Al-lulu vəl-mərcan


Qənimətə Xəyanətin Haram Edilməsi Və Cənnətə



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə11/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   7   8   9   10   11   12   13   14   ...   228

 

 

38 



Qənimətə Xəyanətin Haram Edilməsi Və Cənnətə 

Mömindən Başqası girməz 

 

 



 

74.  Əbu  Hureyra    demişdir:  “Biz  Peyğəmbərlə    birlikdə  Xeybərə  yürüş 

etdik  və  Allah  bizə  zəfər  bəxş  etdi.  Biz  (bu  qəzavatda)  qənimət  olaraq  qızıl-

gümüş deyil, sadəcə əşya, ərzaq və geyim ələ keçirdik. Sonra biz Vadil-Qura

17

 

deyilən  yerə  getdik.  Peyğəmbərin  Dubeyb  oğullarından  olan  Rifaə  İbn  Zeyd 



adlı  köləsi  də  onun  yanınca  gedirdi.  Bu  köləni  ona  Cuzam  qəbiləsindən  bir 

nəfər hədiyyə etmişdi. Biz vadiyə endiyimiz zaman Peyğəmbərin köləsi onun 

dəvəsinin  yəhərinin  (qayışlarını)  açmağa  başladı.  Elə  bu  vaxt  (xeybərlilərin) 

atdığı ox gəlib köləyə dəydi və o, elə oradaca canını tapşırdı. Biz dedik: “(Allah 

bu)  şəhidliyi  ona  mübarək  eləsin,  ey  Allahın  Elçisi!”.  Peyğəmbər:  “Xeyr! 

Muhəmmədin canı Əlində olan (Allaha) and olsun ki, Xeybər döyüşündə (ələ 

keçirilmiş) və hələ bölüşdürülməmiş qənimətlərdən götürdüyü bürüncək onun 

üstündə od tutub yanır”. (Bunu eşidəndə) camaat qorxuya düşdü. Bu vaxt bir 

nəfər bir və ya iki ədəd ayaqqabı qaytanı gətirdi və: “Ey Allahın Elçisi! Bunu 

Xeybər  günü  götürmüşəm”  dedi.  Peyğəmbər:  “(Bunlar,)  oddan  olan  bir 

ayaqqabı  qaytanı,  yaxud  oddan  olan  iki  ayaqqabı  qaytanıdır”.  (Buxari  4234, 

Muslim 310, 325) 

 

 

 

Cahiliyyə Dövründə Edilən Əməllərə Görə Cəza Varmı 

 



 



75.  Abdullah  İbn  Məsud    demişdir:  “(Bir  dəfə)  bir  nəfər  (Peyğəmbərə  ) 

dedi:  “Ya  Rəsulullah,  biz  cahiliyyə  dövründə  etdiyimiz  əməllərə  görə 

                                                

17

 Vadil-Qura – Mədinə ilə Şam sərhədləri arasındaa yerləşən qədim bir kənddir. 




 

 

39 



cəzalandırılacağıqmı?”.  Peyğəmbər:  “Müsəlman  olduqdan  sonra  yaxşı  işlər 

görən hər kəs cahiliyyət dövründə etdiyi əməllərə görə qınanmaz. Müsəlman 

olduğu  halda  günah  işlərdən  əl  çəkməyən  kimsəyə  gəldikdə  isə,  o,  həm 

keçmiş,  həm  də  gələcək  günahlarına  görə  cəzalandırılar.”  (Buxari  6921, 

Muslim 171, 172, 333, 334) 

 

 

 

İslam Hicrət Və Həccin Özündən Əvvəlki (günahları) 

Silməsi 

 

 



 





 

76. İbn Abbas  deyir ki: “Müşriklərdən olan bir zümrə çox adam öldürmüş və 

dəfələrlə  zina  etmişdi.  Sonra  Muhəmmədin    yanına  gəlib  dedilər:  “Sənin 

danışdıqların və dəvət etdiyin yol gözəldir... Bir de görək, bizim etdiyimiz (bu 

günahların) kəffarəsi varmı?” Onda bu ayə nazil oldu:  “Onlar Allahla yanaşı 

başqa  tanrıya  yalvarmaz,  Allahın  haram  etdiyi  cana  haqsız  yerə  qıymaz  və 

zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.”. (Furqan 68). (Sonra da) bu ayə 

nazil oldu: “(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi 



aşmış  qullarım!  Allahın  rəhmindən  ümidinizi  üzməyin”.  (əz-Zumər  53). 

(Buxari 4810, Muslim 174, 337) 

 

 

 

Kafirin Müsəlman Olmamışdan Öncə Etdiyi Əməllərin 



Hökmü 

 



 

77. Həkim İbn Hizam  demişdir: “Mən soruşdum: “Ya Rəsulullah! De görüm, 

cahiliyyət  dövründə sədəqə vermək, qul azad etmək və qohumluq əlaqələrini 

möhkəmləndirmək  kimi gördüyüm  yaxşı işlərə görə  mənə  savab yazılırmı?”. 




 

 

40 



Peyğəmbər:  “Olub-keçən  yaxşılıqlarla  bərabər  müsəlman  oldun!”.  (Buxari 

1436, 5992, Muslim 176, 177, 339, 340) 

 

 

 

İmanın Sadiqliyi Və Onun İxlası 

 

 





 

 

78.  Abdullah  (İbn  Məsud)    rəvayət  edir  ki:  “İman  gətirib  imanlarına  zülm 



qatmayanlar əmin-amanlıqdadır-lar...”. (əl-Ənam 82). ayəsi nazil olduqda bu 

ayə Peyğəmbərin səhabələrinə ağır gəldi və onlar dedilər: “(Ey Allahın Elçisi!) 

Bizim  hansı  birimiz  (özünə)  zülm  etmir  ki?” Peyğəmbər:  “Bu  (ayədəki  zülm) 

sizin  zənn  etdiyiniz  kimi  deyil.  Bu,  Loğmanın  öz  oğluna  dediyi  kimidir: 



“Oğlum!  Allaha  şərik  qoşma.  Həqiqətən  də,  Allaha  şərik  qoşmaq  böyük 

zülmdür!”. (Loğman 12).  (Buxari 32, 3360, 3428, 3429, 4776, 6918, 6937, Muslim 

178, 342) 

 

 

 

Allah Dilə Gətirmədiyi Müddətdə Nəfsin Danışmasını, 



Xatirə Gələn Şeyləri Bağışlamışdır 

 

 



 

 



79.  Əbu  Hureyra    rəvayət  edir  ki, Peyğəmbər    buyurdu:  “Allah    mənim 

ümmətimin qəlbindən keçən, lakin həyata keçirmədiyi və ya dilinə gətirmədiyi 

günahlarını bağışlayır”. (Buxari 5269, 6664, Muslim 181, 182, 346, 347) 

 

 

 

Qul Bir Yaxşılıq Niyyət Etdiyi Zaman Onun Yazılması, Bir 

Pisliyi Niyyət Etdiyi Zaman İsə Yazılmaması 

 



 

 

41 



 

 

 



80.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Allah  Elçisi    buyurdu:  “Sizdən  (hansı) 

biriniz  layiqli  müsəlman  olarsa,  etdiyi  hər  yaxşılığa  görə  ona  bunun  on 

mislindən  yeddi  yüz  qatınadək savab yazılar.  Etdiyi hər  bir pis  əməlinə görə 

isə ona cəmi bir günah yazılar”. (Buxari 42, Muslim 185, 353) 

 





 

81.  İbn  Abbas    rəvayət  edir  ki,  Peyğəmbər    Rəbbindən  belə  rəvayət 

etmişdir: “Allah savab və günah işləri yazmış, sonra da bunları bəyan etmişdir. 

Kim  bir  savab  iş  görməyə  niyyət  etsə,  sonra  buna  əməl  etməzsə,  Allah  onun 

üçün Öz yanında tam bir savab yazar. Əgər o savab iş görməyə niyyət edər və 

bunu  yerinə  yetirərsə,  Allah  onun  üçün  Öz  yanında  ondan  yeddi  yüzədək, 

hətta bundan qat-qat artıq savab yazar. Kim bir günah iş görməyə niyyət etsə, 

sonra  buna  əməl  etməzsə, Allah  onun  üçün  Öz yanında  tam  bir  savab  yazar. 

Əgər o günah iş görməyə niyyət edər və bunu yerinə yetirərsə, Allah ona cəmi 

bir günah yazar.  (Buxari 6491, Muslim 187, 355) 

 

 

 

İmanda Vəsvəsə Və Onu Özündə Hiss Edən Kimsənin Nə 



Deyəcəyi  

 

 



 

82.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Şeytan  sizdən 



birinizin yanına gəlib: “Filan şeyi kim yaradıb? Filan şeyi kim yaradıb?” deyə 

(ayrı-ayrı  suallar  verməyə  başlayır).  Axırda  da:  “Rəbbini  kim  yaradıb?”  deyə 

(qəlbinizə  şübhə  salır).  Belə  olduqda  qoy  həmin  adam  Allaha  sığınsın  və  bir 

daha bu haqda düşünməsin.” (Buxari 3276, Muslim 191, 362) 

 

 



 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə