Mühazirə mətni (30+30 saat) GİRİŞ



Yüklə 0,95 Mb.
səhifə2/11
tarix14.05.2018
ölçüsü0,95 Mb.
#44090
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   11

Müxtəlif elmlərin mövcudluğu və elmlərin davamlı diferen­sasi­ya­sı, yəni daha incə məsələlərin həllinə yönəldilmiş tədqiqatların apa­rıl­ması İnsan biliyinin analitikliyini sübut edir. Bununla yanaşı, biliklərin sintezi prosesi də gedir ki, bu da özünü “qarışıq“ elm sahə­lərinin, məsələn, biokimya, fizikikimya, biofi­zika və ya bionika, iqti­sadi kibernetika, riyazi iqtisadiyyat və s.-nin yaran­ma­sın­da göstərir.

Təhlil və sintezin dialektik vəhdətdə olması fikri də birdən-birə formalaş­mamış və müxtəlif tarixi mərhələlərdə düşüncənin sistemliliyi müxtəlif xarakterli olmuşdur. Belə ki, qədim zaman­larda təbiətə bir bütöv kimi baxılırdı. Təbiət hadisələrinin ümumi əlaqəliliyi ətraflı sübut olunmurdu. Bu, birbaşa duyğunun nəticəsi idi.

Sistemli təfəkkürün növbəti mərhələsi olan metafizik düşün­cə­də təhlil üstünlük təşkil edir. Təbiəti öz tərkib hissələrinə ayır­maq, ayrı-ayrı təbiət proses­ləri­ni və təbii predmetləri siniflərə bölmək, müxtəlif üzvi birləşmə­lə­rin daxili quruluşlarını tədqiq etmək son 400 ilin düşüncəsinin əsas cəhətlərini təşkil etmişdir. Bu isə tədqi­qat obyektinə ayrılıqda, təc­rid olunmuş şəkildə baxmaq ənənəsi yarat­mış, nəticədə hadisə və pro­ses­lər arasındakı böyük əlaqə nəzərdən qaçı­rıl­mışdır. Bunun mən­tiqi nəticəsi olaraq tədqiqat obyekti hərəkətsiz, ölü şəkildə öyrənil­mişdir. Lakin metafiziklərin özlə­ri analitik biliyin bitkin olmadığını duyub, sintez imkanlarını sezsələr də, bunu təbiətə dəxli olmayan bir əqli fəaliyyət hesab edir­di­lər.

Problemə bu cür yanaşanlara görə, İnsan ağlı hadisə və predmet­lərdə daha çox qayda və bircinslilik görmək üçün meylli olduğun­dan, çox zaman bunu təbiətdə tapa bilmədikdə özündən mövcud olmayan para­lellər, uyğunluqlar və münasibətlər uydurur. Lakin həm də etiraf edilirdi ki, hər şeydə və hər yerdə, hətta tədqiqat ob­yekt­lərinin təbii əlaqələri sezilməyən hallarda da qayda mövcuddur. Qayda isə yalnız qaydasız­lıq­la birgə mövcud ola biləndir.

Sistemli düşüncənin yeni, daha yüksək səviyyəsi dialektik düşün­cə tərzi də tədricən formalaşmışdır. Bu sahədə İ.Kant, İ.Fixte, F.Şellinq mühüm rol oyna­mışlar. İ.Kanta görə, ağılla dərk edilən vəhdət sistem vəhdətidir. Lakin o, sistemi yalnız ideal hesab edir.

Dialektikanı Hegel başa çatdırmış, K.Marks onu idealizmdən təmizləyərək müasir sistemli düşüncənin əsas­larını yaratmaq yolunda mühüm rol oynamışdır.

Beləliklə, aydın olmuşdur ki, həm düşüncə, həm də dərketmənin nəticələri sistem­li­dir. Bu isə göstərir ki, sistemlik təkcə təbiətin deyil, həm də insanın spesifik xassəsidir.

Lakin düşüncənin təbii proses olub-olmaması uzun müddət müba­hisə mövzusu olmuşdur. Məsələn, F.Be­ko­nun fikrincə, əqli sis­tem­lər tamamilə ixtiyaridir və təbiətlə heç bir əlaqəsi yoxdur.

B.Spinoza isə hesab edir ki, ideyalar arasındakı qayda və əlaqələr, əşyalar arasındakı qayda və əlaqələrin eynidir.

İ.Kantın fikrincə, sistemlilik təbiətin xassəsidir.

E.Dürinqə görə, hər cür düşüncənin mahiyyəti dərketmə element­lə­ri­nin bir tam halında birləşdirilməsindən ibarətdir.

F.Engels göstərirdi ki, bizim subyektiv fikrimizlə obyektiv aləm eyni qanunlara tabedir. İnsan beyninin məhsulları son yekunda yenə də təbiətin məhsullarıdır və buna görə də təbiətin qalan əlaqələri ilə ziddiyyət təşkil etmir, əksinə, ona uyğundur.

Lakin bu heç də o demək deyildir ki, istənilən əqli konstruksiya hökmən hansısa real sistemə uyğun gəlməlidir.

Beləliklə, əqli konstruksiyalarla təbii prototiplər arasında forma uyarlığı olmaya da bilər, lakin məzmun uyarlığı hökmən vardır. Çünki dərketmə prosesi praktikadan ayrılmazdır. Həm də dərk­etmə düşüncənin obyektə əbədi və sonsuz yaxınlaşmasıdır. Odur ki, təbiətin insan fikrində inikasını ölü”, abstrakt”, hərəkətsiz, ziddiyyətlərsiz deyil, daimi hərəkət prosesində, ziddiyyətlərin meydana çıxması və onların həlli kimi başa düşmək lazımdır. Həyat beyni do­ğu­rur. Təbiət İnsan beynində inikas edir. Bu inikasların düzgünlüyünü öz təcrübəsində və texnikada tətbiq edib, yoxlayaraq insan mütləq ger­çək­liyə doğru gedir. Gerçəklik prosesdir. İnsan subyektiv ideyalardan obyektiv gerçəkliyə “praktika” (və texnika) vasitəsilə gedir.

Beləliklə, sistemlik təbiətin, insanın, insan praktikasının xas­səsi olmaqla, həm də bütün materiyanın xassəsidir. Yəni, düşüncəmizin sistemliliyi dünyanın sistem­li­­li­­yindən irəli gəlir. Çünki Dünya sis­tem­lərin sonsuz iyerarxiyasından ibarət olan bir sistemdir.

Bütövlükdə dünya yaradılmaz olduğundan, materiyanın özünü­təş­kilini onun daxili xassələri ilə izah etmək zərurəti meydana çıxmışdır. Belə bir nəzəriyyə yaratmaq barədə uğurlu cəhd İ.Priqo­jinə məxsusdur.

Lakin bütövlükdə obyektiv Dünyanın və düşüncənin sadəcə olaraq sistemli olduğunu dərk edib, onu paradiqma kimi qəbul etmək azdır. Əsas məsələ bu xassədən istifadə etməkdən, başqa sözlə, sistemi vasitəyə çevirməkdən ibarətdir. Yəni tədqiqat obyektinə sistem kimi baxıb, onu insanın mənafeyi baxımından faydalı etmək lazımdır.

Sistemli anlayışların həqiqətən aydın və kütləvi mənimsə­nil­məsi, dünyanın, cəmiyyətin və insan fəaliyyətinin sistemliliyinin ictimai dərki ixtiyari təbiətli mürəkkəb dina­mik sistemlərin optimal idarə olunması haqqında elm olan kibernetikanın sayəsində mümkün olmuşdur. Kibernetikanın baniləri idarəetmə ilə informasiya arasında qırıl­maz əlaqə olması haqqında çox dərin ideya irəli sürdülər. Aydın oldu ki, sistemin elementləri arasında daxili qarşı­lıqlı fəaliyyət yalnız informasiya mübadiləsi vasitəsilə həyata keçiri­lərkən nizam­lı, təşkil olunmuş xarakter alır. Məhz buna görə də, N.Viner infor­ma­­siyaya mürək­kəb dinamik sistemlərin təşkil­olun­ma amili kimi baxır. N.Viner anla­mında idarəetmə mahiy­yətcə, informasiya pro­sesidir. Çünki, idarəetmə infor­masi­yanın yığıl­­ması, sax­lan­ması, işlənməsi, ötürülməsi və qərar qəbulu üçün isti­fadə edilmə­si kimi əməliyyatlar zəncirindən ibarət prosesdir. Yəni, in­for­ma­si­yasız idarəetmə mümkün deyil­dir. Deməli, istənilən tədqiqat obyek­­ti­nin, o cümlədən, iqtisadiyyatın fəaliyyə­tinə məq­səd­li müdaxilə etmək üçün, ilk növbədə, infor­ma­siyaya malik olmaq lazım­dır.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə