348
asan oldu. Sənin kimi pərişan halda yox, mən sevinərək vida-
laşıram dünyayla. Özümü yaxşı hiss edirəm. Mən özümə yax-
şı davranırdım. İntihara götüm çatmayanda deyirdim deməli
yaşamalıyam və heç olmasa onu yaxşı eləməyə çalışırdım.
Sənsə çox ərköyünsən sanki. Bilmirəm səni anan belə böyü-
düb, yoxsa qadınların. İntihara da götün çatmır, yaşamırsan
da. Sən o gün evində evtanaziya kampları və intihar barədə
danışanda sənin hələ hazır olmadığını hiss etmişdim. İstəyir-
din, amma bütün qəlbinlə can atmırdın kimi. Ölsən də gözlərin
arxada qalaraq öləcəksən kimiydin, səndə həyatdan istədiyini
ala bilməmiş insan gözü görürdüm əslində, hər nə qədər bu-
nun əksini göstərməyə çalışsan da. Ac gözlər. Bura gələndə
dizlərinin əsəcəyini bilirdim, ancaq mənimkilər əsmir, aramız-
dakı fərq budur. Mənə intiharı düşünmək güc verirdi həmişə
çünki əslində ölmək istəmədiyimi görürdüm və həyata daha
bərk yapışırdım. Sonra gördüm ki ölümə hazıram artıq və bu
qədər yaşadığım bəsdi, gəldim bura. Biz insanlar həqiqətən
çox acgöz yaradılmışıq. Biraz sakit təbiətli olsaydıq, vaxtı
gələndə sakitcə bir kənara çəkilib ölərdik. Əgər bədbəxtsənsə
və bu bədbəxtliyi 80 il özünlə sürüyürsənsə bu daha da böyük
bədbəxtçilikdir. Halbuki ölüm və yoxluq bir addımlığındadır.
Ona görə də evtanaziya kampları layihəsi mənə çox cazibəli
görünür. Möhtəşəmdi bura. Bilirsən neçə gündür burdayam
və burda çox gözəl idi hər şey. Çox gözəl insanlarla tanışdıq.
Burda gördüyün hamını tanıyıram. Hamısı möhtəşəm bəd-
bəxtlərdi və çox yaxında hamımız yox olacağıq. Bu düşüncə
bizə güc verir. Küçələrdə evsizlərin sayının azalmasına fikir
verməmisən? Onların bəziləri başa düşür ki artıq sürünməyin
bir mənası yoxdur, bəziləriysə həddindən artıq zəifdirlər və sü-
rünməyə davam edirlər. Onlara yazığım gəlir. Edə biləcəkləri
bir
şey yoxdur təəssüf ki, həyat eşqləri ölümə qalib gəlir.
- Səninlə birlikdə intihar etmək istəyirəm – deyə sözünü
kəsdi Mavi onun uzun danışıqdan sonra.
Olduqca qərarlı səslənmişdi. Hava getdikcə qaralırdı.
Günəş dağların arxasından son dəfə göz qırpırdı. Ətrafda