Mm-dən mühazirələrin kanspekti


Geoloji xarakterli FH. Zəlzələlər



Yüklə 6,07 Mb.
səhifə4/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   122
Mülki müdafiə

Geoloji xarakterli FH. Zəlzələlər.
Yerin müxtəlif süxurlardan təşkil olunması, daxili qatlarda olan temperatur və təz­yiq fərqi nəticəsində litosferdə müxtəlif proseslər gedir. Bu pro­seslər mənşəyinə görə daxili (endogen) və xarici (ekzogen) olur. Da­xili proseslər Yer səthində yük­səklik və çö­kəkliklər ya­ra­dır, sü­xu­rların yatım formalarını pozur, vulkan və zəlzələlər ya­ra­dır.

Litosferdə çatların, qırışıqların əmələ gəlməsi ilə müşahi­də olunan şaquli və üfüqi hərəkətlər tektonik hərəkətlər adlanır. Bu proseslərin təsiri nəticəsində sü­xur layları üfüqi, maili, şaquli və­ziy­yət alır və ya çatlarla müxtəlif hissələrə ayrılır.



Şəkil 2.1. Tektonik zəlzələ

Şaquli hərəkətlər – düzənliklərə nisbətən dağlarda daha sü­rət­lə gedir. Yerin da­xilində baş verən proseslər səthdə tədrici, çox­əs­rlik qalxma və enməyə səbəb olur. Məsələn, Hollandiya hər il 3 mm enir, Skandinaviya yarımadası isə 1 sm qalxır. Şaquli hə­rə­kət­lər nəticəsində enmiş sahə qraben, qalxmış sahə isə horst adl­a­nır. Qrabenlərin su ilə dolması nəticəsində Baykal, Urmiyə, Van, Tan­qanika, Nyasa və s. kimi göllər yaranıb. Qraben və horstlar pil­lə şəklində olduqda fay adlanır.

Üfüqi hərəkətlər də şaquli hərəkətlər kimi tədricən baş verir. Tek­tonik çatlarla par­ça­lanmış litosfer tavaları üst mantiyanın səthi ilə ildə 2-3 sm sürətlə “sürüşərək” hərəkət edir. Üfüqi hərəkətlər nə­ticəsində enmiş sahə antiklinal, qalxmış sahə isə sinklinal adla­nır.

Yer qabığı səthində baş verən tektonik enerjinin paylanması zamanı əmələ gələn amplitud silkələnməsi zəlzələ adlanır. Zəl­zə­lə­lərlə əlaqədar bü­tün proseslər seysmik hadisələr adlanır. Zəl­zə­lə­ni “seysmoq­raf” adlı cihazla ölçürlər. Zəlzələlər dağıdıcı təsirinə görə 12 ballıq Rixter cədvəli ilə qiymətləndirilir (cədvələ).


Cədvəl
Rixter şkalası ilə zəlzələlərin təsnifatı


Bal

Zəlzələnin adı

Qısa xarakteristikası

1

2

3

1

Hiss edilməyən

Yalnız seysmik cihazlarla qeyd olunur.

2

Çox zəif

Tam sükunət halında olan ayrı-ayrı insanlar tərəfindən hiss edilir.

3

Zəif

Əhalinin yalnız az hissəsi tərəfindən hiss edilir.

4

Orta

Qab-qacağın yüngül cingiltisinə və tit­rə­yişinə, qapıların və divarların cırıltısına görə müəy­yən edilir.

5

Kifayət qədər güclü

Binaların ümumi silkələnməsi, mebelin titrə­məsi, suvaqda çatlar.

6

Güclü

Hamı tərəfindən hiss edilir. Şəkillər divarlar­dan düşür. Suvaq parçaları qopub düşür, bina­la­rın yüngül zədələnməsi.

7

Çox güclü

Daş evlərin divarlarında çatlar. An­ti­seysmik və taxta tikililərə zərər dəymir.

Cədvəlin ardı


1

2

3

8

Dağıdıcı

Yamaclarda və nəm torpaqda çatlar. Abidələr yerini dəyişir və ya yıxılır. Evlər möhkəm zə­­dələnir.

9

Viranedici

Daş evlərin möhkəm zədələnməsi və dağılması.

10

Məhvedici

Torpaqda iri çatlar. Sürüşmələr və uç­qun­lar. Daş tikililərin dağılması, relslərin əyilməsi.

11

Fəlakət

Yerdə geniş çatlar, çoxsaylı sürüşmələr və uçqunlar. Daş evlər çox dağılır.

12

Güclü fəlakət

Torpaqdakı dəyişikliklər nəhəng ölçülə­rə ça­tır. Çoxsaylı uçqunlar, sürüşmələr. şəla­lələ­rin, göllərin meydana gəlməsi, çayların isti­qa­mətinin dəyişməsi. Bütün tikililər dağılır.

Zəlzələlər yer qabığının fəal vulkanizm zona­larında daha çox təkrarlanır. Hər il dünyada 10 minlərlə zəlzələ baş verir ki, onların da 15-20-si daha fəlakətli olur. Onlar, əsasən, okeanlarda baş verir.

Yerin daxilində zəlzələ törədən hərəkətlərin baş verdiyi yerə zəl­zələ ocağı və ya hiposentr deyilir. Zəlzələ ocağının üzərində olan yer səthinə (və ya proyeksiyasına) zəlzələ mərkəzi və ya epi­sentr deyilir. Ən güclü dağıntı episentrdə baş verir. Episentrdən ara­landıqca dağıntı və insan tələfatı azalır. Zəlzələ ocağı dərində yer­ləşdikcə zəlzələ daha geniş ərazini əhatə edir. Zəlzələ ocağı da­yaz­da yerləşdikdə zəlzələnin yer səthində yayıldığı sahə kiçik olsa da, daha çox dağıntı törədir. Təbiətin ən amansız şıltaqlığı olan zəl­zələlər zaman-zaman bütün ölkələrə öz ziyanını göstərmişdir. Zəl­zələlər təbii səbəb­lə­rin (tektonik proseslərin) yaratdığı yeraltı zər­bələr və Yer səthinin titrəyişidir. Yerin bəzi ərazilərində tez-tez baş verir və ya bəzən qruntun bütövlüyünü pozaraq, binaları dağı­dır və insan tələfatına səbəb olan böyük qüvvəyə malik olur. Zəl­zə­lə­lər əsasən, hündür dağlara və ya dərin okean yar­ğan­larına aid olan nisbətən dar qurşaqlarda baş verir. Zəlzələlər, həmçinin Qır­mı­zı dəniz, Afrikadakı Tanqanika və Nyasa, Asiyadakı İssık-Kul və Baykal göllərində, həmçinin Afrika və Asiya çökəklikləri zo­na­sında tez-tez baş verir. Zəlzələlərin əksər hissəsi dağəmə­lə­gəlmə pro­sesləri ilə əlaqədardır. Belə zəlzələ­ləri tektonik adlandırırlar. Bundan başqa, vulkanik zəlzələlər də mövcuddur. Vulkanların al­tın­da qaynayan lava və bərk qızmış qazlar qaynayan su bu­xar­la­rı­nın çaydanın qapağına göstərdiyi təzyiq kimi Yerin üst qatlarına təz­yiq göstərirlər. Vulkanik zəlzələlər kifayət qədər zəifdir, ancaq həftələr və hətta aylarla davam edə bilər. Yerin titrəyişləri, həm­çi­nin uçqunlar və böyük sürüşmələr səbəbindən də ola bilər.

Şəkil 2.2. Vulkanik zəlzələ


Üçüncü növ zəlzələ denudasiya zəlzələsidir. Yeraltı boşluq­la­rın yaranması və sonradan uçma nəticəsində yaranmış zəlzələ nö­vüdür.

Respublikamızın demək olar ki, bütün əraziləri zəlzələ təh­lü­kə­li (seysmik) sayılır. Çox qədim­lər­dən etibarən baş verən zəl­zə­lə­lər barədə məlumatlara əsasən mütəxəssislər Azər­bay­ca­nın seys­mik rayonlaşdırma xəritələrini tərtib etmişlər. 1989-cu ildə hazır­lan­­mış xəritəyə əsasən respublikamızın ümumən hər yerində 8 bal­lı, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-Göygöl və Naxçıvan Mux­tar Res­publika­sı­nın rayon­ları isə 9 baladək zəlzələ ehtimallı zonalar sayılır. Belə zonalar ərazimi­zin -ni təşkil edir ki, bu­ra­da da əhalinin təxminən 20%-i yaşayır.

Azərbaycanda baş vermiş yüksək maqnitudalı 10 zəlzələ aşa­­­ğıda göstərilir:

1. Şamaxı zəlzələsi – 1667-ci il 6.9 bal gücündə. Zəlzələ nə­ti­cəsində 80 min insan dünyasını dəyişib. Bu zəlzələ Azər­bay­can tarixində ən dəhşətli zəlzələ kimi qeyd edilib.



Şəkil 2.3. Ümumi zəlzələ


2. Şamaxı zəlzələsi – 1902-ci il 6.9 bal gücündə. Zəlzələ za­ma­nı şəhərin 2000 nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20000 nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə-yeksan olub.

3. Bakı – 2000-ci il 6.8 bal gücündə. Zəlzələ nəticəsində 30 nə­fər dünyasını dəyişib.

4. Gəncə zəlzələsi – 1139-cu il 6.3 bal gücündə. Güclü təkan nə­ticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göy­­göl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qara­göl və Şamlıgöl yaranıb. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub.

5. Şamaxı – 1859-cu il 5.9 bal gücündə. Zəlzələ nəticəsin­də Şa­maxı şəhəri tama­milə dağılmışdır, buna görə Şamaxı quber­ni­ya­sının mərkəzi Bakıya köçürül­müşdür və quberniyanın özünün adı da Bakı quberniyası olaraq dəyişdirilmişdir. Zəlzələ nəticə­sində 100 nəfər dünyasını dəyişmişdir.

6. Şamaxı zəlzələsi – 1669-cu il 5.7 bal gücündə. Zəlzələ nə­ti­cəsində 7 min insan dünyasını dəyişib.

7. Şamaxı zəlzələsi – 1828-ci il 5.7 bal gücündə. Ölən və ya­ra­lanan haqda məlumat yoxdur.

8. Şamaxı zəlzələsi – 1872-ci il 5.7 bal gücündə. Zəlzələ da­ğın­tılara səbəb olmuşdur.

9. Zaqatala zəlzələsi – 2012-ci il 5.6 bal gücündə. Tikili­lər­də da­ğıntı olub. İnsan tələfatı olmayıb.

10. Ağdaş – 1999-cu il 5.4 bal gücündə. Zəlzələ nəticə­sin­də in­san itkisi olmasa da 100-dən çox ev dağılmış, çoxlu sayda ev isə qə­zalı vəziyyətə düşmüşdür.

Zəlzələlər qeyd edildikdə alınmış informasiya çox vacibdir, o, həm zəlzələnin ocağı barədə, həm də ayrı-ayrı ərazilərdə və bü­töv­lük­də Yer kürəsində yer qabığının quruluşu haqqında məlumat verir. Güc­lü zəlzələdən təqribən 20 dəq sonra bütün Yer kürəsinin seys­mo­loqları onun barəsində xəbər tuturlar. Bunun üçün nə radio, nə də teleqraf lazım deyil.

Müəssisə və idarələrdə zəlzələ zamanı bütün işlər, istehsal və tex­noloji avadanlıqlar dayandırılır, cərəyanın kəsilməsi, havanın, su­yun, buxarın və s. təzyiqinin azaldılması üçün tədbirlər görülür; MM hissələrində olan işçilər və qulluqçular dərhal onların toplanış ra­yonlarına göndərilir, digər insanlar isə təhlükəsiz yerlərdə qalır. Əgər istehsal şəraitinə görə aqreqatı, sobanı, turbini və s. qısa­müd­dət­­li dayandırmaq olmazsa, onda onları qoruyucu iş rejiminə keçi­rir­lər.

Zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş ver­dik­də, adətən, emosional stress keçirdiyindən bəzən təhlükəli qərarlar qə­bul edirlər, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tul­lanır, liftə minirlər. Tələbə və məktəblilər, iş yerində olan qul­luq­çu­lar məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə ya­xın­dan tanış olmalıdırlar. Zəlzələdən qorunma qaydaları hamı üçün müt­ləq­dir. Bu biliklər insanların psixoloji cəhətdən hazırlıqlı ol­ması de­mək­dir və qorxu hissinə qalib gəlməkdə, zəlzələni daha təm­kinlə qar­şılamaqda kömək edə bilər. Binaları və sənaye ob­yekt­lərini tek­to­nik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təh­lükəli zo­na­lardan ­kənarda gözlənilən seysmik təhlükəyə davam­lı salmaq, köh­nə tikililəri isə seysmik tələblərə uyğun olaraq möh­kəm­lətmək la­zım­dır.


Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə