Alatoran xancan kərimov varlıq və Yoxluq Arasında



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə27/123
tarix14.06.2018
ölçüsü2,83 Kb.
#48846
1   ...   23   24   25   26   27   28   29   30   ...   123

91
ziləri yaxınlaşıb onlardan müxtəlif narkotik maddələrin adını 
soruşaraq  olub  olmadığını  soruşurdular,  onlar  da  yox  deyir-
dilər. Sonra yavaş addımlarla biri daha keçirdi küçədən. Riçard 
ona da salam verdi. Otuzlu yaşlarında bir oğlan idi. Qəddar 
görünümü var idi. O da salam verdi. Riçard onunla yenə nəsə 
bir zarafat etdi, o qəribə formada onları süzdü, sanki nədənsə 
qorxurmuş  kimi  baxdı.  Qaradəriliydi,  qabaq  dişləri  yox  idi, 
köhnəlmiş və çirkli qara şalvar və köynək geyinmişdi. Onunla 
zarafatlaşdıqlarını görüb yavaşladı. Üzündə zəhm, qəddarlıq, 
qəzəb, qorxu, maraq və şübhə mimikaları biri birinə qarışmış 
formada sakitcə yanaşdı və soruşdu:
“Olar yanınızda oturum?”
“Olar, olar, əlbətdə olar. Otur. Necəsən, neynirsən?” Riçard 
soruşdu.
Onların oturduğu daşların sağında yanlarına oturdu. 
“Adın nədir?” - Riçard onu dindirdi.
“Ra” 
“Ra? Günəş tanrısıydı o hə?”
“Hə, düzdü, bilirsən ki”
“Əla addı, Ra, iki hərfdən ibarət, Ra, Ra”
“Sizin adlarınız nədir?”
“Riçard”
“Mavi”
Ra  cibindən  sarma  kağızı  çıxardı  və  içinə  yumru  qara 
nələrsə qoyaraq sarmağa başladı. Mavi bunun nə ola biləcəyi 
barədə düşündü, daha əvvəl belə bir şey görməmişdi. Bugün-
lərdə küçələrdə bir yığın narkotik maddə gəzirdi, yəqin onlar-
dan biri idi.
Yoldan keçən evsiz qılığında orta yaşlı bir qadın və axsa-
yan kişi onların yanında dayandı və kişi boğuq səslə Riçarddan 
soruşdu:
“Kristal varınızdı?”
“Yox” 
Yaşına görə üzü həddindən artıq qırışıqlı olan axsaq kişi 
onlar ona sanki yalan deyirlərmiş kimi onlara qəzəblə baxdı. 


92
Üçünün də üzünü bir saniyəlik müddətə incələdi. Sonra qadın-
la dönüb axsaya-axsaya çıxıb getdilər. 
Kristal deyərkən o ucuz kokaini nəzərdə tutmuşdu. Bu zo-
nada elə adlandırırdılar evsizlər. Normal kokaindən dəfələrlə 
güclü və zərərliydi. Kişinin üzündəki erkən qırışıqlar, axsaq 
yerimə tərzi və həddindən artıq boğuq səsi onun ağır kristal 
aludəçisi  olduğunu  göstərirdi.  Evsizlər  arasında  çox  yayğın 
idi.  Onları  görünüşlərindən  ayırd  etmək  olurdu.  İstifadəçisi 
əvvəlcə tənəffüs problemləri yaşayacaq, sonra öskürəklər baş-
layacaqdı,  nəfəs  darlıqları,  ağciyər  xəsarəti  və  qanamalarla 
davam edəcəkdi problemlər. Sonra bir-birini izləyən ağır dep-
resiyalar. Depresiyadan çıxmaq üçün aludəçi maddəni tapmaq 
adına hər şeyi edəcəkdi, hətta öldürəcəkdi. Əgər bunlar da işə 
yaramasa tək yolu qalacaqdı: intihar. 
“Məni  harda  görürlər,  gəlib  kristal  istəyirlər,  yoxdu  de-
yirəm, yenə istəyirlər. Yoxdu da, yoxdu. Məndə kristal ya daş 
zad yoxdu. Mən istifadə etmirəm elə şeylər” - deyə Ra giley-
ləndi. 
Daha sonra bir neçə yoldan keçən də ayaq saxlayıb onlar-
dan  fərqli-fərqli  ucuz  küçə  narkotikləri  soruşdular.  Gələnlər 
Riçarda yaxınlaşır, sanki onu uzun müddətdir tanıyırmışcasına 
bir şeylər deyir, Riçard da sanki söhbətin mövzusunu dəyiş-
mək üçün çabalayırdı. Ən son bir kişi daha gəldi və Riçardla 
sanki hər gün görüşürmüş kimi hal-kef etdi. Riçard onu yola 
vemrəyə çalışdı və sonda bacardı.
“Tanıyırsan onu?” - Mavi soruşdu.
“Yoo, yo tanımıram” 
Mavi  hələ  də  Riçarddan  baş  aça  bilməmişdi.  Görünən  o 
idi ki bu adamlar onu tanıyırdılar və o buraların çoxdankı sa-
kini idi, küçələrin. Riçard Ra ilə bir şeylərdən danışırdı. Onun 
üzünə baxdı Mavi, uşaq məsumluğu var idi. Yanmış dodaq-
larına baxdı, Riçard alovun onun qolunu və dodaqlarını yan-
dırdığını demişdi. Mavi onun neçə yaraşıqlı və zəki olduğunu 
görüb heyfslənirdi. Həyatda yerini tapa bilməmişdi. Yeri səhv 
düşmüşdü. Ya da həyatda heç kimin doğru yeri deyə bir şey 


93
yox  idi  əslində.  Onun  bükük  belinə  baxır  və  yazığı  gəlirdi. 
Əlində  olsa  onun  üçün  ən  yaxşısını  edərdi  deyə  düşünürdü. 
Nə istəyirdi Riçard? İçməkmi? Olsun, onun içkisini və rahat 
yatağını təmin edərdi, deyə düşünürdü. İçsin istədiyi qədər, öz 
həyatı idi. 
“Al yandır” - Riçard ona növbəti sarmanı uzatdı.
Ra onlardan haralı olduqlarını soruşdu, cavabları aldıqdan 
sonra bir qədər uzağa daldı. Mavi sarmanı ona ötürdü. 
“Böyüdüyüm yerdə, küçələrdə adam öldürürdülər. Hamı-
nın silahı var idi. Bərbad bir yer idi,” - deyib Ra bir tüstü aldı 
və davam etdi, “O cəhənnəmdən canımı qurtarıb bura gəldim. 
Bir neçə ay əvvəl. Nəsə fərqli bir şey etmək istəyirəm. Bilir-
sən? Nəsə fərqli bir şey, fərqli bir şey, nəbilim” deyə həssas 
səs  tonuyla  bitirdi  cümləsini.  Sanki  ümidlərinin  indidən  ölü 
doğduqlarını  bilirmişcəsinə  kefsizləşdi.  Sanki  yarısı  getmiş 
ömründə bundan sonra da heç vaxt fərqli bir şey edə bilməyə-
cəyini başa düşür və üzülürdü. 
Sözləri Maviyə təsir etmişdi. Onu yenidən müşahidə etdi. 
Onu ilk gördüyündə üzündəki zəhmdən çəkinmişdi, ancaq indi 
nə  qədər  həssas  olduğunu  görürdü.  Demək  ki,  üzündəki  bu 
zəhmin səbəbi böyüdüyü küçələr və şəhər idi. Elə bir yerdə ya-
şayırsansa əgər, onlar kimi davranmağa məcbursan. Tək ayaq-
lılar yaşayan kənddə sən də tək ayağınla gəzməliydin. Demək 
ki yeni bir insan ilə görüşərkən üzündəki o qorxu, zəhm, şü-
bhənin səbəbi böyümüş olduğu illər idi. Elə formalaşmışdı. 
Onun qolundakı ucuz və keyfiyyətsiz formada işlənilmiş 
siqaret çəkən Joker tattoosuna baxdı. Aşağı hissədə də yenə 
qraffiti yazı tərzi ilə nəsə yazılmışdı. O tattoo da keyfiyyətsiz 
görünürdü. Əlində silahlar gəzən insanların yaşadığı yerdə bö-
yüyən bir uşağın necə bir tattoosu ola bilərdisə elə də tattoo-
ları var idi. O “nəsə fərqli bir şey eləmək istəyirəm” deyərkən 
necə də qorxaq bir ümid içində qıvrılırdı. Sanki dediyinə özü 
də  inanmırdı.  Sanki  elə  belə  də  ölüb  gedəcəyinə  artıq  əmin 
idi, ancaq inanmaq istəmirdi. Nə edə bilərdi Ra? Onun kimi 
neçə Ra var idi? Onun kimi kimsəsiz, yoxsul, təhsilsiz böyü-


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə