194
454. Əbu Musa rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quranı daim
oxuyun! Canım Əlində olan Allaha and olsun ki, o, kəndirdən açılıb qaçan
dəvədən daha tez (sahibini) tərk edir.” (Buxari 5033, Muslim 1880, 791/231)
Quran Oxuduqda Səsin Gözəlləşdirilməsinin Müstəhəb
Olması
455. Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər buyurdu: “Allah,
Peyğəmbərə Quranı Təğənni (avaz) ilə oxuması qarşılığında heç bir şey üçün
mükafat verməmişdir”. (Buxari 5023, Muslim 1883, 1885, 792/233,234).
456. Əbu Musa rəvayət edir ki, Peyğəmbər ona belə demişdir: “Ey Əbu
Musa, sənə Davudun
məlahətli səsi kimi məlahətli bir səs bəxş edilmişdir!”
(Buxari 5048 Muslim 1888, 793/236)
Məkkənin Fəthi Günü Peyğəmbərin Fəth Surəsini
Oxumağının Zikri
457. Abdullah İbn Müğəffəl demişdir: “Məkkənin fəthi günü mən
Peyğəmbərin dəvəsinin üstündə oturub zəngulə
40
vuraraq “əl-Fəth” surəsini
40
Zəngulə - iki qonşu tonun tez təkrarından əmələ gələn titrək səs. Digər hədisdə Müaviyə İbn Qurra bu
hədisi rəvayət etdikdə Şöbə ondan soruşmuşdur ki: “Abdullah İbn Müğəffəl zənguləni necə vurardı?”.
Müaviyə də bunu səsləndirib demişdir: “ə-ə-ə” üç kərə.” Səhih Buxari 7540, Alimlər Peyğəmbərin Quran
oxuyarkən əsla zəngulə vurmadığını, bu hədisdə isə, dəvənin üstündə olduğundan avazla oxuduğu ayələrin
bu cür səsləndiyini demişlər.
195
oxuduğunu gördüm. Əgər camaat başıma yığılmasaydı mən də Quranı onun
kimi zəngulə vuraraq oxuyardım”. (Buxari 4281, Muslim 1889, 1890,
794/237,238)
Quran Oxuyana Sükunətin Nazil Olması
458. Bəra İbn Azib rəvayət edir ki, (bir dəfə əshabələrdən) biri “əl-Kəhf”
surəsini oxudu. Bu vaxt həyətdə olan at (təşviş içində) vurnuxmağa başladı.
Adam salamları verib (namazı bitirdikdə) baxdı ki, başının üstünü duman və
ya bulud alıb. O bu hadisəni Peyğəmbərə danışdı və Peyğəmbər dedi:
“Oxumağına davam et, ey filankəs! Çünki o, Qurana görə nazil olmuş
sükunətdir (mələklər)” (Buxari 3614, Muslim 1893, 795/241)
459. (Bir dəfə) gecə Useyd İbn Hudeyr “əl-Bəqərə” surəsini oxuyurdu, atı da
onun yanında yerə bağlanılmışdı. Birdən at təşvişə düşüb şahə qalxdı. (Bunu
görəndə) Useyd susdu, at da sakitləşdi. Sonra o, oxumağına davam elədi və at
yenə təşvişə düşüb şahə qalxdı. O susdu, at da sakitləşdi. Sonra o, yenidən
oxumağa başladı və at yenə də həyəcanlanıb şahə qalxdı. Bundan sonra o, daha
oxumadı. Həmin vaxt (Useydin) oğlu Yəhya atın yaxınlığında idi və o, qorxdu
ki, at onu tapdalayar. Useyd uşağı yanına çəkdikdən sonra başını göyə
qaldırdı, lakin aydın bir şey görə bilmədi. Səhəri gün o, bu hadisəni
Peyğəmbərə danışdı. Peyğəmbər (ona): “Oxu, ey İbn Hudeyr! Oxu, ey İbn
Hudeyr!” deyə buyurdu. Useyd: “Ey Allahın elçisi! Yəhya atın yanında idi və
mən qorxdum ki, at onu tapdalayar. Odur ki, başımı qaldırıb ona tərəf getdim.
Sonra başımı göyə qaldırıb buluda oxşar bir şey, içərisində də qəndillərə (çıraq)
bənzər şeylər gördüm. Sonra onlar yox olub getdilər.” Peyğəmbər: “Bilirsənmi o
196
nə idi?” Useyd: “Xeyr!” deyə cavab verdi. Peyğəmbər: “Bu, mələklər idi, sənin
səsinə yaxınlaşmışdılar. Əgər sən oxumağına davam etsəydin, səhər tezdən
hamı onları görərdi və onlar insanlardan gizlənməzdilər.” (Buxari 5018,
Muslim 1895, 796/242)
Quran Hafizinin Fəziləti
460. Əbu Musa əl-Əşari rəvayət edir ki, Peyğəmbər buyurdu: «Quran
oxuyan mömin iyi və dadı şirin olan limon Utruccu kimidir. Quran oxumayan
mömin isə dadı olub, iyi olmayan xurma kimidir. Quran oxuyan münafiq iyi
xoş, lakin dadı acı olan reyhan kimidir. Quran oxumayan münafiq isə iyi
olmayan, lakin dadı acı olan Hənzələ (qarpıza bənzər tərəvəz) kimidir».
(Buxari 5427, 5059, Muslim 1896, 797/243)
Quran Oxumaqda Mahir Olanla Onu Oxumaqda Çətinlik
Çəkənin Fəziləti
461. Aişə
rəvayət edir ki, Peyğəmbər buyurdu: “Quran oxuyan və onu
əzbərdən bilən adam möhtərəm və müti mələklərlə eyni dərəcədədir. Çətinlik
çəkə-çəkə daim Quran oxuyan adam isə iki savab qazanır”. (Buxari 4937,
Muslim 1898, 798/244)
197
Oxuyan, Dinləyəndən Əfzəl Olsada Belə Fəzilət Və Məharət
Sahiblərindən Quran Oxumanın Müstəhəb Olması
462. Ənəs rəvayət edir ki, (bir dəfə) Peyğəmbər Ubey (İbn Kəbə) dedi:
“Allah mənə: “Kitab əhlindən və müşriklərdən inkar edənlər...”. (əl-Bəyyinə 1).
surəsini sənə oxumağı buyurdu.” (Ubey) soruşdu: “O, mənim adımı çəkdi?”.
Peyğəmbər: “Bəli!” dedi və (Ubey) ağlamağa başladı” (Buxari 3809, 4959,
Muslim 1901, 6497,799/246)
Quran Dinləməyin, Quranı Dinləmək Üçün Bir Hafizdən
Oxumasını İtəməyin Və Quran Oxunarkən Ağlayıb
Tədəbbür Etməyin Fəziləti
463. Abdullah İbn Məsud demişdir: “(Bir dəfə) Peyğəmbər mənə buyurdu
ki: “Mənə Quran oxu!” Dedim: “(Ya Rəsulullah! Quran) sənə nazil olduğu
halda, onu sənə mənmi oxuyacağam?”. Peyğəmbər: “Bəli, mən onu başqasından
dinləməyi xoşlayıram.” Mən ona “ən-Nisa” surəsini oxumağa başladım.
Nəhayət, (surənin): “Biz hər ümmətdən bir şahid gətirəcəyimiz və səni də
onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?” ayəsinə çatdıqda,
Peyğəmbər: “Dayan!” dedi. Mən (başımı qaldırdıqda) Peyğəmbərin
gözlərinin yaşla dolduğunu gördüm” (Buxari 4582, Muslim 1903, 1905,
800/247,248)
464. Əlqəmə demişdir: “(Bir dəfə) biz Himsdə ikən İbn Məsud bizə “ Yusuf”
surəsini oxudu. Bu vaxt bir nəfər dedi: “Axı bu surə bu cür nazil olmamışdır”.
Dostları ilə paylaş: |