3-cü fəsil
«Qlobal NATO»
Yeni strategiyanın əsas ideyası - «qlobal NATO»-mm,
elə bir hərbi ittifaqın yaradılmasıdır ki, o öz məsuliyyət
sferasını genişləndirərək, bütün dünyam əhatə edə bilsin.
Vaşinqton və Brüsseldə bu planlan
«avroatlantik
təhlükəsizlik strukturlarının qloballaşdınlması» adlandırır,
Alyansın yeni strategiyasının qəbuluna çoxsaylı yerli
münaqişələrin, yeni raket və nüvə dövlətlərinin, həmçinin
kimyəvi və bakterioloji silahların işlənilib hazırlanması və
tətbiqi nöqteyi-nəzərindən potensial təhlükəli ölkələrin
meydana çıxması ilə haqq qazandırırlar.
NATO-nun qlobal strategiyasının əsas məqsədlərindən
biri ABŞ-m və blokun aparıcı dövlətlərinin maraqlarının
qlobal miqyasda qorunmasıdır. Hərbi mənada söhbət
Atlantikadan Orta Şərqə qədər təsir dairəsinə yenidən
baxılmasından, quru və dəniz hərbi əməliyyatları üçün
yeni meydanlardan istifadə edilməsindən gedir. Burada
BMT TŞ-ııın yaxud ATƏT-in qabaqcadan sanksiyalarını
almadan müstəqil güc tətbiqi də nəzərdə tutulur.
Mahiyyətcə, blokun məsuliyyət zonasından kənarda güc
tətbiq etməklə aksiyalar keçirmək iddiası açıq-aşkar
görünür.
Rusiya ekspertllərinin fikrincə isə, həm Vaşinqtonda,
həm də Brüsseldə yüksək rütbəli hərbçilər bu ölkənin
geniş ərazilərində böyük miqdarda zəif qorunan nüvə
silahlarının olmasından narahatdırlar. Onların fikrincə,
qeyri-sabit Rusiyada bu qorxunc silah nəzarət altma
almana qədər NATO bloku öz hərbi potensialını
təkmilləşdirəcək və onu Şərqə doğru irəlilədəcəkdir.
66
Alyansın mütəxəssislərinin proqnozlarına görə belə
yanaşma
bu
gün
olmasa
da
gələcəkdə
özünü
doğruldacaqdır.
NATO-nun genişlənməsi düsturu rəsmi səviyyədə
reklam çağırışı kimi təkrar olunur: «Alyansın qapılan hamı
üçün açıq olaraq qalır». Blokun əsas «qapısı önündə» isə
artıq «könüllü»lər sıraya düzülmüşlər.
67
4-cü fəsil
NATO-nun «yumşaq» təhlükəsizlik siyasəti
NATO-nun fəaliyyətinin digər az öyrənilmiş cəhəti bu
fəaliyyətin hərbi-siyasi aspekti ilə bilavasitə bağlı olmayan
sferalarda əməkdaşlığın inkişafıdır.
«Aralıq
Dənizi
Dialoqu» nümunəsində biz gördük ki, hərbi əməkdaşlıqla
yanaşı NATO «yumşaq» təhlükəsizlik problemlərinə
getdikcə daha çox diqqət yetirir. NATO-nun mövcud
°lduğu 60 il ərzində Şimali Atlantika İttifaqı daxilində
bütöv strukturlar şəbəkəsi yaranmışdır. Onlar siyasi,
iqtisadi, ekoloji, sosial, hüquq müdafiəsi və mədəni
sahələrdə əməkdaşlığa, məsləhətləşmələrə və beynəlxalq
problemlərin həllinə köməklik etməlidirlər. Qeyd edək ki,
qeyri-hərbi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi
məsələsi hələ ötən əsrin 50-60-cı illərində, yəni Alyansın
ilk formalaşma və təşkilatlanma illərində müzakirə
mövzusuna çevrilmişdir. Çünki SSRİ-nin ABŞ-a birbaşa
zərbə endirmək potensialına yiyələnməsi hərbi-siyasi
ritorikada bəzi dəyişikliklər etməyi tələb edirdi. Ənənəvi
hərbi-siyasi gedişlər acınacaqlı nəticələrə gətirib çıxara
bilərdi. Bu, müttəfiqlərin mövqeyinə ciddi təsir etməyə
başladı. Artıq sərt hərbi-siyasi bəyanatlar öz populyarlığını
itirdi. Çevildik, operativlik, preventivlik kimi prinsiplər
aktuallıq kəsb etməyə başladılar. Hətta rəqib qüvvələrlə,
kommunistlərlə açıq və fasiləsiz dialoq qurmaq kimi
çağırışlar da səslənirdi . Bu yolla müttəfiqlər aradakı
Belə ki, münasibətlərin bu qəbildən olan inkişafının əsaslan h ələ XX əsrin 60-
70-cı illərində labüd edilmişdir. Maraqlıdır ki, 1967-ci ildə NATO Strateji
Konsepsiyalarına əlavə olaraq qəbul edilmiş Harmel doktrinasında, bir tərəfdən
Alyansın hərbi potensialının artırılması nəzərdə tutulurdusa, digər tərəfdən Sovet
68
gərginliyi yumşaltmağa, vəziyyəti nəzarət altında sax
lamağa çalışırdılar. Bu, o dövr üçün uzaqgörən yanaşma ilk
dəfə, yüksək rəsmi səviyyədə 1967-ci ildə Belçikanın o
zamankı xarici işlər naziri Pyer Harmel tərəfindən irəli
sürülmüşdür. O, eyni zamanda ekspertlər tərəfindən
NATO tarixinin dönüş nöqtəsi kimi de qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, «soyuq müharibə» illərində
qarşılıqlı fəaliyyətin bu, qeyri-hərbi sahələri NATO-nun
hərbi strukturunun ayrılmaz tərkib hissəsi hesab olunurdu
və sovet təbliğatı onlara müstəqil qurumlar kimi baxmırdı.
Ədalət naminə deməliyik ki, o zaman həmin qurumlar
həqiqətən blokun hərbi strukturuna münasibətdə tabe
vəziyyətdə idilər. Lakin Alyansın qeyri-hərbi orqanlarının
cizgiləri 60-cı
illərin sonuna doğru
formalaşmağa
başlamışdı və prezident R.Nikson NATO-nun 1969-cu
ildəki yubiley sessiyasında blokun hərbi, siyasi və sosial
yönümünün mövcudluğunu heç də təsadüfən bəyan
etməmişdi. Bununla belə, 90-cı illərin başlanğıcında
Şimali Atlantika Alyansının kollektiv müdafiə və
təhlükəsizlikdən başqa əlavə işlərlə də məşğul olması
çoxları üçün gözlənilməz oldu. Amma yenə də NATO-ya
ənənəyə görə sırf hərbi təşkilat kimi baxılır və
əməkdaşlığın başqa sahələri nəinki Azərbaycanda, hətta
rus elmi publisistikasında da praktik olaraq işıqlandırılmır.
Bu, həmin sahə ilə məşğul olan tədqiqatçıların əsas
səhvlərindən biridir və biz bu işimizlə yaranmış boşluğu
müəyyən
qədər
doldurmağa
çalışacağıq.
Çünki,
skeptiklərin
fikrinə rəğmən əməkdaşlığın «əyalət»
sferaları dinamik inkişaf edir və yaxın gələcəkdə də bu
İttifaqı v ə Varşava Bloku ölkələri ilə dialoqun aparılmasının zəruriliyi
vurğulamliTdı;
69