Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə22/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   18   19   20   21   22   23   24   25   ...   228

 

 

72 



ümmətimə şəfaət etmək üçün saxlamaq istəyirəm.” (Buxari 7474, Muslim 294, 

509) 


 

 

 



 

 

122.  Ənəs  İbn  Məlik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Hər  bir 



peyğəmbərin bir istək duası olmuşdur və ya hər bir Peyğəmbərin duası vardır, 

onunla  dua  etdi  və  duası  qəbul  olundu.  Mən  isə  öz  duamı  Qiyamət  günü 

ümmətimə şəfaət etmək üçün saxlamaq istəyirəm.” (Buxari 6305, Muslim 298, 

513-519)  

 

 

 

Allahın: “Ən Yaxın Qohumlarını Qorxut!” ayəsi 

 





 

 



123.  Əbu  Hureyra    rəvayət  edir  ki,  qüdrətli  və  əzəmətli  Allah:  “Ən  yaxın 

qohumlarını  qorxut!”.  (əş-Şuəra  214).  ayəsini  nazil  etdikdə  Peyğəmbər   

(qohum-əqrəbasını  çağırıb)  dedi:  “Ey  quyerşlilər,  canınızı  (Allahın  əzabından) 

satın  alın!”.  Mən  sizi  Allahın  (əzabından)  qurtara  bilməyəcəyəm.  Ey 

Abdumənaf oğulları,  mən  sizi Allahın  (əzabından)  qurtara  bilməyəcəyəm.  Ey 

Abbas  İbn  Abdulmuttəlib,  mən  səni  Allahın  (əzabından)  qurtara  bilməyə-

cəyəm.  Ey  Peyğəmbərin  bibisi  Səfiyyə,  mən  səni  Allahın  (əzabından)  qurtara 

bilməyəcəyəm.  Ey  Muhəmmədin  qızı  Fatimə,  malımdan  nə  istəyirsənsə,  istə. 

Mən  səni  Allahın  (əzabından)  qurtara  bilməyəcəyəm”.  (Buxari  2753,  4771, 

Muslim 305, 525) 

 



 



 

 



 

 

73 



124.  İbn  Abbas    demişdir:  “Bu:  “Ən  yaxın  qohumlarını  –  içərilərindən  ən 

səmimi olanlarını – qorxut!” ayəsi nazil olduqda Peyğəmbər  (evindən) çıxdı. 

Nəhayət,  gəlib  Səfa  dağına  qalxdı  və:  “Haydı,  canınızı  qurtarın!”  deyə 

(qureyşliləri)  səsləməyə  başladı.  (Bəziləri):  “Bu  qışqıran  kimdir?”  deyə 

soruşdular  və  (Muhəmədin)  onun  yanına  toplanmağa  başladılar.  Peyğəmbər: 

“Deyin görək, əgər mən sizə bu dağın ətəyindən bir dəstə atlı çıxıb (üstünüzə 

hücum  edəcəyini)  xəbər  versəm,  mənə  inanarsınızmı?”.  Onlar:  “Biz  səndən 

yalan eşitməmişik” deyə cavab verdilər. Peyğəmbər: “Mən sizi gələcək şiddətli 

əzabla  qorxudan  bir  peyğəmbərəm”.  (Bunu  eşidəndə)  Əbu  Ləhəb:  “Ölüm 

olsun  sənə!  Bizi  buna  görəmi  yığmısan?”  (Elə  bu  səbəbdən  də)  bu  surə  nazil 

oldu: “Əbu Ləhəbin əlləri qurusun, artıq qurudu da!”. (əl-Məsəd). (Buxari 4971, 

Muslim 307, 529) 

 



 



 

Peyğəmbərin  Əbu Talibə Şəfaəti Və Onun Səbəbilə 

Əzabının Yüngülləşməsi 

 



 

125.  (Bir  dəfə)  Abbas  İbn  AbdulMuttəlib    Peyğəmbərə    buyurdu:  “Əmin 



(Əbu  Talibə)  sənin  nə  köməyin  dəyib?  Axı,  o,  səni  müdafiə  edərdi,  (kimsə) 

sənin (xətrinə dəyəndə) qəzəblənərdi.” Peyğəmbər: “O, Cəhənnəm odunun üst 

qatındadır. Əgər mən olmasaydım, o, Cəhənnəmin lap dibində olardı.” (Buxari 

3883, Muslim 308, 531) 

 



 



 

126.  Əbu  Səid əl-Xudri    demişdir:  “(Bir  dəfə) Rəsulullahın    yanında əmisi 

Əbu  Talib  zikr  edildi.  Onda o,  belə  buyurdu:  “Ümidvaram  ki,  Qiyamət  günü 

mənim  şəfaətim  ona  fayda  verəcək  və  o,  Cəhənnəmin  dayaz  yerinə 

yerləşdiriləcək.  (Orada)  alov  onun  topuqlarına  çatacaq  və  istisindən  onun 

beyni qaynayacaq”. (Buxari 3885, 6564, Muslim 310, 535) 

 

 

 



 

 

74 



Cəhənnəmdə Ən Yüngül Əzab Çəkən Kimsə  

 



 

127.  Nomən  İbn  Bəşir    xütbə  verərkən  demişdir:  “Mən  Peyğəmbərin    belə 

dediyini eşitmişəm: “Qiyamət günü Cəhənnəm əhlinin ən yüngül əzab çəkəni 

o  kimsə  olacaq  ki,  ayağının  altındakı  çuxurlara  köz  qoyulacaq,  bunların 

istisindən onun beyni qaynacaq”. (Buxari 6561, Muslim 313, 314, 538, 539) 

 

 

 

Möminlərin Bir-Birilə Dostlaşması Və Başqalarıyla 

Əlaqələri Kəsməsi Və Onlardan Uzaq Olması 

 



 

128.  Amr  İbn  As    demişdir:  “Mən  Peyğəmbərin    uca  səslə  heç  nəyi 



gizlətmədən  belə  dediyini  eşitmişəm:  “Atamın  qohum-əqrəbası  mənim 

himayədarım sayıla bilməz. Mənim himayədarlarım ancaq Allah və əməlisaleh 

möminlərdir.  Sadəcə  məni  onlara  bağlayan  qohumluq  əlaqələridir  və  bu 

əlaqələri qoruyub saxlayacağam”. (Buxari 5990, Muslim 316, 541) 

 

 

 

Müsəlmanlardan Bəzisinin Cənnətə Hesab Və Əzabsız 



Girməsinə Dəlil 

 

 



 

 

 



129. Əbu Hureyrə  rəvayət edir ki, mən Peyğəmbərin  belə dediyini eşitdim: 

“Ümmətimdən yetmiş  min  nəfərlik  bir  zümrə  (Cənnətə) girəcək.  Onların  üzü 

bədrlənmiş  ay  kimi  nur  saçacaqdır”.  Əbu  Hureyrə:  “(Bunu  eşidəndə)  Ukkaşə 



 

 

75 



İbn Mihsən əl-Əsədi  əynində olan bəbir dərisinə bənzər bürüncəyinin ətəyini 

çəkərək  ayağa  qalxıb  dedi:  “Ya  Rəsulullah!  Allaha  dua  et,  məni  onlardan 

etsin!”.  Peyğəmbər:  “Allahım!  Bunu  o  kəslərdən  et!”  deyə  dua  etdi.  Sonra 

ənsardan  olan  başqa  birisi  qalxıb:  “Ya  Rəsulullah!  Allaha  dua  et,  məni  də 

onlardan etsin!” dedi. Peyğəmbər: “Bu xüsusda Ukkaşə səni qabaqladı”. (Buxari 

5811, 6542, Muslim 318, 544) 

 





 

 

130. Səhl İbn Səd  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Ümmətimdən yet-



miş  min,  yaxud  yeddi  yüz  min  (Əbu  Hazim  bunlardan  hansını  söylədiyini 

bilmir)  nəfər  sorğu-sualsız,  həm  də  əl-ələ  verib  bir-birilərindən  (bərk-bərk) 

tutmuş  halda  Cənnətə  daxil  olacaqlar  Axırıncıları  içəri  daxil  olmayınca 

əvvəldəkilər  daxil olmayacaq.  Onların  üzü on  dörd  gecəlik  ay  kimi  (gözəl  və 

parlaq) olacaq.” (Buxari 6543, 6554, Muslim 322, 548) 

 

 



 

 

 



131. İbn Abbas    rəvayət etmişdir  ki,  bir gün Peyğəmbər    yanımıza çıxdı və 

buyurdu: “(Peyğəmbərlər göndərilmiş) Ümmətlər mənə göstərildi. Peyğəmbər 

yanından ötdüm  ki, yanında  bir  və  ya iki  adam var  idi.  Peyğəmbər gördüm, 

yanında  bir  toplum  adam  var  idi.  Elə  bir  peyğəmbər  də  gördüm  ki,  yanında 

heç kəs yox idi. (Həmin vaxt) mənə çoxlu üfüqü örtən  qaraltı göstərildi. Mən 

onların  ümmətim  olduğunu  ümüd  etdim.  (Mənə):  “Bu,  Musa 

  və  onun 



qövmüdür. Sonra mənə deyildi: “Sən bu tərəfə bax” deyildi. Mən (dərhal ora) 

baxdım və orada üfüqü örtən çoxlu qaraltı gördüm. Mənə yenə: “O, tərəfə bax! 

O tərəfə bax!” deyildi. (Mən üfüqü örtən daha) çox qaraltı gördüm. Mənə: “Bu 

sənin ümmətindir. Onlardan yetmiş min nəfəri sorğu-sual olunmadan Cənnətə 

girəcəkdir”  deyildi.  (Bunu  deyəndən  sonra  Peyğəmbər    qalxıb  evinə  daxil 

oldu).  Camaat  sorğu-suala  çəkilmədən  və  əzaba  giriftar  olmadan  Cənnətə 

girəcək o kimsələr barədə ixtilafa düşdü. Bəziləri: “ Peyğəmbərin  səhabələri 

öz  aralarında  müzakitəyə  başladılar.  Bizlərə  gəlincə  şirk  vaxtı  doğulmuşuq, 

lakin  Allah  və  Rəsuluna  imn  etmişik  (ümüd  edilir  Cənnətə  girərik)  dedilər. 



Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə