Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə121/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   115   116   117   118   119   120   121   122   123

381
“Geriyə doğru uzanın zəhmət olmasa”
Artıq iştahı qalmamışdı yaşamağa. Taqəti yox idi. Yaşamın 
təklif  etdiyi  gözəllikləri  düşündükdə  içində  bir  pərvazlanma 
hiss etmirdi artıq, gözəl qadınları belə düşünərkən fərq etmir-
di. Deyəsən ölməyə bütün qəlbiylə hazır idi. O sadəcə səhv 
çıxmaq istədiyini  özünə  belə  qəbul  etdirə  bilmirdi. Yaşadığı 
bu  ziddiyətlərin  səbəbi  bu  idi.  Yanılmışdı.  Və  indi  səhvini 
düzəltməyin vaxtı gəlmişdi. Ya ölməli ya da düşüncə forması-
nı dəyişməliydi, hansı ki birinci variant daha asan görünürdü. 
Nifrət etdiyi insanlara indi qibtə edirdi. Dünyaya nifrət edərək 
ölmürdü, qibtə edərək ölürdü. Və dünyaya, həyata qibtə edərək 
ölmək o qədər də asan deyildi.
Həyatı sevmədiyi üçün tərk edənlər onu qınaya bilərdilər, 
onlar  da  sevmək  istəyə  bilərdilər. Amma  bir  nüans  var  idi, 
sevdiyin şeyi tərk etmək sevmədiyin şeyi tərk etməkdən daha 
çətin idi. Bu sanki bir qadını tərk etməyə bənzəyirdi. Biri var 
sevmədiyin bir qadını tərk edirdin, biri də var çox sevdiyin bir 
qadını. Və bu, ən çətin olanı idi.
İndi içindəki digər şəxsiyyətlərindən hamısı ölmüş geriyə 
sadəcə ikisi qalmışdı: ölüm və yaşam adlı iki ayrı qrup. Ölüm 
deyə qışqıranlar, xoşbəxtlik adlı ümidləri öldürmüş, geri qalan 
kiçik qruplar isə yaşam adı altında birləşmişdilər. Bütün hamı 
ölmüşdü, bütün ümidlər. Bu son anlarda ölüm qrupu ilə yaşam 
qrupu arasında şiddətli bir savaş gedirdi. Və o beyniylə ürəyi 
arasındakı bu savaşda tərəfində olması gərəkəni seçə bilmirdi. 
Mütərəddid qayğılar içində elə batmışdı ki öz iç səsini belə 
eşitmirdi. Sinəsi savaş meydanına dönmüş və xarbalığa çev-
rilmişdi. Bədəndəki hər iki tərəf, ölüm və yaşam dəstəkçiləri 
əllərindəki  bütün  silahları  götürüb  meydana  çıxmışdılar.  Bu 
son savaş idi. Bütün ordular oradaydı. Sinəsində. Beynində. 
Ürəyində. Dizlərində və ruhunda.
Dəstəkçilər  arasında  yaşam  savaşlarında  ad  qazanmış  ən 
güclü  və  qorxmaz  olanları  ön  cəbhəyə:  beyinə  getmişdilər. 
Bir qrup yaşam dəstəkçisi amiqdalaya göndərilmiş və qorxu 
impulslarının artdırılmasından məsul tutulmuşdular. Hədəfləri 


382
Mavinin daha çox qorxmasını əldə etmək idi və amiqdalanın 
ətrafı sarılmışdı.
İkinci böyük bir qrup nikbin dəstəkçi frontal loba göndə-
rilmiş və lobun analitik, rasional işləmə prinsipinin dayandı-
rılması tapşırılmışdı. Çünki ən güclü ölüm tərəfdarı bədbin-
lər məhz buradaydı və silahları olduqca güclüyüdü: rasional 
düşüncə.  Nikbinlər  frontal  lobu  söndürə  bilsələr  əgər  savaşı 
qazana bilər və Mavini həyatda tuta bilərdilər. Ölümü ən çox 
dəstəkləyən frontal lobdakı rasional düşüncələr idi zira. Əgər 
düşüncə mərkəzi sönsə, bədən özü qaçıb özünü ölümdən qur-
tara biləcəkdi
“Qolunuzu  uzadın  zəhmət  olmasa”  –  quyunun  dibindən 
uzaq və soyuq bir səs eşidilir.
Zaman daralır. Frontal lobdakı bədbinlərin dəstəkçiləri ol-
duqca çox və güclüdür. Ən güclü devizlərini qışqırırlar: “Peş-
man olunmayacaq tək seçim ölümə saniyələr qalır! Əbədiy-
yətə qovuşmağa saniyələr qalır!”
Üçüncü və hər iki tərəfin böyük saylı ordu göndərmiş oldu-
ğu yaddaş cəbhəsindən nikbinlərin yaxşı bir xəbəri gəlir. Onlar 
yaxşı xatirələrin saxlanıldığı hissələrdən bir neçəsini ələ keçirə 
biliblər! Və xatırlama prinsipinin yerinə yetirilməsi üçün bö-
yük saylı impulslar göndərilir! Bir hissə görüntü yaddaşının 
olduğu sağ temporal lobu, bir hissə isə dil yaddaşının yerləşdi-
yi sol temporal lobu impuls atəşinə tutur. Millisaniyələr içində 
milyonlarla impuls və Mavi xatırlayır!  Sahili, günəşi, istini, 
dənizi, qadınlarını, ürəyinin ən gözəl döyündüyü anları, keç-
mişini və gələcəyini xatırlayır. Xatırladı və gələcəkdəki özü 
üçün darıxdı Mavi. Onun ölümündən sonrakı dünya üçün da-
rıxdı. Onun ölümündən sonra xoşbəxt olacaq insanları qısqan-
dı. 40 yaşlı Mavi üçün darıxdı. Onunla oturub söhbət etmək 
istədi.  Ondan  soruşmaq  istədi,  ölümmü  deyə.  Xoş  xatirələr-
lə tərəddüdə düşmüş frontal lob zəifləyir və nikbinlər ordusu 
sürüylə zəifləmiş hissələrdən frontal loba daxil olur. Yaddaş-
dakı müdafiəyə lazımi önəmi vermədiklərini görən bədbinlər 
ən güclü cəngavərlərdən ibarət bir qrupu yaddaşa göndərirlər. 


383
Pis xatirələrin olduğu bazanı sürətli impulslarla vurmağa baş-
layırlar. Güclü akson atəşinə məruz qalan unudulmuş xatirələr 
canlanır.  Dərinlərə  basıdırlmış  xatirələr  qıcıqlandırılaraq  ön 
yaddaşa ötürülür.
Xoş xatirələrin sərxoşluğuna tutulmuş Mavinin yaddaşında 
impuls savaşları gedir və o paralel olaraq bəd xatirələri xatır-
lamağa başlayır. İşsizliyi və əlacsızlığı, müdürləri və müştə-
riləri, aclığı və çarəsizliyi, darıxmanı və sərhədləri, qısqanclığı 
və acgözlüyü xatırlayır. Beyinin pis xatirələri unudaraq bizə 
yaşanmış hadisələri sanki daha yaxşı yaşanıbmış kimi göstər-
mə  prinsipi  pozulur  və  Mavi  bir  dəqiqə  artıq  belə  yaşamaq 
istəmir. Artıq okeanın o biri tayını belə arzulamır çünki o istə-
nilən ölkədəki öz iztirablarını xatırlayır. Hər şey heç də yaxşı 
olmamışdı.
O günləri xatırladı, o günlər ki o nifrət etdiyin tənha evində 
oturursan və heçnə etmək istəmirsən. Ya da nəsə etmək istəyir-
sən ancaq edəcək heçnə yoxdur. Hamısı bir ildir alışdığın və 
nifrət etdiyin o boz monotonluqdan ibarətdir. Görüşəcək yeni 
bir insan və gedəcək yeni bir yerin yoxdur. Həyatına və özünə 
nifrət edirsən. Qaçıb uzaqlara getmək istəyirsən, ancaq hansı 
pulla? Daha da əsəbləşir və bütün ümidlərini soxub içinə otu-
rursan.
Həkim ona bir şeylər deyir və gözü bir nöqtəyə fokuslan-
mış Mavi heç nə eşitmir. Ziddiyətli fırtınaların dövr vurduğu 
şüurunda göz gözü görmür ağız deyəni qulaq eşitmirdi.
Neyron aksonlarından saniyədə 30-40 dəfə açılan atəşlər 
digər neyronları və onların dendritlərini vurur, minləycə, mil-
yonlarca neyron aktivləşir, xatirələr canlanırdı. 
Nikbinlərin  möhtəşəm  bir  xəbərilə  bütün  bədəni  həyəcan 
basır: Hərəkət mərkəzi cortex motoriusu ələ keçirmiş milyon-
larca neyrondan ibarət böyük bir qrupun atəşlədiyi impulsların 
təkidi ilə Maviyə durub otağı tərk etmə əmri verilmişdi. Cortex 
motorius’dan çıxan hərəkət əmri siqnalı əzələlərə doğru hərəkət 
etməyə başlayırdı ki nikbinlər heç gözləmədikləri bir xəbərlə 
qarşılaşdılar: bütün əmrlərin keçib bədənə ötürüldüyü onurğa 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə