163
- Bəs sonra? Sonra nə? Yəni 5 milyard il sonra dünyanın
sonunun gəlməsi indi yaşayan kimə maraqlıdır axı. Mən o in-
sanların səmimiyyətini anlaya bilmirəm.
- İnsanları tanımır kimi danışırsan. Genetik instiktləri unu-
daraq. Səmimiyyət məsələsi deyil bu, onlar elə hiss edirlər. Tə-
biətin bir parçasıdırlar və onu qoruyurlar özləri belə fərqində
deyil bunu niyə edirlər.
- Qəribədi hə? Bütün insanlar sadəcə ayrı fərdlərdir və ha-
mının öz dərdi var, ancaq uzaqdan Yeri uzaqlaşdırıb baxsan
tək hüceyrəli bir orqanizm kimi yaşadığı yerdən başqa pla-
netə keçməyə çalışan kompleks canlını xatırladacaqlar. Yəni
demək istədiyim ümumilikdə hamısı birlikdə hərəkət edir an-
caq planlı deyil. Qrup formasında. Amma ayrılıqda hərənin öz
həyatı var. Hər birimiz yer üzündəki həyatın bir hüceyrəsiyik
və birləşərək bir orqanizmi yaradırıq. Deyəsən mən xərçəng-
li hüceyrələrindənəm o orqanizmin. Görəsən, bizi nə zaman
məhv edəcəklər?
- Qaia fərziyyəsi. Yunan mifologiyasındakı həyat ya bənzər
nəsə ilahəsi Qaia. Yerdəki həyatın bir orqanizm kimi hərəkət
etdiyini və özü-öz nəslini davam etdirdiyini deyir. Marsa gedən
ya da getməyə çalışan insanlar deyil, yerdəki həyatdır. İnsanlar
bunu
şüurlu olaraq etməsə də, yenə də edirlər. Bunu deyirdin?
- İki insanın bir-birini tam başa düşməsi mümkünsüzdür,
ancaq səninlə bir-birimizi yaxşı başa düşürük deyəsən. Dikt-
yosteliumdu nədi, o amyöbləri eşitmisən heç? altruizm təcrü-
bəsini? Tək hüceyrəli orqanizmlərdir. Təcrübə göstərir ki qida-
ya çata bilmək üçün qrup formasında hərəkət edirlər və bunun
üçün içlərindən iyirmi faizi ölməlidir. Bəziləri könüllü olaraq
altda qalaraq çubuq kimi körpü düzəldir digərlərinin keçməsi
üçün və ölürlər. Bəziləriysə aradan qaçaraq vəzifəsindən imti-
na edir və ölməməyə çalışır, ən maraqlısı isə, sonda aradan qa-
çanları qrupdakılar bir formada öldürür, ya da çoxalmalarının
qarşısı alırlar. Yəni bir növ kiçik cəmiyyət kimi işləyirlər. Öz
nəsillərini davam etdirmək üçün bəziləri könüllü ölür, aradan
qaçanlar cəzalandırılır və sair. Təsəvvür edə bilirsən? Lənətə