160
və imkansız uşaqları izləyəndəysə ürəyi parçalanırdı, oyuncaq
olaraq doğulmuşdu və əzab çəkəcəkdi. Yenə də, qucağında
uşaq tutan ata ilə uşağı arasındakı bağa heyran idi. Təkamü-
lün onlara verdiyi instiktə heyran idi. Başqaları ilə işi yox idi
Mavinin, hərənin öz seçimi idi və seçimlər sonsuz və doğrusuz
idi. O sadəcə özü üçün qəbul etmirdi, uşaq sahibi olmaq və
həm özünə həm uşağına iztirab çəkdirmək.
-Bəs sən nə məsləhət görürsən cənab üsyankar? Dünyanın
axırınımı gətirməyi düşünürsən insanlara doğmamağı məs-
ləhət görərkən? – deyə bir qız ona səsləndi yanında üşüyərək
yeriyərkən.
- Dünyanın sonumu? Mən başa düşmürəm sənin doğru-
danda vecinədirmi bu? Yəni ciddi soruşuram bax, insanların
doğmasının dayanması və hamının ölüb getməsi, səni nara-
hat edir? Maraqlıdır. Psixologiyanı anlamaq istəyirəm. Mənə
maraqlıdır başqa insanların hadisələrə baxışı və hiss etdikləri
şeylər. Çünki mənim həqiqətən də vecimə deyil bəli. Yəni axı
niyə olsun. Bilmirəm. Məncə bu insanın həyatında nə qədər
problem olub olmadığı ilə bağlıdır. Dünyanın qeydinə qalacaq
səviyyədə olmaq üçün ən azından insanın özünün problemləri
çox da böyük olmamalıdır deyə düşünürəm.
- Əlbətdəki var problemlərim. Ancaq bəli, dünyanın prob-
lemləri məni üzür həqiqətən də, vecimədir. Həm, necə düşünə
bilərsən axı bütün bu insanlar, var olan hər şey yox olsun get-
sin? Bütün tarix, bütün hər şey, bütün gözəlliklər?
Sənin dedi-
yin kimi hamı doğmasaydı insanlığın sonu necə olardı?
- Hamı doğmasaydı necəmi olardı? Nədi o indi də Kant’çı
oldun? Gör sənə nə deyirəm. Ola bilər ki sən Kant’çı nəzə-
riyyəni xoşlayırsan ya razılaşırsan, ancaq mənim nə Kant ve-
cimədir, nə əxlaq fəlsəfəsi, nə də onun kateqorik imperativ
konsepsiyası. Mən heç bir hərəkəti
edərkən bütün dünya bunu
etsə necə olardı deyib öz əxlaqımı mühakimə etmirəm. Bütün
dünyanın dərdini çəkəcək qədər əxlaqlı ya da dərdsiz deyiləm.
Boş ver. Sən həmişə belə makiyajlısan?
- Yox. – qız titrəyərək balaca barmaqları ilə dodağından