər özündə 

bir  rahatlıq  hiss  etdi  və  qalxaraq  iki  adam  arasında  ayaqları  sürünə  sürünə 

məscidə  gətrildi.  Əbu  Bəkr    Onun  gəlişini  hiss  etdiyi  üçün  geriyə  çəkilmək 

istədi.  Peyğəmbər  ona  yerində  qalması  üçün  işarə  etdi.  Peyğəmbər  gələrək 

Əbu Bəkrin  solunda dayandı. Əbu Bəkr  ayaq üstə namaz qıldırdığı halda 

Rəsulullah  isə  oturaraq  namaz  qılırdı.  Əbu  Bəkr.  Rəsulullahın  namazına 

uyurdu,  insanlar  da  Əbu  Bəkrin  namazına  uyurdular”.  (Buxari  713,  Muslim 

418, 634, 968) 

 





 



240.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    vəfatına  səbəb  olan 

xəstəliyə  tutulduğu  zaman  (yatağa  düşdükdə)  camaata  namazı  Əbu  Bəkr   

qıldırırdı.  Nəhayət,  bazar  ertəsi  camaat  namaz  qılmaq  üçün  cərgəbəcərgə 

düzüldükdə  Peyğəmbər    (qaldığı)  hücrənin  pərdəsini  qaldırdı  və  ayaq  üstə 

dayanıb  bizə  baxmağa  başladı.  Onun  üzünün  (gözəlliyi),  sanki  Quran  kağızı 

idi.  Sonra  o  gülümsədi.  Biz  Peyğəmbəri    görəndə  sevincimizdən  az  qaldı  ki, 

namazdan  çıxaq.  Əbu  Bəkr    Peyğəmbərin    namaz  qılacağını  zənn  etdi  və 

dala  çəkilərək  arxasındakı  cərgəyə  keçdi.  Peyğəmbər    bizə  “Namazınızı 

tamamlayın” işarəsi etdi. Sonra pərdəni aşağı saldı və həmin gün də vəfat etdi. 

(Buxari 680, Muslim 419, 636, 971) 

 

 

241.  Ənəs    rəvayət  edir  ki,  Peyğəmbər    üç  gün  çıxmadı.  Namaza  iqamə 



olundu.  Əbu  Bəkr    irəli  keçib  namaza  durdu.  Peyğəmbər  əli  ilə  pərdəni 

qaldırdı. Peyğəmbərin üzü göründü. O, anda onun üzündən daha xoş bir şey 

görməmişdik.  Peyğəmbər,  Əbu  Bəkrə    irəli  keçsin  deyə  əli  ilə  işarə  etdi  və 

pərdəni endirdi. Ondan sonra vəfat edənə qədər gözəl üzünü bir daha görmək 

müyəssər olmadı”. (Buxari 681, Muslim 419, 637, 974) 

 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə