Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə12/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   8   9   10   11   12   13   14   15   ...   228

 

 

42 



83.  Ənəs  İbn  Malik    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İnsanlar  bir-

birilərinə o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Baxın, Allah hər şeyi 

yaratmışdır. Bəs Allahı kim yaratmışdır?” (Buxari 7296, Muslim  190, 192, 193, 

360, 364, 366, 368) 

 

 

 

Bir Müsəlmanın Yalan Andlarla Haqqını Əlindən Alan 



Kimsənin Cəhənnəmlə Təhdidi 

 

 



 

 

 



84. Abdullah (İbn Məsud)  rəvayət edir ki, Allah Elçisi  buyurdu: “Hər kim 

nəfsinə  uyub  bilə-bilə  yalandan  and  içərək  bir  müsəlmanın  malını 

mənimsəyərsə, Allahın qəzəbinə gəlmiş halda Onun hüzuruna yetişər”.  (Buna 

təsdiq  olaraq)  bu  ayə  nazil  oldu:  “Həqiqətən  də,  Allah  ilə  olan  əhdlərini  və 



andlarını  ucuz  qiymətə  satan  kəslər  üçün  axirətdə  heç  bir  pay  yoxdur.  Allah 

onları  danışdırmayacaq,  Qiyamət  günü onların üzünə  baxmayacaq və  onları 

təmizə  çıxarmayacaqdır.  Onlar  üçün  ağrılı-acılı  bir  əzab  vardır”.  (Ali  İmran 

77). (Bu dəmdə) Əşəs İbn Qeys  içəri girdi və : “Əbu AbdurRahmən sizə nə 

danışır?”-  deyə  soruşdu.  Onlar:  “Belə-belə  (söylədi)”-  dedilər.  Əşəs    dedi: 

“Əbu AbdurRahmən doğru söylədi. Mənim başıma gəlmiş hadisədə ayə nazil 

olmuşdur.  (Bir  vaxt)  mənimlə  bir  adamın  arasında  Yəməndəki  bir  ərazi 

üstündə  mübahisə  düşmüşdü.  Mən  bunun  hökmünü  Peyğəmbərdən 

soruşduqda,  o  buyurdu:  “Sənin  dəlilin  varmı?”  Mən:  “Xeyr!”  deyə  cavab 

verdim.  Peyğəmbər:  “Elə  isə  o,  and  içməlidir”.  Mən  dedim:  “Belə  olduğu 

təqdirdə, o and içəcək”. Peyğəmbər: “Hər kim nəfsinə uyub bilə-bilə yalandan 

and  içərək  bir  müsəlmanın  malını  mənimsəyərsə,  Allahın  qəzəbinə  gəlmiş 

halda  Onun  hüzuruna  yetişər”.  (Buxari  4549,  4550,  6676,  6677,  7445,  Muslim 

197, 198, 372, 374) 

 



 

 

43 



 

 

Haqsız Yerə Başqasının Malını Almaq İstəyən Kimsənin 



Qanının (Axıdılmasının) Haqq Olması, Öldürülürsə 

Cəhənnəmlik Olması, Malını Qorumaq Üçün Ölən 

Kimsənin Də Şəhid Olması 

 

 



 

85.  Abdullah  İbn  Amr    rəvayət  edir  ki,  mən  Peyğəmbərin    belə  dediyini 



eşitmişəm:  “Malını  qorumaq  üçün  vuruşub  (ölən)  kimsə  şəhiddir.”  (Buxari 

2480, Muslim 202, 378) 

 

 

 

Rəiyyətini Aldatan Vəlinin Cəhənnəmi Haqq Etməsi 

 

 

 



 

 

86. Ubeydullah İbn Ziyad, Məqil  İbn Yəsarı  vəfat etdiyi xəstəliyi əsnasında 



ziyarət etdi. Məqil dedi: Mən Peyğəmbərin   belə dediyini eşitmişəm: “Allah 

Öz qullarından birinə rəiyyətin qeydinə qalmağı (əmirlik etməyi) həvalə edər 

və o da onların haqqını ödəməzsə, Cənnətin iyini belə duymaz.” (Buxari 7150, 

Muslim 203, 204, 380, 381) 

 

 

 

Bəzi Qəlblərdən Əmanət Və İmanın Qaldırılması Və 



Qəlblərə Fitnənin Yerləşməsi 

 

 






 

 

44 



 

87.  Huzeyfə    demişdir:  “Peyğəmbər    bizə  iki  hədis  danışmışdı.  Mən 

onlardan  birini  artıq  görmüşəm,  o  birisini  isə  gözləyirəm.  Peyğəmbər    bizə 

xəbər vermişdir ki, əmanət (əməlisaleh) insanların qəlbinin dərinliyinə endiril-

miş,  sonra  onlar  Quranı,  bunun  ardından  da  sünnəni  öyrənmişlər.  Bundan 

başqa  Peyğəmbər    əmanətin  yox  olacağı  barədə  bizə  bildirib  demişdir: 

“Adam  yatacaq  və  (yuxuda  ikən)  əmanət  onun  qəlbindən  götürüləcək, 

(yerində isə) rəngsiz nöqtə boyda izi qalacaq. Sonra yenə yatacaq və (o yuxuda 

ikən  əmanətin  qalan  hissəsi  də  onun  qəlbindən)  götürüləcək,  (yerində  isə) 

suluğa bənzər izi qalacaq. Elə bil ki, (əlindəki) közü ayağının üstünə salmısan 

və  onun  düşdüyü  yer  suluqlayıb.  Sən  onun  qabardığını  görürsən,  halbuki 

onun  içi  bomboşdur.  O  zaman  insanlar  bir-biriləri  ilə  sazişlər  bağlayacaq, 

amma heç kəs əmanəti qaytarmaq barəsində heç düşünməyəcək də. (İş o yerə 

gəlib  çatacaq  ki,  camaat)  deyəcək:  “Filan  qəbilə  sakinləri  arasında  etibarlı  bir 

adam  vardır.”  Birisinin  barəsində:  “O  necə  dərrakəli,  necə  bacarıqlı,  necə 

dayanıqlı  adamdır!”  deyiləcək,  halbuki  onun  qəlbində  xardal  dənəsi 

ağırlığında  iman  olmayacaqdır.”  (Huzeyfə)  dedi:  “Mən  elə  bir  zamanda 

yaşamışam  ki,  həmin  vaxt  kiminlə  alış-veriş  edəcəyim  məni  narahat  etməzdi. 

Belə  ki,  (iş  gördüyüm  adam)  müsəlman  olardısa,  (əmanəti)  mənə  İslam  dini 

(şəriətə əsasən) qaytarardı, xristian olardısa, əmanəti mənə onun yaşadığı yerin 

rəhbəri  qaytarardı.  Bu  gün  isə  mən  ancaq  filankəs  və  filankəslə  iş  görürəm.” 

(Buxari 6497, 7086, Muslim 206, 384) 

 

 

 

İslam Qərib Olaraq Başladığı Kimi Qərib Olaraq Da 



Qayıdacaq, İki Məscid Arasına Çəkiləcək 

 



 




 

 

45 



88. Huzeyfə  rəvayət edir ki, (bir dəfə) biz Ömərin  yanında ikən o soruşdu: 

“Peyğəmbərin    fitnə  barədə  dediyi  sözlər  hansınızın  yadındadır?"  Mən 

dedim:  “Mənim  (yadımdadır),  həm  də o  dediyi kimi.”  Ömər:  “Həqiqətən  də, 

sən bu işdə çox cəsarətlisən.” Mən dedim: “İnsanın arvadı, mal-dövləti, övladı 

və  qonşusu  üzündən  düşdüyü  fitnəni  namaz,  oruc,  sədəqə,  (habelə  insanlara 

yaxşı  işlər  görməyi)  əmr  etmək  və  (onları  pis  işlərdən)  çəkindirmək  (kimi 

ibadətlər) silib aparır.” Ömər: “Mən bunu deyil, elə bir fitnəni qəsd edirəm ki, 

o,  təlatümə  gəlmiş  dəniz  kimi  (araya)  çaxnaşma  salacaqdır.”  Huzeyfə:  “Ey 

möminlərin  əmiri!  O fitnənin sənə  heç  bir  zərəri yoxdur. Çünki səninlə onun 

arasında  bağlı  bir  qapı  vardır.”  Ömər  soruşdu:  “(O  qapı)  sındırılacaq,  yoxsa 

açılacaq?” Huzeyfə: “Sındırılacaq” deyə cavab verdi. Ömər: “Deməli, (bundan 

sonra)  o  heç  vaxt  bağlanmayacaqdır.”  (Huzeyfədən)  soruşdular:  “Ömər  bu 

qapının  (kim  olduğunu)  bilirdimi?”  O  dedi:  “Bəli,  (o,  bu  həqiqəti)  gecədən 

sonra səhərin açılacağını bildiyi kimi (bilirdi). Mən ona (içində) yalan olmayan 

bir  hədis  danışdım.”  Yenə  soruşdular:  “Bu  qapı  kim  idi?”  O  dedi:  “Bu  qapı 

Ömər (özü idi).” (Buxari 525, 3586, Muslim 207, 386) 

 

 



 

89.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “İlan  qayıdıb  öz 

yuvasına girdiyi kimi, iman da Mədinəyə yığışacaq” (Buxari 1876, Muslim 210, 

391) 


 

 

 

Qorxan Kimsənin İmanını Gizləməsi 

 





 

90.  Huzeyfə    rəvayət  edir  ki,  (bir  dəfə)  Peyğəmbər    buyurdu:  “Müsəlman 

olduğunu söyləyən kimsələri siyahıya alın!” deyə buyurdu. Biz də min beş yüz 

nəfərin  siyahısını  tutduq.  Sonra  (öz-özümüzə)  dedik:  “Min  beş  yüz  nəfər 

olduğumuz  halda  (müşriklərdən)  qorxacağıq?!”  Sonralar  biz  çox  müsibətlər 

gördük,  hətta  elə  olurdu  ki,  adam  təkbaşına  qıldığı  namazı  qorxa-qorxa 

qılırdı

18

”. (Buxari 3060, Muslim 213, 394) 



                                                

18

 Ehtimal  edilir  ki,  o,  bununla  Osman  İbn  Əffanın    xilafəti  dövründə  Kufənin  əmiri  olmuş  Vəlid  İbn 



Ukbəni  və  onun  kimilərini  qəsd  edirmiş.  Çünki  Vəlid  camaat  namazını  gecikdirərdi  və  ya  onu  lazımi 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə