Mm-dən mühazirələrin kanspekti


Vulkanın püskürməsi ilə mübarizə üsulları



Yüklə 6,07 Mb.
səhifə6/122
tarix26.04.2022
ölçüsü6,07 Mb.
#86038
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   122
Mülki müdafiə

Vulkanın püskürməsi ilə mübarizə üsulları:

- vulkanın vəziyyətini daim müşahidə etmək;

- təhlükəli ərazidən əhalini vaxtında köçürmək;

- müdafiə bəndlərini qurmaq;

- lava və lil daşlı axınların axması üçün xüsusi kanallar ti­kil­mək;

- lavanı su ilə soyutmaq;

- yaralanmış insanlara ilk yardım göstərmək.

.

Torpaq sürüşməsi. Azərbaycan Respublikası ərazisinin ay­rı-ayrı bölgələrində təbii və texnogen amillərdən asılı olaraq  bu və ya digər ekzogen geoloji proseslər geniş inkişaf etmişdir. Res­pub­li­kanın dağlıq və dağətəyi zonalarında qeyd edilən amillərin birgə tə­siri ilə, fəal inkişaf etmiş və təsərrüfat obyektlərinə təhlükə tö­rə­dən proseslərdən  başlıcası sürüşmələr­dir.


Şəkil 2.5. Sürüşmə prosesi


Sürüşmə - dağ yamaclarında və yarğanlarda, dənizlərin, göl­lərin və çayların sıldırım sahillərində seysmik təkandan, sü­rü­şən kütlənin öz ağırlığından, yamacın altının yuyulmasın­dan, ifrat nəmişlikdən və digər proseslərdən dağ süxur kütlələrinin ağırlıq qüvvəsinin təsiri altında yamac boyu yerdəyişməsidir. Sürüşmə za­manı qruntun həcmi 10-larla və 100 minlərlə kubmetr, ayrı-ayrı hal­larda isə hətta daha çoxdur. Sürüşmənin ən böyük sürəti zəlzələ zamanı yaranan sürüşmələr­də müşayiət olunur. Sürüşmələr əmə­lə­gəlmə vaxtına görə - qədim və müasir; fəaliyyətinə görə - fəa­liy­yətdə olan, poten­sial, stabilləşmiş növlərə ayrılır.

.

- sürüşmədən qaça bilmirsinizsə, əllərinizlə üz və başınızı tu­ta­raq zərbədən qorunun. Sürüşmənin hərəkət istiqamətinə tabe olun və hər zaman üst qata doğru üzə çıxmağa çalışın;



- əgər torpaq qalağı altında qalmısınızsa, təşvişə düşməyin. Sü­rüşmə nəticəsində uçqun altında qalan insanı bir neçə sutkadan sonra da sağ çıxarmaq mümkündür. Xilasetmə işlərində sükut dəqiqələri təyin olunduğundan vaxtaşırı səs siqnalları verin, yat­ma­mağa çalışın;

- əgər siz sükan arxasındasınızsa, yol boyu rast gəldiyiniz çök­müş səki, palçıq, yola düşmüş qaya parçaları, yumşalmış və ya boşalmış torpaq sizə sürüşmə təhlükəsindən xəbər verə bilər. Bu halda dərhal yolunuzu başqa səmtə dəyişin;

- körpü və tunellər torpaq sürüşməsi nəticəsində zədələnə bil­diyindən onlardan istifadə etməyin;

- əgər sürüşmə zonasındasınızsa və hərəkət etmək mümkün de­yilsə, üzərinizə elektrik naqili, yol nişanı, ağac, daş parçası və di­gər ağır əşyaların düşməməsi üçün titrəyiş bitənə kimi av­to­mo­bildə qalıb təhlükəsizlik kəmərindən tutun.



Yüklə 6,07 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə