180
413. Əzd qəbiləsindən olan Abdullah İbn Malik İbn Buheynə rəvayət edir ki,
bir dəfə Peyğəmbər iqamə verildikdən sonra bir adamın iki rükət namaz
qıldığını gördü. Peyğəmbər namazı bitirdikdən sonra camaat onun ətrafına
yığışdı və o (həmin adamdan): “Sübh namazını dörd rükətmi (qıldın)? Sübh
namazını dörd rükətmi (qıldın)?” deyə soruşdu. (Buxari 663, Muslim 1682,
1683)
Məscidə Daxil Olarkən İki Təhiyyət (Məscid Haqqı)
Namazının Qılınmasının Müstəhəb Olması Və Bu Namazı
Qılmadan Oturmağın Məkruh Olması, (Həmçinin) Təhiyyə
Namazının Bütün Vaxtlarda Qılınmasının Məşru Olması
414. Əbu Qətadə əs-Sələmi rəvayət edir ki, Peyğəmbər buyurdu:
“Sizlərdən biri məscidə daxil olduğu zaman qoy oturmamışdan əvvəl iki rükət
namaz qılsın.” (Buxari 444, Muslim 714/69, 1687)
Səfərdən Qayıdan Kimsə Üçün Qayıdışının Əvvəlində
Məsciddə İki Rükət Namaz Qılmağın Müstəhəb Olması
181
415. Cabir İbn Abdullah demişdir: “Mən Peyğəmbərlə birlikdə döyüşlərin
birində iştirak edirdim. Bu əsnada mənim dəvəm yorğun düşüb asta-asta
getməyə başladı. Onda Peyğəmbər mənə yaxınlaşıb: “Cabir!” deyə çağırdı.
Mən: “Bəli!” dedim. Peyğəmbər: “Sənə nə olub?” deyə soruşdu. Dedim:
“Dəvəm yorulub asta-asta gedir, buna görə də mən geri qalmışam.”
Peyğəmbər dəvəsindən yerə enib əlindəki ağacla (mənim) dəvəmi vurdu,
sonra da mənə: “Min!” dedi. Mən də mindim. (Dəvə sürətlə yerindən götü-
rüldü və) mən Peyğəmbəri keçməyim deyə dəvəni tutub saxlamağa
başladım. Peyğəmbər (məndən) soruşdu: “Evlənmisənmi?” Dedim: “Bəli!”
(Yenə) soruşdu: “Bakirə qızla, ya dul qadınla?” Dedim: “Dul qadınla.” Dedi:
“Niyə qızla evlənmirsən ki, bir-birinizi əzizləyəsiniz?” Dedim: “(İş orasındadır
ki,) mənim körpə bacılarım var. Bu səbəbdən də mən bacılarımı bir yerə yığa
biləcək, saçlarını darayacaq və onların qayğısına qalacaq bir qadınla evlənməyi
məsləhət bildim. Peyğəmbər: “İndi sən Mədinəyə qayıdırsan. Elə ki evə gəldin,
(zövcəni) o ki var əzizlə!” Sonra soruşdu ki: “Dəvəni satırsanmı?” Mən: “Bəli!”
dedim. Onda Peyğəmbər bir övqiyə
38
verib dəvəni məndən satın aldı.
Peyğəmbər məndən qabaq gəlib (Mədinəyə) çatdı. Mən (ora) səhər çatdım.
Biz məscidə getdik və mən məscidin qapısının önündə Peyğəmbəri gördüm.
O soruşdu: “İndi gəlib çatırsan?” Mən: “Bəli!” dedim. Peyğəmbər (mənə):
“Dəvəni burada saxla, (məscidə) gir, iki rükət namaz qıl!” deyə buyurdu. Mən
(məscidə) girib iki rükət namaz qıldım. Sonra Peyğəmbər Bilala mənim üçün
(tərəzidə) övqiyə çəkməyi əmr etdi, Bilal da onu mənim üçün çəkdi, (hətta) bir
az da artıq qoydu. Mən dönüb getdikdə Peyğəmbər: “Cabiri yanıma çağırın!”
deyə buyurdu. (Öz-özümə) dedim: “İndi dəvəni mənə geri qaytaracaq.” Bu isə
mənim ən xoşlamadığım bir şey idi. (Lakin Peyğəmbər ) dedi: “Dəvəni götür,
pulunu da özünə saxla.” (Buxari 2097, Muslim 1691)
Duha Namazının Müstəhəb Olması Və Ən Az Rükət
Sayının İki Rükət Olması
38
Bir övqiyə 40 dirhəmə bərabərdir. Demək, 5 övqiyə 200 dirhəmə bərabərdir. O dövrün 1 dirhəmi 0,7
misqala, 200 dirhəmi 140 misqala – bu da 595 qram gümüşə bərabərdir. Qızıla gəlincə, onun miqdarı iyirmi
dinar və bundan artıq olduqda onun qırxda bir hissəsi və ya 2,5 % zəkat verilməlidir. O dövrün 1 dinarı 4,25
misqala, 20 dinarı 85 qram gızıla bərabərdir. “Şərh Zadul-Müstəğna” 6/103-104.
182
416. Aişə
demişdir: “Peyğəmbərin yerinə yetirmək istədiyi elə əməllər
var idi ki, o, insanların bu əməlləri yerinə yetirdikdən sonra bunun onlara da
fərz buyurulacağından ehtiyat etdiyindən həmin əməlləri tərk edərdi.
Peyğəmbər heç vaxt duha namazını qılmayıb, mən isə bu namazı
qılıram.”(Buxari 1128, Muslim 718/77, 1695)
417. İbn Əbi Leylədən rəvayət edir ki, Ummu Hanidən başqa heç bir kimsə
Peyğəmbərin Duha namazı qıldığını gördüyünü xəbər vermədi. Məkkənin
fəthi günü evində qüsl etdiyini və səkkiz rükət namaz qıldığını zikr etmişdir.
Peyğəmbərin bu namazdan daha xəfif bir namaz qıldığını görmədim. Ruku
və səvdəsini tamamlıyırdı”. (Buxari 1103, 4292, Muslim 336/80, 1700)
418. Əbu Hureyra demişdir: “Ən əziz dostum (Peyğəmbər) mənə üç şeyi
nəsihət etmişdir ki, mən ölənədək onları buraxan deyiləm, hər ay üç gün oruc
tutmaq, duha namazını qılmaq və vitri qılıb yatmaq.” (Buxari 1178, Muslim
721/85, 1705)
Fəcr Namazının Sünnətinin Müstəhəb Olması Və Bu
Namazı Qılmağa (Diqqət Yetirmək) Həvəsləndirmək
419. Həfsə
rəvayət edir ki, müəzzin sübh namazı üçün azan verib
qurtaranda və artıq dan yeri söküləndə Peyğəmbər iqamədən əvvəl iki xəfif
rükətli namaz qılardı.” (Buxari 618, Muslim 723/87, 1709)