166
tirmə Hərəkatı” deyə bir şey var məsələn. İnsanların dünyaya
zərər verdiyini iddia etdikləri üçün insanların nəslinin kəsil-
məzi üçün təbliğatlar aparan bir təşkilatdır. Onlar da vecimə
deyil. Bəlkə də sadəcə yalnız olduqları üçün təşkilat qurub-
lar. Sülh də vecimə deyil savaş da. Realist siyasətçilərdən biri
şey demişdi məsələn, savaş xalqların ruhudur, bəlkdə haqlıy-
dı, nəbilim. Bəlkə də insanlara, xalqlara, bir-birinə tutunmaq
üçün savaşlar lazımdır. Sadəcə heç bir mənası olmayan hə-
yatda özlərinə kiçik mənalar yaradırlar, emosiyalarını əmmək
üçün özlərinə problemlər yaradırlar. Ancaq bunları da aşıb
artıq dünya, yavaş-yavaş. Milliyətçilik kimi bəsit məhvumlar
keçmişdə qalır, yəqin indi də yadplanetlilərlə savaşıb bu dəfə
də öz irqləri ilə fəxr edərlər. Düşüklər. Təsəvvür edə bilirsən?
Yadplanetlilərə savaşlar olur və dünya müharibələri vaxtların-
dakı kimi sloqanlar və musiqilər yazılır, sadəcə “vətənə can
qurban” yerinə “dünyaya can qurban” kimi düşük səviyyəsiz
sloqanlar və sair. Bilirsən bəzən nə düşünürəm? Robotların bir
gün insanları öldürəcəyini düşünmürəm ancaq təsəvvür edək
ki elə bir şey oldu və insanların kökü kəsildi, robotlar etdi
və ya hər necəsə oldu. Amma robotlar sağ qalır və üstündən
minlərlə il keçir. Arada informasiya itkisi yaşanılır və robotlar
onları insanların yaratdığını unudurlar ya bilmirlər. Necə ya-
randıqlarını axtarmağa başlayırlar. Məsələn Marsda insanların
yerləşdirdiyi robotlar. Sonra içlərindən bir robot çıxıb deyir
ki, bizi nəsli minlərlə il əvvəl kəsilmiş yer kürəsində yaşayan
insan adlı heyvan növləri yaradıb. Bir fərziyyə kimi deyir və
hamı onu inkar edir. “Necə yəni, axmaq bir canlı bizim kimi
kompleks varlığı necə yarada bilər axı!?”. İnsanların ilk başda
meymunlarla qohumluqlarını dandıqları kimi onlarda bizim-
lə qohumluqlarını danırlar. Bu arada Mars demişkən, Marsda
günün 25 saat olduğunu bilirdin? Həyatın işgəncə müddəti 1
saatda artıqdı orda.
- Və Venerada 2800 saat, yəni 116 gün.
- Yupiterdə 9 saat.
- Hə.
167
- Bəlkə də orda doğulmalıydım. Yerdəki həyat bədbəxtlər
üçün, mənim üçün həddindən artıq uzun gəlir. Həyat heç də
qısa deyil. O qədər uzundurki, əcəli gözləyərək ölmək bəzən
işgəncə kimi gəlir.
- Sən sadəcə xoşbəxt olmağın yolunu tapmalısan məncə.
- Artıq xoşbəxtlik də vecimə deyil.
- “Vecimə deyil, vecimə deyil, vecimə deyil!” Nifrət edirəm
bu sözü işlədən bütün oğlanlardan!
- Mənə nifrət etməyin də vecimə deyil düzü
- Nə olub axı sizə? Bir qism oğlan var ki hamısının tək dər-
di seks narkotik və vecsizlikdir, tənbəllik. Sadəcə biraz müba-
rizə aparmaq lazımdır. Savaşmalısan. Nə bilim, maraqlı şeylər
var dünyada, gələcək, gələcəyi düşün, süni intelekt və transm-
humanizmi düşün, maraqlı deyil heçnə sənə? Doğulmasaydım
deyə oturub ağlamaqla nə dəyişir? Yeniyetmə üsyankar kimi.
Hələ də böyüyə bilməmisən! Heçnə etmədən oturub sənə lo-
tareya çıxmasını gözləyə bilməzsən! Sanki biz çoxmu sevirik
həyatı? Sadəcə ölmək o qədər də asan deyil və xoşbəxt olma-
ğa çalışırıq. Mənim çoxmu xoşuma gəlir sanki hər gün gedib
lənətə gələsi sikik şirkətlərin məhsullarını üzümə yaxıb kloun
kimi o sikik müştərilərin üzünə gülümsəyərək biraz da onların
üzünə maska yaxmağım? Yox! Sadəcə yaşamaq istədiyim şey-
lər var və onları yaşamadan ölmək istəmirəm! Ölmədən əvvəl
yaşamalıyam! Sənin kimi biraz Şopenhaur oxuyub küçələrə
düşüb qabağıma gələnə kaş ki doğmaz olaydım demirəm!
- Şopenhauru heç vaxt oxumamışam. Tək lənətə gələsi an-
tinatalist o deyil bu milyardlarla nəfərlik dünyada. Fəlsəfəsi
mənə maraqlı da deyil heç, əminəm yaraşıqlı ya xoşbəxt olsa
o da öz fəlsəfəsinə nifrət edə bilərdi. Hər gördüyün doğulmaq
istəməyən insanı Şopenhaurdan təsirlənib sanma, bir toyuq
belə, şüuru olsaydı həyatına nifrət edə bilərdi, ona da deyə-
cəkin ki hansısa pessimistdən təsirlənib? Və, mübarizəmi?
Niyə axı? Sırf biri məni doğub və mən həyatımı sevmirəmsə
mübarizəmi etməliyəm? Cəsarətimi toplayıb özümü öldürmək
varkən? Bəzən özümə nifrət edirəm, ölmək istəyirəmsə niyə
168
sadəcə ölmürəm, üstünə bu qədər düşünüləcək şey deyil axı
ölüm. Sadəcə qorxaqam. Ya da bəlkə ölüm üstünə minlərcə sə-
hifə düşünüləcək qədər çətindi. Doğulmamaq isə sadəcə möh-
təşəmdir. Yəni təsəvvür et yoxsan. İnsanların burda başa düş-
mədikləri şey məncə, doğulmamaq istəyərdinmi sualına cavab
verəndə, qorxurlar ki bəs mənim yaxşı günlərim? Onlar da ol-
mayacaqdı axı deyə. Axı sən doğulmasan o yaxşı günlərdəndə
xəbərsiz olacaqdın. Yəni hara çevirsən sən udursan doğulma-
maqla. Hərnəysə. Cəhənnəm olsun. Mənə yaxınlaşıb söhbəti
başladan da sən idin bu arada, bəyənmirsənsə gedə bilərsən.
Həm də ki mən, mənə lotareya çıxacaq günü də gözləmirəm
artıq, ya da kimin ya nəyinsə gəlib həyatımı xilas edəcəyini,
o ümidlərimi çoxdan öldürmüşəm. Şükür ki öldürmüşəm ar-
tıq, rahatam. Görünür səndə hələ diridirlər, öləcəkləri günlərə
qədər çəkəcəyin əzablarda sənə uğurlar arzulayıram. Dərin
ağrılar yaşayacaqsan, yaşın hələki azdır, hiss olunur ki ümid-
lərin var, onları öldürmək çətin olacaq. Dediyin kimi, ölmə-
dən əvvəl yaşamaq istədiyin şeylər var, mən o şeylərin çoxunu
yaşamışam özümçün, indi ölə bilərəm. Bundan sonrası işgən-
cə kimi gəlir. Gələcək mənə də maraqlıydı əvvəllər bəli, süni
intelekt, transhumanizm ya nəsə. Ancaq bəlkə də sonradan bu
maraq qısqanclığa çevrildi, heç vaxt görməyəcəyim o gələcəyi
düşünmək qısqandırır bəlkə də məni. Heç birimiz görməyəcik
transhumanizmi. Həm, dediyim kimi, mən də istəyərdim çək-
diyim ağrılar olmasın və rahat yaşayım, onda maraqlarıma da
vaxt ayıra bilərdim. Ancaq indi heç bir marağım vecimə deyil
və onları doğduqları yerdəcə öldürürəm. Yeniyetmə anarxist
üsyankar və sairə məsələsinə gəldikdəysə, həyat bərbaddırsa
və mən bundan şikayətlənirəmsə bu məni yeniyetmə etmir.
Mənim keçdiyim yaş dövrü məncə, körpü kimidir, bu yaşı
keçsən şikayəti buraxıb olanla qəbullanırsan, ya da burdaca
ölürsən. Sən isə məndən aşağıda, ümidləri diri olansan hələ
ki. Qaldı ki bütün oğlanların tənbəl və qız və narkotikə can
atmasına. Sənin istədiyin kimi olmadıqları üçün onların adına
səndən üzr istəyirəm. Həm, tənbəllik ən təbii insan haqqıdır.
Dostları ilə paylaş: |