Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə24/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   20   21   22   23   24   25   26   27   ...   67

belə  məsələlərin  həlli  mürəkkəbləşir.  Bu  vəziyyət  həmin 

proseslərə 

dövlət 

qurumları 



tərəfindən 

birbaşa 


müdaxilənin  zəruriliyini  gücləndirir.  Qeyd  olunanlara 

əsasən  demək  olar ki,  texnogen  sivilizasiyanın  inkişafimn 

özü  də  artıq  onun  sərhədlərini  göstərən  böhranlı  həddə 

gəlib  çatmışdır.  Bu,  XX  əsrin  ikinci  yarısında  qlobal 

böhranların  və  geopolitik  maneələrin  baş  verməsi  ilə  üzə 

çıxmışdır. 

Texnogen 

sivilizasiyanın 

yaratdığı 

və 


bəşəriyyətin  mövcudluğunun  özünü  təhlükə  altma  alan 

çoxsaylı  problemlərdən  üç  başlıcası,  bizim  fikrimizcə, 

aşağıdakılardır.

Birinci-kütləvi  qırğın  silahının  fasiləsiz  təkmilləşdiril­

məsi  şəraitində  sağ  qalma  problemi.  İkinci  belə  kəskin 

problem bəşəri  varlığın  iki  aspektinin-  insanın  təbiətin  bir 

hissəsi  və  fəaliyyəti  ilə  onu  dəyişdirən  varlıq  kimi 

münaqişə  halına  gəlməsi  nəticəsində  ekoloji  böhranların 

qlobal miqyasda artmasıdır.  Üçüncü problem isə insanın öz 

dünyasını  təkmilləşdirməsi  zarnanı  praktik  olaraq  az 

nəzarət  etdiyi  və  onun  təbiətinə  yad  olan  qüvvələrin 

meydana  gəlməsi  ilə  hərtərəfli  artan  yadlaşma  prosesləri 

şəraitində  insan  şəxsiyyətinin  biososial  struktur  kimi 

qorunub saxlanmasıdır.

Bu  cür  məsələlərin  realizə  olunması  üçün  həm  hər  bir 

dövlətdə, həm də bütövlükdə dünya birliyində fəaliyyətdə 

olan  təsirli  strukturlar  formalaşmışdır.  Bu  o  deməkdir  ki, 

praktika  təhlükəsizlik  sənayesinin  yaranması  ilə  bağlı 

dəqiq  mövqenin  işlənilib  hazırlanmasının  zəruriliyini 

müəyyənləşdirmişdir.  XXI  əsrin  əvvəllərində  cəmiyyətin 

həyat  fəaliyyətinin  əsas  amilləri  onun  təhlükəsizliyi, 

resurs, 


iqtisadi, 

istehsal, 

elmi-texniki 

və  müdafiə 

potensiallarının  miqdar  və  keyfiyyət  xarakteristikalarını

94

özündə  birləşdirən  kriterilər  sistemi,  onlardan  səmərəli 



istifadə  olunması,  iqtisadi  fəzanın  bütövlüyünün  təmin 

olunması və  ictimai-iqtisadi  sistemin dinamik inkişaf edən 

şəraitə  adaptasiyası  imkanlarıdır.  NATO-nun  fəaliyyət 

istiqaməti  ilə  bağlı  olan  təhlükəsizlik  toplananları  ilk 

növbədə  aşağıdakılardır:  texnogen,  texnoloji,  ekoloji 

təhlükəsizlik  və  terrorizmlə  mübarizə.  Bu  mürəkkəb 

problemlərin  həllində  aşağıdakı  hallar  müəyyənedici  rol 

oynayır:


-  Həm  bu  məsələlərdən  hər  birinin,  həm  də  onların 

prioritetlər müəyyənləşdirilməklə məcmu halında həllində 

bu və ya digər amilin rolunun qiymətləndirilməsi;

-  Bu  məsələləri  həll  etməyə  qabil  olan  konkret 

strukturların və mütəxəssislərin olması;

-  Mövcud  resursların,  onlann  artırılması  yollarının, 

həmçinin  motivasiya  və  stimullaşmanın  realizə  olunan 

metodlarının  nəzərə  alınması  ilə  həmişə  məhdud  olan 

vəsaitlərdən 

istifadənin 

səmərəliliyinin 

iqtisadi 

qiymətləndirmə üsullarının müəyyənləşdirilməsi.

NATO-nun müxtəlif ölkələrinin  fəaliyyəti  hüdudlarında 

bu  problemlərin  həlli  prosesində  aşağıdakı  elini,  texniki, 

iqtisadi,  təşkilati  məsələlərin  realizə  olunma  metodlan 

təkmilləşir:  ətraf mühitin  monitorinqi;  fövqəladə  halların 

proqnozlaşdırılması, 

istehsal 

proseslərinin 

texnoloji 

təhlükəsizliyinin  və  istismar  etibarlılığının  yüksəldilməsi; 

fövqəladə  hallar  şəraitində  əhalinin  müdafiəsi  və  onun 

ilkin  həyat  təminatı;  NATO  ölkələri  ərazisində  istehsal 

qüvvələrinin 

və 


yaşayış 

məntəqələrinin 

rasional 

yerləşməsinə 

təsir 

etmə, 


ərazilərin 

və 


yaşayış 

məntəqələrinin  texniki  müdafiəsi;  dağıdıcı  amillərin  və 

fövqəladə 

halların 

mənbələrinin 

təsir 


zonalarının

95



lokalJaşdınlmasi;  idarəetmə  sistemlərinin  daim  hazır 

vəziyyətdə  saxlanılması,  qəzaların  və  təbii  fəlakətlərin 

qarşısının  alınması  və  onların  nəticələrinin  aradan 

qaldırılması,  əhalinin  mümkün  fövqəladə  hallar  barədə 

məlumatlandırılması  və  onun  bu  şəraitdə  davranmağa 

hazırlanması.  Sadalanan  problemlərin  məcmusu  elə  bir 

tendensiyanı  müəyyənləşdirir  ki,  onu  NATO  ölkələrinin 

təhlükəsizlik  sənayesinin  formalaşması  kimi  xarakterizə 

etmək olar.

Son onilliklər həm dünyanı, həm də dünyəvi  maraqların 

prioritetlərini  sürətlə  və  mahiyyətcə  dəyişdirmişdir.  İndi 

münaqişə  hallarının  təkcə  sayı  və  miqyası  yox,  həm  də 

nəticələri  tamamilə  dramatik  xarakter  alır.  Bununla 

əlaqədar  olaraq  qeyd  edək  ki,  həm  münaqişələrin  ümumi 

nəzəriyyəsinin  öyrənilməsi,  həm  də  əsas  münaqişə 

növlərinin 

özünəməxsusluğunun 

təhlili 


münaqişələri 

idarəetmə 

problemlərinə 

baxmaq 


imkanı 

verir. 


Münaqişələri  idarəetmə  məsələsinin  qoyuluşunun  özü 

münaqişələrin  ictimai  proseslərin  prinsipcə  ayrılmaz 

hissəsi kimi başa düşülməsindən irəli gəlir.

Dövlət  təşkilatları  tərəfindən  keçirilən  iqtisadi  audit 

yaxud  mal  və  xidmətlər  istehsalı  prosesinin  ətraf mühitə 

təsir  dərəcəsinin  sistematik  qiymətləndirilməsi  vacib 

proseduraya  çevrilir.  Hadisələrin  inkişafı  məsuliyyət 

sahəsinin  genişlənməsinə  və  transformasiyasına  gətirib 

çıxarmışdır.  NATO  ölkələrində  baş  vermiş  dəyişikliklərin 

müxtəlif  aspektləri  hüquqi  məsuliyyət,  alimlərin  sosial 

şüuru,  mühəndis  və  digər  işçilərin  peşə  etikası  kimi 

sferalarda öz əksini tapmışdır. Bu,  o deməkdir ki, vəziyyət 

qəti  şəkildə dəyişmişdir, çünki  müasir texnika insandan öz 

miqyasına,  məqsəd  və  nəticələrinə  görə  elə  qeyri-adi

96

hərəkətlər  tələb  etmişdir  ki,  onlar  artıq  köhnə  etika  və 



hüquq  normaları  ilə  tənzimlənə  bilmirlər.  Heç  bir  etik 

doktrina  bəşər  varlığının  qlobal  miqyasını,  uzaq  gələcək 

perspektivlərini  yaxud  insan  nəslinin  sağ  qalıb  yaşama 

problemlərini  nəzərə  almalı  olmamışdır.  Bu  prosesin 

psixoloji  və  etik  mürəkkəbliyini  Nobel  mükafatı  laureatı, 

kvant  mexanikasının  yaradıcılarından  biri,  məşhur  alman 

fıziki-nəzəriyyəçisi  Maks  Bom  aydın  ifadə  etmişdir: 

«Həyatdan tamamilə ayrılmış heç bir elm yoxdur.  Hətta ən 

ehtirassız  alimə  belə,  bəşəri  heç  nə  yad  deyildir:  o  haqlı 

olmaq  istəyir,  intuisiyasımn  onu  aldatmadığına  əmin 

olmağı arzulayır,  məşhurluq və uğur qazanmağa  ümid  edir 

-  bu  məcmu,  daha  doğrusu  bilik  və  məsuliyyətin  sintezi 

həm  sosial,  həm  də  texniki  sistemlərin  səmərəli  idarə 

olunmasına gətirib çıxaracaqdır».

Həyat  fəaliyyətinin  təhlükəsizliyinin NATO  ölkələrinin 

praktik  hərəkətləri  ilə  bağlı  əsas  təminatlarının  kiçik  bir 

hissəsinə baxılması  bu  problemlərə  təkcə  m üxtəlif dövlət, 

istehsal,  maliyyə-iqtisadi,  hüquqi  strukturların,  kütləvi 

informasiya  vasitələrinin  rəhbərlərinin  deyil,  həm  də  elmi 

ictimaiyyətin  geniş  dairələrinin  diqqətini  cəlb  edir,  çünki 

bu  problemlərin  həlli  üçün  təkcə  çox  böyük  resursların 

təmərküzləşməsi,  yüksək təşkilatçılıq yox, həm də  kütləvi 

ictimai  şüurun dəyişməsi tələb olunur.

NATO-nun  qeyri-hərbi  əməkdaşlığının  mühüm,  bəlkə 

də  ən  vacib  tərkib  hissələrindən  biri  böhranların  aradan 

qaldırılmasıdır. 

Alyansın 

bütün 


ölkələri 

siyasi 


əməkdaşlığın  tamhüquqlu  üzvləridir  və  onların  Şimali 

Atlantika  Müqaviləsinə  görə  bərabər  öhdəlikləri  vardır. 

Bunların arasında adı  çəkilən müqavilənin  5-ci  M addəsinə 

uyğun  öhdəlik  heç  də  sonuncu  rolu  oynamır.  Bu  öhdəlik

97



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə