Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü IL tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Allergik rinit zamanı burun tutulmasını aradan qaldıran simptomatik (damardaraldıcı) preparatların istifadəsi nə ilə nəticələnir?



Yüklə 1,32 Mb.
səhifə13/13
tarix11.06.2018
ölçüsü1,32 Mb.
#48058
1   ...   5   6   7   8   9   10   11   12   13

817) Allergik rinit zamanı burun tutulmasını aradan qaldıran simptomatik (damardaraldıcı) preparatların istifadəsi nə ilə nəticələnir?
A) Burun tutulmaları birdəfəlik aradan qalxır, lakin güclü asqırmalar baş verir

B) Sadalananların heç biri

C) Tam sağalma ilə aradan götürülür

D) Allergik rinitin uzun müdətli remissiyasıyla

E) Selikli qişanın qalınlaşması, hipertrofiyası nəticəsində müalicəyə çətin tabe olunan davamlı burun tutulması
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
818) Rinitin müalicəsində damadaraldıcılar neçə gündən artıq istifadə edilməməlidir?

A) Rinoreya və qaşınma keçənə qədər

B) 5 günə qədər

C) Daimi istifadə oluna bilərlər

D) 15 günə qədər

E) 1 aya qədər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
819) Hiper-İgE- sindromunun müalicəsinin əsasında hansı preparatlar durur?
A) İmmunomodulyatorlar

B) Sistem kortikosteroidlər

C) Antihistamin preparatları

D) Ekstrakorporal müalicə üsulları

E) Antibiotiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
820) Hiper-İgE-sindromlu xəstələrin ölümünə əsasən nə səbəb olur?
A) Asfiksiya

B) Qocalıq nəticəsi

C) Bakterial və göbələk infeksiyaları

D) Tromboemboliyalar

E) Toksik miokardit
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
821) Hansı xəstəlikdə səbəbkar allergenlərlə kontaktın azalması müsbət nəticə verir?

A) Vazomotor rinit

B) Sadalananların hamısı

C) Eozinofil rinit

D) İnfeksion rinit

E) Allergik rinit


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
822) Hamilələrdə allergik rinitin müalicəsində ən uyğun preparatlar hansıdır?

A) Kromonlar

B) Betablokatorlar

C) Damardaraldıcılar

D) Simpatomimetiklər

E) Sadalananların heç biri


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
823) Pollinozun allergen-spesifik immunoterapiyasını hansı aylardan başlamaq tövsiyə olunur?
A) Dekabr-yanvar

B) Avgust-sentyabr

C) İyun-iyul

D) Aprel-may

E) Fevral-mart
Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.

824) Bronxial astmanin planlı müalicəsində hamiləyə hansı preparat uyğundur?

A) Diprospan

B) Sadalananların heç biri hamiləlikdə olmaz

C) İnqalasion beklometazon ya budesonid

D) Ketotifen

E) İmmunoqlobulinlər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 578
825) Əgər eyni zamanda iki müxtəlif allergenlərlə SİT aparılırsa hansı üsul daha sərfəlidir?
A) Hər iki allergen inyeksiyaları günün müxtəlif vaxtlarında vurulur

B) İki fərqli allergen müxtəlif günlərdə vurulmalıdır

C) Eyni vaxtda bir allergen sağ qola vurulur, digəri sol qola vurulur

D) Eyni zamanda iki müxtəlif allergenlərlə SİT aparılması tövsiyyə edilmir

E) Hər iki allergendən kombinə edilmiş allergen məhlulu hazırlanır
Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.

826) Burun polipini ödemli balıqqulağından necə fərqləndirmək olar?

A) Poliplər hərəkətsiz olur

B) Damardaraldıcı təsirindən polip bir qədər yığılacaq, balıqqulağı isə yox

C) Poliplər toxunuşa hissiyatlıdır

D) Damardaraldıcı təsirindən balıqqulağı bir qədər yığılacaq, polip isə yox

E) Poliplər əsasən 10 yaşa qədər rast gəlir


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
827) Burun poliplərinin müalicəsində hansı preparatlar istifadə edilir?

A) Yerli kortikosteroidlər

B) Antihistaminlər

C) Damardaraldıcılar

D) Kromonlar

E) Spesifik immunoterapiya


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004
828) Burunun allergik poliplərinin həcmini hansı preparatlar daha yaxşı kiçildir?
A) Nazal antihistaminlər

B) Dekongestantlar

C) Nazal kromonlar

D) Nazal steroidlər

E) Nazal antiseptiklər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
829) Hansı müayinə olmadan allergik rinit diaqnozun qoyulması dürüst hesab edilmir?
A) Rinoskopiya

B) Rentgen-tomoqrafiya

C) Burun ifrazatının sitoloji müayinəsi

D) Allergik dəri testlərinin aparılması

E) Qanın ümumi müayinəsi
: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
830) Hansı allergik xəstəliklərin bir biri ilə daha sıx əlaqəsi var?
A) Allergik rinit və zərdab xəstəliyi

B) Allergik rinit və allergik toksikodermiyalar

C) Allergik rinit və insekt allergiyası

D) Allergik rinit və dərman allergiyası

E) Allergik rinit və bronxial astma
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
831) Hormonal dəyişikliklərlə bağlı olan rinitlər hansı hallarda müşahidə oluna bilər?
A) Sadalananların hamısı

B) Hipotireoz

C) Hamiləlik

D) Postmenopauza dövrü

E) Akromeqaliya
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
832) Uşaqlarda 4 yaşa qədər allergik rinitin müalicəsində hansı topik qlükokortikosteroidin istifadəsi icazə verilir?
A) Mometazon furoat

B) Beklometazon dipropionat

C) Flutikazon propionat

D) Budesonid

E) Sadalananların hamısı
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
833) Hansı xəstəlikdə Nikolski simptomu müsbətdir?

A) Çoxformalı ekssudativ eritema

B) Dermatomiozit

C) Toksik epidermal nekroliz

D) Kontaktlı dermatit

E) Neyrodermit


Ədəbiyyat: Под ред. Р.М.Хаитова, Н.И.Ильиной «Аллергология и иммунология», национальное руководство, 2009 г., стр.531

834) Allergik rinitin müalicəsində istifadə olunan yerli kortikosteroidlərin maksimal effekti adətən hansı müddət ərzində inkişaf edir?
A) 1 ay ərzində

B) 2 həftə ərzində

C) 5-7 gün ərzində

D) 1 gün ərzində

E) 2-3 saat ərzində
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
835) Pollinoz xəstəliyində tozcuq intoksikasiyası əlaməti hansıdır?
A) Baş ağrıları

B) Astenik sindrom

C) Sadalananların hamısı

D) Baş gicəllənmələri

E) Ümumi zəiflik
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
836) Hansı preparatların uzun müddət qəbulu allergik rinit yarada bilər?
A) Bian preparatları

B) Rauvolfiya preparatları

C) Gülxətmi preparatları

D) Klemastin

E) Astemizol
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
837) Allergik konyuktivitin müalicəsində istifadə olunan antihistamin göz damcılarının tərkibi hansıdır?
A) Astemizol

B) Setirizin

C) Loratadin

D) Klemastin

E) Levokabastin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002

838) Allergik konyunktivitin bazis (daimi) müalicəsində hansı preparatlar istifadə olunur?

A) Kromonlar

B) Sistem antihistaminlər

C) Yerli təsirli antihistaminlər

D) Ketotifen

E) Sadalananların hamısı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
839) İlboyu davam edən allergik rinitin hansı aparıcı simptomu adətən xəstələri daha çox narahat edir?
A) Asqırma

B) Qaşınma

C) İrinli ifrazat

D) Rinoreya

E) Nazal obstruksiya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002
840) Allergik konyuktivit adətən hansı xəstəliklə yanaşı müşahidə edilir?
A) Dərman allergiyası

B) Bronxial astma

C) Atopik dermatit

D) Kvinke ödemi

E) Allergik rinit
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
841) Allergik konyuktivitin səbəbkar allergenləri hansılardır?
A) Sadalananların hamısı

B) Kif və maya göbələkləri allergenləri

C) Ev tozu gənələrinin allergenləri

D) Bitgi tozcuqları allergenləri

E) Ev tozu allergenləri
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

842) Allergik konyuktivitin müalicəsində nə zaman yerli hormonal preparatların istifadəsi tövsiyyə olunmur?
A) Dərman mənşəli allergik konyuktivitdə

B) İlboyu konyuktivitlərdə

C) Sadalananların hamısı

D) İnfeksion ağırlaşmalarda

E) Mövsümi konyuktivitlərdə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
843) Bronxial astmanın ağ ciyərdən kənar ağırlaşmasına hansı aiddir?
A) Atelektazlar

B) Bronxoektazlar

C) Ağ ciyər ürəyi

D) Emfizema

E) Hipoventilyasion pnevmoniya
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

844) Bronxial astma tutmaları adətən hansı vaxt baş verirlər?
A) Vaxtın əhəmiyyəti yoxdur

B) Gün ərzində

C) Axşam

D) Səhər tezdən ya gecə

E) Günorta
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

845) Bronxial astmanın diaqnostikasında bronxolitik test nə ilə aparılır?
A) Metaxolinlə

B) Salbutamolla

C) Ev tozu allergenləri ilə

D) Asetilxolinlə

E) Histaminlə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

Tarix: 01.01.2011


846) Bronxial astma xəstələrində spirometriya zamanı bronxodilatasion test adətən hansı məqsədlə aparılır?

A) Fiziki gərginliyə davamlığı təyin etmək üçün

B) Bronxial obstruksiyanın geri dönməsini təyin etmək üçün

C) Xəstəliyin gedişatını proqnozlaşdırmaq üçün

D) Allergenlərə qarşı spesifik həssaslığı təyin etmək üçün

E) Astma diaqnozunu inkar etmək üçün


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
847) Bronxial astma zamanı aparılan bronxodilatasion test nə zaman müsbət hesab edilir?
A) Bronxolitik inhalyasından sonra GNH1 eyni səviyyədə qalanda

B) Bronxolitik inhalyasından sonra 1 saniyə ərzində güclü nəfəsvermənin həcmi(GNH1) 12% və ya daha çox artanda

C) Bronxolitik inhalyasından sonra GNH1 12% və ya daha çox azalanda

D) Bronxolitik inhalyasından sonra GNH1 7-8% artanda

E) Bronxolitik inhalyasından sonra GNH1 5-6% artanda
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008

848) Bronxial astma zamanı aparılan inhalyasion təxribat testləri nə zaman müsbət hesab edilir?
A) Təxribat məhlulun inhalyasından sonra GNH1 20% və ya daha çox artanda

B) Təxribat məhlulun inhalyasından sonra 1-ci saniyədə verilən güclənmiş nəfəs həcmi (GNH1) ən azı 15% azalanda

C) Təxribat məhlulun inhalyasından sonra GNH1 8 % və ya daha çox azalanda

D) Təxribat məhlulun inhalyasından sonra GNH1 12% və ya daha çox artanda

E) Təxribat məhlulun inhalyasından sonra GNH1 eyni səviyyədə qalanda
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s.22

849) Bronxial astma zamanı allergenlə inhalyasion təxribat testlərini xəstəliyin hansı mərhələsində aparılması tövsiyə edilir?
A) Təxribat testlərini aparmaq üçün xəstəlik mərhələsinin əhəmiiyəti yoxdur

B) Remissiya

C) Astma tutmaları zamanı

D) Sakitləşən kəskinləşmə

E) Kəskinləşmə
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г.
850) Atopik bronxial astmanın kəskinləşməsi nə ilə əlaqəli olur?
A) Ətraf mühitin qeyri-spesifik qıcıqlandırıcı faktorları

B) Sadalananların hamısı

C) Siqaret tüstüsü

D) Qeyri-infeksion (ev tozu və s.) allergenlərin təsiri

E) Beta blokator qəbulu
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
851) Nebulayzer nədir?
A) Dərman vasitəlirin məhlulunu xırda dispersli buxara çevirən inhalyasiya apparatı

B) Dozalaşmış aerozol inhalyator

C) Kapsulda olan dərman vasitələrini inhalyasiya etmək üçün cihaz

D) Dozalaşmış, toz hallında dərman vasitələrinin inhalyasiya etmək üçün cihaz

E) Dərman vasitələrini aerozol halında saxlayan cihaz
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
852) Dərman vasitələrini aerozol halında saxlayan və aerozol preparatlarının ağız boşluğunda çökməsinin qarşısını alan cihaz hansıdır?
A) Nebulayzer

B) Easyhaler

C) Speyser

D) Turbuhaler

E) Handihaler
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
853) Qısa təsirli qlukokortikoid hansıdır?

A) Hidrokortizon

B) Metilprednizolon

C) Betametazon

D) Deksametazon

E) Triamsinolon


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 75

854) Aspirin mənşəli bronxial astmalı xəstələrdə aspirinin desensitizasiyası nə zaman aparılır?
A) Mədə xorası olanda

B) Hamiləlik zamanı

C) Qara ciyər və böyrəklərin ağır patologiyalarında

D) Astmanın kəskinləşməsi zamanı

E) Aspirin və digər qeyristeroid iltihabəleyhinə preparatların qəbuluna zəruriyət olanda (yanaşı ürəyinişemik xəstəliyi, sistem xəstəliklər və s. olanda)
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
855) Hansı cihaz vasitəsilə astmalı xəstələr öz vəziyyətlərini qiymətləndirə və xəstəliklərinə nəzarət edə bilərlər?
A) Pnevmotaxometr

B) Spirometr

C) Qazometr

D) Tonometr

E) Pikfloumetr
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.

856) Hansı preparatların astmanın müalicəsində, xüsusilə kəskinləşməsində, istifadəsi qəti tövsiyyə edilmir?
A) β-mimetiklərin

B) Steroidlərin

C) Maqneziya sulfatın

D) Xolinolitiklərin

E) Sedativ preparatların
Ədəbiyyat: GİNA, 2009
857) Bronxial astmanın müalicə sxemi son beynəlxalq tövsiyyələrə görə neçə pillədən ibarətdir?
A) 1

B) 3


C) 4

D) 5


E) 2
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
858) Bronxial astmanın neçə nəzarət səviyyəsi var?
A) 4

B) 5


C) 3

D) 6


E) 2
Ədəbiyyat: ”Bronxial astma üzrə klinik tövsiyələr”. Bakı, 2008
859) İrsi angioödemin müalicəsində hansı preparat effektlidir?
A) Danazol

B) Setirizin

C) Prednizolon

D) Siproheptadin

E) Omeprazol
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 270
860) Hansı preparatın uzunmüddətli istifadəsi hepatosellyular adenoma və karsinoma yarada bilər?
A) Peritol

B) Setirizin

C) Omeprazol

D) Prednizolon

E) Danazol
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 270
861) Aşağıdakılardan hansı kortikosteroid preparatların yan təsirinə aiddir?
A) Asteniya

B) Mialgiya

C) Ağız boşluğunda quruluq

D) Arterial hipotoniya

E) Şəkərli diabet
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 87
862) Antileykotriyen preparatlarının yan təsirinə hansı aiddir?
A) Asteniya

B) Arterial hipertenziya

C) Katarakta

D) Şəkərli diabet

E) Osteoporoz
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 97
863) Hansı dərman vasitələri fototoksik aktivliyə malikdirlər?
A) Kalsium preparatları

B) Tetrasiklinlər

C) Sefalosporinlər

D) Kortikosteroidlər

E) Virus əleyhinə dərmanlar
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 377

864) Hansı dərmanlar Stivens - Cons və Layell sindromlarını yaratmağa meyilli deyil?
A) Steroidlər

B) Barbituratlar

C) Penisillinlər

D) Sulfanilamidlər

E) Poliomielit vaksinası
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 527
865) Hansı preparatlar dərman qızdırması yaratmır?
A) Penisillinlər

B) Sulfanilamidlər

C) Steroidlər

D) Xinidin

E) Barbituratlar
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 529
866) Hansı dərman(lar) İgE asılı olmayan anafilaktoid reaksiya yarada bilər?
A) Streptokinaza

B) Vaksinlər

C) Allergen ekstraktları

D) Qeyri - steroid iltihab əleyhinə preparatlar

E) Penisillinlər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 530
867) Hansı dərmanlar allergiya verərək kəskin pnevmonit yarada bilər?
A) Penisillinlər

B) Nitrofuran törəmələri

C) Sulfanilamidlər

D) Pirazolonlar

E) Fermentlər
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 534
868) Hansı dərman allergik miasteniya yarada bilər?
A) Aspirin

B) İnsulin

C) Penisillamin

D) Biseptol

E) Penisillin
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и
869) Hansı dərman vasitəsi allergik miokardit yaratmır?
A) B - qrup vitaminlər

B) Novokain

C) C vitamini

D) Pankreatin

E) Sulfanilamidlər
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 376
870) Fenotiazin tərkibli dərmanlara (aminazin, etmozin, ftorasizin və s. ) qarşı allergiya varsa hansı antihistamin preparatı istifadə etmək olmaz?
A) Suprastin

B) Setirizin

C) Diazolin

D) Tavegil

E) Pipolfen
Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 379
871) Hansı dərman preparatını hamiləlik zamanı istifadəsi qəti tövsiyə edilmir?
A) Budesonid

B) Loratadin

C) Ketotifen

D) Prednisolon

E) Kromonlar
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 578
872) Hansı dərman vasitəsinin istifadəsi ağciyər eozinofiliyası yaratmır?

A) Klemastin

B) Ranitidin

C) Nitrofuranlar

D) Ampisillin

E) Asetaminofen


Ədəbiyyat: Под ред. Л. А. Горячкиной, К. П. Кашкина «Клиническая аллергология и иммунология» 2009 г., s. 155
Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə