Allerqologiya ixtisası üzrə nümunəvi test tapşırıqları 05. 05. 2014-cü IL tarixində əlavə edilmişdir. Sosial gigiyenanın əsasları. Allerqolojı xidmətin təşkili


) Kəskin iltihabi cavabda, aşağıdakı maddələrdən hansı hüceyrələrdə əvvəlcədən sintezlənərək depolanmış olaraq tapılır?



Yüklə 1,32 Mb.
səhifə2/13
tarix11.06.2018
ölçüsü1,32 Mb.
#48058
1   2   3   4   5   6   7   8   9   ...   13

75) Kəskin iltihabi cavabda, aşağıdakı maddələrdən hansı hüceyrələrdə əvvəlcədən sintezlənərək depolanmış olaraq tapılır?

A) Trombosit aktivedici faktor

B) Sitokinlər

C) Prostaqlandinlər

D) Leykotriyenlər

E) Histamin


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
76) Leykotrienlər hansı maddənin metabolizminin məhsullarıdır?

A) Neyramin turşusunun

B) Fosfatidiy inazitolun

C) Dezoksiribonuklein turşusunun

D) Araxidon turşusunun

E) Qliserolun


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
77) Ekzoallergenlərə hansılar aid deyil?

A) Kif göbələyi

B) Ev tozu

C) Siçovul

D) Toxumaların zülalı

E) Bəzi qidalar


Ədəbiyyat: Секреты аллергологии и иммунологии, Стэнли М. Нагуа, М. Эрик Гершвин. Москва, 2004

78) Hansı əlamətlər allergik reaksiyaların immunoloji mərhələsinə uyğundur?

A) Allergenlə İgE - nin qarşılıqlı təsiri

B) Oksalatların xaric olması

C) Zülalların çökməsi

D) Toxumaların zədələnməsi

E) Allergiya mediatorlarının ifrazı


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
79) Hansı əlamətlər allergik reaksiyaların patokimyəvi mərhələsinə uyğundur?

A) Allergiya mediatorlarının ifrazı

B) Toxumaların zədələnməsi

C) Kaliumun itirilməsi

D) Zülalların çökməsi

E) Allergenlə antitelin qarşılıqlı təsiri


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
80) Hansı əlamətlər allergik reaksiyaların patofizioloji mərhələsinə uyğundur?

A) Toxumaların zədələnməsi

B) Allergiya mediatorlarının ifrazı

C) Allergenlə antitelin qarşılıqlı təsiri

D) Zülalların çökməsi

E) Kaliumun itirilməsi


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

81) Kəskin iltihabda damar keçiriciliyinin erkən dövrdə artmasnda ən təsirli olan aşağıdakılardan hansıdır?

A) Tromboksan A2

B) Transferrin

C) Trombositləri aktivləşdirən faktor

D) Histamin

E) Serotonin


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
82) Hansı laborator əlamətlər Viskot Oldriç sindromu üçün daha çox xarakterikdir?

A) İgM səviyyəsinin yüksəlməsi

B) İgG səviyyəsinin artması

C) Еritrositoz

D) İgE və İgA səviyyəsinin azalması

E) Trombositopeniya


Ədəbiyyat: Nurməmmədova G. Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
83) Hansı əlamətlər Lui-Bar sindromu üçün daha çox səciyyəvidir?

A) Tetaniya

B) Çəngəlvari vəzin hiperplaziyası

C) İnfeksion ishala meyillilik

D) Cinsi yetişkənliyin sürətlənməsi

E) Ataksiya


Ədəbiyyat: Лолор-младший, Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

84) Tez gedişli allergik reaksiya hansı müddətə inkişaf edir?

A) Bir neçə saniyədən 2 saata qədər

B) 2-3 sutka

C) 12 saat ərzində

D) 10 saat ərzində

E) 1 sutka


Ədəbiyyat: “Allerjik hastalıklar” Jonathan A. Bernsteyn, tərcümə edəni prof. Zeynep Misirligil
85) Ləng tipli allergik reaksiya hansı müddətə inkişaf edir?

A) 15 saat

B) 2 saat

C) 1 sutka

D) Spesifik allergenlərlə təmasdan 2-3 sutka sonra

E) 15-20 dəq.


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
86) I tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?

A) Trombositopenik purpura

B) Qırmızı qurd eşənəyi

C) Kəskin övrə

D) Vərəm

E) Zərdab xəstəliyi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
87) Aşağıda qeyd olunanlardan hansı I tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?

A) Allergik konyuktivit

B) Allergik rinit

C) Atopik bronxial astma

D) Qırmızı qurd eşənəyi

E) Allergik övrə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
88) II tip allergik reaksiyanın iştirakı ilə hansı xəstəlik inkişaf edir?

A) Trombositopenik purpura

B) Vərəm

C) Atopik bronxial astma

D) Allergik övrə

E) Zərdab xəstəliyi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
89) Hansı xəstəlik III tip reaksiyanın iştirakı ilə inkişaf edir?

A) Vərəm


B) Allergik övrə

C) Kontakt dermatiti

D) Qırmızı qurd eşənəyi

E) Trombositopenik purpura


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
90) Aşağıda qeyd olunanlardan hansı II tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?

A) Qudpasçer sindromu

B) Kontakt dermatiti

C) Hemolitik anemiya

D) Trombositopenik purpura

E) Qreyvs xəstəliyi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.
91) Aşağıda qeyd olunanlardan hansı IV tip allergik reaksiyanın iştirakı ilə inkişaf edən xəstəliklərə aid deyildir?

A) Transplantantın qopma reaksiyası

B) Allergik kontakt dermatiti

C) Allergik rinit

D) Tireoidit

E) Vərəm
Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001 г.


92) Atopik xəstəliyə nə aiddir?

A) Miasteniya

B) Autoimmun xəstəliklər

C) Hiperhəssaslı miokardit

D) İrsi Kvinke ödemi

E) Polinozlar


Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
93) Allergen nə ola bilər?

A) Rentqen şualar

B) Tozcuq

C) Soyuq


D) Ultrabənövşəyi şuaları

E) İsti
Ədəbiyyat: Под ред. Р. М. Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.


94) Allergik rinit zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarı artır?

A) IgE


B) IgA

C) IgM


D) IgG

E) IgF
Ədəbiyyat: İ Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.


95) İmmunoqlobulin IgE- nin qanda miqdarının artması hansı xəstəlik üçün xarakterikdir?

A) Xroniki qastrit

B) Xroniki bronxit

C) Pnevmoniya

D) Allergik rinit

E) Mukovisidoz


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.

96) Hansı xəstəliklər zamanı immunoqlobuliln IgE tipinin qanda miqdarı artmır?

A) Allergik rinit

B) Allergik qastroenteropatiya

C) Atopik bronxial astma

D) Atopik dermatit

E) Xroniki obstruktiv bronxit


Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.
97) Atopik dermatit xəstəliyi zamanı immunoqlobulinin hansı tipinin qanda miqdarının artması xarakterikdir?

A) IgF


B) IgG

C) IgM


D) IgE

E) IgA
Ədəbiyyat: Лолор-мл., Т. Фишер, Д. Адельман. «Клиническая иммунология и аллергология» 2000 г.


98) Kəskin iltihabda, polimorf nüvəli neytrofillərin zədələnmə sahəsinə istiqamətlənməsi necə adlandırılır?

A) Kəskin hiperemiya

B) Karioreksis

C) Xemotaksis

D) Xromatolizis

E) Passiv hiperemiya


Ədəbiyyat:
99) Aşağıdakı araxidon turşusu metabolitlərindən hansı trombositlərin aqreqasiyasına təkan verir?

A) Prostaqlandin 2

B) LT (leykotriyen) B4

C) LT (leykotriyen) E4

D) Hipofizin adrenokortitrop funksiyasının fəallaşdırılması

E) Prostaqlandin I 2


Ədəbiyyat: Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin) 2005г.
100) Allergenlərin orqanizmə daxil olma yollu (yolları) hansıdır?
A) İnhalyasion

B) Qida ilə

C) Sadalananların hamısı

D) İnyeksion

E) Kontakt
Ədəbiyyat: Ədəbiyyat: В. И. Пыцкий, Н. В. Адрианова, А. В. Артомасова «Аллергические заболевания» 1999г.

101) Metal-allergenlər əsasən hansı xəstəliyi yaradır?
A) Kontakt dermatit

B) Xroniki övrə

C) Atopik dermatit

D) Ekzogen allergik alveolit

E) Bronxial astma
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
102) Kimyəvi birləşmələrin təsir mexanizminə hansı effekt daxildir?
A) Sadalananların hamısı

B) Yalançı allergik

C) Allergik

D) Metabolik

E) Toksiki
Ədəbiyyat: Ədəbiyyat: Д. К. Новиков «Клиническая аллергология» 1991г.
103) Aşağıdakı komplementlərdən hansı anafilaktoid təsir göstərir?

A) C5A


B) C4b

C) C5b-9


D) C3b

E) C1q
Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)


104) Diaqnostik və müalicəvi allergenlər harada saxlanılmalıdırlar?
A) Sərin quru yerdə (10-12ºC)

B) Termostatda

C) Soyuducuda (4ºC)

D) Otaq şəraitində

E) Xüsusi ambarda
Ədəbiyyat: Хаитова, Н. И. Ильиной. «Аллергология и иммунология: национальное руководство» 2009 г.
105) Azərbaycanın hansı bölgəsində təbii speleoterapiya aparmaq mümkündür?
A) Masallıda

B) Qazaxda

C) Qəbələdə

D) Naftalanda

E) Naxçıvanda
Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 142

106) Süni şəraitdə speleoterapiya aparılan yer necə adlanır?
A) Astmakamera

B) Halokamera

C) Barokamera

D) Şaxtkamera

E) Vitakamera
Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 142
107) Speleoterapiya hansı duzun müalicəvi effektinə əsaslanıb?
A) Kalsium xlorid

B) Piridoksin hidroxlorid

C) Maqnezium sulfat

D) Natrium xlorid

E) Natrium bikarbonat
Ədəbiyyat: А. Н. Окороков «Лечение болезней внутренних органов» 2000 г., том 1, с. 141

108) Aşağıda sadalanan hansı bronxolitikin təsir müddəti 32 saata kimi davam edə bilər?
A) Salbutamol

B) İpratropium bromid

C) Formoterol

D) Salmeterol

E) Tiotropium bromid
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 103
109) Hansı xəstəlikdə Nikolski simptomu müsbət olur?
A) Kvinke ödemi

B) Leffler sindromu

C) Atopik dermatit

D) Layell sindromu

E) Allergik övrə
Ədəbiyyat: Под ред. Р. М. Хаитова «Клиническая аллергология» 2002, s. 374
110) Insekt allergiyası nə deməkdir?
A) Tozcuqlara qarşı allergiya

B) Ev tozuna qarşı allergiya

C) Yuna qarşı allergiya

D) Həşəratlara qarşı allergiya

E) Qida allergiyası
Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г., s. 492


Spesifik allerqoloji diaqnostika

111) Tozcuq allergiyası zamanı allerqoloji anamnez nəyi aşkarlamaq imkanı verir?

A) Törədici allergenlər qrupunu ehtimal etmək imkanı verir

B) Heç bir rolu yoxdur

C) Sensibilizasiyanın bəzi növlərində rol oynayır

D) Bütün törədici allergenləri aşkar etməyi

E) Törədici allergenləri istisna etməyi


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
112) Tozcuq allergiyası zamanı kliniki təzahürlər hansı halda dəyişir?

A) Virus xəstəlikləri fonunda ortaya çıxır

B) İsti, quru, küləkli havada güclənir

C) İlin soyuq vaxtında güclənir

D) Yağışlı havada güclənir

E) Hava şəraitindən asılı deyil


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.

113) Bronx təhrikedici testləri kimlərə tətbiq edilməlidir?

A) Bronx hiperreaktivliyi olanlara

B) Astmaya bənzər əlamətləri olmasına baxmayaraq, müayinə və XTF göstəriciləri ilə diaqnozu dəqiqləşdirilə bilinməyənlərə

C) Bronx hiperreaktivliyi olmayanlara

D) ) Sadalananların hamısı

E) Bronx hiperreaktivliyi olmayanlara


Ədəbiyyat: Elif Dağlı, Fazilet Karakoç “Çocuk göyüs hastalıkları” səh. 85.
114) Tozcuq allergiyası zamanı göstərdiklərimizdən hansı tez-tez allergik reaksiyalar törəyir?

A) Çobanyastığı həlimi

B) Sulfanilamidlər

C) «B» qrupu vitaminləri

D) Antibiotiklər

E) Penisillin


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
115) Qanda allergenlərə qarşı spesifik İgE aşkar edilməsinin üstünlüklərinə hansı aid deyil?

A) Hətta antihistamin qəbulunun belə nəticəyə təsir etməməsi

B) Sadalananların hamısı

C) Yüksək həssaslığı

D) Hətta kəskin ekzemalı xəstələrə də tətbiq oluna bilməsi

E) Sistem reaksiya riskinin olmaması


Ədəbiyyat: : Klinik allerqologiya və immunologiya, (t.e.d., prof. L.İ.Allahverdiyevanın redaktəsi ilə) 2010, səh. 36

116) İntradermal testlər hansı xəstələrə tətbiq edilir?

A) Dəri prick testlərinin nəticəsi neqativ olan xəstələrə

B) Dərman allergiyası olan bütün xəstələrə

C) Yalnız qida allergiyasında

D) Dərman allerdiyasında intradermal sınaqlarının əhəmiyyəti yoxdur

E) Klinik əlamətlər allergenlə təmasdan 12 saat sonra meydana çıxan xəstələrə


Ədəbiyyat: Fuat Kalyonçu "Allerji hastalıklarında yeni ufuklar", səh.152
117) Penisillinə allergiyası olan xəstələrə dərmanlardan hansı ehtiyatla təyin edilməlidir?

A) Azitromisin

B) Ampisillin

C) Siprofloksasin

D) Rifampisin

E) Linkomisin


Ədəbiyyat: Р. М. Хаитов, Н. И. Ильин. «Аллергология. Клинические рекомендации» 2008 г.
118) İnsekt allergiyasını nəticələrdən hansı ən yaxşı sübut edir?

A) Müsbət prik-test ya dəri içi test

B) Spesifik İgG antitoksinlər

C) Sənədləşdirilmə ilə təsdiq olunmuş sistem allergik reaksiya

D) 5-7 gün davam edən yayılmış yerli reaksiya

E) Spesifik İgE antitoksinlər


Ədəbiyyat: : Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
119) Allergik rinitin diaqnostikasında hansı test ən faydalıdır?

A) Sürətli hiperhəssaslıq dəri testi

B) Qanda İgE-nin təyini

C) Leykositar formula

D) Radioallerqosorbent test RAST (qanda anticismlərin təyini)

E) Eozinofillərə boyanan burun ifrazatından yaxma


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
120) İrsi angionevrotik ödemin diaqnostikasında aşağıdakılardan hansını yoxlamaq məsləhətdir

A) C1 – inhibitorunun miqdarını

B) Hematokrit göstəricisini

C) Zərdabda İgA konsentrasiyası

D) Sekretor İgA konsentrasiyası

E) Bazofilləin sayını


Ədəbiyyat: Под ред. Р. М. Хаитова и Н. И. Ильиной «Аллергология и иммунология. Национальное руководство» 2009 г.
121) Epidermal allergiyanın kəskinləşməsi nə zaman təsadüf edilir?

A) KRVİ fonunda

B) Yağışlı havada

C) Heyvanlarla kontakt zamanı

D) İsti havada

E) Qan soran həşəratların sancması zamanı


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
122) Allergenlərlə dəri sınaqları hansı hallarda aparılır?

A) Stabil remissiya dövründə

B) Allergik xəstəliklərin kəskinləşməsində

C) Sakitləşən kəskinləşmə dövründə

D) Hər zaman

E) Ümumiyyətlə aparılmır


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
123) Dəri sınaqları nə zaman dürüst hesab edilir?

A) Test-nəzarət mənfi, histamin isə müsbət reaksiya verəndə

B) Test-nəzarət və histamin mənfi reaksiya verəndə

C) Test-nəzarət müsbət, histamin isə mənfi reaksiya verəndə

D) Test-nəzarət, histamin və allergenlər müsbət reaksiya verəndə

E) Test-nəzarət, histamin və allergenlər mənfi reaksiya verəndə


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
124) Allergenlərlə aparılan dəri testlərinin nəticələri hansı müddətdən sonra qiymətləndirilir?

A) 5 dəqiqədən sonra

B) 20 dəqiqədən sonra

C) 24 saatdan sonra

D) 60 dəqiqədən sonra

E) 10 dəqiqədən sonra


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
125) Hansı hallar dəri testlərinin aparılmasına əks göstəriş deyil?

A) Üz nahiyəsində Kvinke ödemi

B) Ürək-damar xəstəliklərinin dekompensasiya mərhələsi

C) KRVİ


D) Onurğa osteoxondrozu

E) Qara ciyər xəstəliklərinin dekompensasiya mərhələsi


Ədəbiyyat: Под ред. Лолора младшего, Т. Фишера, Д. Адельмана. «Клиническая иммунология и аллергология» 2000г.
126) Diaqnostik allergenlərlə prik-test (iynə testi) nə zaman pozitiv (müsbət) hesab olunur?

A) Qabarcıq və hiperemiya olmadıqda

B) Hiperemiyanın diametri 2 mm olanda

C) Qabarcıqsız hiperemiya olanda

D) Qabarcıqın diametri 1 mm olanda

E) Hiperemiya ilə olan qabarcıqın diametri 5 mm olanda


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.
127) Skarifikasiya testləri aparıldıqda nə zaman reaksiya mənfi (-) hesab olunur?

A) Ölçülər nəzarət qrupundakı kimi olanda

B) Hiperemiyanın diametri > 1 mm olanda

C) Qabarcıq 1 mm olanda

D) Hiperemiya sahəsinin diametri 1 mm olanda

E) Hiperemiyanın diametri 10 mm olanda


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.

128) Provakasiya allergik testlərini nə zaman aparmaq olar?

A) Hər zaman

B) Allergik xəstəliyin remissiya dövründə

C) Allergik xəstəliklərin kəskinləşməsində

D) KRVİ fonunda

E) Aparmaq lazım deyil


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.
129) Provakasiya nazal test hansı halların diaqnostikasında istifadə olunur?

A) Kontakt dermatitdə

B) Qida allergiyasında

C) Bakterial allergiyada

D) Dərman allergiyasında

E) Bitki tozu allergiyasında


Ədəbiyyat: Под ред. Р. М.Хаитова. «Клиническая аллергология» 2002 г.

130) Pollinozlar daha tez-tez hansı bitkinin tozcuqları ilə yaranır?

A) Süni tozlanan bitkilər

B) Özünü tozlayan bitkilər

C) Həşəratlarla tozlanan bitkilər

D) Küləklə tozlanan bitkilərin

E) Çarpaz tozlanan bitkilər


Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.
131) Aşağıdakılardan hansı hüceyrə həssaslıq reaksiyasının nümunəsidir?

A) Anafilaksiya

B) Komplement

C) B-asılı E-qlobulin tipini

D) Anticismlə bağlı hüceyrə toksikliyi

E) İmmun kompleks xəstəliyi


Ədəbiyyat: : Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
132) Pollinozlar zamanı yaranan allergik anticismlər daha çox hansı sinif immunoqlobulinlərə aiddir?

A) İg A


B) İgG

C) İgE, qismən İgG

D) İgD

E) İgM
Ədəbiyyat: Под ред. Р. М. Хаитова. «Клиническая аллергология» 2002г.


133) Allergenlərlə dəri testləri hansı xəstələrə göstərişdir?

A) Ekzemalı

B) Xroniki haymoritli

C) Pollinozlu

D) Pnevmoniyalı

E) Xroniki otitli


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
134) Aşağıdakı xəstəliklərdən hansı immunokomplekslər mexanizmi ilə əmələ gəlmir?

A) Qırmızı qurd eşənəyi

B) Zərdab xəstəliyi

C) Düyünlü poliarterit

D) Gudpasçer sindromu

E) Bəzi kəskin qlomerulonefrit tipləri


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
135) Dəri allergiya sınaqlarını hansı hallarda aparmaq mümkündür?

A) Xəstəliyin hər hansı fazası

B) Ümumiyyətlə aparmırlar

C) Sağlam adamlarda

D) Xəstəliyin remissiya dövründə

E) Xəstəliyin kəskinləşməsi dövründə


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
136) Dəri sınaqları üçün əks göstəriş hansıdır?

A) Allergik rinitin mülayim klinik təzahürü

B) Atopik dermatitin remissiyası

C) Allergik xəstəliyin kəskinləşməsi

D) Allergik xəstəliyin remissiyası

E) Anamnezdə İgE-vasitəli allergik reaksiyalar


Ədəbiyyat: Под ред. Г. Б. Федосеева. «Аллергология» 2001г.
137) Aşağıdakı xəstəliklərin hansının patogenezində toxumada immun komplekslərin toplanması rol oynayır?

A) Miasteniya qravis

B) Gudpasçer sindromu

C) Qreyvs xəstəliyi

D) Streptokokkdan sonrakı qlomerulonefrit

E) İmmun trombositopenik purpura


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
138) Bir antigenlə əvvəldən sensibilizasiya edilmiş şəxsin eyni antigenlə təkrar qarşılaşması halında, tosqun hüceyrə səthindəki antigen-anticism reaksiyası sonunda çox qısa müddətdə gələn hiperhəssaslıq reaksiyası aşağıdakılardan hansıdır?

A) Anticismə bağlı tip II

B) Tip IV

C) Tip III

D) Tip I

E) Komplementə bağlı tip II


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
139) Aşağıdakı durumlardan hansı İgE-nin bazofil və tosqun hüceyrələrinə təsiri nəticəsində əmələ gəlir?

A) Arı ilə sancılandan sonra dəridə əmlə gələn urtikar tipli zədələnmələr

B) Qreyvs xəstəliyində olan hipertireoz

C) Uyğunsuz qan köçürülməsi nəticəsində yaranan kürəkdə ağrı, nəfəs darlığı və hematuriya

D) Tuberkulin testindən əmələ gələn makulopapular zədələnmələr

E) Revmatoid artritli xəstənin diz sinovial toxumasında əmələ gələn limfoplazmositar hüceyrə reaksiyası


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
140) Aşağıdakı xəstəliklərin hansının patogenezində hüceyrə-vasitəli hiperhəssaslıq reaksiyası rol oynayır?

A) Şəkərli diabet tip I

B) Astma

C) Qırmızı qurd eşənəyi

D) Autoimmun hemolitik anemiya

E) Pernisioz anemiya


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
141) 12-yaşlı qız uşağının, dəniz məhsulları istifadəsindən sonra, bədənində qaşıntılı eritemli dəri zədələnmələri qeyd olunur. Bunun əmələ gəlməsinin immunoloji mexanizmi aşağıdakılardan hansıdır?

A) İmmun komplekslərin toplanması

B) C1 esteraza çatmamazlığı

C) İgA çatmamazlığı

D) Gecikmiş tip hiperhəssaslıq

E) Tip I hiperhəssaslıq


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
142) Aşağıdaılardan hansı tip II hiperhəssaslıq xəstəliklərindən biridir?

A) Qırmızı qurd eşənəyi

B) Zərdab xəstəliyi

C) Gudpasçer sindromu

D) Kontakt dermatiti

E) Allergik rinit


Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
143) Alfa-1 antitripsinin çatışmazlığında ən çox aşağıdakılardan hansı əmələ gəlir?

A) Birincili emfizema

B) Rey sindromu

C) Mukovistidoz

D) Pnevmoniya

E) Bronxial astma

Ədəbiyyat: Patoloji konu (Tus Data, 2013, Davut Şahin)
144) Aspirin səbəbli bronxial astmada hansı dərman/ya dərman qrupu qəbulunun tam kəsilməsini tələb edilir?

A) Qeyri-steroid iltihab əleyhinə olan preparatlar

B) Sulfanilamid preparatları

C) Dibazol

D) Papaverin

E) Penisillin


Ədəbiyyat: А. Инсанов, Н. Гасанов. «Современные методы лечения бронхиальной астмы» 1990 г.

145) Aspirin səbəbli bronxial astmada pəhrizdə hansı qida maddələri istisna edilməlidir?

A) Toyuq əti, qaz əti, balıqı

B) Tərkibində təbii zülallar böyük miqdarda olan qida maddələri

C) Tərkibində böyük miqdarda karbohidratlar olan qida maddələri

D) Hər hansı qida maddəsinin istisna edilməsinin heç bir əhəmiyyəti yoxdur

E) Tərkibində konservantlar olan ərzaq maddələri


Ədəbiyyat: GİNA, 2010

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə