Mm-dən mühazirələrin kanspekti



Yüklə 6,07 Mb.
səhifə1/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
  1   2   3   4   5   6   7   8   9   ...   122
Mülki müdafiə


MM-dən mühazirələrin kanspekti.
Mühazirə 1. Mülki müdafiənin əsasları, qüvvə və vasitələri.

Yaşadığımız planetdə elmi-texniki inkişafın irəliləməsinə baxmayaraq təbii fəlakətlər, tex­no­gen qəzalar, irimiqyaslı ekoloji, bioloji problemlər, müharibələr, epidemiyalar zaman-zaman artır və mövcud olan heç bir müasir texniki qurğu əhalini bu bəlalardan qoruya bilmir. Demək, müasir insan potensial təhlükə əhatəsində yaşayır. Son 10 ildə dünyada dağıdıcı təbii fəlakət­lərin sayi 3 dəfə, iqtisadi itkilər isə 9 dəfə artmışdır. Təbii fəlakətlərin miqyasının ildən-ilə artma səbəbi kimi təbiətə antropogen təsirlərin anbaan artması qeyd olunur. İqtisadiyyat obyektlərinin qeyri-rasional yerləş­diril­mə­si, yaşayış məntəqələrinin potensial təbii təhlükəli ərazilərdə salınması, ətraf mühitin monitorinqlərinin lazımi qədər səmərəli və əhəmiyyətli olmaması, təbii proseslərin və hadisələrin dövlət mə­murları tərəfindən zəif müşahidə edilməsi, mühəndis qurğula­rı­nın qəzalı vəziyyəti və s. insanları daim təhlükə ilə üzbəüz qoyur. Təhlükənin potensial olması onun mahiyyətcə gizli, zaman və mə­ka­na görə qeyri-müəyyən olmasındadır. Potensial təhlükə elə bir giz­li qüvvədir ki, onun özünü büruzə verməsi üçün müəyyən şə­rait olmalıdır. Potensial təhlükənin real təhlükə halına keçməsi üçün imkan yaradan şəraitin parametrlərinə fövqəladə halların baş­vermə səbəbləri deyilir. Hazırda dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da mülki müdafiə sisteminin qarşısında iki mühüm məsələnin həlli durur. Birincisi əhalini və iqtisadiyyatı təbii fəlakətlərin, habelə istehsalatda, nəqliyyatda və məişətdə baş ve­rən dəhşətli qəzaların nəticələrindən xilas etmək, ikincisi isə müharibə dövründə dinc əhalini və imkan daxilində iqtisadiyyatı qo­rumaqdır.

Mülki müdafiə ilk dəfə Fransanın Paris şəhərində 1931-ci ildə general Sant Pol tərəfindən, bir qurum kimi yaradilmışdı. 3 noyabr 1993-cü il tarixindən Azərbaycan Respublikası bu təşkilatın üzvidir.

Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin qərarı ilə hər il mart ayının 1-i Ümumdünya Mülki Müdafiə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd dünya icti­ma­iy­yətinin diqqətini mülki müdafiə xidmətlərinə, insanların və on­la­rın əmlakının xilas edilməsinə, təhlükəsizliyin təmin edilməsinə və ətraf mühitin qorunmasına yönəltməkdir.

Mülki müdafiəyə – əhalinin təhlükəsizliyinin təmin edilməsi sahəsində vahid dövlət siyasətini həyata keçirməklə nail olunur. Bu məqsədlə fövqəladə hadisələri vaxtında proqnozlaşdırmaq, aş­kar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit iş­lə­məsini təmin etmək, xəsarət almış insanları təhlükəsiz yerə kö­çü­rmək və s. kimi tədbirlər görülür. Mülki müdafiədə – bütün hakimiyyət orqanları, MM ix­ti­saslı dəstələri, əhali, nazirliklər və sahə mənsubiyyətindən və mül­kiy­yət formasından asılı olmayaraq bütün təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştirak etməlidir. Bu za­man əsas diqqət hadisənin nəticələrinin aradan qaldırılmasına deyil, həm də fövqəladə hal törədən səbəblərin aşkar olunmasına və qarşısının alınmasına yönəldilməlidir. Ölkəmizdə mülki mü­da­fiə sisteminin müasir tələblər səviyyəsində formalaşması ümum­mil­li liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıtdıqdan sonra təbii və texnogen fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafi­zə­si­nin təşkili ücün konkret addımlar atmış, xilasedici mütəxəs­sis­lə­rin hazırlanmasını diqqət mərkəzində saxlamış, bununla bağlı mü­hüm qərarlar qəbul etmişdir. Bu gün mülki müdafiə sisteminin mad­­di-texniki bazasının gücləndirilməsi ilə yanaşı, onun qanun­ve­ri­­cilik bazasının möhkəmləndirilməsi də diqqət mərkəzindədir. Bu gün ölkə başçısı cənab İl­ham Əliyevin rəhbərliyi ilə əhalinin təh­lü­kəsiz şəraitdə yaşaması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Respublikamızın seys­mik zonada yerləşməsi, təbii fəla­kət­lərin başvermə ehti­malı­nın yüksək olması, həmçinin fövqəladə halların qarşısının alın­ma­sı və nəticələrinin aradan qaldırılması pro­s­esinin vahid mərkəzdən idarə olunmasını təmin etmək üçün 2005-ci il dekabrın 16-da Azər­baycan Respublikasında Fövqəladə Hal­lar Nazirliyi təşkil olunmuş, onun maddi-texniki bazası güc­lən­­dirilmişdir.

Dövlət və qeyri-dövlət ali, orta ixtisas məktəbi tələbələ­ri­nə, texniki peşə və ümumtəhsil məktəbləri şagirdlərinə mülki mü­da­fiənin öyrədilməsi vacib şərtdir.

Mülki müdafiə fənni – ali məktəblərdə əyani və qiyabi şöbələrin bütün tələbələrinə öyrədilməsi məcburi olan fənlər siyahısındasdır və tədris planlarına xüsusi fənlər kimi daxil edilir Hazırda Azərbaycan Respublikasının mülki müdafiə (MM) siste­mi müharibə şəraitində yaranmış təhlükə və onun nəticələri , eləcə də təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əha­li­nin təh­lükəsizliyinin təmin edilməsi, maddi və mədəni dəyər­lərin qo­ru­n­ması üzrə hazırlıq tədbirləri sistemindən ibarətdir:

1. Dövlətin mülki müdadafiə tədbirləri zamanında, yəni sülh dövründə - silahlanma proseslərinin, texnikanın və əhalinin mü­dafiə vasitələrinin inkişafını nəzərə almaqla həyata keçirilir.

2. Mülki müdafiə tədbirlərinin həyata keçirilməsi ölkə pre­zidenti tərəfindən faktiki hərbi vəziyyətin elan edilməsi anın­dan başlayır.

Müasir şəraitdə mülki müdafiənin inkişaf istiqamətləri aşa­ğıdakı şərtlərlə təyin olunur:

- dövlətin sərhəd ərazilərində münaqişəli vəziyyətin ya­ran­ması;

- kütləvi qırğın silahlarının mövcudluğu və təkmilləş­diril­məsi, yeni növ silahların yaradılması;

- terror təhlükəsinin artması və həmçinin kütləvi qırğın si­lah­larının müəyyən bir növünün tətbiqi;

- müasir fiziki-kimyəvi prinsiplərə əsaslanan yeni növ yük­sək dəqiqliyə malik silahların hərbi münaqişələrdə tətbiqinin art­ması;

- əhaliyə iqtisadi, siyasi, informasiya və başqa növ tə­sir­lə­rin artması;

- təbii və texnogen xarakterli fövqəladə halların tez-tez baş verməsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli Sərəncamı ilə yaradılmış Fövqəladə Hal­lar Nazirliyi mülki müdafiə sahəsində dövlət siyasətini həyata ke­çirən, əhalinin təbii fəlakətlərdən, texnogen xarakterli qəza­la­r­dan və yanğından qorunması, belə hadisələrin nəticələrinin aradan qaldırılması məsələlərini həll edən, xilasetmə və bərpa işləri üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, digər müəssisə və təşkilatların fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

Mülki müdafiə sistemini aşağıdakılar təşkil edir:

- əhalinin mühafizəsini təmin edən gündəlik idarəetmə or­qan­ları;

- MM məsələlərinin həllinə yönəldilmiş qüvvə və vasitələr;

- fövqəladə hallar ücun nəzərdə tutulmuş xüsusi fondlar, tibbi və maddi-texniki vasitələr və ehtiyatlar;

- rabitə, xəbərdarlıq və informasiya təminat sistemləri.



Bəşəriyyət özünün inkişafı boyu ətraf mühitlə sıx bağlı olub. XXI əsrdə o, yüksək sənayeləşmiş cəmiyyətin yaratdığı prob­lem­lə­ri daha çox hiss etməkdədir. İnsanın təbiətə kəskin müdaxiləsi, bu müdaxilənin miqyasının genişliyi və müxtəlifliyi bəşəriyyət üçün qlobal təhlükələrlə nəticələnə bilər. Praktik olaraq pla­neti­mi­zin müxtəlif guşələrində hər an fövqəladə hadisələr yaranır və bun­lar kütləvi informasiya vasitələri ilə bizə növbəti faciə, təbii fə­lakət, qəza, hərbi münaqişə və terror aktı kimi çatdırılır. Föv­qə­la­də halların sayı ildən-ilə durmadan artır. Bu isə o deməkdir ki, fövqəladə hallar nəticəsində zərərçəkənlərin sayı da vurulan mad­di ziyanın miqyasları kimi daim artmaqdadır.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə