Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə17/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

3-cü fəsil 

«Qlobal NATO»

Yeni  strategiyanın  əsas  ideyası  -  «qlobal  NATO»-mm, 

elə  bir  hərbi  ittifaqın  yaradılmasıdır  ki,  o  öz  məsuliyyət 

sferasını  genişləndirərək,  bütün  dünyam  əhatə  edə  bilsin. 

Vaşinqton  və  Brüsseldə  bu  planlan 

«avroatlantik 

təhlükəsizlik  strukturlarının  qloballaşdınlması»  adlandırır, 

Alyansın  yeni  strategiyasının  qəbuluna  çoxsaylı  yerli 

münaqişələrin,  yeni  raket və nüvə dövlətlərinin, həmçinin 

kimyəvi  və bakterioloji  silahların işlənilib hazırlanması  və 

tətbiqi  nöqteyi-nəzərindən  potensial  təhlükəli  ölkələrin 

meydana çıxması ilə haqq qazandırırlar.

NATO-nun  qlobal  strategiyasının  əsas  məqsədlərindən 

biri  ABŞ-m  və  blokun  aparıcı  dövlətlərinin  maraqlarının 

qlobal  miqyasda  qorunmasıdır.  Hərbi  mənada  söhbət 

Atlantikadan  Orta  Şərqə  qədər  təsir  dairəsinə  yenidən 

baxılmasından,  quru  və  dəniz  hərbi  əməliyyatları  üçün 

yeni  meydanlardan  istifadə  edilməsindən  gedir.  Burada 

BMT  TŞ-ııın  yaxud  ATƏT-in  qabaqcadan  sanksiyalarını 

almadan  müstəqil  güc  tətbiqi  də  nəzərdə  tutulur. 

Mahiyyətcə,  blokun  məsuliyyət  zonasından  kənarda  güc 

tətbiq  etməklə  aksiyalar  keçirmək  iddiası  açıq-aşkar 

görünür.

Rusiya  ekspertllərinin  fikrincə  isə,  həm  Vaşinqtonda, 

həm  də  Brüsseldə  yüksək  rütbəli  hərbçilər  bu  ölkənin 

geniş  ərazilərində  böyük  miqdarda  zəif  qorunan  nüvə 

silahlarının  olmasından  narahatdırlar.  Onların  fikrincə, 

qeyri-sabit  Rusiyada  bu  qorxunc  silah  nəzarət  altma 

almana  qədər  NATO  bloku  öz  hərbi  potensialını 

təkmilləşdirəcək  və  onu  Şərqə  doğru  irəlilədəcəkdir.

66

Alyansın  mütəxəssislərinin  proqnozlarına  görə  belə 



yanaşma 

bu 


gün 

olmasa 


da 

gələcəkdə 

özünü 

doğruldacaqdır.



NATO-nun  genişlənməsi  düsturu  rəsmi  səviyyədə 

reklam çağırışı kimi təkrar olunur:  «Alyansın qapılan hamı 

üçün  açıq  olaraq  qalır».  Blokun  əsas  «qapısı  önündə»  isə 

artıq «könüllü»lər  sıraya düzülmüşlər.

67



4-cü fəsil

NATO-nun «yumşaq» təhlükəsizlik siyasəti

NATO-nun  fəaliyyətinin  digər  az  öyrənilmiş  cəhəti  bu 

fəaliyyətin hərbi-siyasi aspekti ilə bilavasitə bağlı olmayan 

sferalarda  əməkdaşlığın  inkişafıdır. 

«Aralıq 

Dənizi 


Dialoqu»  nümunəsində  biz  gördük ki,  hərbi  əməkdaşlıqla 

yanaşı  NATO  «yumşaq»  təhlükəsizlik  problemlərinə 

getdikcə  daha  çox  diqqət  yetirir.  NATO-nun  mövcud 

°lduğu  60  il  ərzində  Şimali  Atlantika  İttifaqı  daxilində 

bütöv  strukturlar  şəbəkəsi  yaranmışdır.  Onlar  siyasi, 

iqtisadi,  ekoloji,  sosial,  hüquq  müdafiəsi  və  mədəni 

sahələrdə  əməkdaşlığa,  məsləhətləşmələrə  və  beynəlxalq 

problemlərin həllinə köməklik etməlidirlər.  Qeyd edək  ki, 

qeyri-hərbi  sahələrdə  əməkdaşlığın  inkişaf  etdirilməsi 

məsələsi hələ  ötən əsrin  50-60-cı  illərində,  yəni  Alyansın 

ilk  formalaşma  və  təşkilatlanma  illərində  müzakirə 

mövzusuna  çevrilmişdir.  Çünki  SSRİ-nin  ABŞ-a  birbaşa 

zərbə  endirmək  potensialına  yiyələnməsi  hərbi-siyasi 

ritorikada  bəzi  dəyişikliklər  etməyi  tələb  edirdi.  Ənənəvi 

hərbi-siyasi  gedişlər  acınacaqlı  nəticələrə  gətirib  çıxara 

bilərdi.  Bu,  müttəfiqlərin  mövqeyinə  ciddi  təsir  etməyə 

başladı. Artıq sərt hərbi-siyasi bəyanatlar öz populyarlığını 

itirdi.  Çevildik,  operativlik,  preventivlik  kimi  prinsiplər 

aktuallıq  kəsb  etməyə  başladılar.  Hətta  rəqib  qüvvələrlə, 

kommunistlərlə  açıq  və  fasiləsiz  dialoq  qurmaq  kimi 

çağırışlar  da  səslənirdi  .  Bu  yolla  müttəfiqlər  aradakı

Belə  ki,  münasibətlərin  bu  qəbildən  olan  inkişafının  əsaslan  h ələ  XX  əsrin  60- 

70-cı  illərində  labüd  edilmişdir.  Maraqlıdır  ki,  1967-ci  ildə  NATO  Strateji 

Konsepsiyalarına  əlavə  olaraq  qəbul  edilmiş  Harmel  doktrinasında,  bir  tərəfdən 

Alyansın hərbi  potensialının  artırılması  nəzərdə  tutulurdusa,  digər tərəfdən  Sovet

68

gərginliyi  yumşaltmağa,  vəziyyəti  nəzarət  altında  sax­



lamağa çalışırdılar. Bu, o dövr üçün uzaqgörən yanaşma ilk 

dəfə,  yüksək  rəsmi  səviyyədə  1967-ci  ildə  Belçikanın  o 

zamankı  xarici  işlər  naziri  Pyer  Harmel  tərəfindən  irəli 

sürülmüşdür.  O,  eyni  zamanda  ekspertlər  tərəfindən 

NATO tarixinin dönüş nöqtəsi kimi de qiymətləndirilir.

Qeyd  etmək  lazımdır  ki,  «soyuq  müharibə»  illərində 

qarşılıqlı  fəaliyyətin  bu,  qeyri-hərbi  sahələri  NATO-nun 

hərbi  strukturunun  ayrılmaz  tərkib  hissəsi  hesab  olunurdu 

və  sovet təbliğatı onlara müstəqil  qurumlar kimi  baxmırdı. 

Ədalət  naminə  deməliyik  ki,  o  zaman  həmin  qurumlar 

həqiqətən  blokun  hərbi  strukturuna  münasibətdə  tabe 

vəziyyətdə  idilər.  Lakin  Alyansın  qeyri-hərbi  orqanlarının 

cizgiləri  60-cı 

illərin  sonuna  doğru 

formalaşmağa 

başlamışdı  və  prezident  R.Nikson  NATO-nun  1969-cu 

ildəki  yubiley  sessiyasında  blokun  hərbi,  siyasi  və  sosial 

yönümünün  mövcudluğunu  heç  də  təsadüfən  bəyan 

etməmişdi.  Bununla  belə,  90-cı  illərin  başlanğıcında 

Şimali  Atlantika  Alyansının  kollektiv  müdafiə  və 

təhlükəsizlikdən  başqa  əlavə  işlərlə  də  məşğul  olması 

çoxları  üçün  gözlənilməz  oldu.  Amma yenə  də NATO-ya 

ənənəyə  görə  sırf  hərbi  təşkilat  kimi  baxılır  və 

əməkdaşlığın  başqa  sahələri  nəinki  Azərbaycanda,  hətta 

rus  elmi publisistikasında da praktik olaraq  işıqlandırılmır. 

Bu,  həmin  sahə  ilə  məşğul  olan  tədqiqatçıların  əsas 

səhvlərindən  biridir  və  biz  bu  işimizlə  yaranmış  boşluğu 

müəyyən 


qədər 

doldurmağa 

çalışacağıq. 

Çünki, 


skeptiklərin 

fikrinə  rəğmən  əməkdaşlığın  «əyalət» 

sferaları  dinamik  inkişaf  edir  və  yaxın  gələcəkdə  də  bu

İttifaqı  v ə   Varşava  Bloku  ölkələri  ilə  dialoqun  aparılmasının  zəruriliyi 

vurğulamliTdı;

69



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə