Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə45/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   41   42   43   44   45   46   47   48   ...   228

 

 

161 



dörd  milliyində  və  ya  buna  yaxın  məsafədə  yerləşirdi.  (Buxari  550,  Muslim 

621/192, 1439) 

 

 

362.  Ənəs  İbn  Məlik,  Əbi  Uməmədən  rəvayət  edir  ki,  bir  dəfə  Ömər  İbn 



AbdulƏzizin arxasında Zöhr namazını qıldıq. Sonra çıxıb Ənəs İbn Məlikin  

yanına getdik. Biz onu Əsr namazını qılan gördük. Ona: “Ey Əmim! Bu hansı 

namazdır qılırsan?” dedim. O: “Əsr namazıdır, bu namaz vaxtilə Peyğəmbərlə 

bərabər qıldığım namazdır” dedi. (Buxari 549, Muslim 623/196, 1444)  

 

 

363. Rafi İbn Xadic  rəvayət edir ki, biz Peyğəmbərlə  bərabər Əsr namazını 



qıldıq.  Sonra  dəvəmizi  kəsib  on  qismə  bölərdik.  Gün  batmazdan  öncə  də 

bişirib yeyərdik”. (Buxari 2485, Muslim 625/198, 1446)  

 

 

 

Əsr Namazını Gecikdirənə Şiddətli Cəza 

 





 

364.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Əsr  namazını 

buraxan adam ailəsini və malını itirmiş kimidir.” (Buxari 552, Muslim 626/200, 

1448) 


 

 

 

Orta Namazın Əsr Namazı Olduğunu Deyənlərin Dəlili 

 

 



 

 

162 



365.  Əli    rəvayət  edir  ki,  Əhzab  günü  Peyğəmbər  :  “Allah  müşriklərin 

evlərini  və  məzarlarını  atəşlə  doldursun.  Onlar  bizləri  günəş  batdığı  vaxta 

qədər  Əsr  namazından  saxladılar”.  (Buxari  2931,  Muslim  627/205,  627/205, 

1456, 1457)  

 





 

366. Cabir İbn Abdullah  rəvayət edir ki, Xəndək döyüşü əsnasında Ömər İbn 

Xəttab    gün  batandan  sonra  (müsəlmanların  yanına)  qayıtdı  və  Qureyş 

kafirlərini söyməyə başladı. Sonra dedi: “Ya Rəsulullah, mən əsr namazını gün 

batana  yaxın  qıldım.”  Peyğəmbər:  “Vallahi,  mən  əsr  namazını  hələ 

qılmamışam.”  Sonra  biz  Buthana  yollandıq.  (Orada)  Peyğəmbər    dəstəmaz 

aldı və biz də namaz qılmaq üçün dəstəmaz aldıq.  Gün batandan sonra o, əsr 

namazını,  arxasınca  da  məğrib  namazını  qıldırdı.  (Buxari  596,  4112,  Muslim 

631/209, 1462) 

 

 

 

Sübh Və Əsr Namazının Fəziləti Və Bu Namazların 

Mühafizəsi 

 



 

367. Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Bir dəstə mələk 



gecələr, bir dəstə mələk də gündüzlər növbə ilə sizin yanınıza gəlir, onlar sübh 

və əsr  namazlarında  bir yerə  toplanırlar.  Bundan  sonra gecəni sizin aranızda 

keçirən mələklər (səmaya) qalxır və Allah onlardan: “Siz Mənim qullarımı nə 

vəziyyətdə tərk etmisiniz?” deyə soruşur, halbuki O, qullarının (nə etdiklərini) 

daha yaxşı bilir. Bununla belə onlar deyirlər: “Biz onları namaz qıldıqları halda 

tərk  etdik,  yanlarına  gəldikdə  də  onlar  namaz  qılırdılar.”  (Buxari  555,  7429, 

7486, Muslim 632/210, 1464) 

 



 






 

 

163 



 

368. Cərir  rəvayət edir ki, (bədr) gecəsi biz Peyğəmbərin   yanında ikən o, 

aya  baxıb  dedi:  “Siz  bu  ayı  gördüyünüz  kimi,  Rəbbinizi  də  (öz  gözünüzlə) 

görəcək  və  Ona  baxmaq  üçün  bir-birinizə  mane  olmayacaqsınız.  Əgər  gün 

doğmamışdan  və  batmamışdan  əvvəl  sizi  namaz  (sübh  və  əsr)  qılmaqdan 

yayındıracaq (işlərdən) çəkinə bilirsinizsə, çəkinin.” Sonra o (bu ayəni) oxudu: 



“Gün  doğmamışdan  əvvəl  və  batmamışdan  əvvəl  Rəbbini  həmd  ilə  təriflə!”. 

(Qaf 39). (Buxari 554, 4851, Muslim 633/211, 1466) 

 



 

369.  Əbu  Musa    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Kim  sübh  və  əsr 



namazlarını qılarsa, Cənnətə girər.” (Buxari 574, Muslim 635/215, 1470) 

 

 

 

Məğrib Namazının Vaxtının Əvvəli, Günəşin Batdığı 

Vaxtın Olmasının Bəyanı 

 

 



370. Sələmə  rəvayət edir ki, bizlər Peyğəmbərlə  bərabər Məğrib namazını 

günəş hicabla gizləndiyi zaman qılardıq”. (Buxari 561, Muslim 636/216, 1472)  

 



 



371.  Rafi  İbn  Xədic    rəvayət  edir  ki,  biz  Peyğəmbərlə    birlikdə  Məğrib 

namazını  qıldıqdan  sonra  (hər)  birimiz  namazdan  çıxar  və  atdığı  oxun 

düşdüyü yeri görə bilərdi”. (Buxari 559, Muslim 637/217, 1473) 

 

 

 

İşanın Vaxtı Və Onu Gecikdirmək 

 



 


 

 

164 



372.  Aişə 

  rəvayət  edir  ki,  (bir  dəfə) Peyğəmbər    İslam  hələ  (Mədinədən 



kənara)  yayılmadığı  bir  dövrdə,  işa  namazını  (gecənin  ilk  üçdə  birinədək) 

gecikdirdi  və  Ömər:  “Qadınlar  və  uşaqlar  artıq  yatıblar”  deməyincə,  (evdən) 

çıxmadı.  (Yalnız  bundan)  sonra  bayıra  çıxdı  və  məsciddəkilərə  dedi:  “Sizdən 

başqa  yer  üzündə  yaşayanlardan  heç  bir  kimsə  (bu  saatda)  işa  namazını 

gözləmir.” (Buxari 566, Muslim 638/218, 1475) 

 

 



373. Abdullah İbn Ömər  rəvayət edir ki, Peyğəmbər  bir gecə İşa namazını 

o,  qədər  təhirə  saldı  ki,  bizlər  məsciddə  yatdıq,  sonra  oyndıq,  sonra  yenə 

yatdıq  və  oyandıq.  Sonra  Peyğəmbər    yanımıza  gəlib  buyurdu:  “Bu  an  yer 

üzündə sizdən başqa bu namazı gözləyən kimsə yoxdur”. (Buxari 570, Muslim 

639/221, 1479)  

 

 



374.  Humeyd  rəvayət  edir  ki,  Ənəsdən   soruşdum:  “Peyğəmbərin    möhür 

olan üzüyü vardımı?” deyə soruşdu. Ənəs: “Peyğəmbər  bir gecə İşa namzını 

gecə yarısına qədər gecikdirdi. Namazı qıldırdıqdan sonra sonra bizə yönəldi. 

Peyğəmbərin gümüş möhür üzüyünün parıltısı hələ də gözümün özündədir”. 

Peyğəmbər:  “(Bu  saatda)  insanlar  nmaz  qılıb  yatmışdılar.  Sizlər  isə  namazı 

gözlədiyiniz  müddətdə  namazın  içində  idiniz”  deyə  buyurdu.  (Buxari  5869, 

Muslim 640/222, 1480)  

 







 

375.  Əbu  Musa    demişdir:  “Mən  və  mənimlə  birlikdə  (Yəməndən)  gəmidə 

gəlmiş  yoldaşlarım  (bir  müddət)  Buthan  vadisində  qaldıq.  O  zaman 

Peyğəmbər  Mədinədə idi. Bizlərdən bəziləri hər gecə işa namazı vaxtı növbə 

ilə Peyğəmbərin  yanına gedərdi. (Bir gecə) mən yoldaşlarımla Peyğəmbərin 

 yanına gəldikdə o özünə aid olan bir işlə məşğul idi. Buna görə də namazı 




Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə