Mühazirə mətni (30+30 saat) GİRİŞ



Yüklə 0,95 Mb.
səhifə1/11
tarix14.05.2018
ölçüsü0,95 Mb.
#44090
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   10   11

Dos. İ.K.MUSAYEV
İQTİSADİYYATDA SİSTEM TƏHLİLİ

mühazirə mətni

(30+30 saat)
GİRİŞ
İnsanın həyat fəaliyyətinin təmin edilməsi məsələsi onun iqtisadi fəaliyyətdə iştirakı və bu fəaliyyətin səbəb-nəticə əlaqələrinin, daha doğrusu, əsas məzmununun açıqlan­ma­sı şəklində həll edilir. Lakin iqtisadiyyat sahəsindəki istə­­nilən tədqiqat işi əvvəl­cədən düşünülmüş mahiyyət daşı­­dığından, həmin elmin konsepsiyası1 ilə sıx bağlı olur.

İqtisad elmi digər əsas elm sahələrindən gec meydana çıx­­dığından, təbii olaraq onların metodiki və konseptual nai­liyyətlərindən faydalan­mışdır.

Təbiət maddəsini maddi nemətə çevirməklə bağlı olan fəaliyyətin bütün cəhətlərini özündə birləşdirən iqtisadiyyatın əsas örnək götürəcəyi elm sahəsi olan təbiətşünaslıqda, daha doğrusu, təbiəti tədqiq edən elm­lər­də (o cümlədən, təbiət elmlərindən biri olan kibernetikada) dərketmə təc­rü­bəsi ilk növbədə, elmi dəqiqliyi, ardı­cıl­­lığı və praktiki olaraq təkrar­lan­ması imkanı ilə seçi­lir. Bu mənada, təbiətşünaslıq iqtisad elmi üçün çox fayda­lı metodiki instrumentariya verə bilən mənbə sayılır.

Digər tərəfdən, təbiətşünaslığın da iqtisad elmi kontekstin­də nəzərdən ke­çi­rilməsi xeyli maraq doğurur və bu, hər şeydən əvvəl, iqtisadi sistemdə onun rolu və təbii resursların tədqiqi üçün elmi metod forma­laş­dırıl­ma­sı ilə bağlıdır.

Bəllidir ki, təbiət qanunlarının ümumiləşdirilməsinin müxtəlif üsul­­­la­­rı­nı özündə birləşdirən təbiətşünaslıq kon­sep­si­ya­sı daim inki­şaf­dadır. Bu in­ki­­­şa­f bir tərəfdən insan və təbiətin daha sıx qar­şı­lıq­lı fəaliyyəti, digər tərəf­dən də təbiəti tədqiq et­mək üçün tətbiq edilən instru­mentariyanın təkmilləşdiril­mə­si ilə əlaqədardır.

Təbiət­şü­nas­lıq konsepsiya­sı inki­şaf etdikcə, iqtisadi proseslərin səbəb-nəticə əla­qə­­lə­rinin insanla təbiətin qar­şı­lıqlı fəaliyyəti üsul­ları ilə qarşılıqlı təsiri daha dərindən başa düşülür. Odur ki, iqtisa­diy­yatın, onda gedən iqtisadi proseslərin daha də­rin­dən başa düşülməsi üçün təbiətşünaslığın tarixinə diq­qət yetir­mək lazım gəlir.

Digər tərəfdən, iqtisadiyyatın öyrənilməsi də müasir tə­bi­ət­şünaslıq panoramına ilkin baxış keçirilməsini tələb edir, çünki insanın həyat fəaliyyətinin ayrılmaz hissə­si olan təbiət hadisələrinin, o cümlədən, iqtisadi hadisə­lərin dərk edilməsi üçün baş verən iqtisadi proseslərin tədqiqi müasir elmi metodların tətbiqinə keçilməz ehtiyac duyur. Bununla yanaşı, iqtisadiyyatın ekstensiv və intensiv inki­şa­fına analoji olaraq müasir təbiətşünaslığın inki­şa­fın­da təbiəti dərketmə üsullarının də­yiş­məsinin eks­ten­siv və intensiv xarakterini fərqləndirmək imkanı da yaran­­mışdır. Belə ki, təbiətşünaslığın ekstensiv inkişa­fı tə­bi­əti təd­qiq etməyin mövcud üsullarının təkmilləşdi­ril­mə­si ilə təmin edilir­sə, intensiv inkişaf da keyfiyyətcə yeni üsulların meydana çıxması ilə real­laş­dırılır.

Təbiətin təşkili sferasına müxtəlif baxış üsulları­nın tətbiqi təbiətin təsviri üçün müxtəlif konsepsiyaların meydana gəlməsinə səbəb olmuşdur. Odur ki, iqtisa­diy­yata baxışın da müxtə­lif konsepsiyalara malik ola bilməsi imkanı möv­cud­dur. Belə ki, təbiətin təsvirinin korpuskulyar və konseptual kon­sep­siya­ları öz əksini uyğun olaraq mikro və makro iqti­sa­diy­yatda tapırsa, təbiətdə mövcud olan qayda və qay­da­sızlıq da iqti­­sa­diy­yatda tarazlığın dövlət tərə­fin­dən tən­zimlənməsi və kor­tə­bii yaranması kimi variantlarda təza­hür edir.



Təbiət, texniki, sosi­al və humani­tar elm sahələrində dərketmənin müəyyən ümumi prinsiplərə, qayda və fəaliyyət üsullarına söykənməsi faktı bir tərəfdən, bu elm sahələrinin qarşı­lıq­lı fəa­liy­yətini və vəhdət təşkil etdiyini, digər tə­rəf­dən isə, bizi əhatə edən real dünyanın – təbiət və cəmiy­yətin dərk­etmə üçün ümumi və vahid mənbə olduğunu göstərir.

1. İqtisadiyyatın sistemli xarakteristikası

Sistem dedikdə, ən ümumi mənada, müxtəlif tipli dəyişənlər arasında baş verən qarşılıqlı münasibətlər nəticəsində müəyyən hadisənin meydana çıx­dığı obyekt nəzərdə tutulur.

Lakin bu anlam birdən-birə meydana çıxmamış, dünyanın sistemli olduğunu insan dərk edənə qədər uzun inki­şaf yolu keçmişdir.

Sistemlik bir keyfiyyət olaraq hər şeyə xasdır. Bununla belə, sistem­liyin səviyyəsi müxtəlif ola biləndir. Belə ki, möv­cud fəaliy­yətdə problem yaranırsa, bu o deməkdir ki, sistemlik lazımi səviyyədə deyildir. Odur ki, yaranan problemi həll etmək üçün sistemlik səviyyə­si­ni yüksəltmək lazım gəlir. Bu baxımdan, sistemlik ”vəziyyət” olmaq­dan çox ”proses”dir.

İnsanın bütün şüurlu fəaliyyəti məqsədyönlüdür, tərkiblidir, qarşılıqlı əlaqəli olan hissələrdən ibarətdir, yəni, həm sistem­lidir, həm də alqoritmikdir. Deməli, elmi fəaliyyət həm sistemli, həm də alqoritmikdir.

Doğrudur, real fəaliyyətin alqoritmi heç də həmişə dərk edilən deyil, lakin, vacibi odur ki, alqoritmin nəti­cəsi qaneedici olmadıqda onun təkmilləşdirilməsi həmişə mümkündür.

Bəşəri təcrübə göstərir ki, sistemli təsəvvürlərin praktiki rolu daim artmaqdadır. Bu, özünü əməyin səmərəliliyinin, ilk növbədə isə, əmək məhsuldarlığının daimi olaraq artmasında göstərir. Bəlli olduğu kimi, əməyin səmərəli­liyinin yüksəldilməsinin tarixən ilk üsulu mexanikləş­dir­mədir. Belə ki, İnsan yarandığı ilk gündən müxtəlif alət və mexa­­nizm­lərlə silahlanmaqdadır. Lakin mexanik­ləş­dirmə insa­nın reaksiya imkanları ilə yuxarıdan məhdudlandığından, yerini avto­mat­laşdırmaya verməyə məcburdur. Bu isə kibernetika kimi ciddi nəzəri təməl üzərində meydana çıxır. Odur ki, hal-hazırda insan kollektivləri kimi mürəkkəb sistemlərə rəhbərlik prosesində yaranan problemlərin həllində kiber­netik­ləş­dirmə misilsiz əhəmiyyətə malikdir.

Müasir elmi təsəvvürlərə görə, Dünya məkanda və zamanda son­suzdur. İnsan ömrü isə müxtəlif məhdudiyyətlər əhatəsində mövcuddur. Bu ziddiy­yətə baxmayaraq, A.Eynşteynin fikrincə, ən maraqlı cəhət təbiətin dərk­edi­lənliyidir. Lakin insanın dünyanı dərk etmək arzusunun hüdudsuzluğu ilə imkanlarının məhdudluğu, təbiətin sonsuzluğu ilə insan resurslarının sonluluğu ara­sın­dakı ziddiyyət dərk­etmə prosesində həm də bir sıra problemlər törət­mişdir. Bunun çox ciddi məntiqi nəticələrindən biri olaraq, elm, o sıradan da iqtisad elmi daim inkişafdadır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə