383
Pis xatirələrin olduğu bazanı sürətli impulslarla vurmağa baş-
layırlar. Güclü akson atəşinə məruz qalan unudulmuş xatirələr
canlanır. Dərinlərə basıdırlmış xatirələr qıcıqlandırılaraq ön
yaddaşa ötürülür.
Xoş xatirələrin sərxoşluğuna tutulmuş Mavinin yaddaşında
impuls savaşları gedir və o paralel olaraq bəd xatirələri xatır-
lamağa başlayır. İşsizliyi və əlacsızlığı, müdürləri və müştə-
riləri, aclığı və çarəsizliyi, darıxmanı və sərhədləri, qısqanclığı
və acgözlüyü xatırlayır. Beyinin pis xatirələri unudaraq bizə
yaşanmış hadisələri sanki daha yaxşı yaşanıbmış kimi göstər-
mə prinsipi pozulur və Mavi bir dəqiqə artıq belə yaşamaq
istəmir. Artıq okeanın o biri tayını belə arzulamır çünki
o istə-
nilən ölkədəki öz iztirablarını xatırlayır. Hər şey heç də yaxşı
olmamışdı.
O günləri xatırladı, o günlər ki o nifrət etdiyin tənha evində
oturursan və heçnə etmək istəmirsən. Ya da nəsə etmək istəyir-
sən ancaq edəcək heçnə yoxdur. Hamısı bir ildir alışdığın və
nifrət etdiyin o boz monotonluqdan ibarətdir. Görüşəcək yeni
bir insan və gedəcək yeni bir yerin yoxdur. Həyatına
və özünə
nifrət edirsən. Qaçıb uzaqlara getmək istəyirsən, ancaq hansı
pulla? Daha da əsəbləşir və bütün ümidlərini soxub içinə otu-
rursan.
Həkim ona bir şeylər deyir və gözü bir nöqtəyə fokuslan-
mış Mavi heç nə eşitmir. Ziddiyətli fırtınaların dövr vurduğu
şüurunda göz gözü görmür ağız deyəni qulaq eşitmirdi.
Neyron aksonlarından saniyədə 30-40 dəfə açılan atəşlər
digər neyronları və onların dendritlərini vurur, minləycə, mil-
yonlarca
neyron aktivləşir, xatirələr canlanırdı.
Nikbinlərin möhtəşəm bir xəbərilə bütün bədəni həyəcan
basır: Hərəkət mərkəzi cortex motoriusu ələ keçirmiş milyon-
larca neyrondan ibarət böyük bir qrupun atəşlədiyi impulsların
təkidi ilə Maviyə durub otağı tərk etmə əmri verilmişdi. Cortex
motorius’dan çıxan hərəkət əmri siqnalı əzələlərə doğru hərəkət
etməyə başlayırdı ki nikbinlər heç gözləmədikləri bir xəbərlə
qarşılaşdılar: bütün əmrlərin keçib bədənə ötürüldüyü onurğa