Mühazirə mətni (30+30 saat) GİRİŞ



Yüklə 0,95 Mb.
səhifə8/11
tarix14.05.2018
ölçüsü0,95 Mb.
#44090
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

22. İŞGÜZAR OYUNLAR
İşgüzar oyun dedikdə, real hadisələrin elə imitasiya modeli nəzərdə tutulur ki, oyun prosesində iştirakçılar özlərini elə aparırlar ki, guya həqiqətən onlara müəyyən iş tapşırılıb, onu icra edirlər.

Artıq bir neçə dəfə qeyd etdiyimiz kimi, istənilən fəaliyyəti təkmilləşdirmək üçün onu alqoritmləşdirmək lazımdır. Bu mənada, sistem təhlilinin də alqoritm­ləşdiril­məsi mühüm əhəmiyyət daşıyır. Lakin bu xeyli çətinliklərlə bağlı bir işdir. Hər şeydən əvvəl, bu, sistem təhlilinin tamamilə formallaşdırıla bilməməsi ilə bağlıdır. İ.Priqojin və İ.Stenqers yazırlar ki, “bizim üçün eksperimental metod əsil sənətdir, yəni burada ümumi qaydalardan çox vərdiş və bacarıq əsasdır. Eksperimental metod maraqlı sual qoyulması sənətidir...”

Lakin alqortim fəaliyyətin praqmatik (normativ) modelidir. Buna görə də bir məsələnin müxtəlif alqoritmləri ola bilir. Odur ki, sistem təhlilində həm elmə, həm də sənətə xas cəhətlər çulğalaşır. C.K.Cons sistemlərin layihələşdirilməsi (xüsusi halda sistem təhlili) barədə yazır ki, “layihələşdirməni nə sənətlə, nə təbiət elmləri ilə, nə də riyaziyyatla qarışıq salmaq olmaz. Bu, son dərəcə mürəkkəb prosesdir və burada uğur qazanmaq üçün dərketmənin həmin üç vasitəsini düzgün əlaqələndirmək vacibdir”. Daha sonra C.K.Cons yazır: ”İxtiyari layihələşdirmə məsələsi həll edilərkən məntiq və intuisiyanın müəyyən qovşağından istifadə edilməlidir”.

Sistemlər nəzəriyyəsindən fərqli olaraq sistem təhlili tətbiqi elmdir. Bunun məqsədi mövcud situasiyanı qoyulmuş məqsədə uyğun olaraq dəyişdirməkdən ibarətdir.

P.Çeklend sistemləri 3 tipə bölür:


  • təbii sistemlər. Buraya fiziki, kimyəvi, bioloji, ekoloji və s. sistemlər aiddir ki, bunlardakı əlaqələr də təbii qaydada əmələ gəlib fəaliyyət göstərir.

  • real süni sistemlər. Buraya maşınlar, cihazlar, digər texniki sistemlər daxildir ki, bunlardakı əlaqələr insan fəaliyyətinin nəticəsində yaranıb fəaliyyət göstərir.

  • sosial sistemlər. Bu sistemlərdə əsas əlaqələr təbiətə deyil, mədəniyyətə aiddir. Yəni istənilən situasiya subyekt tərəfindən qiymətləndirilir. Real problemli situasiya­ların çoxu məhz bu tipə aiddir. Sistem təhlili sistemlərin hər üç tipinə tətbiq edilir.

R.Akoff sistem təhlilinin xüsusi bölməsini işləyib hazırlamış və “praktika nəzəriyyəsi” adlandırmışdır. O, praktika dedikdə, tədqiqat nəticəsində aşkar edilən istiqamətdə sistemi dəyişməyə səlahiyyəti olan müştəriyə işləməyi nəzərdə tutur.

R.Akoffun “praktika nəzəriyyəsi”ndə “inkişaf” anlayışı mühüm yer tutur. Burada “inkişaf” dedikdə, həm arzuların artımı, həm də təşkilatın özünün və başqalarının ehtiyaclarını, həmçinin özünü doğruldan arzuları ödəyən qabiliyyətinin artımı başa düşülür. Arzular o zaman “özünü doğruldan” sayılır ki, birinin xətrinə onların ödənməsi başqalarının inkişafına mane olmur. Ehtiyaclar—ölməmək üçün zəruri olanlara deyilir. Lakin burada da müxtəlif kombinasiyalar mümkündür. Belə ki, zəruri olanı istəməmək də, zəruri olmayanı arzulamaq da mümkündür.

Artımla inkişafı fərqləndirmək lazım gəlir. Bunlar həm eyni şey deyil, həm də bir-biri ilə bağlılığı vacib deyil. Halbuki iqtisadiyyatda bəzən iqtisadi inkişafı iqtisadi artımla eyniləşdirmək hallarına rast gəlinir.

İnkişaf mövcud resursların özü ilə deyil, onlardan istifadə bacarığı ilə əlaqədardır. İnkişaf material resurslarından çox, informasiya resursları ilə bağlıdır. Material resurslarının çatışmaması inkişafı deyil, yalnız artımı dayandıra bilər. Odur ki, R.Akoff inkişafı sistemliklə, təşkilolunma ilə bağlayır. İnkişaf təhsillə, təlimlə bağlıdır. Başqasının əvəzinə təhsil almaq mümkün olmadığına görə başqasının kənardan inkişaf etdirilməsi mümkün deyildir. İnkişafın yeganə yolu özünüinkişafdır. Bununla belə, başqasının inkişafına kömək etmək, onu inkişafa həvəsləndirmək mümkündür, bir şərtlə ki, bu işdə o özü də iştirak etsin. R.Akoffun nəzəriyyəsində ən vacib şərtlərdən biri də könüllülük şərtidir. Onun fikrincə, maraqlı tərəfin iştirakı könüllü deyilsə, sistem səmərəli ola bilməz.

İstənilən problemlə işləmək üçün azı 4 üsul vardır: birincisi odur ki, gözləyəsən ki, bəlkə problem öz-özünə aradan çıxa. İkincisi, problemi qismən həll edib, vəziyyəti yumşaltmaq. Üçüncüsü, problemi mövcud şərtlər daxilində optimal həll etmək. Nəhayət, dördüncüsü, mövcud şəraiti elə dəyişdirməli ki, həm problem aradan qalxsın, həm də gələcəkdə təkrar olunmasın, işdi təkrar olunsa, qarşısını almaq mümkün olsun.
“Praktika nəzəriyyəsi”nin mühüm tələblərindən biri də etikadır. Bu, elmi vicdanlılıq, düzlük, obyektivlik, gerçəkliyə vurğunluq, öz səriştəsinə tələbkarlıq, həmkarlarla münasibət norması və s. kimi anlayışları özündə birləşdirir.

Beləliklə, müasir sistem təhlili praktiki mövqedən problemli situasiyanı aradan qaldırmağın nəzəriyyəsi və praktikasıdırsa, metodoloji cəhətdən də tətbiqi dialektika­dır.


23. Sistem təhlilinin metodolji problemi və onun assosiativ həlli
Qoyulmuş hər bir tədqiqat sualının düzgün cavabını yalnız sistemli təhlil və sintez yolu ilə vermək mümkün olsa da, bunun üçün hökmən “mümkün hallar ansamblı” modelindən istifadə etməklə, “bitkin cavablar oblastı”­na müvafiq “proqnoz üfüqü”nü təyin edib, sonra həmin oblastın daral­dıl­ması yolu ilə hədəfə tədricən yaxınlaşmaq lazımdır. Bu isə o deməkdir ki, hər şeydən əvvəl, qoyulmuş problemin həllinə geniş metodoloji hazırlıqdan başlamaq tələb olunur. Çünki hər bir tədqiqat işi, ilk növbədə, sualın qoyuluşu və cavabın formalaş­dı­rılması pro­sesi kimi meydana çıxır.

Elmi metodologiyadakı problem­li situasiya­nın təmə­lində paradiqma­nın özü, yəni, sistem anlayışı dayanır.

Aparılan elmi-nəzəri araşdırmalar göstərmişdir ki, inkişaf mahiyyətcə, zamanda informasiyanın top­lanması ilə ifadə edilən elementar vektorial kəmiyyət­lərin inteqra­siyasıdır.

İstisnasız olaraq bütün hallarda az-çox ciddi qoyuluş tələb edən kifayət qədər mürəkkəb məsələlər həmişə ümumidən xüsusiyə, universaldan ixtisaslaşdırılmışa assosiativ keçidlərin təyin edilməsi yolu ilə həll edilməyə ehtiyac duyurlar.

Assosia­tiv keçid - bir-biri ilə müəyyən əlaqə və münasibətdə olan obyektlər arasında mövcud olan forma və ya məzmun keçid­ləridir ki, bu da, mahiyyətcə, assosiativ informasiya kanalı olub, xüsusi növ informasiya ötürücüsüdür.

İstənilən tədqiqat obyekti inteqrasiya sistemi kimi götürül­mə­lidir. Çünki bu halda əks-əlaqə ön plana keçir. Əslində əks-əlaqəni nəzərə almadan az-çox gerçək nəticə almağa güman azdır. Çünki əks-əlaqə həm uzu­nu­na, həm də eninə asso­siasiyalardakı səbəb-nəticə zənciri­nin bütün həlqə və vəsilələri üçün vacibdir.

Tədqiqat obyektinə inteqrasiya sistemi kimi baxdıqda, onu daxili və xarici, şaquli və üfqi, müsbət və mənfi əks-əlaqələrin dina­mik şəbəkəsində götürmək lazım gəlir. Çünki bu halda gerçəklik çoxmərtə­bəli, çoxyaruslu və çoxaspektli təsvir edilir ki, bu da daha dolğundur.

Gerçəkliyin bütün hallarda çoxmərtəbəli, çoxyaruslu və çoxas­pektli olmasını qəbul etmədən yaradıcılığın heç bir sahəsində yeni söz demək mümkün deyil­dir.

Tədqiqat obyektini xarakterizə edən əlamətlərin sayı çoxal­dıqca, onun hansı cəhətinin daha aktual olmasını təyin etmək çətin­ləşir.

Elmi-tədqiqatın əsas məsələsi mümkün cavablar oblastında ger­çək­liyin giz­lən­diyi aktu­al sahəni müəyyənləşdirib, minimumlaş­dır­maqdan ibarətdir.

Gerçəkliyi gizlədən qeyri-müəyyənliyin bumeranq xassəsi vardır. Odur ki, aktual sahə axtarışı qeyri-müəyyənlik bume­ran­qının dönüş məqamını təyin etməklə bitir.

Elmi düşüncə tərzində üstünlük qazanan assosiativ təfək­kü­rün təsvir etdiyi dünyanın assosiativ əlaqə və münasibətlər dünyası olması xüsusi maraq doğurur.

Assosiativ dünya bütün nöqteyi-nəzərlərdən azı üç ünsürdən ibarət olan dünyadır ki, bunlardan da ikisi assosiativ əlaqə və ya münasibətdə olanlar, üçüncüsü isə assosiativ əlaqə və ya münasibətin özüdür.

Obyektiv dünyanın assosiativ mənzərəsi­nin yaradıl­ma­sı zəru­rəti Assosialogiya və ya Assosiasiyalar nəzəriyyəsi adlandırıla biləcək yeni elmi isti­qa­­mə­tin yaranma­sı üçün güclü bir stimuldur.



Assosialogiya - təbiətdə, cəmiyyətdə və təfəkkürdə assosiasiya­la­rın yaranması, fəaliyyəti, inkişafı və idarə edilməsi­nin ən ümumi qanu­na­uyğunluqlarını öyrənən elmdir.

Assosialogiya qeyri-müəyyənlik, qeyri-sabit­likqeyri-səlislik kimi təməl prinsiplər üzərində formalaşmalıdır.

Ənənəvi elm səbəb-nəticə zəncirini əsasən uzunu­na asso­si­a­siyalarda öyrənir və eninə assosiasiya­lardakı səbəb-nəti­cə zəncir­ləri çox zaman tədqiqatı həddən artıq mürəkkəb­ləş­dirməmək xati­rinə bilərəkdən, bəzən isə tədqi­qata cəlb edilən proseslərin priori­tetinin düzgün təyin edilmə­məsi üzündən diqqətdən kənarda qalır. Bu, yolverilməzdir.

Assosiativ tədqiqatın əsas metodu müxtəlif təbiətli for­ma və məz­mun analo­gi­yalarının tapılıb müqayisə edilməsi yolu ilə onlarda­kı ən ümumi cəhətləri aşkara çıxarmaqdan və hasil edilmiş əqli nəticə­lər­dən məntiqi zəncir yarat­maqdan ibarətdir.

Assosiativ təfəkkürün ilk mərhələsi olan assosi­a­tiv duyum prob­lemin və ya eksperimentin qoyulu­şunu formalaşdırmaq üçün mühüm əhəmiyyət daşısa da, yan­lış nəticələrə də gətirə biləndir. Odur ki, assosiativ duyum ideya axtarışı üçün daha səmərəlidir.

İstər elmdə, istərsə də sənətdə yaradıcılıq uğur­la­rına apa­ran yol istisnasız olaraq assosiativ körpülər­dən keçir.

Assosiativ tədqiqat göstərir ki, kibernetikada ida­rə­edici qərar­ları kvantlar zənciri, qərar kvantlarını isə virtual təsir daşı­yı­cı­ları kimi təsəvvür etmək imkanı vardır.

Assosialogiyanın baş təməl anlayışı olan ”assosiasiya”­nın iki tipini fərqlən­dir­mək lazımdır: uzununa və eninə assosi­asiya. Uzununa assosiasiya müxtəlif zamanlı prosesləri, eninə assosia­siya isə eyni zamanlı prosesləri ifadə edir.

Assosiasiyada hər şey, həm aktuallaşan elementin xarakte­ri, həm möv­qe­yi, həm də elementlər arasında aktuallaşan əla­qə və ya münasibət çox mühüm əhəmiyyət kəsb edir.

”Assosiasiya” və ”sistem” anlayışlarının müqayisəsi gös­tə­rir ki, bun­lar arasında həm genetik əlaqə və ortaq cəhət­lər, həm də quruluş və təş­kil­olunma fərqləri mövcuddur.

Sistemologiya, sinergetika və kibernetika kimi möhkəm təməl üzə­rin­də formalaşmaqda olan assosia­lo­giya həmin elmlərin tənqidi təhlili nəticəsi kimi meydana çıxdı­ğın­dan, bir tərəfdən yeni dünyagörüşü elmi, digər tərəf­dən də ”problem sahi­bi” qarşısına çıxan real çətinlikləri ara­dan qaldır­mağa yönələn tətbiqi elmdir.

Assosialo­giyanın mər­kəzi anlayı­şı yalnız şaquli və üfqi əlaqə­lər şəbəkəsi kimi təsəvvür edilən ”sistem”dən fərqli olaraq, ikiölçülü çertyojlar üzrə qurulan üçölçülü memar­lıq ansamblı kimi təsəvvür edilən ”assosia­siya”dır ki, burada cərəyan edən güclü idarəedici informa­siya axınları istisnasız olaraq mürəkkəb assosiativ infor­masiya burulğan­ları mühitində meydana çıxır.

Assosiasiyanı problem yaradır, münasibət qüvvəsi isə yaşadır.

Assosiasiyanın mövcudluğu təşəbbüsə münasibətlə şərtlənən­dir.

Assosiasiya bir tərəfdən, problemlər düyü­nü, digər tərəfdən də, qüvvələr düyünü kimi meydana çıxır.

İnformasiya kvantı assosiasiya daxilindəki dəyiş­dirmənin substratı olan semantik cəhətdən bölün­­məz minimal infor­masiya yığımıdır. Yəni, informa­siya kvantı təsiredici missiya daşıyıcısıdır. Bu isə onun müəyyən gücə malik olduğunu göstərir.

Enerji kvantı hədəfdə dəyişiklik törədə bilən enerji porsiyası olduğundan, informasiya kvantı da ünvandakı dəyişik­liyin sə­bə­bi kimi təsəvvür ediləndir. Bu halda, informasiya kvantı bir tərəfdən, mənbəyin hasil etdiyi informasiyanın miqda­rını, digər tərəf­dən də ünvana çatan informasiyanın qiymətliliyini ifadə edəndir.

İnformasiya ünvan üçün yalnız istehlak momentində qiy­mət­li olduğundan, kvantın gücü məhz bu məqamda təzahür edir.

İnformasiya kvantının mənbədəki gücü nomi­nal güc ola­raq mənbəyin qeyri-müəyyənliyinin ləğv edilməsi dərəcəsini əks etdi­rir­sə, kvantın real gücü də ünvanda törət­­diyi dəyişikliyin dərəcəsini xarakterizə edir.

İnformasiya yükü sıfır olan elementin bütün münasibətlərinin informasiya yükü sıfra bərabər olur. Yəni, mənası bəlli olmayan ele­men­tin heç bir münasibəti təyin edilə bilməz. Odur ki, yalnız prob­lemi özlərinə az-çox məlum olan sistemlər assosiasiya təşkil edə bilir.

Kvantın faktiki gücü aktuallaşdırdığı müna­si­bətlərin məcmu sanballıq intensivliyi ilə, münasibə­tin sanballıq intensivliyi isə onu aktuallaşdıran kvantların məcmu real gücü ilə xarakterizə ediləndir.

Hər bir assosiasiya həm də öz giriş-çıxışının assosiasiyasıdır.

Assosiativ idarəetmə sistemin ətraf mühitlə assosiasi­ya­sının nəti­cə­si kimi meydana çıxır.

İnforma­siya­laşdırma prosesinin iki aspekti kimi çıxış edən kod və infor­ma­si­ya ötürülüşü bu prosesin də dalğa təbiətli olduğunu göstə­rir. Bu halda kod fiziki, informasiya isə həndəsi mahiyyət daşı­yıcısı kimi çıxış edir. Yəni, informasiya kanal­dakı ötürülüş mühitinin üfqi yerdəyişməsidir. Buna görə də informasiyada ünvanı lərzəyə salan dalğa gücü vardır!

İdarəetmənin Viner konsepsiyasından fərqli olaraq, asso­si­ativ idarə­et­mə­də həm qərar, həm də obyektin qərara münasibəti özlərini mümkün hallar ansamblı kimi təqdim edirlər və bu ansamblda assosiativ tamamlama prinsipi çox mühüm əhəmiyyət daşıyır. Odur ki, idarəetmənin xalis Viner anlamından fərqli olaraq, assosiativ idarəetmə obyekti yalnız sistemin öz idarəedicisinin tam “təhkim­li­si” deyildir. Bu, qeyri-səlis münasibət daşıyıcısı olduğundan, həm qərar hasil edənin, həm də qərarı həzm edənin bütövləyicilərinin fəal müdaxiləsinin nəticəsi kimi meydana çıxır. Yəni, assosiativ idarə­etmədə həm qərar, həm də obyektin davranışı “keçidlər mat­risi” şəklində təsvir edilən məzmun kəsb edir. Məhz bunun birbaşa nəticəsidir ki, kifayət qədər mürəkkəblik nümayiş etdirən idarə­etmə sistemlərində idarəetmə prosesi həmişə bu və ya digər dərəcədə sto­xas­tik xarakter daşıyır və eyni qərar həmişə eyni nəticə vermir və əksinə.

Assosiativ idarəetmə sistemində hər bir qərar bir tərəfdən, özünü müəyyən gücə malik “təsir kvantı” kimi aparır, çünki yal­nız bu halda obyektə dəyişdirici təsir etmək müm­kündür, digər tərəfdən isə, o, mahiyyətcə, informasiya şüalandırması olduğundan, qərarların dif­rak­siyası və interferensiyası baş verir. Yəni, bütövlükdə idarəetmə pro­sesi korpuskulyar-dalğa təbiətli dualizm nümayiş etdirən­dir. Odur ki, sözü­gedən sistemdə idarəedici qərar vektorial kəmiyyət olub, idarəedici siste­min məxsusi qərarı ilə assosiativ idarəetmə situasiya­sın­dan doğan şəra­i­tin vektorial cəmin­dən yaranır.

Assosiasiya yalnız onu yaradan problem həll edilənə qədər mövcud oldu­ğun­dan, sıradançıxma ehtimalı, əslində, həmin proble­min həlli ehtimalıdır. Yəni, assosiasiya­nın dözümlülük ehtimalı onu yara­dan prob­lemin həlli ehtimalı ilə xarakterizə edilir. Digər tərəf­dən, problemin həlli də yalnız özünün yarat­dığı assosiasi­ya­nın möv­cud­luğu şəraitində mümkündür.

Assosiasiya əzəl-başdan və ömrü boyu problemli situ­a­siyalar ocağı kimi fəaliyyət göstərir. Odur ki, bu və ya digər assosia­si­yanı yaradan və qoru­yub saxlayan problem həm də çox hal­larda arzu­olunmaz situasiyaları qabaqla­maq probleminə çev­­ri­lir.

Assosiasiya müvəqqəti formalaşan virtual qurum olduğun­dan, burada funk­sio­nal idarəetməyə nisbətən situasion ida­rə­etmə, xüsu­silə də assosi­a­tiv situa­si­on idarəetmə problemi üstünlük təşkil edir. Bu, onunla bağlıdır ki, funksional kanallar­dakı qərar kvantları asso­si­a­tiv kanallardan keçərək üfqi və çəpinə induktiv qərar­lardan ibarət dairəvi rezonanslar törədir. Həmin rezonanslar funksional kanal­lardakı proses­lərlə sıx interferensiya və difraksiya münasibətlərinə girib, qeyri-sabit dissi­pa­tiv mühit formalaşdırır ki, bu da son dərəcə mürək­kəb assosiativ situasi­on idarə­etmə şəraiti yaradır.

Hər bir funksional kanal müxtəlif asso­si­a­tiv kanal­lar­da müxtəlif asso­si­asiyalar törədə bildiyindən, assosiativ situasion idarəetmə prob­leminin həlli hök­mən keçidlər matrisindən keçir.

Elmi təhlil göstərir ki, assosiativ situasion idarəetmə prob­lemi funk­si­o­nal idarə­etmə proble­min­dən assosiativ kanal­lardakı situasion problem qədər mürəkkəbdir.

Funk­­sio­nal ida­rə­etmə problemi mahiyyətcə, assosia­tiv situa­sion informasiya defisiti kimi, assosiativ situasion idarəetmə prob­lemi isə bütövlükdə funksional və assosiativ kanal­lar­dakı dissipativ prosesə qarşı duran informasiya defisiti kimi mey­dana çıxır.



24. Assosiativ struktur təhlil modeli

Müəyyən mühitdə formalaşan tələbat () müvafiq proble­mə çevrilərək özünün həlli üçün münasib struktur () yaran­ma­sını şərtləndirir ki, bu da mühitdən aldığı girişi () çıxışa () çevirib mühitə qaytarır:

Q

S

F R


Məsələn, cəmiyyətin çörəyə tələbatı konkret məqsəd (Q) şəklin­də forma­la­­şa­raq, tələbata uyğun çörək istehsalını təmin edən çörək zavodu (S) yaradır ki, bu da məlum ilkin şərtlərdən (F) istifadə edərək müvafiq çörək (R) istehsal edir. Yəni: . Bu qoyu­­luş­da quruluş (operator) şəklində təsəvvür edilir. Bu isə o demək­dir ki, məqsədin forma­laş­dırdığı quruluş (ope­ra­tor) yalnız məqsə­din real­laş­dırıl­ması və ya prob­lemin neytral­laş­dırılması məqamınadək məna daşıyır. Problem neytrallaşdırılan kimi, həmin quruluşa (operato­ra) ehtiyac qalmır. Yəni: halında olur.

Göründüyü kimi, sözügedən kibernetik sistem mahiyyətcə asso­siasi­ya­dır:



(1)

Burada -eninə assosia­siya; - isə uzununa assosia­si­ya­dır.

Göstərək ki, eninə asso­si­a­siyada qoyulan problem uzununa assosiasiyada, uzununa assosiasiyada meydana çıxan problem isə eninə assosiasiyada həll edilir.

assosia­si­yası həm də ””, ”” və ”” kimi təşkiledici assosiasi­ya­la­­rın inteqrasiyasıdır.

Hər bir assosia­siya, o cümlədən, təşkiledici assosiasiya müəy­yən müna­si­­bə­tin mənbəyi, ünvanı və daşıyıcısıdır.

Beləliklə, assosiasiya adətən kifayət qədər sərbəst fəa­liy­yət göstərən bir neçə sistemin müvəqqəti formalaşan və axıradək aydın olmayan məqsəd ətrafında birləşməsindən əmələ gələn qurumdur və həmin qurumun ömür müddəti onu təşkil edən sistemlərin bir-birinə münasibətlərindəki az-çox sabit cəhətlərlə xarakterizə edilir. Bu o deməkdir ki, xüsusi növ informasiya tuta­rı olan assosiasiya onu təşkil edən sistemlərarası assosiativ münasibət­lər şəbəkə­si­dir. Həmin münasibətlər isə, mahiyyət­cə, təşkiledicilər arasın­dakı informasiya yaxınlığı dərəcəsinin ifadəsidir. Bu baxımdan, assosiasiya yaxınlıq dərəcəsinin funksiyası kimi nəzərə gəlir:



(2)

Yaxınlıq dərəcəsi isə:



(3)

kimi təyin edilir ki, burada da - -də forma­la­­şan və -də real­la­şan müx­tə­lif təsirlərin sayı, başqa sözlə, -in -ə müda­xiləsi; - isə -də hasil edilən və -də istehlak olunan təsir­lərin sayı, daha doğrusu, -in -dən etdiyi iqtibaslardır.

Fərz edək ki, baxdığımız assosiasiya 8 təşkiledicini birləşdirir və bunların bir-birinə təsiri aşağıdakı göstəricilərlə xarakterizə olunur:

Cədvəl 1.



























76

10

9

2

15

-

18

42

96

172



11

52

13

16

5

2

22

36

105

157



12

6

81

4

12

6

18

28

86

167



2

5

3

32

5

-

6

27

48

80



2

9

8

2

74

12

-

12

45

119



4

-

4

-

20

85

-

24

52

137



2

-

1

4

-

-

52

10

17

69



1

-

-

-

-

-

7

84

8

92



34

30

38

28

57

20

71

179

457






110

82

119

60

131

105

123

263




993

Matrisin sətirləri iqtibas, sütunları isə müdaxilə münasibətlərini əks etdirir. Elementdaxili assosiativ əlaqələr diaqonalda təsvir edil­miş­dir.

Matrisin strukturuna əsasən aşağıdakıları yazmaq olar:





Yəni, assosiasiyada münasibətsiz elementə yer yoxdur.

Matrisdən görünür ki, məsələn, elementi cəmi 110 münasibət yaratsa da, onun 76-sını öz daxilində istifadə edir. Bundan əlavə, həmin element öz problemini həll etmək üçün assosiasiyadakı elementlərdən 96 iqtibas edir. Belə­lik­lə, -in asso­si­asiyadakı müna­sibət balansı 34//96 nisbətin­də­dir. Bu o deməkdir ki, assosi­asi­ya­ya fay­­da verməkdən daha çox assosia­si­ya­dan faydalan­maq­dadır.

Müxtəlif elementlərin assosiativ enerjisi aşağıdakı kimidir:

















Yəni, assosiasiyaya müxtəlif problemlərlə gələn sistem­lər həm də müxtəlif assosiativ enerji daşıyıcıları kimi fəaliyyət göstərirlər.

Matrisdən aydın görünür ki, bütün təşkiledici element­lər bir-biri ilə eyni münasibət sıxlığına malik deyillər. Belə ki, , asso­si­asiyanın bütün elementləri ilə bu və ya digər sıxlıqda müna­sibətdə olduq­la­rı halda, bu cə­hət­dən xeyli passivdir və ən zəif element -dür. isə daha çox assosia­tiv enerjiyə malik müda­xi­lə­edi­ci elementdir.

Müxtəlif assosiativ enerji daşıyıcısı olan hər bir elementin asso­sia­­si­yadakı xüsusi çəkisi də müxtəlifdir:

Cədvəl 2.


















Cəmi

11%

8%

12%

6%

13%

11%

12%

26%

100%

Elementlərarası münasibətlərdə müdaxilə münasibətinin xüsusi çəkisi:

Cədvəl 3.


















Cəmi

7%

7%

8%

6%

12%

4%

16%

39%

100%

Ayrı-ayrı elementlər üzrə iqtibas münasibətlərinin xüsu­si çəkisi:

Cədvəl 4.


















Cəmi

21%

23%

19%

11%

10%

11%

4%

2%

100%

Elementlər üzrə müdaxilə münasibətlərinin iqtibas müna­si­bətlərinə nisbəti isə aşağıdakı kimidir:

Cədvəl 5.


















35%

29%

44%

58%

127%

38%

418%

2238%

Matrisdə verilən şərti rəqəmlərə əsasən elementlər­ara­sı qarşı­lıq­lı əlaqələr əmsalını aşağıdakı kimi təyin etmək olar:



Bu halda, müvafiq qarşılıqlı əlaqə əmsalları matrisi aşağıdakı kimi olacaqdır:



Cədvəl 6.





















1

0,16

0,13

0,04

0,11

-

0,16

0,27



0,16

1

0,14

0,25

0,11

-

-

-



0,13

0,14

1

0,07

0,13

0,06

0,14

-



0,04

0,25

0,07

1

0,07

-

0,12

-



0,11

0,11

0,13

0,07

1

0,20

-

-



-

-

0,06

-

0,20

1

-

-



0,16

-

0,14

0,12

-

-

1

0,12



0,27

-

-

-

-

-

0,12

1

Bu və ya digər iki təşkiledici arasında heç bir əlaqə yoxdursa, yaxınlıq dərəcəsi sıfır, qarşılıqlı əlaqə əmsalı isə qeyri-müəyyən qiymət alır.

Əlaqə birtərəf­li­dir­sə, qarşılıqlı əlaqə əmsalı xüsusi çəki­yə, yəni, məsələn, -ə çevrilir. Odur ki, matris­də bu hallara müva­fiq xanalarda tire qoyulmuşdur.

Göstərək ki, müxtəlif təşkiledicilər arasındakı qar­şı­lıqlı əlaqə­lə­rin qeyri-müəyyənlik səviyyəsi də müxtəlif­dir:

















Göründüyü kimi, -in əlaqə və münasibətləri daha çox müəy­yən, -nınkı isə daha çox qeyri-müəyyəndir.

Modeldən aydın olur ki, assosiasiyanı təşkil edən 7 ele­ment fak­tiki olaraq –in ətrafına yığışmışdır. Çünki, elə element yoxdur ki, o, -dən faydalanmasın. isə yalnız -dən, həm də çox cüzi faydalanır.

Aydındır ki, bütün bu deyilənlər bir anın statik təhli­lidir.

İndi fərz edək ki, assosiasiya dinamik qurumdur. Yəni, onu təşkil edən elementlərin tərkibi, xüsu­si çəkiləri və fəaliyyəti daim dəyişir.

Bunu nəzərə alsaq, -i şək­lin­də yazmaq daha doğru olar. Onda ba­xı­lan assosiasiya vəziyyətindən vəziyyə­tinə keçərkən aşağı­dakı hallar müm­kündür:

Assosiasiya tamamilə və ya qismən ya dağılar, ya qalar, ya da artar.

Assosiasiya tamamilə dağılarsa, onun heç bir təhlilə ehtiyacı qal­maz. Qismən dağılma bir və ya bir neçə elementin assosiasiyanı tərk etməsi halın­da mümkündür ki, bu da müxtə­lif səbəblərdən, başlıcası isə, həmin element­lərin öz prob­lemlərini həll edib qurtarması üzündən baş verə bilər.

Assosiasiya tamamilə olduğu kimi qalarsa, model yeni vəziyyətdə də struk­tu­­ru gerçək təsvir edəcəkdir. Qismən qalma ya dağılma, ya da artma istiqamətin­də gedən prosesin nəti­cəsi ola bildiyindən, birinci variant qismən dağılma ilə üst-üstə düşür. İkinci variant ya yeni elementin, ya da yeni münasibətin meydana çıxması ilə bağlıdır. Yeni element (münasibət) mövcud elementi (müna­si­bəti) əvəz edə və etməyə bilər. Birinci hal doymuş, ikinci isə doymamış assosia­si­yada mümkündür.

Assosiasiya tamamilə artarsa, bu o deməkdir ki, köhnə assosia­siya­dan əsər-əlamət qalmamışdır və yeni assosiasiya köhnədən xeyli iridir. Qis­mən artma isə yalnız doymamış assosiasiyaya aid olan haldır.

Göründüyü kimi, hər bir dəyişiklik əslində, yeni asso­sia­siya yaran­­ma­sı demək­dir. Yəni, assosiasiyada baş verən bu və ya digər dəyişiklik mahiy­yətcə, assosia­si­ya­ların əvəzlənmə­sin­dən başqa bir şey deyildir. Assosi­asiyanı sistem­dən fərq­ləndi­rən cəhət­lər­dən biri də məhz budur.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə