129
266. Cabir İbn Abdullah demişdir: “Muaz İbn Cəbəl Peyğəmbərlə
birlikdə namaz qılar, sonra da qayıdıb öz qövmünə namaz qıldırardı. (Bir dəfə
o, işa namazını qıldırarkən) əl-Bəqərə surəsini oxudu. (Buna tab gətirə
bilməyən) bir nəfər namazdan çıxdı və xəfif bir namaz qıldı. Bu hadisə Muaza
çatdıqda: “O, münafiqdir” dedi. Bu xəbər həmən insana çatdıqda o da
Peyğəmbərin yanına getdi və: “Yə Rəsulullah! Biz əllərimizin zəhmətilə çalışan
və su çəkən dəvələrimizlə suvarma işləri edən bir qövmük. Dünən muaz
bizlərə namaz qıldırdı və namzda əl-Bəqərə surəsini oxudu. Mən də namazımı
ayrı qıldım. Bundan ötrü Muaz məni münafiq adlandırdı. Bu hal-qəziyyə
Peyğəmbərə xəbər verildikdə, o üç dəfə: “Ey Muaz! Sən fitnəkarsa?” dedi və
ona müfəssəl surələr arasından iki surə oxumağı əmr etdi. “...Rəbbinin adına tə-
riflər de!” (əl-Əalə), “And olsun günəşə və onun saçdığı şəfəqə!”. (əş-Şəms) və s.
surələrini oxuyaydın.” (Buxari 705, 6106, Muslim 465, 709, 1068)
İmamlara Namazın Tamamını Xəfif Qıldırmalarınin Əmr
Olunması
267. Əbu Məsud əl-Ənsari rəvayət edir ki, bir nəfər Peyğəmbərin yanına
gələrək dedi: “Ey Allahın Elçisi! Vallahi, mənim sübh namazına gəlməməyim
ona görədir ki, filankəs bizə (onu) uzun-uzadı qıldırır.” (Əbu Məsud deyir ki,)
“Mən Peyğəmbərin öyüd-nəsihət verərkən o günkü qədər bərk
qəzəbləndiyini görməmişdim. Sonra o dedi: “Ey İnsanlar! Həqiqətən, aranızda
(dinə qarşı) nifrət oyadanlar vardır. Qoy aranızdan camaata namaz qıldıran
kəs (bunu) xəfif etsin. Çünki onların arasında xəstələr, zəiflər və (təcili) işi çıx-
mış kimsələr ola bilər.” (Buxari 702, 7159, Muslim 466, 713, 1072)
130
268. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Biriniz insanlara
namaz qıldırdığı zaman onu xəfif etsin, çünki onunla bərabər zəiflər, xəstələr
və qocalar ola bilər. Lakin kimsə özü üçün qılarsa istədiyi qədər uzada bilər”.
(Buxari 703, Muslim 467, 714, 1074)
269. Ənəs rəvayət edir ki, Peyğəmbər (camaata qıldırdığı) namazı
uzatmazdı, lakin onu tam yerinə yetirərdi. (Buxari 706, Muslim 469, 719, 1080)
270. Ənəs rəvayət edir ki, mən Peyğəmbər kimi tam və xəfif namaz
qıldıran bir imamın arxasında əsla namaz qılmadım. Belə ki, uşaq ağlamasını
eşitdiyi zaman uşağın anası üzülməsin deyə namazını həmən xəfif edərdi”.
(Buxari 708, Muslim 469, 721, 1082)
271. Ənəs İbn Məlik rəvayət edir ki, Peyğəmbər buyurdu: “Namaza dxil
olduqda namazı uzatmaq istədikdə bir uşağın ağlamasını eşitdikdə. Uşağın
ağlamasından anasının üzüldüyünü hiss etdiyim üçün həmən namazımı xəfif
edirəm”. (Buxari 709, Muslim 470, 723, 1084)
Namazın Rükunlarını Yerli Yerində Etmək Və Namazı Tam
Qılmaq Şərti İlə Xəfif Etmək
272. Bəra demişdir: “Peyğəmbərin qiyamı və (təşəhhüd üçün) oturuşu
istisna olmaqla rükuda, səcdədə, iki səcdə arasında (olan oturuşda) və
rükudan qalxıb dikəldikdə (sərf etdiyi vaxt) təxminən bərabər idi.” (Buxari
792, 801, Muslim 471, 725, 1086)
131
273. Ənəs demişdir: “Mən çalışıram ki, namazı sizə Peyğəmbərin bizə
namaz qıldırdığını gördüyüm kimi qıldırım.” Sabit: “Ənəs elə şeylər edirdi
ki, indi mən sizin o şeyləri etdiyinizi görmürəm. O, rükudan başını
qaldırdıqda ayaq üstə o qədər çox durardı ki, bəziləri deyərdilər: “O, (səcdə
etməyi) unudub”, habelə iki səcdə arasında o qədər çox durardı ki, bəziləri
deyərdilər: “O, (ikinci səcdəni) unudub. (Buxari 821, Muslim 472, 726, 1088)
İmama Uymaq Və Ondan Sonra Gələn Əməllər
274. Bəra İbn Azib rəvayət edir ki, bizlər Peyğəmbərin arxasında namaz
qıldıq. O: “Səmiallahu Limən Həmidəh – deyib alnını yerə vurmadıqca
bizlərdən heç kəs (səcdə etmək) üçün belini bükməzdi”. (Buxari 811, Muslim
474/197, 1090)
Rüku Və Səcdədə Nə Deyilir?
275. Aişə
rəvayət edir ki, Peyğəmbər ruku və səcdəsində bu duanı
çoxaldardı: Subhənəkə Allahummə Rabbənə Və Bihəmdilə Allahumməğfirli –
Quranın əmrini yerinə yetirmiş olardı
36
”. (Buxari 817, 4968, Muslim 484/217,
1113)
36
Quranın əmri: “ən-Nəsr” surəsində olan: “Rəbbini həmd ilə rəsbih et...” ayəsidir.
132
Səcdə Üzvləri Və Namazda Saçı, Paltarı Yığmağın Və Başa
(Saça) Hörük Vurmağın Qadağan Olması
276. İbn Abbas rəvayət edir ki, Peyğəmbər yeddi əza üzərinə səcdə etmək
və saç və libasını toplamamaqla əmr olundu. (Yeddi əza) alın, iki əl, iki diz, iki
ayaqdır”. (Buxari 809, Muslim 490/231, 1127)
Namazın Sifətini (Hər Bir Hərəkətinin) Cəmi Və Namazın
Nə İlə Açılıb Nə İlə Bitəcəyi
277. Abdullah İbn Malik İbn Buheynə rəvayət edir ki, Peyğəmbər namaz
qıldığı zaman əllərini o qədər bir-birindən aralı qoyardı ki, qoltuğunun ağlığı
görünərdi. (Buxari 390, 807, Muslim 495/235, 1133)
Namaz Qılanın Sütrəsi
278. İbn Ömər rəvayət edir ki, Peyğəmbər bayram günü (namaza) çıxdığı
zaman (xidmətçisinə) qısa bir nizə gətirib onun qarşısında (yerə) basdırmağı
əmr edərdi. Sonra üzünü bu nizəyə tərəf tutub namaz qılar, camaat da onun
arxasında namaza durardı. Peyğəmbər bunu səfərdə də edərdi. Elə buna
görə də əmirlər (bayram namazlarına çıxarkən özləri ilə) nizə daşıyardılar.
(Buxari 494, Muslim 245/501, 1143)
Dostları ilə paylaş: |