187
Ramazanda Təravih Namazlarına Rəğbətləndirmək
435. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər buyurdu: “Kim Ramazan
gecələrində imanla, mükafatını (yalnız Allahdan) umaraq nafilə namazları
qılsa, keçmiş günahları bağışlanar.” (Buxari 37, 2009, Muslim 759/173, 1815-
1816)
436. Aişə
rəvayət edir ki, Peyğəmbər bir gecəvə ya gecəin yarısı çıxdı
və məsciddə namaz qıldı. Bir qrup insanlar d onunla bərabər namaz qıldılar.
Səhər açılınca insanlar bunu öz aralarında danışdılar. Bu gecə isə daha çox
insan toplandılar və Peyğəmbərlə namaz qıldılar. Səhəri insanlar bu barədə
danışdılar və üçüncü gecə məsciddə insanlar sayı daha da artdı. Rəsulullah
çıxdı və insanlar d onun namazına uyaraq namaza durdular. Dördüncü gecə
artıq məscid insanların sayından dolmuşdu. Lakin Peyğəmbər onların
yanına çıxmadı. Sübh namazını qıldırmaq üçün çıxdı. Sübh namazından sonra
insanlara tərəf çönərək şəhadət gətirdi və buyurdu: “Əmmə Badu – Sonra:
“Sizin bu halınız mənə ərz olundu. (Qorxdum ki, bu cür davam etsə) gecə
namazı sizlərə fərz olar və sizlər də onu (davamiyyətli yerinə yetirməkdən)
aciz olarsınız”. (Buxari 924, Muslim 761/178, 1820)
Gecə Namazında Və Qiyamında Dua
188
437.
İbn Abbas demişdir: “(Bir dəfə mən xalam) Meymunənin
evində
gecələdim. Gecə vaxtı Peyğəmbər yuxudan oyanıb su başına çıxdı, sonra
üzünü və əllərini yuyub yenə uzanıb yatdı. (Bir müddətdən) sonra qalxıb su
tuluğuna yaxınlaşdı və onun ağzındakı ipi açıb suyu israf etmədən kamil
şəkildə dəstəmaz aldı və namaza durdu. Onu güddüyümü başa düşməsin
deyə, galxıb gərnəşdim, sonra dəstəmaz alıb namaz qılmaq üçün onun solunda
durdum. O, qulağımdan tutub məni sağ tərəfinə keçirdi. Peyğəmbər namazı
on üç rükətə tamamladı. Sonra uzanıb yatdı və xoruldamağa başladı.
(Ümumiyyətlə) o, yatarkən xoruldayardı. Sonra Bilal onu namaza çağırdı və o
qalxıb dəstəmaz almadan namaz qıldı və belə dua etdi: “Allahumməcəl Fi
Qalbi Nuran Və Fi Bəsəri Nuran Və Fi Səmi Nuran Və An Yəmini Nuran Və An
Yəsari Nuran Və Fövqi Nuran Və Təhti Nuran Və Əmami Nuran Və Xəlfi
Nuran Vəcəl Li Nuran - Allahım, qəlbimə nur saç! Gözümə nur saç və qula-
ğıma nur saç! Sağımdan və solumdan nur saç! Başımın üstündən və ayağımın
altından nur saç! Önümə və arxama nur saç! Mənim üçün nur saç! (Ravi İbn
Abbasdan) bu klimələrdən yeddisi sandıq içərisindədir. Sonra mən İbn
Abbasın oğullarından bir adama rast gəldim. Mənə bu kəlimələri öyrətdi:
“Asabi Və Ləhmi, Və Dəmi, Və Şəari, Və Bəşəri - Əsəbimi, Ətimi, Qanımı,
Saçımı və Dərimi və daha iki xisləti də zikr etdi”. (Buxari 6316, Muslim
763/181, 1824)
438. Abdullah İbn Abbas rəvayət edir ki, bir gecə o Peyğəmbərin zövcəsi,
xalası Meymunənin
evində qaldı. (İbn Abbas deyir ki,) mən yatağın
köndələninə uzandım, Peyğəmbər və onun zövcəsi isə yatağın uzununa
uzandılar. Peyğəmbər yatdı. Nəhayət, gecə yarısı yetişdikdə, (və ya bundan
bir az əvvəl yaxud bir az sonra yuxudan) oyandı və gözlərini ovxalayıb
yuxusunu dağıtdı. Sonra Ali İmran surəsinin son on ayəsini oxudu. Sonra
qalxıb (tavandan) asılmış köhnə cürdəyə yaxınlaşdı və kamil şəkildə dəstəmaz
aldı Sonra durub namaz qıldı. Mən də ayağa qalxıb onun etdiyi kimi etdim.
189
Sonra gedib onun yanında durdum. O, sağ əlini mənim başıma qoydu və sağ
qulağımdan tutub onu dartdı. Sonra iki rükət, sonra yenə iki rükət, sonra yenə
iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra yenə iki rükət, sonra
da bir rükət (namaz) qıldı. Sonra yerinə uzandı. Nəhayət, müəzzin onun
yanına gəldikdə qalxıb iki rükət xəfifcə namaz qıldı. Sonra gedib sübh
namazını qıldırdı. (Buxari 183, Muslim 763/182, 1825)
439. İbn Abbas gecə qılınan nafilə namazlarını nəzərdə tutub demişdir:
“Peyğəmbərin namazı on üç rükətdən ibarət idi.” (Buxari 1138, Muslim
764/194, 1839)
440. İbn Abbas rəvayət edir ki, Peyğəmbər gecə durub nafilə namazı qıl-
dıqda deyərdi:
“Allahummə, Ləkəl-Həmdu Əntə Nurus-Səməvati Vəl-Ardi, Və
Ləkəl-Həmdu Əntə Qayyimus-Səməvati Vəl-Ardi, Və Ləkəl-Həmdu Əntə
Rabbus-Səməvati Vəl-Ardi Və Mən Fihinnə, Əntəl-Həqqu, Və Va'dukəl-Həqqu,
Və Liqaukə Həqqun, Və Qaulukə Həqqun, Vəl-Cənnətu Həqqun, Vən-Naru
Həqqun, Vən-Nəbiyyunə Həqqun, Və Muhəmmədun Səllallahu Aleyhi Və Səl-
ləm Həqqun, Vəs-Saatu Həqqun, Allahummə, Ləkə Əsləmtu, Və Bikə Aməntu,
Və Aleykə Təvəkkəltu Və Ileykə Ənəbtu, Və Bikə Xasəmtu, Və Ileykə Hakəmtu,
Fəğfir Li Mə Qaddəmtu Və Mə Əxxartu Və Mə Əsrərtu Və Mə Ə'ləntu, Əntəl-
Muqaddimu Və Əntəl-Muəxxiru Lə Ilahə Illə Ənt - Allahım, həmd yalnız
Sənədir. Sən göylərin, yerin Nurusan. Həmd yalnız Sənədir. Göylərin, yerin
Hamisi Sənsən. Həmd yalnız Sənədir. Sən göylərin, yerin və onlarda olanların
Rəbbisən. Həmd yalnız Sənədir. Sən Haqsan. Verdiyin vəd haqdır. Sənə
qovuşmaq haqdır. Dediyin söz haqdır. Cənnət haqdır. Cəhənnəm haqdır.
Peyğəmbərlər haqdır. Muhəmməd haqdır. (Qiyamət) Saatı haqdır. Allahım!
Sənə təslim oldum, Sənə iman gətirdim, Sənə təvəkkül etdim, tövbə edib Sənə
döndüm, Sənin uğrunda mübarizə apardım və Sənin hökmünə üz tutdum.
Əvvəl etdiyim, sonra edəcəyim, gizlin saxladığım və üzə çıxartdığım (pis)
əməllərimi bağışla! Əvvələ çəkən də Sənsən, təxirə salan da Sənsən. (İbadətə
layiq olan) məbud yalnız Sənsən və ya Səndən başqa ibadətə layiq haqq olan
məbud yoxdur”. (Buxari 7499, Muslim 769/199, 1844)