Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə26/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   22   23   24   25   26   27   28   29   ...   67

kimi  qeyri-demokratik  ölkələrdir.  Ona  görə  də  BMT-niıı 

əvəzində bu cür hərbi əməliyyatlar üçün qərarı demokratik 

dövlətlərin birliyi qəbul etməlidir.  Bu zaman NATO  bütün 

məsuliyyəti  üzərinə  götürə  bilər.  Daalder  Alyansın 

sıralarına  Hindistan,  Braziliya,  Cənubi  Afrika  və  İsveç 

kimi ölkələrin də daxil edilə biləcəyini düşünür.

NATO-nun  2009-cu  il  aprelin  2-də  Strasburqda 

keçirilmiş 

sammitində 

Daalder  və 

yeni 

Amerika 


administrasiyası 

Alyansın 

yenidən 

formalaşdırılması 

konsepsiyanı  təqdim  etmişlər.  Bu  sammitə  alyansa  üzv 

olmayan  bir  çox  ölkələrin  dəvət  edilməsi  göstərirdi  ki, 

ABŞ  öz  niyyətində  israrlıdır.  Ekspertlərə  görə,  yeni 

konsepsiya  dəstək  qazansa,  o  zaman  Gürcüstan  və 

Ukrayna  kimi  keçmiş  Sovet  respublikalarının  NATO-ya 

üzvlüyü  məsələsi  öz  aktuallığını  itirə  bilər.  Çünki  onların 

yerinə Alyansa daha güclü demokratik ölkələr üzv olacaq.

Hazırda  inkişaf etmiş  dünyadan  qismən  təcrid  olunmuş 

Rusiya  (o,  NATO-ya  əks-təsir  göstərməyə  az-çox  qabil 

olan yeganə dövlətdir) vəziyyəti  düzəltmək üçün  mümkün 

olan  hər  şeyi  etməlidir  ki,  ölkənin  iqtisadi  cəhətdən 

cəlbediciliyi  artsın  və  o,  bərabərhüquqlu  tərəfdaş  kimi 

qarşılıqlı  faydalı  şərtlərlə  Qərblə  qeyri-hərbi  əməkdaşlıq 

edə bilsin.

Yuxanda deyilənlərdən  aydın  olur ki, NATO-nun  bütün 

proqramları  öz  fəaliyyətində  ya  Alyans  ölkələrindən  olan 

alimlərin  tərəfdaş  dövlətlərin  alimləri  ilə  əməkdaşlığına 

üstünlük  verir,  ya  da  «Sülh  Naminə  Tərəfdaşlıq» 

proqramının iştirakçılarına NATO tərəfindən birbaşa elmi- 

texniki  köməyi  nəzərdə tutur.  Məsələn,  1999-cu  ildə  Elmi 

proqramın  strukturunda  genişmiqyaslı  dəyişikliklər  baş 

vermişdir  və  indi  yalnız  elmi  təqaüdlər  alt  proqramı

102

qismən  NATO  üzvləri  arasındakı  elmi  əməkdaşlıqla 



məşğul olur.

Müqayisə  üçün  NATO-nun  Elmi  proqramının  1999-cu 

ilə qədər mövcud olmuş strukturuna baxaq:

• 

Elmi 



tədqiqatların 

maliyyələşdirilməsi 

proqramları;

• 

Elmi  təqaüdlər proqramları;



• 

Yay məktəbləri proqramları;

• 

Xüsusi proqramlar;



• 

NATO ölkələrində innovasıyalar;

• 

«Sabitlik naminə elm» proqramı;



• 

«İkiqat sıçrayış» proqramı;

• 

Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  üçün  elmi 



proqramlar.

Gördüyümüz 

kimi, 

Şərqi 


Avropa 

ölkələri 

ilə 

əməkdaşlıq  əvvəllər  ayrıca  bir  blokda  cəmlənmişdi,  digər 



altproqramlar  isə  ilk  növbədə  NATO  üzvləri  arasında 

əməkdaşlığa  yönəlmişdi.  Hazırda  vəziyyət  kökündən 

dəyişmişdir.

Əlbəttə,  NATO-nun  tərəfdaşlarına  marağının  artması 

təsadüfi  deyildir.  Bu,  ilk  növbədə  ondan  xəbər  verir  ki, 

indiki  anda  Alyans  üçün  daxili  əməkdaşlıq  yox,  üçüncü 

dövlətlərlə  qarşılıqlı  fəaliyyət  daha  böyük  aktuallıq  kəsb 

edir.  Başqa  sözlə,  NATO-nun  siyasətində  genişmiqyaslı 

dəyişikliklər  baş  vermişdir  və  hazırda  Alyans  öz  orbitinə 

maksimum  sayda  müttəfiq  və  tərəfdaş  dövlətləri  cəlb 

etməklə 

hərbi-siyasi 

blokun 

fəaliyyətini 



universallaşdırmağa və qloballaşdırmağa can atır.

Əslində  bu  proses  hələ  1999-cu  ildə  -  NATO-nun  yeni 

strategiya konsepsiyası  qəbul  ediləndən  sonra  başlamışdır. 

Keçmiş  SSRİ-nin  əsas  müttəfiqlərini  öz  sıralarına  daxil

103



etmiş  Alyans  bununla  kifayətlənməyərək,  Şərqə  doğru 

daha  da  irəliləməkdə  israrlıdır.  Əgər  əməkdaşlığın  qeyri- 

hərbi  sferaları  səmərəli  inkişaf  edərsə,  bu,  NATO  ilə 

tərəfdaşları  arasında  qarşılıqlı  asılılığın  güclənməsinə 

gətirib 

çıxaracaqdır. 

Belə 

vəziyyət 



NATO-nun 

genişlənməsinin 

perspektivləri 

nöqteyi-nəzərindən 

olduqca  sərfəlidir.  Əgər  region  dövlətləri  arasında 

kompleks  (siyasi,  iqtisadi,  elmi,  ekoloji  və  s.)  qarşılıqlı 

asılılıq  yaranarsa,  onda  Şimali  Atlantika  Alyansının 

genişlənməsi  prosesi  dönməz  xarakter  alacaq  və  siyasi 

konyunkturadan  asılı  olmayacaqdır.  Bununla  əlaqədar 

olaraq  NATO-nun  qeyri-hərbi  əməkdaşlığının  inkişafında 

başlıca  tendensiya  aydın  görünür.  Alyans  Şərqi  Avropanı 

təkcə 


öz 

hərbi 


strukturuna 

inteqrasiya 

etməklə 

kifayətlənməyib,  siyasi,  iqtisadi,  ekoloji,  elmi  və  digər 

qeyri-hərbi 

rıçaqlardan 

istifadə 

etməklə 


buradakı 

dövlətləri  özünə  «bağlamaq»  istəyir.  Beləliklə,  hazırda 

Şimali  Avropa  NATO-nun  tam  və  qeyd-şərtsiz  siyasi 

müttəfiqidir,  amma  bir  neçə  onillikdən  sonra  vəziyyət 

Qərb  üçün  əlverişsiz  istiqamətdə  dəyişə  bilər.  Avropanın 

siyasi  konfiqurasiyasının  dəyişməsinin  prinsipcə  mümkün 

olmaması  üçün  regionda  kompleks  qarşılıqlı  asılılığı 

inkişaf etdirmək  zəruridir.  Bu  zaman  Şərqi  Avropa  Qərbi 

Avropadan  və  ABŞ-dan  o  dərəcədə  asılı  olacaqdır ki,  heç 

bir  halda  hər  hansı  bir  sferada  müstəqil  siyasət  yeridə 

bilməyəcəkdir.  Alyans  daxili  çətinliklərindən  məharətlə 

yararlanmaqla  Rusiyaya  münasibətdə  də  oxşar  taktikadan 

istifadə  edə  bilər.  NATO  çərçivəsində  qeyri-hərbi 

əməkdaşlığın uzunmüddətli perspektivləri belədir.

104

II HİSSƏ

NATO-nun genişlənmə strategiyasında 

Azərbaycan  Respublikasının yeri və rolu

I BÖLMƏ

NATO-nun Cənubi Qafqaz siyasəti və 

Azərbaycan Respublikası

1-ci fəsil

Cənubi Qafqaz regionu və Azərbaycan

Qədim  və  dinamik  keçmişə  malik  Azərbaycan  xalqının 

dövlətçilik  tarixi  minilliklərlə  ölçülür.  Yerləşdiyi  coğrafi 

məkanın  strateji  geosiyasi  əhəmiyyəti  və  zəngin  təbii 

sərvətləri 

böyük 


siyasət 

oyunçularının 

ölkəmizə 

münasibətdə  həmişə  xüsusi  marağına  səbəb  olmuşdur. 

Lakin  təəssüf  ki,  ölkənin  yerləşdiyi  coğrafi  şərait  ona 

mühüm  üstünlüklər  verməklə  yanaşı,  eyni  zamanda,  onu 

bir sıra təhlükəsizlik problemləri  ilə də üzləşdirir.

Tarix  elmləri  doktoru,  professor  Əli  Həsənov  da 

«Azərbaycan-ABŞ:  anlaşılmaz  münasibətlərdən  strateji 

tərəfdaşlığa  doğru»  adlı  kitabında  bu  məqama  xüsusi 

diqqət  yetirmişdir:  «Qafqaz  və  Mərkəzi  Asiya  regionu 

tarix  boyu  bu  bölgədə  marağı  olan  ayrı-ayrı  dövlətlərin 

mübarizə meydanı  olmuşdur».

Son  illərdə  region  ətrafında  baş  verən  hadisələr  də  bu 

fikri  təsdiq  edir.  Qərbin,  xüsusilə  də  Avropanın  iqtisadi 

maraqlarını  təcəssüm  etdirən  Avropa  İttifaqı  Cənubi 

Qafqazı  özünün  Yaxın  Qonşuluq  və  Şərq  Tərəfdaşlığı 

proqram-layihələrinə  cəlb  etməklə  onu  Rusiyanın  təsir 

dairəsindən  çıxannaqda  maraqlı  görünür.  Əslində  bu  yolla

105



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə