94
müş neçə ümidsiz və başdan uduzan Ra var idi? Fərqli nə edə
bilərdi ki? Bir işə başlaya bilərdi məsələn, bəlkə də? Əgər ona
iş verən birini tapsaydı təbii ki. Yaxşı olmasına ehtiyac yox
idi, təki iş olsaydı? Bu hər şeyi həll edirdimi? Tək problem
bumuydu? İşindən sonra insanlar yenəmi ondan qorxacaqdı?
Bəlkə dişlərini düzəltdirərdi ilk maaşıyla? Bəlkə yeni paltar-
lar alardı? Bəlkə bir gün bir qadın gülümsəyərdi onun üzünə?
Unutmuşdu bəlkə də isti bir qadın gülümsəməsini küçələrdə
yaşayarkən. Unutmuşdu, yoxsa o istiliyi heç vaxt hiss etmə-
mişdi? Necə üç fərqli dünya yaşamışdı Ra, Mavi və Riçard?
Dünya qavrayışı onlar üçün nə qədər nisbi və subyektiv idi?
Hər üçü nə qədər fərqli həyatlar yaşamışdılarsa da, ara-
larından biri ölmək istəyir, digər ikisi sürünsələr də ölümdən
imtina edirdilər. Həyat bu qədər çox dəyərliydi. Hər gün daha
da əzilərək, ancaq yenə də yaşayacaq qədər. Yoxsa məsələ hə-
yatın gözəlliyi deyil də, insanın həyatda qalma instiktimiydi?
“Yaxşı bir işin olmalıdı, yaxşı iş çox vacibdi və başının
üstündə bir daxman” - Riçard dilləndi və davam etdi - “Ancaq
yaxşı iş çox azdı. Hamıya bəs edəcək qədər yoxdu, nə olursa
olsun, əhalinin yarısı həmişə əziyyət çəkəcək. Getdikcə də çə-
tinləşir, işlər azalır, texnoloji işsizlik artır. Daha da betər ola-
caq. Ev və kira qiymətləri də çox bahadı. Neçə min illik dün-
yada milyardlarla insanın yaşadığı evlər sanki yoxdu və biz
yaşamağa ev tapmırıq. Lənətə gələsi əmlak lobbisi.”
“Lənətə gələsi dövlət şəhərlərin xaricində park yerləri
ayırsa, maşında ya furqonda yaşamaq istəyənlər üçün, elektrik
dirəkləri olsa ucuz qiymətə və duş yerləri qoyulsa, əla olar-
dı. Amma kapitalist əmlak lobbisi ona da icazə verməz yəqin.
Mən nə kira vermək nə ev almaq istəmirəm. Geniş furqonda
yaşaya bilərdim. Lənətə gələsi yaxşı işləri tapmaqsa həddin-
dən artıq həvəs tələb edir. Nifrət edirəm iş axtarma prosesinə.
Sırf onun üçün belə özümü öldürə bilərəm” - Mavi dedi.
“Sənin gəldiyin yerin qadınları necədi?” - deyə Ra söhbəti
dəyişib Mavidən soruşdu.
“Qadınları? Belə də. Bəzən ehtiraslı, bəzən təhlükəli,
95
bəzən dindar, bəzən utancaq. Darıxıram onlar üçün. Hamısının
öz yeri var, utancaq qadının öz yeri var, utancaq olmayanın öz
yeri. Ancaq yenə də bir qadında vaginadan əvvəl beynini üstün
tuturam.”
“Maraqlıdı. Daha əvvəl dindar qadınla birlikdə olmamışam”
“Rəqibin başqa oğlan yox, tanrı olur. Maraqlı və şərəfli
işdi”
“Bəs təhlükəli niyə dedin? Nə təhlükəsi??”
“Məni evinə çağıran qızın evindən əli bıçaqlı üç qardaşı
çıxmışdı bir dəfə. Onu deyirdim, bəzən bilmirsən başına nə
gələcək, bunun da öz marağı var.”
“Əli bıçaqlı qardaşları? Doğrudan? Niyə? Neylədin bəs??”
“Qızla evə girəndə evin içindən çıxdılar, gizlənmişdilər.
Tez qaçıb çölə çıxdım, arxamca qaçmağa başladılar. Bir neçə
küçə qaçdıqdan sonra gördüm ki qaça bilmirəm, yandakı diva-
rın dibində gizləndim. Ya yanımdan qaçıb gedəcəkdilər ya da
görəcəkdilər. Bəxtim gətirdi, keçib getdilər. Əsl nazi filmində
hiss etmişdim özümü. Sonra onların küçəsindən altı ay keçmə-
dim. Niyə o qədər əsəbiydilər bilmirəm. Qız razıdırsa sənə nə
axı? Bəlkə də məni qısqanırdılar, bacılarına sahib ola bildiyim
üçün. Bəlkə də onlar da istəyirdi. Bəlkə də insest əlaqəyə ən
çox əsəbləşənlər onu ən çox istəyənlərdi. Bilmirəm.”
“Mənim bir dostum var idi. Anası uşaqlıqdan ona oral seks
edirmiş, atası da bilirmiş. Qəribədi, amma düz deyirsən, hərə-
nin öz işidi, bəyənmirsən etmə. Başqasını niyə qınayırsan öz
şəxsi həyatına görə” dedi Ra və davam etdi “Hər şey bir tərəfə,
nə vaxt ot çəksəm ya həyəcanlansam bağırsaqlarımda nəsə bir
şey hiss edirəm, kəpənəklər uçuşur, çox qəribədi”
“Bilirsən niyə? Çünki bağırsaqlar beyindən sonra ən çox
neyron olan yerdi. Ona görə sevinəndə ya həyəcanlananda
filan bağırsaqlarda neyron partlaması yaşayırsan, kəpənəklər
uçuşur. Sinir impulslarıdı onlar. Bağırsaq instikti ya intuisiyası
ki deyirlər ha? Ordan gəlir”
“Doğrudan? Bağırsaq hisslərin deyir ki hər şey yaxşı ola-
caq” - dedi və güldü Ra.
96
“Onu ot dedirdir sənə Ra” - deyə Riçard araya girdi.
Gülürdü indi Ra. Riçard təkrar nəsə məzəli bir şeylər dedi.
Ürəkdən gülürdü. Bir uşaq kimi bütün dərdlərini unutmuşca-
sına gülürdü, otun verdiyi təsirlə. Gözətrafı və yanaq əzələləri
sonadək gərilmişdi. Qabaq üstdəki dörd əksik dişi ilə gülürdü.
Biraz əvvəlki o zəhmli görünüşündən əsər-əlamət qalmamışdı.
Yarımca saat içində yola gedə bilmişdilər. Bir insanın daxi-
li dünyasını görəbilmək və onunla tanış olmaq bu qədər asan
idi əslində. İnsanlar instiktiv olaraq tanımadıqları bütün digər
insanlara ehtiyyatla yanaşırlar ilk başda. Şübhəylə. “Tanımda-
dığın yad insanlardan uzaq dur” cümləsini onlara analarından
əvvəl genlərinə işləmiş olan təbiət öyrətmişdi. Meşə insanının
bir başqa mirası. Əslində bütün insanlar - ən azından bir çoxu
– eyni dərdləri bölüşərkən və bu lənətə gələsi həyatın eyni zül-
münü paylaşarkən niyə də yeni bir insan görərkən sanki yad
planetli kimi ondan çəkinir, tez öz ciddi qabığına bürünür, cid-
di üz ifadəsi alır, qarşı tərəfi şübhəylə süzür və qorxurlar?
“Orada, divardakı yazını oxuya biləniniz var? Mənim
gözərim zəifdi, oxuya bilmirəm” - deyə Riçard onun düşüncə
axışını pozdu.
“dörd, üç.. Üçdü o ya beş? Yox, mən görə bilmirəm” - dedi
Mavi.
“4,8,15,16,23 və 42” deyə bir nəfəsə bütün rəqəmləri oxu-
du Ra.
“Aa, halaldı Ra. Sən çox yaxşı görürsən deyəsən. Bilirsən,
sənin kimilərə pilot göz deyirlər, yaxşı görənlərə, nadir tapılan
dərəcədə yaxşı görənlərə” - dedi Mavi
“Doğrudan? Pilot göz?” - deyə soruşdu Ra. Sevinir və gü-
lürdü. Bir işdə yaxşı olduğunu bilmək onu sevindirmiş olma-
lıydı. Özünü bir işə yarayır hiss edirdi ən azından.
“Aha”
“Mən həm də yaxşı üzə bilirəm” - deyə o həyəcanla əlavə etdi.
“Sən lap sağ qala bilmək üçün yaradılmısan ki” - deyə Ri-
çard dilləndi. “Bəs qaçmaq? Yaxşı qaça bilirsənmi, geniş çi-
yinlərin və güclü qolların da var.”
Dostları ilə paylaş: |