198
İbn Məsud: “Mən (bu surəni) Allahın Elçisinə oxudum və (mənə): “Əhsən!”
dedi.” Bu vaxt İbn Məsud həmin adamdan şərab iyisi gəldiyini hiss etdi və
dedi: “Allahın Kitabına iftira yaxdığın bəs deyil, hələ üstəlik şərab da içirsən?!”
Bundan sonra o adamı şallaqladılar.” (Buxari 5001, Muslim 1906, 801/249)
Fathihə Və Bəqərə Surəsinin Son Ayələrinin Fəziləti Və
Bəqərənin Son İki Ayəsini Oxumağa Rəğbətləndirmək
465. Əbu Məsud əl-Bədri rəvayət edir ki, Peyğəmbər buyurdu: “Hər kim
gecə “əl-Bəqərə” surəsinin son iki ayəsini oxuyarsa, bu ona (şeytandan) kifayət
edər”. (Buxari 4008, 5009, Muslim 1914, 1916, 807/255, 808/256)
Quran Öyrənib, Öyrədənin Fiqh Və Başqa Elmlərin
Hikmətlərini Öyrənən Və Onlarla Əməl Edərək Başqalarını
Da Öyrədən Kimsənin Fəziləti
466. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: «İki fəzilət sahibindən
başqa heç kəsə həsəd (qiptə) caiz deyildir. Onlardan biri Allah tərəfindən bir
kimsəyə Quran biliyi verilə və o, da onu gecə və gündüz oxuyar. Digəri isə
Allah tərəfindən bir kimsəyə mal-dövlət verilmişdir. O, da onu gecə və
gündüz (Allah yolunda) xərcləyər». (Buxari 7529, Muslim 1930, 815/266)
467. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər buyurdu: “İki fəzilət
sahibindən başqa heç kəsə həsəd (qiptə) caiz deyildir. Allah tərəfindən mal-
199
dövlət bəxş edilən və onu haqq yolda tələf (xərcləyər) edən və Allah tərəfindən
hikmət bəxş edilən kimsə hansı ki, hikmətlə hökm edər və onu başqalarına
öyrədər”. (Buxari 7316, Muslim 1933, 266)
Quranın Yeddi Hərf Üzərinə Olması Və Bunun Mənasının
İzahı
468. Ömər İbn Xəttab rəvayət edir ki, Peyğəmbərin sağlığında mən Hişam
İbn Həkim İbn Hizamın “əl-Furqan” surəsini oxuduğunu eşitdim və diqqətlə
onun oxuduğuna qulaq asmağa başladım. Baxdım ki, o, (bu surəni) başqa-
başqa hərflərlə, Peyğəmbərin bizə oxumadığı bir üslubla (qiraətlə) oxuyur.
Mən onu elə namazda ikən yaxalamaq istədim, lakin səbir etdim. Nəhayət, o,
salam verib (namazını bitirdikdə) mən onun yaxasından yapışıb soruşdum:
“Eşitdiyim bu surəni sənə bu cür oxumağı kim öyrədib?” Dedi: “Bu surəni
mənə Peyğəmbər öyrədib.” Dedim: (“Yalan danışırsan, Peyğəmbər bu
surəni mənə sənin oxuduğun kimi yox, əksinə, başqa cür öyrədib”). Sonra mən
onu Peyğəmbərin yanına apardım və dedim: “Mən bunun “əl-Furqan”
surəsini başqa hərflərlə və sənin bizə öyrətmədiyin bir üslubla oxuduğunu
eşitdim”. Peyğəmbər: “Burax onu! (Sən də) oxu, ey Hişam!” Hişam (bu surəni)
ona mənim eşitdiyim qiraətlə oxudu. Peyğəmbər: “Bu surə (mənə) bu cür nazil
olmuşdur.” Sonra o: “(İndi isə) sən oxu, ey Ömər!” deyə buyurdu, mən də (bu
surəni) onun mənə öyrətdiyi qiraətlə oxudum. Peyğəmbər: “Bu surə (mənə) bu
cür nazil olmuşdur. Həqiqətən, bu Quran yeddi qiraət üzərində nazil
olmuşdur. Odur ki, Qurandan sizə asan olanı oxuyun!”. (Buxari 2419, 4706,
4996, 5041, 6936, 7111, 7550, Muslim 1936, 818/270)
469. İbn Abbas rəvayət edir ki, Peyğəmbər buyurdu: “Cəbrail mənə
(Allahın Kitabını) bir qiraətlə oxumağı öyrətdi, lakin mən ondan daha çox (şey)
200
öyrənmək istədim. Nəhayət, o mənə (Quranı) yeddi qiraətlə oxumağı öyrətdi.”
(Buxari 3219, 4991, Muslim 1939, 819/272)
Quranı Tərtillə Oxumaq, Surətlə Oxumaqdan Çəkinmək Və
Bir Rükətdə Iki Və Daha Çox Surənin Oxunmasının Mübah
Olması
470. Bir nəfər İbn Məsudun yanına gəlib dedi: “Bu gecə mən bir rükətdə
müfəssəl surələrin hamısını oxudum”. İbn Məsud: “(Yəqin sən surələri) şeir
oxunulan kimi tələm-tələsik (oxumusan). Mən Peyğəmbərin (hər rükətdə)
birləşdirərək oxuduğu, (mənaca) bir-birinə oxşar olan (surələri) bilirəm.” Sonra
da hər rükətdə iki surəni qeyd edərək müfəssəl surələrdən iyirmisini sadaladı.
(Buxari 775, Muslim 1950, 822)
Qiraətlə Bağlı Olan Məsələlər
471. Abdullah İbn Məsud rəvayət edir ki, Peyğəmbər : “Biz onu (həmin
hadisəni) nəsillərə ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı?”
oxuyardı. (Buxari 4870, Muslim 1952, 823/281)
472. Abdullah İbn Məsudun tələbələri Əbu Dərdənin oturduğu yerə
(Şama) gəldilər. Əbu Dərdə onları axtarıb tapdı və onlara: “Hansınız
Abdullahın oxuduğu kimi oxuyursunuz?” deyə soruşdu. Onlar: “Hamımız
oxuyuruq” dedilər. Əbu Dərdə: “Hansınız əzbər bilir?” dedi. Onlar Əlqamə
201
İbn Qeys işarə etdilər. Əbu Dərdə: “Sən Vəl Leyli İzə Yəğşə - surəsini necə
oxuduğunu eşitdinmi?” deyə soruşdu. Əlqamə: “Vəz Zəkəri Vəl Unsə -
şəkilində oxuduğunu eşitdim. Əbu Dərdə: “Mən şahidlik edirəm ki,
Peyğəmbərin bu ayəni belə oxuduğunu eşitmişəm. Lakin bu (Şmlılar)
mənim: “Və Mə Xaləqaz Zəkərə Vəl Unsə - şəkilində oxumağımı istəyirlər.
Vallahi onlara tabe olmuram” dedi. (Buxari 4944, Muslim 1953, 824/282)
Namazın Qılınmasının Qadağan Olunduğu Vaxtlar
473. İbn Abbas demişdir: “(Dininə) sadiq möminlər və mənim üçün onların
ən sadiqi sayılan Ömər mənim yanımda şahidlik etdilər ki, Peyğəmbər
sübh namazından sonra günəş (üfüqdə bir nizə hündürlüyünə) qalxana qədər
və əsr namazından sonra günəş batanadək (nafilə) namazı qılmağı qadağan
etmişdi”. (Buxari 581, Muslim 826/286)
474. Əbu Səid əl-Xudri rəvayət edir ki, Peyğəmbər belə buyurduğunu
eşitdim: “Sübh namazından sonra günəş yüksəlincəyə qədər heç bir namaz
yoxdur, əsr namazından sonra günəş batana qədər heç bir namaz yoxdur”.
(Buxari 586, Muslim 1960, 827/288)
475. İbn Ömər rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namazınızı günəşin
çıxdığı və batdığı vaxta saxlamayın.” (Buxari 582, Muslim 1961, 1962, 828/289)
Dostları ilə paylaş: |