Almaz Əliyeva Məcid qızı nato da həRBİ-Sİyasi İslahatlar və



Yüklə 1,82 Mb.
səhifə29/67
tarix25.06.2018
ölçüsü1,82 Mb.
#51696
1   ...   25   26   27   28   29   30   31   32   ...   67

İran  tərəfinin  dəyərləndirməsinə  görə  ABŞ  hərbi 

qulluqçularının  Gürcüstanda  iştirakı  faktından  çox  İİR-nin 

milli  təhlükəsizliyinə  əsas  təhdid  budur  ki,  Tiflis  özü 

Qafqazda  ABŞ  hərbi  siyasətinin  bələdçisinə  çevrilir  və 

regionda baş  verən proseslərə  öz  təsirini  artırmaqla İranın 

bütün səylərini  heçə  endirir.  Bununla da Vaşinqtonun ÜR- 

ııin  tamamilə  təcrid  edilməsinə  yönəldilmiş  siyasətinin 

təsiri  altında  Gürcüstan  tədricən  İrandan  uzaq  düşür. 

Hazırda Gürcüstanda elə bir siyasi partiya,  o  cümlədən də 

müxalifətin  elə  bir  qüvvəsi  mövcud  deyildir  ki,  İranın 

maraqlarına lobbiçilik etsin və İranpərəst siyasət yeritsin.

Son  illər  Tehran  ilə  Tiflis  arasında  siyasi  və  iqtisadi 

münasibətlərin  inkişafı  yalnız 

bəyannamə  xarakteri 

daşımışdır.  Əməkdaşlığı  dərinləşdirmək  istəyi  və  guya 

artıq  ticarət,  elm,  mədəniyyət  sahələrində  imzalanmağa 

hazırlanmış  sənədlər  imzalanmamış,  hər  iki  tərəfin 

dəfələrlə  verdiyi  bəyanatlar  gerçəkliyə  çevrilməmişdir. 

Hətta 2003-cü ildə Gürcüstan prezidentinin İrana səfəri  də 

münasibətlərdə elə bir köklü dəyişikliyə gətirib çıxarmadı.

Ermənistan  isə  Cənubi  Qafqazda  formal  təhlükəsizlik 

siyasəti  yeridir.  Onun  bütün  məsələlərə  yanaşması  digər 

bölgə  ölkələrindən  geridə  qalmamaq  üçün  təbliğat 

xarakteri  daşıyır.  Ermənistanın  regionda  özü  ilə  ikitərəfli 

münasibətlərin inkişafına xüsusi əhəmiyyət verdiyi ölkələr 

Rusiya  və  İrandır.  Hərbi  və  iqtisadi  sahədə  daha  çox 

Rusiyaya sığman Ermənistan üçün coğrafi baxımdan İranla 

əlaqələr  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Çünki  Türkiyə 

və  Azərbaycanla  sərhədi  bağlı  olan  və  hərbi-siyasi 

müttəfiqi  Rusiya  ilə  sərhədə  malik  olmayan  Ermənistan 

İram  “həyat  dəhlizi  adlandırır.  Orta  Asiya,  Çin  və  Yaxın 

Şərqə  məhz  İran  vasitəsilə  yol  tapan  Ermənistan  üçün

116

İranla  əlaqələrinin  zəifliyi  dünyadan  tamamilə  təcrid 



olunmaq deməkdir.

İİR-nin  xarici  siyasətində  keçmiş  sovet  məkanındakı 

Cənubi  Qafqaz  ölkələri  ilə  münasibətlərə  xüsusi  diqqət 

yetirilir.  Tehran  Cənubi  Qafqazda  nüfuz  dairəsi  uğrımda 

NATO-nun  üzvü  olan  Qərb  dövlətləri,  o  cümlədən 

Türkiyə ilə ciddi rəqabət aparır. ABŞ və Rusiyanın Qafqaz 

regionu  uğrunda  rəqabətində  İran  da  imkan  düşdükcə 

iştirak  edir  və  bu  zaman  respublikaların  müəyyən 

problemindən  istifadə  edərək  onları  öz  tərəfmə  çəkməyə 

çalışır.  Məsələn,  İİR  Ermənistanla  sıx  siyasi  və  iqtisadi 

əlaqələr  qurmasına  baxmayaraq,  Qarabağ  müharibəsi 

dövründə  dəfələrlə  Ermənistanı  işğalçı  hesab  edib  və 

indiyə  qədər  də  Ermənistan  və  Azərbaycana  qarşı  həyata 

keçirdiyi  mürəkkəb  siyasətlə  iki  ölkənin  yaratdığı 

vəziyyətdən  ancaq  öz  maraqlarına  uyğun  istifadə  etməyə 

cəhd göstərir.

Ermənistan  NATO-nun  Şərqə  doğru  genişlənməsində 

iştirak etmək niyyətindədir.  Əgər bu məsələdə yaxınlaşma 

baş  versə,  bu  zaman  o,  İran  üçün  təhlükəli  ola  bilər. 

Rusiya-Ermənistan-İran  yaxınlaşması  və  birgə  hərəkət 

etmək  meyli  məhz  bu  səbəbdən  yaranmışdı.  NATO-nun 

regiona  ayaq  açması  və  burada  öz  hərbi  'bazalarını 

yaratmaq  niyyəti  İranı  Rusiyanın  himayəsindən  məhmm 

edər  və  eyni  zamanda  Ermənistanı  Rusiya  və  İran 

orbitindən çıxara bilər.

İİR-nin Qafqaz siyasətində Ermənistanın hərbi əlaqələri 

nəzərə  alınmaya  bilməz.  Bu  dövlət  özünün  hərbi 

təcavüzünün  nəticələrini  təmin  etmək  üçün  bir neçə  ölkə 

və  təşkilatlarla  hərbi,  hərbi-strateji  əməkdaşlıq  edir. 

Ermənistan  ilk  növbədə  Rusiya  Federasiyası  (RF)  ilə

117



hərbi-strateji  tərəfdaşdır.  O,  MDB Kollektiv Təhlükəsizlik 

Müqaviləsinə  qoşulmuş,  «Sülh  Naminə  Tərəfdaşlıq» 

proqramı  çərçivəsində  isə  NATO  ilə  əməkdaşlıq  edir. 

ABŞ  2005-ci  ildə  terrorizmə  qarşı  mübarizə  proqramı 

çərçivəsində  Ermənistan  Respublikasına  5  milyon  dollar 

yardım  etmişdir.  Bu  maliyyə  vəsaiti  Ermənistanın  Silahlı 

Qüvvələrinin  (SQ),  xüsusilə  Hərbi  hava  qüvvələrinin 

maddi-texniki  bazasının  genişlənməsi  üçün  xərclənməli 

idi.

Bundan 


əlavə 

ABŞ  2005-ci 

ildə 

Ermənistan



Respublikası  SQ-nin  hərbi  kommunikasiya  sisteminin 

modernləşdirilməsi  üçün  daha  7  milyon  dollar  yardım 

etmişdir.  NATO  ilə  əməkdaşlıq  etməsinə  baxmayaraq,  bu 

ölkə  NATO  sisteminə  keçmək  niyyətində  deyil.  Bundan 

əlavə,  Ermənistan Avropa İttifaqı  ilə  də hərbi  əməkdaşlıq 

edir.


Ermənistanın  NATO  ilə  əməkdaşlığı  İranı  sözsüz  ki, 

bərk  qıcıqlandırır.  Bu  əməkdaşlıq  Rusiya  Federasiyası  ilə 

əməkdaşlıq  səviyyəsində  olmasa 

da, 


mövcuddur.

Ermənistan 

NATO-nun  «Sülh  Naminə  Tərəfdaşlıq 

proqramı»nm  iştirakçısıdır  və  əsgəri  qüvvəsi  İraqda 

sülhməramlı  fəaliyyət  göstərir.  Bu  dövlətin  ABŞ-ilə 

birbaşa  hərbi  əməkdaşlığı  Tehranın  mənfi  reaksiyasına 

səbəb olur.  Digər tərəfdən,  Ermənistanın NATO-nun üzvü 

olan  Yunanıstanla,  eləcə  də,  Avropa  İttifaqı  (Aİ)  ilə 

əməkdaşlığı  gələcəkdə  İran-Aİ  əlaqələrinin  inkişafına 

müəyyən  təsir  göstərə  bilər.  Qeyd  olunanlardan  əlavə, 

Ermənistan 

ərazisinə 

İran-Türkiyə-Avropa 

xəttinə 


alternativ  kimi  baxılır.  İranın  enerji,  yanacaq  və  ticarət 

sahəsindəki 

inkişaf  dinamikası  Ermənistanın  indiki 

vəziyyətində onun üçün çox önəmlidir.

İran  ilə  Ermənistanın  mədəni  sahələrdə,  o  cümlədən 

din, dil, ənənə,  tarix və s.  sahələrdə heç bir ortaq nöqtələri 

olmadığı  halda  ermənilər  özlərini  ari  köklü  farsların 

qardaşı,  bu  kökdən  əmələ  gələn  qol  hesab  edirlər.  Fars 

şovinizmi  üçün  əlverişli  olan  bu  iddia  Ermənistanın 

İrandan  daha  artıq  faydalanmasına  və  İrandakı  ermənilərə 

daha çox imtiyaz qoparmasına şərait yaradır.

Rusiya  və  Ermənistanın  strateji  müttəfiqliyini  və 

Moskva-Tehran  əlaqələrini  nəzərə  alsaq,  Rusiya-İran- 

Emıəııistan  xəttinin  formalaşması  aydın  görünür.  Bu  gün 

artıq  “üçlər  bloku  de-fakto  mövcuddur.  Bununla  yanaşı, 

1997-ci  ildə  Afinada  İran,  Yunanıstan  və  Ermənistan 

arasında  «Qarşılıqlı  anlaşma  və  əməkdaşlıq»  haqda 

müqavilənin  imzalanması  da  regionda  mövcud  durumun 

gərginləşməsinə təsir göstərir.

Beləliklə, 

İran 

Qafqazda 



yeritdiyi 

siyasətində 

Ermənistana  xüsusi  yer  verir.  Bu  həm  strateji-siyasi,  həm 

iqtisadi-ticarət,  həm  də  mədəni-mənəvi  amillərdən  irəli 

gəlir.  İİR-nin  Ermənistanda  geosiyasi,  iqtisadi-ticari 

maraqları 

vardır. 

Bu, 


həm 

İranın 


özünün 

təcrid 


vəziyyətindən  qurtarması,  həm  də  onun  bu  region 

vasitəsilə  Qərb  dünyasına  çıxış  əldə  etmək  istəkləri, 

Güney  Qazqazda  baş  verən  hadisələrdə  fəal  rol  oynamaq 

və  vasitəçilik  missiyasını  yerinə  yetirmək  niyyətləri  ilə 

izah oluna bilər.  İran ilk növbədə Cənubi Qafqazı öz nüfuz 

dairəsinə daxil etmək məqsədi güdür və NATO ilə rəqabət 

aparmağa cəhdlər edir.

119



Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə