Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə25/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

onların  təhlükəsizliyinin  bölünməzi iyini  simvolizə  edir  - 

üzv  dövlətlərdən  birinə yaxud  bir neçəsinə  hücum  onların 

hamısına hücum kimi qəbul olunur.

İndiki  gərginlik  və  böhranlar  dövründə  NATO  ölkələri 

arasındakı  məsləhətləşmələr  xüsusi  əhəmiyyət  kəsb  edir. 

Zəruri  hallarda  qərarların  tez  qəbul  edilməsi  Alyans  üzvü 

olan 

dövlətlərin 



hökumətləri 

arasında 

daimi 

məsləhətləşmələrin  dərhal  başlamasından  asılıdır.  Zəruri 



intensiv  məsləhətləşmələr  aparmaq  üçün  NATO-nun  əsas 

forumları  Şimali  Atlantika  Şurası  və  Hərbi  Planlaşdırma 

Komitəsidir.  Müvafiq  praktika  və  prosedurlar  Şimali 

Atlantika  Alyansının  böhranların  aradan  qaldırılması  üzrə 

tədbirləridir.  Müntəzəm  olaraq  ölkələr və  NATO-nun  baş 

komandanları  ilə  birgə  böhranların  aradan  qaldırılması 

üsullarının yoxlanması və  işlənilib hazırlanması  üzrə birgə 

təlimlər,  seminarlar,  brifinqlər,  həmçinin  tədris  kursları 

keçirilir.

Rus  təhlilçilərinin  ən  geniş  yayılmış  səhvlərindən  biri 

budur 

ki, 


onlar  NATO-ya 

öz 


üzvlərinin 

«sərt» 


təhlükəsizliyini  təmin  etməyə  qabil  olan  bir  təşkilat  kimi 

baxaraq,  onun  qeyri-hərbi  sahədə  «yumşaq  diplomatiya» 

və  əməkdaşlıq  üçün  yararlı  olmadığını  düşünürlər.  Amma 

yuxarıdakı  təhlil  və  izahlarımıza  əsasən  deyə  bilərik  ki, 

NATO «soyuq müharibə»dən sonra əməkdaşlığın əvvəllər 

«əyalət»  sahələri  hesab  olunan  sferalarını  qızğın  inkişaf 

etdirir  ki,  buna  da  ən  yaxşı  misallardan  biri  Aralıq  dənizi 

dialoqudur.  Hazırda  NATO  ilə  Aralıq  dənizi  ölkələri 

arasında  hərbi  deyil,  məhz  iqtisadi  və  sosial  təhlükəsizlik 

problemləri  üstünlük  təşkil  edir  və  belə  görünür  ki,  bu 

tendensiya yaxın gələcəkdə də davam edəcəkdir.

98

Belə  yanaşma  prinsipcə  düzgün  hesab  olunmalıdır, 



çünki  region  ölkələri  NATO-ya  tammiqyaslı  inteqrasiya 

üçün  hələ  hazır  deyildilər.  Bunun  səbəblərindən  bəziləri 

bu  kitabın  I  hissəsinin  I  bölməsinin  7-ci  fəslində 

göstərilmişdir.  Burada  isə  onu  qeyd  etmək  istərdik  ki, 

Bloklara  qoşulmamaq  hərəkatının  sabiq  üzvləri  olan 

Məğrib  ölkələrinin  ictimai  rəyinin  böyük  bir  hissəsi 

NATO-ya  xüsusi  rəğbət  bəsləmir  və  onu  «soyuq 

müharibə»  dövrünün  SSRİ-nin dağılmasından  sonra  Aralıq 

dənizi  regionunda  özünə  yeni  rəqiblər  axtaran  ömrünü 

artıq  sürmüş  bir  təşkilatı  hesab  edir.  Buna  görə  də  Şimali 

Afrika  dövlətləri  ilə  intensiv  qarşılıqlı  fəaliyyət  yalnız 

Mərkəzi  və  Şərqi  Avropa  ölkələrinin  təhlükəsizlik 

problemləri 

tam  həll  olunandan  və  onların 

Qərb 

strukturlarına  dönməz  inteqrasiyası  başa  çatandan  sonra 



başlayacaqdır.  Bundan  sonra  Şimali  Afrika  ölkələri 

haqqında  NATO-ya  üzv  qəbul  olunmaq  üçün  namizədlər 

kimi  ciddi  danışmaq  mümkün  olacaq  və  bəzi  tədqiqatçılar 

artıq  indi  Şimali  Atlantika  İttifaqının  üzvləri  ilə  Aralıq 

dənizi  ölkələrinin  yaxın  gələcəkdə  daha  rəsmi  qarşılıqlı 

fəaliyyətə keçəcəklərini  istisna etmirlər.

Bu  deyilənlərdən  aydın  olur  ki,  NATO-nun  qeyri-hərbi 

əməkdaşlığı  inkişaf  mərhələsini  yaşayır  və  bu,  ilk 

növbədə  təşkilatın  üzvləri  ilə  tərəfdaş  ölkələrə  aiddir. 

Bütün  bunlar  ondan  xəbər verir  ki,  NATO  ilə  tərəfdaşları 

arasında iqtisadiyyat,  ekologiya,  elm,  informasiya və  sosial 

sfera  kimi  sahələrdə  qarşılıqlı  asılılıq  rejimi  bərqərar olur. 

Belə  vəziyyət  Alyans  üçün  olduqca  əlverişlidir,  çünki  o, 

Qərbin  əlinə  Şərqi  Avropaya  və  bir  sıra  digər  regionlara 

təsir  etmək  üçün  real  rıçaqlar  verir.  Tərəfdaşlar  üçün  də 

qarşılıqlı  asılılıq  rejimi  sərfəlidir,  çünki  o,  tərəfdaşlara

99



müəyyən  proqramlarının  realizəsi  üçün  inkişaf  etmiş 

ölkələrin  büdcəsindən  xeyli  vəsaitin  ayrılmasını  nəzərdə 

tutur.  Amma,  bizim  fikrimizcə,  bu  situasiyaya  yalnız 

müsbət  tərəfdən  yanaşmaq  olmaz.  Qərblə  Şərqi  Avropa 

arasında qarşılıqlı asılılıq rejiminin güclənməsi NATO-nun 

keçmiş  rəqibi  SSRİ-nin  varisi  olan  Rusiya  ilə  həmin  bu 

Şərqi  Avropa  ölkələri  arasındakı  vaxtilə  mövcud  olmuş 

qarşılıqlı  asılılığın  sonu  deməkdir.  Artıq  indi  demək  olar 

ki,  Rusiya  Federasiyası  Varşava  müqaviləsi  Təşkilatının 

sabiq  üzvü  olan  dövlətlərə  keçmiş  SSRİ  dövründəki  təsir 

imkanlarını  praktik  olaraq  tamamilə  itirməkdədir.  Bu, 

Qərb  üçün  nə  qədər  arzuedilən  olsa  da  ümumən  dünyada 

ədalətli  sülhün  və  təhlükəsizliyin  bərqərar  olması  üçün 

müəyyən  təhlükələr  yaradır,  çünki  formalaşmaqda  olan 

birqütblü  dünya  düzəni  yalnız  NATO-nun  maraqlarına 

uyğundur və  BMT kimi  bir  təşkilatın nüfuzdan  düşməsinə 

gətirib  çıxara  bilər.  NATO  artıq  BMT  TŞ-nın  qərarı 

olmadan 


hərbi 

müdaxilə 

presedenti 

(keçmiş 


Yuqoslaviyada)  yaratmışdır  və  gələcəkdə  də  belə  halları 

istisna etmək olmaz.

NATO-nun  2009-cu  il  aprelin  2-də  Strasburqda 

keçirilmiş 

sammitindən 

əvvəl 


Alyansın 

yenidən 


formalaşdırılmasma  dair  inqilabi  təkliflərin  irəli  sürülməsi 

də bu dediklərimizi  sübut edir.  O zaman Rusiyanın nüfuzlu 

«Kommersant»  qəzeti  yazırdı:  «Sammit  zamanı  ABŞ 

blokun  yenidən  formalaşdırılması  konsepsiyasını  təqdim 

etməyə  hazırlaşır.  Konsepsiyaya  görə  NATO  məhdud 

sayda 


ölkələrin 

üzv 


olduğu 

hərbi-siyasi 

blokdan 

Avstraliya,  Yaponiya,  Cənubi  Koreya  kimi  ölkələrin  də 

daxil olduğu dünya təşkilatına çevriləcək.  Perspektivdə  isə 

alyansın BMT-ni əvəz etməsi planlaşdırılır...»

100

ABŞ-m  NATO-dakı  yeni  səfiri  postuna  Alyans  üzrə 



nüfuzlu  Amerika  ekspertlərindən  biri  kimi  tanınan  İvo 

Daalderin  təyin  olunması  heç  də  təsadüfi  deyildi.  Daalder 

Demokratiya  Liqası  yaradılması  ideyasının  çoxdankı 

tərəfdarıdır.  Bu  ideya ilə prezidentliyə respublikaçı keçmiş 

namizəd  Con  Makkeyn  çıxış  edirdi.  Makkeyn bildirirdi  ki, 

BMT  dünyada  demokratiya  ideyalarını  müdafiə  edə 

bilmədiyindən  bu  təşkilatı  əvəz  edən,  zərurət  yaranarsa, 

demokratiyanın  müdafiəsi  üçün  hərbi  güc  tətbiqini  də 

mümkün  sayan  beynəlxalq  təşkilatın  yaranmasına  ehtiyac 

var.


Makkeyn  və  Daalder  hesab  edirlər  ki,  BMT-nin  qeyri- 

mükəmməlliyi 

bu 

təşkilata 



üzv 

olan 


ölkələrin 

əksəriyyətində  diktatura  rejimlərinin  hökm  sürməsi  ilə 

bağlıdır.  Ona  görə  də  təşkilat  üzərinə  götürdüyü  missiyanı 

yerinə  yetirə  və  dünyada  müharibələrin,  münaqişələrin 

yaranmasının  qarşısını  ala  bilmir.  Daalder  də  məsələni 

2009-cu  ildə  NATO-nun  sammiti  zamanı  müzakirə  etməyi 

təklif etmişdi.  Ancaq  ekspert  bunu  da  əlavə  etməyi  lazım 

bilib  ki,  ideyanın  reallaşması  üçün  yeni  dünya  liderlərinin 

seçimi zəruridir.

Daalderin  mövqeyinə  görə,  ABŞ  zaman-zaman  xaricdə 

güc  tətbiq  etmək  məcburiyyəti  qarşısında  qalır,  o 

cümlədən  belə  hərbi  müdaxilələr  ölkədə  hansı  partiyanın 

hakimiyyətdə  olmasından  asılı  olmur.  Lakin  İraq  və 

Əfqanıstandakı  müharibələr  göstərdi  ki,  xaricdə  hərbi 

əməliyyatlar 

dünyanın 

razılığı 

olmadan 


həyata 

keçirilməməlidir,  beynəlxalq  təşkilatlar  belə  əməliyyatları 

legitimləşdirməlidir.  BMT  Təhlükəsizlik  Şurası  bunu 

etməyə  qadir  deyil.  Bu  təşkilat  son  onilliklər  ərzində 

dünyada heç  bir  hərbi  münaqişənin  qarşısını  ala  bilməyib. 

Səbəb  isə  Təhlükəsizlik  Şurasında yer alan  Rusiya və  Çin

101



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə