183
420. Aişə
rəvayət edir ki, Peyğəmbər sübh namazının azan və iqaməsi
arasında iki xəfif rükət namaz qılardı”. (Buxari 619, Muslim 724/91, 1716)
421. Aişə
rəvayət edir ki, Peyğəmbər sübh namazından əvvəl qıldığı iki
rükət (nafilə namazını) o qədər qısa qılardı ki, mən (öz-özümə): “Görəsən o əl-
Fatihə surəsini oxudumu?” deyərdim.” (Buxari 1165, Muslim 1717)
422. Aişə
demişdir: “Peyğəmbər nafilə namazlarından heç birini sübh
namazının sünnəti
39
kimi davamlı qılmamışdır.” (Buxari 1163, 1169, Muslim
724/94, 1719)
Fərz Namazlarından Sonra Və Qabaq Ratibə Namazlarının
Fəziləti Və Onların Ədədlərinin Bəyanı
423. İbn Ömər rəvayət edir ki, Peyğəmbər ilə bərabər Zöhr namazından
əvvəl iki, Zöhr namazından sonra iki, Məğrib namazından sonra iki, İşa
namazından sonra iki, Cümə namazından sonra iki rükət namaz qıldım. Lakin
Məğrib və İşanı evdə”. (Buxari 1172, Muslim 729/104, 1732)
Nafilə Namazının Oturaraq Və Ya Ayaq Üstə Qılınmasının
Həmçinin Bəzi Rükətləri Ayaq Üstə Və Bəzilərini Oturaraq
Qılmağın İcazəli Olması
39
Söhbət sübh namazından qabaq qılınan iki rükət sünnət namazından gedir.
184
424. Aişə
rəvayət edir ki, mən Peyğəmbəri gecə namazlarında
yaşlanmadıqca oturaraq namaz qıldığını görmədim. Yaşlandığı zaman
oturaraq qılardı. Surədən otuz və ya qırx ayə qaldığı zaman ayağa durar, onu
da bitirib rukuya gedərdi”. (Buxari 1148, Muslim 731/111, 1738)
425. Möminlərin anası Aişə
rəvayət edir ki, o, Peyğəmbərin (gecə
namazını) oturduğu vəziyyətdə qıldı. (Yaşlandıqda) o, oturmuş vəziyyətdə
(namaza başlayıb) surələri oxuyar və rüku etmək istədikdə, ayağa qalxıb otuz
və ya qırx ayə oxuduqdan sonra rüku, dha sonra səcdə edərdi. Sonra ikinci
rükətdə (birinci rükətdə) etdiklərini eyni ilə təkrar edərdi, namazı bitirdikdən
sonra (mənə tərəf) baxardı, mən oyaq olsaydım, mənimlə söhbət edər, yatmış
olsaydım, o da uzanıb yatardı (yan üstə uzanardı).” (Buxari 1119, Muslim
731/112, 1739)
Gecə Namazı Və Peyğəmbərin Gecə Neçə Rükət Qıldığı,
Vitrin Tək Rükət Olması Və Bir Rükət Qılınmasının Səhih
Olması
426. (Bir dəfə) Aişədən
: “Peyğəmbər ramazan ayında necə namaz
qılardı?” deyə soruşdular. O dedi: “Peyğəmbər nə ramazanda, nə də başqa
bir ayda (gecələr) on bir rükətdən artıq namaz qılmazdı, (əvvəlcə) dörd rükət
qılardı ki, bu rükətlərin (necə) gözəl və (nə qədər) uzun olduğu barədə heç
185
soruşma. Sonra (yenə) dörd rükət qılardı ki, bu rükətlərin (necə) gözəl və (nə
qədər) uzun olduğu barədə heç soruşma. Sonra da üç rükət qılardı.” Aişə
davam edib dedi: “Mən: “Ey Allahın elçisi, vitr namazını qılmamış yatırsan?”
deyə soruşdum. O buyurdu: “Ey Aişə, mənim gözlərim yatsa da, qəlbim
yatmır.” (Buxari 1147, 2013, Muslim 738/125, 1757)
427. Aişə
demişdir: “Peyğəmbər gecə on üç rükət namaz qılardı, vitr
namazı və sübh namazının sünnəti də buna daxil idi.” (Buxari 1140, Muslim
737/123, 1754)
428. (Bir dəfə) Aişədən
soruşdular: “Peyğəmbər gecə namazını necə
qılardı?” Dedi: “Gecənin əvvəlində yatar, axırında qalxıb namaz qılar, sonra
yenidən yatağına uzanardı. Müəzzin azan verdiyi zaman qalxar və lazım
gələrdisə qüsl edər, yoxsa dəstəmaz alıb (namaza) çıxardı.” (Buxari 1146,
Muslim 1762)
429. Məsruq rəvayət edir ki, mən Aişədən
: “Peyğəmbərin ən çox sevdiyi
əməl hansı (əməl) idi?” deyə soruşdum. O: “Davamlı olan (əməllər)” deyə
cavab verdi. Mən soruşdum: “(Peyğəmbər gecə namazını qılmaq üçün) nə
vaxt yuxudan oyanardı?” Dedi: “Xoruzun səsini eşidəndə durardı.” (Buxari
1132, 6461, Muslim 1764)
430. Aişə
Peyğəmbəri qəsd edib demişdir: “O, mənim yanımda yatmış
ikən səhər açılardı.” (Buxari, 1133)
186
431. Aişə
demişdir: “Peyğəmbər vitri gecənin müxtəlif saatlarında
qılırdı. Son vaxtlar isə bu namazı sübh çağına yaxın bir vaxtda qılardı.” (Buxari
996, Muslim 745/136, 1770)
Gecə Namazının İki-İki Qılınması Və Vitr Namazının İsə
Gecənin Sonunda Bir Rükət Qılınması
432. İbn Ömər rəvayət edir ki, bir nəfər Peyğəmbərdən gecə namazı
barəsində soruşdu. Peyğəmbər buyurdu: “Gecə namazı iki rükət-iki rükət
qılınır və əgər sizdən biriniz səhərin açılacağından ehtiyat etsə, qoy bir rükət
də qılsın. Bu onun qıldığı namazların (sayını) təkləşdirər.” (Buxari 990, Muslim
749/145, 1782)
433. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Elə edin ki, gecə
qıldığınız namazların axırıncısı vitr olsun!” (Buxari 998, Muslim 751/151, 1791)
Gecənin Axırı Dua Və Zikr Etməyə Rəğbətləndirmək Və O
Zaman Duaların Qəbul Olması
434. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Uca və Ulu
Rəbbimiz hər gecənin axır üçdə birində dünya səmasına enir və buyurur: “Kim
Mənə dua edir ki, Mən də onun duasını qəbul edim?! Kim Məndən diləyir ki,
Mən də ona dilədiyini verim?! Kim Məndən bağışlanma diləyir ki, Mən də onu
bağışlayım?!” (Buxari 1145, 7494, Muslim 758/168, 1808)
Dostları ilə paylaş: |