Al-lulu vəl-mərcan



Yüklə 5,61 Mb.
Pdf görüntüsü
səhifə53/228
tarix05.02.2018
ölçüsü5,61 Mb.
#24492
1   ...   49   50   51   52   53   54   55   56   ...   228

 

 

190 



 

 

Gecə Namazında Qiraətin Uzadılmasının Müstəhəb Olması 

 

 

 



441. Abdullah İbn Məsud   demişdir: “Bir gecə mən Peyğəmbərlə  birlikdə 

namaz  qıldım.  O,  qiyamı  o  qədər  uzatdı  ki,  hətta,  mən  pis  bir  iş  görmək 

istədim.” Biz: “O nə iş idi?” deyə soruşduq. O dedi: “İstədim yerə oturum və 

Peyğəmbəri  ayaq üstə buraxım.” (Buxari 1135, Muslim 773/204, 1851).  

 

 

Bütün Gecəni Sabaha Qədər Yatıb Qalan Kimsə Barəsində 



Hədislər 

 

 



 

442.  Abdullah  İbn  Məsud    rəvayət  edir  ki,  Peyğəmbərin    yanında  səhərə 

qədər  (sübh  namazını)  yataraq  oyanmayan  bir  kimsə  barəsində  söz  açıldı. 

Peyğəmbər:  “Bu  o  kişidir  ki,  iki  qulağına  (qulağına)  şeytan  bövl  etmişdir”. 

(Buxari 3270, Müslim 774/105, 1853)  

 

 



443.  Əli  İbn  Əbu  Talib    demişdir:  “Bir  dəfə  gecə  Peyğəmbər    mənim  və 

Peyğəmbərin   qızı  Fatimənin yanına gəlib  dedi:  “Siz namaz qılmırsınızmı?” 

Mən  dedim:  “Ya  Rəsulullah,  bizim  canımız  Allahın  Əlindədir.  Əgər  O,  bizi 

oyatmaq istəsə, oyadar.” Belə deyəndə o, mənə heç bir söz deməyib çıxıb getdi. 

Sonra  mən  onun  dönüb  gedərkən  ombasına  vura-vura:  “İnsan  necə  də  çox 

mübahisə  edərmiş!”.  (əl-Kəhf  54).  dediyini  eşitdim.”  (Buxari  1127,  7347,  7465, 

Müslim 775/206, 1854)  




 

 

191 



 

 

444.  Əbu  Hureyra    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizlərdən  biri 



yatdığı  zaman  şeytan  onun  boynunun  ardına  üç  düyün  vurur  və  hər  düyün 

vurduqca: “Gecə uzundur, yat!”– (deyir). Əgər o kimsə oyanıb Allahı zikr etsə, 

düyünlərdən  biri  açılar,  dəstəmaz  alsa,  ikincisi  açılar,  namaz  qılsa,  üçüncüsü 

açılar  və  beləliklə  də o  adam  səhər  gümrah  və əhvali-ruhiyyəsi  yaxşı olduğu 

halda yuxudan oyanar. Əks halda isə o, əhvali-ruhiyyəsi çox pis, özü də əzgin 

halda yuxudan oyanar. (Buxari 1142, 3269, Müslim 776/207, 1855,  

 

 

 

Nafilə Namazlarının Evdə Qılınmasının Müstəhəb Olması 



Və Məsciddə Qılınmasının İcazəli Olması 

 

 



 

445. İbn Ömər   rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Namazlarınızın bir 

qismini  öz  evlərinizdə  qılın,  onları  qəbirlərə  çevirməyin.”  (Buxari  432,  1187, 

Muslim 777/208, 1856, 1857)  

 

 

 



446. Əbu Musa  rəvayət edir ki, Peyğəmbər   buyurdu: “Rəbbini yad edənlə 

yad etməyən kimsənin misalı diri ilə ölünün misalına bənzəyir.” (Buxari 6407, 

Muslim 779/211, 1859)  

 

 



 

447. Zeyd İbn Sabit  rəvayət edir ki, Peyğəmbər  ramazan ayında özü üçün 

hücrə  düzəltdi  (həsrdən  çadır)  və  bir  neçə  gecə  orada  namaz  qıldı. 

Əshabələrindən  bir  qismi  ona  qoşulub  bu  namazı  qılmağa  başladı.  O,  bunu 




 

 

192 



biləndə  (evində)  oturub  (namaza  çıxmadı).  Sonra  onların  yanına  gəlib  dedi: 

“Mən  sizin  nə  etdiyinizi  başa  düşürəm.  Ancaq  ey  insanlar,  öz  evlərinizdə 

namaz  qılın.  Çünki  fərz  namazlarından  başqa  ən  fəzilətli  namaz  insanın  öz 

evində qıldığı namazdır.” (Buxari 731, Muslim 781/213, 1861)  

 

 

 

Namazda Yuxulayan, Quran Oxumaqdan, Dua Etməkdən 



Aciz Qalana, Bu Hal Ondan Gedənə Qədər Yatmasının Və 

Ya Oturmasının Əmr Edilməsi 

 

 



 

448. Ənəs İbn Malik  demişdir: “(Bir dəfə) Peyğəmbər  (məscidə) daxil olub, 

iki  dirək  arasında  çəkilmiş  bir  ip  gördü  və:  “Bu  nə  ipdir”  deyə  soruşdu. 

(Oradakılar):  “Bu,  Zeynəbin  ipidir,  (namaz  qılıb)  yorulduqda,  ondan  tutur” 

dedilər.  Peyğəmbər:  “Yox,  açın  onu!  Biriniz  özünü  gümrah  hiss  etdikcə 

namazını qılsın, yorulduqda isə otursun.” (Buxari 1150, Muslim 784/219, 1867)  

 

 

 



 

449.  Aişə 

  rəvayət  edir  ki,  yanında  bir  qadın  olarkən  Peyğəmbər    içəri 



daxil  olub:  “Bu  kimdir?”  deyə  soruşdu.  (Aişə):  “Filankəsdir”  deyib,  onun 

namaz  qılmağından  danışdı.  Peyğəmbər:  “Bəsdir, siz  bacardığınızı yerinə ye-

tirməlisiniz.  Vallahi,  siz  usanmadıqca,  Allah  usanmaz.”  Aişə:  “Allah  üçün 

ibadətlərin ən sevimlisi o əməldir ki, insan onu davamlı yerinə yetirir.” (Buxari 

43, Muslim 785/221, 1870)  

 

 



 

450.  Aişə 

  rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Sizdən  biriniz  namaz 



qılarkən  mürgüləyərsə,  qoy  yuxusu  dağılıb  gedincəyədək  yatsın.  Çünki  o, 

yuxuladığı  halda  namaz  qıldığı  zaman  ola  bilər  ki,  heç  özü  də  bilmədən 




 

 

193 



bağışlanma  diləmək  əvəzinə  özünü  söysün.”  (Buxari  212,  Muslim  786/222, 

1871)  


 

 

 

Quranı Yadda Saxlamağın Əmri, Filan Ayəni Unutdum 



Deməyin Məkruh Olması Və Ayə Mənə Unutduruldu 

Deməyin İcazəli Olması 

 

 



 

451.  Aişə 



rəvayət  edir  ki,  Peyğəmbər    gecə  ikən  məsciddə  Quran 



oxuyan  bir  kimsənin  səsini  eşitdi  və:  “Allah  o  kimsəyə  rəhm  etsin!  O,  mənə 

(unutdurulması səbəbilə) düşürdüyüm filan filan surədəki ayətləri xatırlatdı”. 

(Buxari 5037, 5038, 5042, Muslim 1873, 1874)

 

 



 

 

 



452.  İbn  Ömər    rəvayət  edir  ki,  Peyğəmbər    buyurdu:  “Quranı  əzbərdən 

bilən  adam  dəvələrini  buxovda  saxlayan  kimsəyə  bənzəyir.  Əgər  bu  adam 

onları bu vəziyyətdə saxlasa, onları daim özündə saxlamış olar, yox, əgər başlı-

başına buraxarsa, onlar qaçıb gedərlər.” (Buxari 5031, 789/226, 1875) 

 

 

 



453. Abdullah İbn Məsud  rəvayət edir ki, Peyğəmbər  buyurdu: “Birinizin: 

“Filan  və  filan  ayəni  unutmuşam”  deməsi  necə  də  pisdir!  Əksinə,  bu  ona 

unutdurulmuşdur. Elə isə Quranı (təkrar-təkrar) öyrənməyə davam edin! Çün-

ki  Quran,  kəndirdən  qırılıb  qaçan  heyvandan  da  tez,  insanların  qəlbini  tərk 

edir.” (Buxari 5032, Muslim 1877, 790/298 

 

 



 


Yüklə 5,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   228




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə